Microsoft Wördün əsas anlayışları


Mövzu:3 Microsoft Word 2007 mətn redaktorunda sənədlərlə işləmək



Yüklə 3,35 Mb.
səhifə2/3
tarix31.10.2018
ölçüsü3,35 Mb.
#77386
1   2   3

Mövzu:3 Microsoft Word 2007 mətn redaktorunda sənədlərlə işləmək

1.Yeni sənədin yaradılması
Word proqramında yaradılan hər bir sənəd

*.doc tipli fayl şəklində saxlanılır. Proqram yüklənən zaman (Пуск-Программы- Microsoft Office- Microsoft Word) avtomatik olaraq yeni sənəd açır. Yenisini açmaq tələb olunarsa Настройка панели быстрого доступа panelindən Создать əmrini seçirikvə yaxud da klaviaturadan Ctrl+N seçirik.


2.Mövcud faylın açılması
Kompüterin yaddaşında və ya disketdə olan

əvvəlcədən hazırlanmış hər hansı bir Word faylını və ya digər mətn fayllarını açmaq üçün Настройка панели быстрого доступа panelindən Открыть əmrini seçirik. Bu zaman ekrana Открытие документa diloq pəncərəsi açılır.



Pəncərənin Папка sahəsindən faylımızın yerləşdiyi diski tapırıq. Ondan sonra lazım olan qovluğu seçib – Открыть düyməsini sıxırıq. Mövcud faylı açmaq üçün klaviaturadan Ctrl+O düymələrini sıxa bilərik.

Sürətli işləmək üçün bir neçə faylı eyni anda aça bilərik. Bunun üçün Настройка панели быстрого доступа panelindən Открыть əmrini seçirik. Açılan Открытие документа pəncərəsindən lazım olan faylları seçib Открыть düyməsini sıxırıq. Faylları ardıcıl seçmək üçün Shift, müxtəlif istiqamətdə yerləşənləri seçmək üçün Ctrl düyməsindən və ya mişkadan istifadə edə bilərik.

İşi tamamladıqdan sonra faylı bağlamaq lazımdır. Bunun üçün pəncərənin sağ tərəfində yerləşmiş Закрыть əmrini seçirik. Əgər bağlamaq istədiyimiz faylda dəyişikliklər etdikdən sonra yaddaşa verməmişiksə onda dialoq pəncərə açılacaqdır. Dəyişikliklərin yaddaşa yazılmasını istəsək - Bəli, əks halda – Xeyr və ya Ləğv et düyməsini sıxırıq.


3.Faylların yaddaşa yazılması
İşlədiyimiz sənəddəki yazılar müvəqqəti olaraq kompüterin əməli yaddaşında saxlanılır. Worddən çıxarkən və ya iş prosesində mətnlərin daimi saxlanması üçün sənədləri kompüterin sabit yaddaşına və ya disketə yazaraq fayl şəklindəm saxlamaq lazımdır. Məlumatı ilk dəfə yaddaşa yazmaq üçün Настройка панели быстрого доступа panelindən Сохранить əmrini seçmək lazımdır. Bu zaman ekrana Сохранение документа pəncərəsi açılır.


Pəncərənin Имя файла sətrində faylımıza ad verir, Тип файла-sətrində tipini qeyd edirik.Əgər bizim şəxsi qovluğumuz yoxdusa onda Сохранение документа pəncərəsində Создать папку düyməsini seçirik. Bu zaman Создание папки pəncərəsi açılır.



Qovluğumuza ad verib OK düyməsini sıxırıq.

Sənədləri yaddaş yazarkən onlara şifrə verməklə kənar şəxslərin bu sənədlərin açılmasının və dəyişdirilməsinin qarşısını ala bilərik. Bunun üçün Сохранение документа pəncərəsindən Сервис düyməsini sıxırıq.

Açılan siyahıdan Общие параметры əmrini seçirik.



Pəncərədəki Пароль для открытия файла sətrinin qarşısında parolu daxil edib OK düyməsini sıxırıq. Bu zaman Подтверждение пароля pəncərəsi açılır.



Orada parolu təkrarən daxil edib Ok düyməsini sıxırıq.



4.Bir neçə faylla işləmək
Windows sistemində işləyən bir çox proqramlarda o cümlədən Worddə eyni vaxtda bir neçə faylı açıb birindən digərinə məlumatları köçürmək, daşımaq və ayrı-ayrı faylların məzmununu müqayisə etmək mümkündür.

Hazırlanmış hər bir yeni sənədin və ya açılmış hər bir faylın öz işçi pəncərəsi olur. Bu pəncərənin başlıq hissəsində faylın və ya sənədin adı yazılır. Bir pəncərədən digərinə keçmək, açıq pəncərələri nizamlamaq və digər əməliyyatları yerinə yetirmək üçün Вид menyusunun əmrlərindən istifadə edilir. Вид menyusundan Новое əmrini seçdikdə aktiv pəncərədən biri də açılacaqdır. Əgər bir neçəsini ardıcıl açarıqsa onda bunlar ardıcıl 1.2.3.4.5..... nömrələnəcəkdir. İki və ya daha artıq fayl pəncərəsi açıldıqda onları müxtəlif formada nizamlamaq üçün Вид menyusundan Упорядочить все əmrini seçirik. Bu zaman pəncərələr üfiqi və ya şaquli vəziyyətdə yan-yana yerləşəcəkdir.

Eyni bir sənədin müxtəlif hissələrində yerləşmiş mətnləri müqayisəli şəkildə gözdən keçirmək üçün həmin pəncərəni işçi sahəsini iki hissəyə ayıra bilərik.Bunun üçün Разделить əmrini seçirik. Pəncərənin işçi sahəsi ayırma çubuğu ilə iki sahəyə ayrılacaqdır.Mişkanın oxunu ayırma çubuğu üzərinə gətirdiyimiz zaman iki istiqamətli ox formasını alacaqdır. Bu halda mişqanın sol düyməsini sıxıb saxlayaraq uyğun istiqamətdə sürüşdürməklə sahələrin ölçüsünü dəyişə bilərik. Bu sahələrin ətrafındakı, sürüşdürmə çubuqları vasitəsilə onların ekranını sürüşdürərək müxtəlif yerlərdəki mətnləri müqayisəli şəkildə gözdən keçirə bilərik. Əməliyyatdan imtina etmək üçün Вид menyusunda Снять разделение əmrini seçirik.

Ekranda eyni vaxtda iki sənədlə işləmək üçün Вид menyusundan Рядом əmrini seçirik.



5.Səhifələrin formatlaşdırılması
Word fayllarını çap etməzdən əvvəl səhifə parametrlərini təyin etmək lazımdır Разметка страницы menyusundan Параметры страницы əmrini seçirik.

Ekrana Параметры страницы pəncərəsi açılır.

Поля səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik:

Səhifənin kənarlarını təyin etmək üçün

Верхнее – üst

Левое – sol

Нижнее – aşağı

Правое – sağ sətrlərinə uyğun olaraq lazım olan rəqəmləri daxil edirik.

Переплет – səhifədən tikiş sahəsinin məsafəsini təyin etmək üçün istifadə olunur.


Ориентация sahəsindən Альбомная və Книжная variantlarından birini

seçirik. Buradan çap üçün istifadə edəcəyimiz kağızın formatını seçirik.

Əgər qeyri standart ölçülü kağızlardan istifadə edəcəyiksə onda Размер бумаги sahəsində ki, Ширина və Высота sətrlərində uyğun rəqəmləri daxil edirik.



Макет– səhifəsindən aşağıdaki parametrləri təyin edə bilərik.



Bəzən səhifədəki mətnlər səhifəni tam doldurmaya bilər. Bu zaman mətnləri bütün səhifəyə görə bərabərləşdirmək üçün Вертикалное выравнивание sahəsinin aşağı ox düyməsini sıxaraq açılan siyahıdan uyğun parametrlərin birini seçirik.По верхнему краю – mətn səhifənin üst tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir.

По нижнему краю - mətn səhifənin aşağı tərəfinə doğru sıxlaşdırılaraq bərabərləşdirilir.

По центру – mətn səhifənin ortasında bərabərləşəcək.

По высоте – mətn bütün sahəyə görə bərabərləşəcək.

Bəzi müqavilələr və ya hüquqi sənədlərdə sətrlərin nömrələnməsi lazım olur. Bunun üçün Параметры страница pəncərəsinin Макет səhifəsindən Нумерация строк düyməsini sıxırıq. Bu zaman ekrana eyni adlı pəncərə çıxır.




Sətrlərin nömrələnməsi üçün Добавить нумерация строк variantını

seçirik. Bu zaman aşağıdaki parametrlər aktivləşəcəkdir.

Начать с – nömrələr neçədən başlayacaqsa həmin sətrə onu daxil edirik.

От текста – sətr nömrələrinin sətrdən nə qədər uzaq olacağını göstərir.

Шаг – nömrələr arasındaki artımı göstərir.

На каждой странице – Hər səhifədə sətrlərin nömrələndirilməsinin

yenidən başlanmasını təmin edir.

В каждом разделе - Hər bölmədə sətrlərin nömrələndirilməsinin

yenidən başlanmasını təmin edir.

Непрерывно – Bütün mətndəki sətrlərin ardıcıl nömrələnməsini təmin

edir.


6.Faylların çap edilməsi
Sənədi çap etməmişdən qabaq ona baxmaq üçün Настройка панели быстрого доступа panelindən Предварительный просмотр əmrini seçirik.

Bu zaman Word pəncərəsi Предварительный просмотр rejiminə keçəcək.



Pəncərənin yuxarı hissəsində müxtəlif düymələr yerləşir. Word avtomatik olaraq səhifənin ekranda tam görünməsi üçün bir miqyasada kiçildilmiş şəkildə göstərir. Miqyası artırıb – azaltmaq üçün Масштаб qutusuna istədiyimiz ölçünü daxil edirik.

Несколько страниц – düyməsini sıxıaraq eyni anda bir neçə səhifənin görünməsini təmin edə bilərik.

Одна страница – yazının tək səhifədə görünməsini təmin edir.

Показать линейку – Xətkeşlərin ekranda görünməsini təmin edir.

Сократить на страницу – Yazdığımız mətn üç səhifədən bir az artıqdırsa bu düyməni sıxdığımız zaman mətn iki səhifəyə yerləşəcəkdir.

Во вес экран – Mətni rahat görmək imkanını əldə edir.

Bütün bunlardan sonra Настройка панели быстрого доступа panelindən Печать əmrini seçərək mətni çapa verə bilərik. Bu zaman ekrana Печать dialoq pəncərəsi açılır.



Все – bütün səhifələri çap edir.

Текушая – kursorun olduğu səhifəni çap edir.

Выделенный фрагмент – seçilmiş sahəni çap edir.

Копии – nüsxələrin sayını göstərir.

Разобрать по копиям – çap ediləcək səhifələri avtomatik çeşidləyir.

Əgər kağızın həm önünə həm də arxasına çap edəcəyiksə onda Параметры

düyməsini sıxaraq açılan pəncərənin Двусторонняя печать sahəsindən Порядок 1 parametrini seçirik. Bu zaman 1,3,5... və s. tək nömrəli səhifələr çap edilir. Sonra Порядок 2 seçirik. Bu zaman eyni çap kağızlarının arxa tərəfinə cüt səhifələr (2,4,6 ....) çap edilir.

Çap qurğularının parametrlərini dəyişmək üçün Свойства düyməsini sıxırıq. Bu zaman ekrana Свойства pəncərəsi çixir.Pəncərədən lazım olan parametrləri seçib – OK düyməsini sıxırıq.

Əgər çap qurğumuz yoxdursa və Worddə hazırladığımız bir sənədi başqa bir kompüterə qoşulmuş çap qurğusunda çap etmək istəyiriksə ancaq bu kompüterdə Word proqramı yoxdursa onda aşağıdaki əməliyyatlar yerinə yetirilir. Bunun üçün Печать dialoq pəncərəsindəki, Печать в файл variantını seçirik.




Əgər Черновой – parametri seçilərsə sənəd eskiz formasında çap ediləcək.

В обратном порядке – səhifələri artan sıra ilə deyil azalan sıra çap edir.

Обновлять поля – çapdan əvvəl sənədlərinizdəki xüsusi səhələr yeniləşəcək.

Обновлять связи – sənədinizdə xüsusi əlaqələndirilmiş obyektlər varsa bu obyektlər çapdan əvvəl yeniləşdirilir.

Фоновая печать – çap əməliyyatı gedişində digər işlər görməkdə mümkündür.

Сведения – sənədlə birlikdə faylın xüsusiyyətləri ilə əlaqədar məlumatlar çap ediləcək

Коды полей – sahə nəticələri yerinə sahə kodları çap ediləcək. Məsələn: mətndəki formul nəticələrin yerinə formulların özü yazılır.

ХМЛ-теги – fayl haqqında verilmiş əlavə məlumatlar çap ediləcək.

Скрытый текст – sənətdəki gizli mətnlər vardırsa bunlarda çap olunacaq. Mətni gizli etmək üçün onu seçdikdən sonra Şrift dialoq pəncərəsindəki Скрытый текст parametrini seçmək lazımdır.

Графические обьекты – Worddə hazırladığımız şəkillərin çap edilməsini təmin edir.

Печатать только данные для форм – Şəkillər çap edilmədən sadəcə məzmunu (ancaq yazılar) çap edilir.




Mövzu:4 Word mətn redaktorunda mətni redaktə

edərək ona əlavələr etmək

1.Mətni redaktə etmək
Mətni redaktə etməmişdən əvvəl onu seçmək lazımdır.Hər hansı mətn hissəsini silmək üçün onu seçib Delete düyməsini sıxırıq. Əgər səhv etmişiksə onda Ctrl+Z düyməsini birlikdə sıxıraq onu yenidən bərpa edə bilərik.

Əməliyytların nəticəsini ləğv etmək üçün Настройка панели быстрого доступа panelində Отменить, əməliyyatların yenidən icra olunması üçün Вернуть əmrini seçmək lazımdır.Eyni əməliyyatları uyğun olaraq klaviaturadan Ctrl+Z və Ctrl+Y düyməsini sıxmaqlada yerinə yetirə bilərik.Word-də mətnin təkrarlanan hissələrini yazmağın müxtəlif yolları vardır.Bunlardan biri Главная menyusundan Копировать və Вставить, digər yolu isə klaviaturadan Ctrl+C və Ctrl+V. Düymələrindən istifadə etməkdir.

Əvvəlcə mətn hissə seçilir.Sonra Главная menyusundan Копировать əmri seçilir.Bu zaman mətn hissəsi bufer yaddaşına köçürülür.Kursoru istədiyimiz yerə qoyub Главная menyusundan Вставить əmrini seçirik.Bundan başqa Ctrl düyməsindən də istifadə edərək mətin hissəsini istədiyimiz yerə köçürə bilərik.Bu zaman mişqanın oxunun aşağısında + işarəsi görsənəcək.Bu işarə məlumatların köçürüləcəyini bildirir.Daşıma (yerdəyişmə) əməliyyatını Главная menyusundan Вырезать və Вставить əmirləri ilə ya da klaviaturadan Ctrl+X və Ctrl+V düymələrini sıxmaqla da yerinə yetirə bilərik. Bunun üçün lazım olan mətn hissəsi seçilir.Главная menyusundan Вырезать seçilir. Sonra kursoru mətni daşıyacağımız yerə qoyub Главная menyusundan Вставить əmrini seçirik.

Mətn sahəsində hər hansı bir mətn parçasını cəld axtarmaq və dəyişdirmək üçün Главная menyusunun Редактирование bölməsindən Найти və Заменить (Ctrl+Н) əmrlərini seçirik.



Ekrana Найти və Заменить pəncərəsi açılır.

Больше düyməsini sıxırıq. Bu zaman dialoq pəncərəsi genişlənəcək.


Əgər hər hansı bir sözü, mətn parçasını, və ya simvolu axtarıb tapmaq istəyiriksə,onda Найти sətrinə axtardığımız mətn parçasını, sözü və ya simvolu daxil edib Найти düyməsini sıxırıq.

Əgər hər hansı bir sözü, mətn parçasını, və ya simvolu axtarıb tapıb,digəri ilə əvəz etmək istəyiriksə onda Найти sətrinə axtardığımız mətn parçasını, sözü və ya simvolu daxil edib, sonra Заменить на sətrinə əvəz ediləcək sözü yazırıq və Найти düyməsini sıxırıq.Dəyişdirmə əməliyyatını sürətləndirmək üçün Заменить все əmrini seçirik.Əməliyyat tamamlandıqdan sonra Закрыть düyməsini sıxırıq.


2.Mətnə əlavələr etmək
Uzun mətnlərdə fəsillərin, bölmələrin yeni səhifənin əvvəlindən bir neçə sütunlu mətnlərdə isə mətnin müəyyən hissəsinin yeni sütunda başlaması üçün bəzən Enter düyməsini bir neçə dəfə sıxmaqla əlavə boş sətrlər yerləşdirilir. Bununlada sürüşdürmə nəticəsində fəsil, bölmə başlıqları və ya sütunlar uyğun olaraq yeni səhifəyə və sütuna keçir. Ancaq əvvəlki fəsillərdə və bölmələrdə dəyişiklik edilməsi zamanı sürüşmə nəticəsində növbəti fəslə, bölməyə və sütuna daxil olan mətnlərdə sürüşəcəkdir ki, bu da mətnin nizamının pozulmasına səbəb olacaq. Bu cür halların qarşısını almaq üçün aşağıdakı əməlyyatları yerinə yetiririk.

Kursorun yerləşdiyi yerdən etibarən mətnin yeni səhifədən və ya sütundan başlaması üçün Вставка menyusunun Страницы bölməsindən Разрыв страницы əmrini seçirik.

Sənədləri hazırlayarkən mətnə kompüteri cari saatını və tarixini əlavə etmək üçün Вставка menyusunun Текст bölməsindən Дата и время əmrini seçirik. Ekrana eyni adlı dialoq pəncərə çıxır. Pəncərədəki format siyahısından mövcud formatlardan birini seçib Ok düyməsini sıxırıq.

Müxtəlif formalı mətnlər hazırlayarkən klaviatura düymələri üzərində olmayan işarə və simvolları mətnə əlavə etmək üçün kursoru lazım olan yerdə yerləşdirib Вставка menyusundan Символ əmrini seçirik. Ekrana Символ pəncərəsi açılır



Pəncərənin simvol sahəsindəki Шрифт siyahısından müxtəlif yazı tiplərini seçərək aşağıdakı pəncərədə həmin yazı tipindən olan simvolları görə bilərsiniz.Lazım olan simvolları seçib Вставить və Закрыть düymələrini sıxırıq.

Sənədlərdə mətn ardıcıllığını pozmamaq üçün lazım olan əlavə izahatlar çox zaman bir nömrə və ya xüsusi işarə verilərək səhifənin altında və ya sənədin sonunda göstərilirki bunlarada haşiyə deyilir.

Word bu cür əməliyyatları avtomatik yerinə yetirir.Bunun üçün Ссылки menyusunun – Сноски bölməsindəki əmrlərdən istifadə edilir.

Mətndəki bütün başlıqlardan ibarət mündəricat hazırlamaq üçün Ссылки menyusunun Оглавление bğlməsindəki əmrlərdən istifadə edilir.

Mətndəki bir sətri başlıq kimi təyin etmək üçün kursoru sətrdə yerləşdirib Главная menyusunun Стили bölməsindəki əmrlərdən istifadə edilir.

Səhifələrə səhifə başlığı vermək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Верхний Колонтитулы əmrini seçirik.Ekrana Верхний Колонтитулы pəncərəsi açılır.

Açılan pəncərədən lazım olan sütuna mətni daxil edirik. Əgər mətndə

dəyişiklik etmək istəsək, Изменить верхний колонтитул əmrini seçirik.

Ekrana açılan dialoq pəncərədən lazım olan parametrləri tənzimləyirik.

Başlıq sahəsinə kompüterin cari tarixini və ya saatını daxil etmək üçün

Дата и время əmrini seçirik.Bu zaman ekrana eyni adlı pəncərə açılır.


Lazım olan formatı seçib OK düyməsini sıxırıq.

Əgər başlıq sahəsinə şəkil yerləşdirmək istəsək,onda Рисунок əmrini seçirik. Ekrana Вставка рисунка pəncərəsi açılır. Həmin pəncərədən lazım olan şəkli seçib,Вставить düyməsini sıxırıq.

Səhifələrə səhifə altlığı vermək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Нижний колонтитуль əmrini seçirik. Ekrana Нижний колонтитуль pəncərəsi açılır.


Açılan pəncərədən lazım olan sütuna mətni daxil edirik.

Изменить верхний колонтитул səhifəsində olduğu kimi buradada lazım olan əməliyyatları aparmaq mümkündür.

Başlıq və ya altlıq sahəsində səhifə nömrəsi yerləşdirmək üçün Колонтитулы bölməsindəki Номера страниц əmrini seçirik. Və açılan dialoq pəncərədən uyğun parametri seçirik.






İşçi sahənin görünüşünü böyüdüb və ya kiçiltmək üçün Вид menyusunun Масштаб bölməsindəki əmrlərdən istifadə edilir.Ekrana Масштаб dialoq pəncərəsi açılır.



Pəncərənin Масштаб qutusuna 100% qiymətini daxil etsək

səhifəni normal ölçüdə görə bilərik. Eyni vaxtda bir neçə səhifə görmək istəyiriksə Несколько страниц parametrini işarələyib altdakı düymə üzərində mişqanın sol düyməsini sıxıb saxlayaraq aşağı və ya sağa doğru sürükləyirik. Digər miqyasları Произвольный qutusuna daxil etməklə təyin edə bilərik.

Разметка страницы parametri- Word sənədini kağız üzərində olduğu kimi göstərir. Səhifənin kənar boşluqlarını, başladığı və bitdiyi yerləri ekranda tam olaraq görmək mümkündür. Səhifələrin sayı çox olduğu zaman normal rejimdə işləmək məqsədə uyğundur.

Структура - əmri çox sərlövhəli böyük həcimli sənədin ierarxiq strukturunu əks etdirməklə sənədin ayrı-ayrı sərlövhələrinə, uyğun hissələrə avtomatik keçidi təmin edir. Sənədin strukturu sərlövhəyə görə yaradılır. Структура alətlər paneli üzərindəki düymələrdən istifadə edərək sənədi asanlıqla nizamlaya bilərik.


Режим чтения – uzun sənədi kompüter ekranından oxumağın ən asan yolu bu rejimdən istifadə etməkdir. Sənəddəki başlıqlar sol pəncərədə, bu başlıqlar altındakı məlumatlar isə sağ tərəfdəki pəncərədə uyğun formada göstəriləcəkdir. Bu rejimə keçmək üçün Вид menyusunun Режимы просмотра документа bölməsindəki Режим чтения əmrini seçirik.

Схема документа əmri yerinə yetirildikdə sənəd pəncərəsi üfiqi istiqamətdə iki hissəyə bölünür. Sol pəncərədə sənədin strukturu, sağ pəncərədə sənədin özü verilir. Sol pəncərədə hər bir sərlövhənin qarşısında “+” və “-” işarələri qoyulmuşdur. Bu düymələri sıxmaqlahəmin sərlövhənin daxilində olan alt sərlövhənin siyahısını açmaq və bağlamaq olar.

Səhifələri nömrələmək – üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Номера страниц əmrini seçirik. Bu zaman ekrana Номера страниц dialoq pəncərəsi açılır. Pəncərədən aşağıdakı parametrləri təyin edə bilərik.



Səhifə nömrəsi səhifənin yuxarısında olacaqsa Вверху страницы, aşağısında olacaqsa Внизу страницу parametrini seçirik.

İlk səhifənin nömrəsinində görünməsini isəyiriksə onda Номер на первой странице parametrini işarələyitik. Bu zaman Формат номера страниц pəncərəsi açılacaqdır.

Формат номера siyahısında rəqəm və ya hərflərlə ifadə olunmuş nömrə formatlarından birini seçirik. Növbəti bölmənin əvvəlki səhifələrin davamı kimi nömrələmək istəyiriksə Продолжить parametrini işarələyirik. İlk səhifənin nömrəsinin birdən fərqli olmasını istəyiriksə Начать с qutusuna istədiyimiz nömrəni daxil edib OK düyməsini sıxırıq.




Mövzu:5 Microsoft Word 2007 mətn redaktorunda cədvəllərlə və şəkillərlə işləmək

1.Word-də cədvəllərin hazırlanması

Word-ün əsas xüsusiyyətlərindən biri də cədvəllərlə işləməkdir. Cədvəl hazırlamaq üçün Вставка menyusundan Таблица əmrini seçirik.Bu zaman ekrana Вставка таблицы siyahısı açılır.




Oradan Вставить таблицу əmrini seçirik.Ekrana Вставка таблицы pəncərəsi açılır.


Pəncərənin Размер таблица sahəsində Число столбцов sətrinə sütunların sayını, Число строк sətrinə isə sətrlərin sayını daxil edirik. Bu zaman işçi sahəsinə hazır cədvəl daxil olacaq. Və yaxud-da Настройка панели быстрого доступа panelindən Нарисовать таблицу əmrini aktivləşdirib, oradan karandaşı seçib cədvəl çəkirik. Bu zaman ekranın menyu sətrinə Работа с таблицами menyusu əlavə olunur.



Работа с таблицами menyusu iki bölmədən ibarətdir.Конструктор və Макет

Конструктор bölməsi - Параметры стилей таблиц və Стили границы hissələrindən ibarətdir.

Макет bölməsi- Таблица, Строки и столбцы, Обьединить, Размер ячейки, Выровнивание və Данные- hissələrindən ibarətdir.




Cədvəlin hər hansı bir sətrini seçmək üçün kursoru həmin sətirdəki hər hansı bir xanaya yerləşdirib Вставка - Работа с таблицами menyusunun Maket bölməsindən Таблица -Выделить –Выделить строки əmrini seçirik.

Cədvəlin hər hansı bir sütununu seçmək üçün isə kursoru həmin sütunun hər hansı bir xanasına yerləşdirib Вставка - Работа с таблицами menyusunun Maket bölməsindən Таблица- Выделить -Выделить cтолбец əmrini seçirik. Hazırladığımız cədvəlin müxtəlif hissələrinə sonradan sətir, sütun və xanalar əlavə edə bilər və ya silə bilərik. Cədvələ sətir əlavə etmək üçün kursoru alt sətrdə yerləşdirib Вставка- Работа с таблицами menyusunun Maket bölməsindən-Строки и столбцы - Вставить снизу\ Вставить сверху əmrlərindən birini seçirik.

Sətri silmək üçün onu seçdikdən sonra Вставка - Работа с таблицами menyusunun Maket bölməsindən-Строки и столбцы Удалить – Удалить строки əmrlərini seçirik.

Cədvələ sütun əlavə etmək üçün isə əvvəlcə sağdakı sütunu seçib sonra Вставка - Работа с таблицами menyusunun Maket bölməsindən-Строки и столбцы - Вставить слева\ Вставить справа əmrlərindən birini seçirik.

Sütunu silmək üçün onu seçdikdən sonra Вставка- Работа с таблицами menyusunun Maket bölməsindən-Строки и столбцы Удалить – Удалить cтолбцы əmrini seçirik.

Cədvələ xana əlavə etmək üçün Вставка- Работа с таблицами menyusunun Maket bölməsindən Строки и столбцы əmrini seçirik.Bu zaman ekrana Добавление ячеек pəncərəsi açılır.


Со сдвигом вправо- parametrini seçsək kursorun sağındakı xanalar sağa sürüşdürülərək araya bir xana əlavə edilir.

Со сдвигом вниз- parametrini seçsək isə kursorun aşağısındakı xanalar aşağıya sürüşdürülərək araya bir xana əlavə edilir.

Вставить целую строку- parametri seçilsə kursorun olduğu yerə bir sətir əlavə edilir.

Вставить целый столбец- parametri seçilsə kursorun olduğu yerə bir sütun əlavə edilir

Xanaların ölçülərini dəyişdirməyin müxtəlif yolları vardır. Bunun üçün əvvəlcə ölçülərini dəyişdirəcəyimiz xananın sətir və sütunları seçirik. Sonra Вставка - Работа с таблицами menyusunun Maket bölməsindən Таблица - Свойства əmrini seçirik. Bu zaman ekrana Свойства таблица pəncərəsi açılır.



Hər bir sütunun genişliyini ayrılıqda təyin etmək istəyiriksə onda

Столбeц düyməsini sıxırıq. Bu zaman Ширина sətrində sütunun nömrəsi görsənəcək. Bundan sonra sağdakı qutuya sütunun genişliyini daxil edirik. Предыдуюший столбец düyməsini sıxmaqla bir əvvəlki sütuna keçib onun genişliyini də təyin edə bilərik. Uyğun parametrləri daxil etdikdən sonra OK düyməsini sıxırıq. Sütunların genişliyini təyin etmək üçün mişqadan da istifadə edə bilərik. Mişqanın oxunu sütunlar arası cizgi üzərinə gətirdiyimiz zaman iki istiqamətli ox formasını alır. Bu vəziyyətdə mişqanın sol düyməsini sıxıb sağa\sola sürükləməklə sağdakı sütunun genişliyini azaldıb çoxalda bilərik. Eyni əməliyyatı xətkeş üzərindəki düymələri uyğun istiqamətdə sürükləməklədə yerinə yetirə bilərik.

Cədvəldəki bir neçə sütunun genişliyini eyni ölçüdə təyin etmək üçün əvvəlcə həmin sütunları seçirik. Sonra Вставка- Работа с таблицами menyusunun Макет bölməsindən Размер ячейки-Автоподбор- Ширина столбца таблицы əmrini seçirik və qarşıdakı qutuya sütunun genişliyini rəqəmlə daxil edirik.

Cədvəldəki bir neçə sətir yüksəkliyini eyni ölçüdə təyin etmək üçün Работа с таблицами menyusunun Макет bölməsindən Размер ячейки-Автоподбор-Высота строки таблицы əmrini seçirik və qarşıdakı qutuya sətir yüksəkliyini rəqəmlə daxil edirik.

Hər bir sətrin genişliyini ayrılıqda təyin etmək istəyiriksə Вставка - Работа с таблицами menyusunun Макет bölməsindən Размер ячейки əmrini seçirik. Bu zaman ekrana Свойства таблица pəncərəsi açılır.Следующая строка düyməsini sıxırıq. Bu zama Размер qutusunda sətrin nömrəsi görsənəcək. Əgər sətrin yüksəkliyini xana içərisindəki mətnin ölçüsündən böyük olmasını istəyiriksə Режим siyahısından Минимум, kiçik olmasını istəyiriksə Точно parametrini seçib soldakı qutuya uyğun rəqəmi daxil edirik. Предыдушая строка düyməsini sıxmaqla əvvəlki sətrə keçib onun yüksəkliyini təyin edə bilərik.

Bir neçə xananı birləşdirib, tək xanaya çevirmək üçün Вставка - Работа с таблицами menyusunun Макет bölməsinin Обьединить sahəsindən Обьединить ячейки əmrini seçirik. Bir xananı bir neçə xanaya bölmək üçün Вставка - Работа с таблицами menyusunun Макет bölməsinin Обьединить sahəsindən Разбить ячейки əmrini seçirik. Ekrana Разбиение ячеек pəncərəsi açılır. Число столбцов-sətrinə sütunların sayını, Число строк - sətrinə sətirlərin sayını daxil edib OK düyməsini sıxırıq.

Kursorun durduğu yerdən cədvəli iki hissəyə ayırmaq üçün Вставка- Работа с таблицами menyusunun Макет bölməsinin Обьединить sahəsindən Разбить таблицу əmrini seçirik.

Əgər hazırladığımız cədvəl bir neçə səhifədən ibarət olarsa onda cədvəlin başlıq sətirlərinin digər səhifələrdədə görünməsini təmin etmək üçün Вставка- Работа с таблицами menyusunun Макет bölməsindən Размер ячейки-Строка-Повторять как заголовок на каждой странице əmrini seçirik. Və yaxud da Вставка - Работа с таблицами menyusunun Макет bölməsinin Данные sahəsindən Повторить строки заголовков əmrini seçirik.

Cədvəldəki siyahıları bir neçə sütuna görə sıralamaq istəsək əvvəlcə həmin sütunu seçib Вставка - Работа с таблицами menyusunun Макет bölməsinin Данные sahəsindən Сортировка əmrini seçirik. Ekrana Сортировка dialoq pəncərəsi açılır. Açılan pəncərənin Сначала по siyahısından istifadə edirik. Sıralama istiqamətini təmin etmək üçün По убыванию\по возрастанию parametrlərindən birini seçirik.

Bundan başqa həmin sütundakı mətnin tipindən asılı olaraq tip siyahısından lazım olan parametrlərdən birini seçirik.

Cədvəl formasında hazırlanmış lakin cədvəldə yerləşdirilməmiş bəzi mətinləri sonradan cədvələ çevirmək olar. Cədvələ çevirəcəyimiz mətni seçdikdən sonra Вставка-Таблица - Преобразовать в таблицу əmrini seçirik. Ekrana Преобразовать в таблицу pəncərəsi açılır. Pəncərənin Разделитель sahəsindəki parametrlər sütunu hansı simvolu təmsil edəcəyini göstərir. Əgər mətindəki sütun yerlərini Tab düyməsini sıxmaqla ayırmışıqsa Знак табуляции parametrini seçirik. Əgər mətndəki sütunlar arasında “;” işarəsindən istifadə etmişiksə Точка с запятой əmrini seçirik.

Hər paraqrafı bir sətirdə yerləşdirmək istəsək Знак абзаца parametrini seçirik. Mətndəki sütunlar arasında digər işarələrdən istifadə etmişiksə другой parametrini seçib qarşıdakı qutuya həmin işarən daxil edirik.

Eyni formada hazırladığımız cədvəli seçdikdən sonra Вставка- Работа с таблицами menyusunun Макет bölməsindən Преобразовать в текст əmrini seçirik. Ekrana Преобразование в текст pəncərəsi açılır.Lazım olan variantlardan birini seçib-OK

Cədvəli yeni hazırladığımız zaman onun yalnız tor xətləri görünür və bu tor xətləri mətni çap edərkən çap olunmur. Həmin tor xətlərini ekrana gətirmək və ya götürmək üçün Вид menyusundan - сетка əmrrini seçirik.



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə