______________ Azərbaycan Milli
Kitabxanası_________________
127
XƏZƏRİMİN SƏHƏRİ
Günəş doğur, bürünür Xəzər qızıl rənginə,
Qağayılar çığrışıb salamlayır günəşi.
Sakinləri qəhrəman təzə evlərin yenə
Günəşin tellərilə parlayır par-par döşü.
Mənə elə gəlir ki, günəş də insan kimi
Əl-üzünü bizimtək yuyur mavi Xəzərdə,
Xəzər üstdən buludlar yol keçir karvan kimi,
Könlümün təranəsi yüksəlir pərdə-pərdə.
Arzum, diləyim Xəzər, canım, ciyərim Xəzər.
Hamıdan çox mən sənin şıltaqlığına dözdüm.
Mən olmasaydım əgər, sən olmasaydın əgər,
Sən mənə bəzzəməzdin, mən sənə bənzəməzdim.
Yenə Qız qalasının çatılıbdır qaşları,
Yəqin düşüb yadına yenə o qanlı dövran.
Sulardan baş qaldırıb "Səbayel'in daşları,
Ağ saçlı dərviş kimi söz açır babalardan.
Şəhərimin şöhrəti, Xəzərimin vüqan –
Dənizdəki buruqlar gorünür yelkən kimi.
Qayaları çimdirir Xəzərin dalğaları
Anaları körpəsini öpüb çimdirən kimi.
AĞ ŞANI
Bu körpəcə meynəni, oğlum, öz əllərimlə
Sənin əziz adına basdırıram torpağa.
Bəsləyirəm mən səni nəcib əməllərimlə,
Deyirəm ki, bağban ol bizim bu gözəl bağa.
İllər keçər bu meynə qumların üzərində
Günəşdən qüvvət alıb artar, qol-budaq atar.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
128
Kəhrəbadan seçilməz salxımlar nəzərində,
Ağzında şaqqıldayıb hər giləsi bal dadar.
Bu körpəcə meynəni qoru hər bir zavaldan
Qoy torpaqda kök salıb bərkitsin öz yerini.
Bar verməz əkdiklərin doğru sozümdür, inan –
Qatmasan bu torpağa öz alnının tərini.
Bunun dadlı, ətirli, ləzzətli meyvəsini
Mən yeməsəm də, oğlum, sabah sən yeyəcəksən.
Atarım ünvanına - ucaldaraq səsini
Bu şirin meyvədən də şirin söz deyəcəksən,
QULAQ AS
Qulaq as bir atana oğlum, Azad
Sənə hörmətli qonaqdır Fərhad.
Oynayın qumların üstündə qəşəng,
Hər zaman biz, sizi bir yerdə görək.
Dirçəlin, bağlanın Azər elinə,
Yollanın mavi Xəzər sahilinə.
Oynayın dalğaların qoynunda,
Qolunuz bir-birinin boynunda.
Xəzərə söyləməyin - qan çanağı,
Suya tez baş vurun ördək sayağı.
Bakının güzgüsüdür mavi Xəzər,
Sevinirsən ona saldıqca nəzər.
Suda qoy bir avar olsun qolunuz,
Baş vurun bir də, var olsun qolunuz!
Yox bu dünyada şirin şey baladan
Ata qəlbisə seçilməz qaladan.
Siz çimin, biz oturaq sahildə,
Vaxt ötüşsün bu sayaq sahildə.
Qorxmayın bilməsə də dil bu dəniz,
Sizdən ayrılmayacaq gözlərimiz!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
129
XƏZRİ
Bir anda çapib öz atını əsdi küləklər,
Bağlarda yenə dövrə vurub gəzdi küləklər.
Əsdikcə, budur, yığdı narın qumları çin-çin
(Göstərməliyəm qüvvətimi mən ona bir çin).
Qorxub ana quşlar yuvadan çıxmadı dənçin,
Kal meyvələrin taqətini kəsdi küləklər!
Əncir ağacı! Hər budağın bir dəyənəkdir,
Min zərbə yemiş qoblaların sərt döyənəkdir.
Sən yaxşı bilirsən ki, bu tufan nə deməkdir,
Meyvəndən, əzizim, əlimi üzdü küləklər!
İnsan kimi birdən-birə diksindi ağaclar,
Sandım ki, kökündən qopacaq indi ağaclar,
Yarpaqları milyon dil olub dindi ağaclar,
Son ver bu amansızlığa son, bəsdi, küləklər!
Yarpaq tökülür, bar tökülür, bəlkə xəzandır?
Bağçamda qızılgüllərimin halı yamandır.
Min dil də tökürsən, yenə söz qanmayır andır
Bostanları tapdalayaraq əzdi küləklər!
Öyrən, ey oğul, hadisələr doğmayır heçdən,
Hər şey bu təbiətdə alır əmri günəşdən.
Axırda düşüb bir qoca aslan kimi gücdən
Son dəfə nəfəs çəkdi, həmən kəsdi küləklər!
XƏZƏRDƏ
Yelkən kimi ağardıqca qağayılar göy sularda
Dalğalara təmas edir xeyalımın qanadları.
Şıltaq Xəzər sevincindən coşa gəlir ilk baharda
Şahə qalxan dalğalardır yəhərlənmiş ağ atları.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
130
Bu ağ atlar öz belindən qayıqları çırpır suya,
Buraxmayır qayıqçılar dalğaların cilovunu.
Bu amansız vuruşlarda zərrə xətər yoxmuş guya,
Sağ-salamat vurur başa balıqçılar öz ovunu.
Körpəlikdən bu sahilə bağlamışam ürəyimi,
Ürəyimdə bu sahildən canlı, əziz xatirəm var.
Səhər, axşam Xəzərin göy sularına şair kimi
Qələmlə yox, qanadıyla şeir yazır qağayılar!
XƏZƏRİMİN İMZASI
Xəzərimin, bilirəm, həm qışı, həm yazı var.
Sinəsində səslənən günəş telli sazı var.
Bəzən dönür quzuya, bəzən köpürüb daşır,
Onun ad canlılartək düyünü var, yası var.
Xəzəri duya bilməz, Xəzəri sevə bilməz
Kimin ki ürəyində məhəbbətin pası var.
O mənim qəlbimdədir, Mən onun qəlbindəyəm.
Bizim bu eşqimizdən razı var, narazı var.
Mirvarili sahilin mahnılar kitabında
Xəzərimin əbədi, pozulmaz imzası var.
XƏZƏRİN MƏHƏBBƏTİ
Dinlə, a dostum Xəzər, bələdəm bu sirrə mən,
Yarandığın o gündən
Sahil sənə vuruldu, son sahilə vuruldun,
Nə bub sahil yoruldu, nə də ki, son yoruldun.
Hicrandan söhbət açsam, haqqınızda düz olmaz,
Eşqinizə söz olmaz, əhdinizə söz olmaz.
Aya, günə yazılıb vəfanızın mahnısı,
Səfanızın mahnısı.
Yetmisiniz sevginin on mənalı çağına,
Dostları ilə paylaş: |