Milli AviasiyaAkademiyası Baş müəllim, I f. d. İsgəndərov A. R. Xarici iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycanda elektron ticarətin inkişafı və gələcək perspektivləri



Yüklə 36,58 Kb.
səhifə2/3
tarix13.05.2022
ölçüsü36,58 Kb.
#86970
1   2   3
Məqalə-20-11-18-AzTU

Keywords: trade, buyer, company, service, commerce, communication, information communication, market, product, improvement, stimulation, state support, countertrade.

İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində koordinasiya və razılaşmaya imkan verən əlaqə şəbəkələrihesabına fəaliyyət göstərir və yayılan informasiya etibarlı hesab olunduğundan qərarların qəbul olunmasında ondan istifadə zamanı informasiyanın etibarlığını yoxlamağa əlavə xərclər tələb olunmadığından belə əlaqələr müəssisəyə qeyri-məhsuldar xərclərini azlatmağa imkan verir.Məkan maneələrin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş yayılmış olan internet şəbəkəsidir. İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə böyük dəyişikliklərə səbəb oldu və yeni dövrün əsasını formalaşdırır.

Müasir internet 1995-ci ildə yaradılıbvə iqtisadiyyatın inkişafında ən mühüm rolu tutur. Onun köməyi ilə dünyanın müxtəlif mənbələrində yerləşən istənilən sahəyə aid informasiyanı qısa müddətdə operativ olaraq sürətlə əldə etmək mümkündür.Qeyd etmək lazımdır ki, müasir dövrdə internet iqtisadiyyatın daha çox inkişaf etmiş sahəsi elektron biznes sahəsi hesab edilir. Elektron biznes sahəsi iqtisadi fəaliyyətin yüksək templə dəyişdiyi mühit kimi xarakterizə olunur. İnternet-biznesin idarə olunmasının düzgün təşkili rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsinə, insan və digər ehtiyatlardan optimal istifadəyə şərait yaradır. O standart şəbəkələrdən istifadə edərək informasiya texnologiyalarının tətbiqi ilə informasiyanın, məhsul və xidmətlərin alqı-satqısının sistemi kimi müəyyən etmək olar. Əslində elektron biznes elektron ticarətin genişləndirilmiş formasıdır. İnternet ticarət - internet texnologiyaları əsasında məhsul və xidmətlərin alqı satqısı, marketinqidir. Elektron biznes informasiyadan istifadə edərək məhsuldarlığı artırır və münasibətlərin daha da təkmilləşdirilməsini təmin edir. Bunun nəticəsində əlavə dəyər yaranır.

Cədvəl 1.

Ənənəvi və elektron ticarətin müqayisəli xarakteristikası


Ənənəvi mağaza

İnternet mağaza

Ticarət zalı

Virtual mağaza

Ticarət zalında alıçıların gəzintisi və mağazada mövcud olan əmtəələ baxış

Server səhifələrinin alıçılar tərəfindən baxılması

Satıcı (məsləhətci) ilə şəxsi əlaqə

Alıçı tərəfindən əmtəənin seçimi

Əmtəənin sifarışı


Əmtəənin alıçı tərəfindən seçimi

Server vasitəsilə

Kompyuter vasitəsilə satıcı tərəfindən sifariş olunmuş əmtəənin ödəmə hesabının alıçıya ötürülməsi

Mağazanın kassasında əmtəənin hesabının alıçı tərəfindən nağd pulla və ya bank kartı ilə ödənişi

Hər-hansı elektron ödənişi vasitəsi ilə

(bank kartı, elektron çek) alıçı tərəfindən hesabın ödənilməsi



Mənbə: Ümumdünya Ticarət Təşkilatının məlumatları, 2018

Bir çox alim və mütəxəssislər tərəfindən elektron ticarət təkсə mal və xidmətlərin elektron satışı deyil, elektron şəkildə informasiyanın ötürülməsi, müəssisələr arasında əlaqələrin yaradılması, bank və maliyyə institutlarının əlaqələndirilməsini də özündə birləşdirir. Belə halda elektron bizneslə elektron ticarət eyniləşir.. Buna görə də artıq bir çox ədəbiyyatlarda elektron biznes və elektron ticarət (elektron kommersiya) eyni mənada istifadə edilir. Bütün qeyd olunanlarla bərabər nəzərə almaq lazımdır ki, həm elektron biznesin, həm də elektron ticarətin yaranması və inkişafı məhz internetin və internet iqtisadiyyatın məhsuludur.

Cədvəl2.

Elektronticarətininüstünlükləri



İnternet vasitəsilə satışın

üstünlükləri



İnternet vasitəsiləalışın

üstünlükləri



Yeni bazarlara çıxış və qlobal iştirak

Əmtəələrin geniş spektirli qlobal seçimi

24 saatlıq iş rejimi

Dünyanın istənilən yerində və istənilən zamanda əlverişliyi

Biznesin qeyri-məhdudiyyətli miqyası

Daxil olmasının və müqayisə alternativinin sadəliliyi

Vaxtın və resursların kapital və əməliyyat xərclərinin azalması

Aşağı qiymətlərlə birbaşa çatdırılma

Əmtəənin fərdiləşdirilməsi və xidmətin personalizasiyası

Sorğuların fərdiləşdirilməsi, əmtəə haqda məlumatın alınmasının artımı

Biznesin yüksək çevikliyi

Xədmətin yüksək keyfiyyəti və istifadətini rahatlığı

Mənbə: Ümumdünya Ticarət Təşkilatının məlumatları, 2018

Əslində elektron biznesin prinsipləri ənənəvi biznesin prinsipləri ilə eynidir, lakin İnternet ona çeviklik və daha yüksək sürət əlavə etmişdir. Bu üstünlüklərə görə hazırda biznesin elektron variantının inkişafı daha perspektivlidir. İnternet imkanlardan istifadə, yeni inkişaf tendensiyaları İnternet iqtisadiyyatın yeni prinsip və qaydalarının yaranmasına səbəb olur.

Cədvəl 3.

Dünyada elektron texnologiyalarının istifadə edilməsi






İnternet istifadəçiləri

İnternet qurğular

Elektron ticarət

1995

12 min. nəfər

100 min ədəd

1,5 mlrd. dol.

2000

98,2 mln. nədər

600 mln. ədəd

2,1 mlrd. dol.

2005

1,1 mlrd. nəfər

1,2 mlrd. ədəd

2,7 mlrd. dol.

2014

3,9 mlrd. nəfər

5,5 mlrd. ədəd

12,9 trln. dol.

2015

4 mlrd. nəfər

6,1 mlrd. ədəd

29,1 trln. dol.

2016

4,1 mlrd. nəfər

7,8 mlrd. ədəd

42,8 trln. dol.

2017

4,4 mlrd. nəfər

11,2 mlrd. ədəd

57,8 trln. dol.

Mənbə: Ümumdünya Ticarət Təşkilatının məlumatları, 2018

Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrasturukturunun informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir.İnternetin sürətli inkişafı həm də onun qeyri-mərkəzləşdirilmiş təbiətindən irəli gəlir. Heç bir firma internetin sahibi deyil və ona nəzarət edə bilməz.Yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını yarada bilər. İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznez təcrübəsinə əsaslı təsir göstərir.

Cədvəl 4.

Dünyada elektron ticarətlə məşğul olan10 iri şirkət



S/s

Şirkərin adı

Mənşə

ölkə


Ticarət

dövriyyəsi

(mlrd. dol.)


Gündəlik sifarişlərin sayı (mln.dəfə)

Fəaliyyət sahələri

1.

Alibaba Group

Çin

152

12

Elektronika

Geyim və aksessuarlar



2.

Amazon

ABŞ

24

7,2

Geyim və aksessuarlar

3.

Ebay

ABŞ

18,5

6,7

Elektronika

Geyim və aksessuarlar



4.

Wallmart

ABŞ

17,7

5,5

Elektronika

Geyim və aksessuarlar



5.

JD

Çin

11,3

4,2

Elektronika

6.

İkea

İsvec

11,3

3,7

Mevel və aksessuarlar

7.

Victoriasecret

ABŞ

11,1

3,7

Paltar

8.

Clove

İngiltərə

10,9

2,8

Elektronika

9.

ChinaBuye

Çi

10,2

2,8

Geyim

10.

Overstock

İngiltərə

8,3

2,0

Geyim

Mənbə: Ümumdünya Ticarət Təşkilatının məlumatları, 2015

Bazarın mahiyyəti informasiya mübadiləsindədir. Bazar banklar, ticari ortaqlar, məhsulgöndərənlər, istehsalçılar və istehlakçılar arasında əlaqə hesabına fəlaiyyət göstərir. Firmanın xərcələrinin əsas hissəsi tədavül xərclərini formalaşdıran informasiyanın axtarışı, mübadiləsi və istifadəsi ilə bağlıdır. Kommunikasiya ucuz olduqda, firmanın informasiya obrazı və şablon alqı-satqı müqavilələri artdıqca tədavül xərcləri aşağı düşür. Bu isə biznesin daha effektiv olmasına şərait yaradır.

Azərbaycanda intenetin aktiv inkişafı 1999-2000-ci illərdən götürmək olar. əgər əvvəllər yalnız elektron poçtla fayl və məktublar göndərilməsi üstünlük təşkil edirdisə, son vaxtlar daha mürəkkəb məsələlər qlobal şəbəkə vasitəsilə həll olunur.

Cədvəl 5.

Azərbaycan Respublikasında elektron ticarətin müasir vəziyyəti





2012

2013

2014

2015

2016

2017

Elektron ticarətin həcmi,mln.man.

10,7

11,8

13,9

22,8

31,1

25,7

Onlardan:

Daxili elektron ticarət, mln.man.

1,3

1,8

2,2

2,0

2,8

1,5

Xarici elektron ticarət, mln.man.

9,4

10,0

11,1

20,8

28,3

24,2

Mənbə: AR-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatları, 2018

2016-cı ildə “Gallup Media” agentliyi Azərbaycan Respublikasında internet auditoriyasının tədqiqatını aparmışdır. 1280 nəfər 16 yaşından yuxarı şəxslər sorğuya cəlb edilmişdir. Nəticədə məlum olmuşdur ki, hər ay internetə orta hesabla 800 min nəfər müraciət edir. Bu isə həddi-buluğa çatmış şəhər sakinlərinin 20%-ni təşkil edir. İnternetin həftəlik auditoriyası təxminən 400 min nəfər, daimi ziyarətçilərin sayı isə 200 min olmuşdur. Şəbəkə istifadəçilərinin 73%-ni kişilər, 27 %-ni qadınlar təşkil edir. İstifadəçilərin 14%-i 16-19 yaş, 29%-i 20-24 yaş, 28%-i 25-34 yaş, 23%-i 35-44 yaş arası şəxslər, 6%-i isə 45 yaşdan yuxarı şəxslər təşkil edir. İnternetə müraciət edənlərin 51%-i ali təhsilli, 42%-i orta təhsilli; 7%-i natamam orta təhsillilərdir. İstifadəçilərin 38%-i “yüksək təminatlı şəxslər”, 14%-i orta təminatı və 7%-i aztəminatlı şəxslər təşkil edir. Gündəlik auditoriyanın 78%-i işləyənlərdir. Onların 35%-i rəhbər işçilər, 24%-i mütəxəssislər, 18%-ini qulluqçular; 1%-i fəhlələr təşkil edir. İşləməyən internet istifadəçilərin 20%-ini tələbələr, 2%-ini digər işsizlər təşkil edir. Şəbəkə istifadəçilərinin 49%-i fərdi kompüter sahibləridir (ümumrespublika göstəricisi 12%-dir).

Cədvəl 6.

Azərbycan Respublikasında elektron ticarətlə məşğul olan beş iri şirkət



S/s

Şirkərin adı

Ticarət

dövriyyəsi

mln. man


Gündəlik sifarişlərin sayı

Fəaliyyət sahələri

1.

WorldTelecom

4,7

123

Telefon və aksessuarlar

2.

Sinam Elektronics

4,2

38

Kompyuter avadanlığı və aksessuarlar

3.

Embawood

4,3

27

Mebel və aksessuarlar

4.

NLT telecom

3,8

104

Telefon və aksessuarlar

5.

Music Gallery

2,4

57

Elektronika

Məişət texnikası



Mənbə: AR-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatları, 2018

Hal-hazırda respublikamızda 60-a yaxın internet mağaza fəaliyyət göstərir. Onların 55%-i kompüter avadanlıqları satışı üzrə, 15%-i disklərin satışı üzrə, 10% mobil telefonın və müxtəlif ödəmə kartlarının satışı üzrə, 10%-müxtəlif dərman və müalicəvi preparatların satışı üzrə, 5% kitab satışı üzrə ixtisaslaşmışlar. 15 e-mağaza isə müxtəlif təyinatlı malların və xidmətlərin təklifi ilə məşğuldurlar.

Azərbaycanın intenet-satıcılarının xarakterik xüsusiyyətləri aşağıdakılardır:


  • əksər milli şirkətləri dar ixtisaslaşmışdır. Lakin elektron-kommersiyanın hazırki inkişaf səviyyəsində buna ehtiyac yoxdur.

  • saytların işləmə sürəti və istifadəyə rahatlığı qənaətbəxş deyil. Bunun səbəbi proqram təminatı və texniki qurğuların keyfiyyəti ilə bağlıdır.

Ölkəmizdə biznes sektorunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması, geniş miqyaslı elektron ticarət sisteminin yaradılması, inkişaf etdirilməsi istiqamətində Azərbaycan RespublikasıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (AR NRYTN) tərəfindən “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçirilməlidir. AR NRYTNrəsmi məlumatlara görə, hazırda Azərbaycanda elektron ticarətlə “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında” kimi müvafiq qanunlar qəbul olunmuşdur.

Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da bu sahənin ilkin cücərtiləri yalnız 3 il sonra, yəni 2008-ci ildə özünü göstərməyə başlayıb. Bunun ən əsas səbəblərindən biri internet üzərində ödəmə sisteminin olmaması olub. 2008-ci il dekabrın 2-də isə “SilverKey Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq “Visa” və “MasterCard ” tərəfindən xüsusi lisenziya almış “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib. Və yalnız bundan sonra Azərbaycanda elektron ticarət formalaşmağa başlayıb.

Son vaxtlar ölkəmizdə adlanan elektron ticarət mərkəzi yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron-ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən, bütün ticarət şirkətlərinin platformasında pulsuz şəkildə virtual dükanın açılması üçün imkanlar yaradılır. Tutaq ki, sizin şəhərin gözəl bir yerində mağazanız var. Mağazaya görə siz ayda minlərlə manat icarə haqqı ödəyir, işçi saxlayır, işıq, qaz, su pulu ödəyirsiz. Lakin Siz bütün bu xərclərə qatlanmadan ,ayda cəmi 40 manat “hostinq” pulu ödəyərək yenə də mağaza sahibi ola bilər və öz məhsullarınızı sata bilərsiz, sadəcə bunu virtual yolla etmiş olacaqsız.

Göründüyü kimi ölkədə elektron kommersiya texnologiyasının tətbiqi iqtisadiyyatımız üçün geniş imkanlar vəd edir, lakin həmin texnologiyanın yaranacaq yeni şəraitdə daha səmərəli nəticə verməsi üçün müvafiq şərait, qayda, qanun, mexanizm və mühit formalaşdırılmalıdır. Artıq internet həyatımızın əvəzolunmaz bir hissəsinə çevrilib. Real mühitdə icra etdiyimiz bir sıra məsələləri də virtual məkanda həyata keçirə bilirik.




Yüklə 36,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə