______________ Azərbaycan Milli
Kitabxanası_________________
114
SƏNİN NƏFƏSİN
Sənin sevgilin olmaq deyil asan, sevgilim,
Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Əlin əlimə dəysə, dünya verilər mənə,
Aləm dönər gülşənə,
Könlümdəki arzular bir daha gözəlləşər,
Eşqim sənin önündə dönə-dönə baş əyər.
Təkcə səni səslərəm, əcəl qapınımı döysə!..
Bahar nəfəsin əgər qışda bağıma dəysə,
Silkələyib qarını ağaclar yarpaqlanar,
Göydə yağışın, qarın buz qapısı bağlanar.
Bağımın torpağına dəysə ayağın əgər,
Çiçəklər baş qaldırıb gül qədəmindən öpər.
Qönçələnər bir anda nəğmələr dodağında...
Nəğməni eşitməsəm ömrüm, günüm heç olar.
Gözün gözümə dəysə gecə qaranlığında,
İki gözüm gecəyə sönməyən günəş olar.
MƏNİM DEYİL, SƏNİNDİR
Eşqinlə gecə-gündüz vuran bu şair ürək İnan,
sevgilim, inan, mənim deyil, sənindir!
Sözə varmı ehtiyac, məndən gözəl bilirsən,
Məni yaşadan bu can mənim deyil, sənindir!
Bağımda bağban kimi çalışıb tər tökmüşəm,
Gözlərimi səninçün bu yollara dikmişəm.
Gəl, gör sənin adına, neçə güllər əkmişəm,
Bu misilsiz gülüstan mənim deyil, sənindir!
Sənə vurğundur könül, sənə bağlıdır könül,
Sənin səadətinlə bahar çağlıdır könül.
Sevgilim, bu sözündə, məncə haqlıdır könül
Səni sevən Süleyman mənim deyil, sənindir!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
115
SƏNİ GÖRMƏSƏYDİM
Yəqin kimsəsiz, yetim görünərdim aləmə,
Könlümü həmişəlik mən sənə verməsəydim.
Boynubükük qalardı çiçəklərim, güllərim,
Onları öz bağımdan adına dərməsəydim.
Boğulardım bəlkə də bir gün qəm dəryasında,
Gəncliyimin, ömrümün baharında, yazında,
Məhəbbətsiz yaşardım, məhəbbət dünyasında
Mən səni görməsəydim, mən səni görməsəydim.
GƏLİB, GETMİŞ
Bilirsənmi, könül, ərzə nə mehmanlar gəlib, getmiş,
Ədasıyla necə canlar alan canlar gəlib, getmiş.
Sevilmiş, sevmiş, eşqiylə bəzək olmuş bu dünyaya,
Gözəllikdən yaranmış nazlı cananlar gəlib, getmiş.
Bu torpaqdan alıb qüvvət, verib bu torpağa qüvvət,
Heyat, zəhmət sevən qeyrətli bağbanlar gəlib, getmiş.
Dühalar var ki, cismən ölsələr də, ruhən ölmürlər,
Dilim galməz deyəm mən ki, bu insanlar gəlib, getmiş.
Süleyman, yaz-yarat, çünki özün yaxşı bilirsən ki,
Bu dünyaya sənintək çox Süleymanlar gəlib, getmiş.
VÜSALDA GÖRMƏLİYƏM
Məhəbbətin aradım zövqünü, səfasını mən,
Gözəllərin sınadım əhdinə vəfasını mən.
Səbəb nədir ki, mənim ayrılıq düşüb payıma,
Günahsızam, çəkirəm, bəs nəyin cəzasını mən?!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
116
Vəfalıyam, qulağım səsdədir uzun illər,
Eşitmək istəyirəm yarımın sədasını mən.
Əzaba, dərdə, qəmə öyrənib sevən ürəyim,
Vüsalda görməliyəm dərdimin dəvasını mən.
Süleymanam, gəzirəm hey Araz boyunca yenə,
Öz eşqimin yazıram qəmli macərasını mən.
KÜSMƏSİN
Qış küsür küssün, fəqət məndən baharım küsməsin,
Küsməsin şux dilbərim, nazəndə yarım küsməsin.
Keçməsin bir gün belə ömrüm şeirsiz, nəğməsiz,
Eşqimin gül bağçasından nəğməkarım küsməsin.
Sevgilimdir bəxtimin dünyasının dan ulduzu,
Tapmasam bundan gözal söz şəhriyarım küsməsin.
Saçlarından ilk baharın ətri keçsin güllərə,
Can fəda etsəm yolunda tacidarım küsməsin.
Mən Süleyman Rüstəməm, andımda möhkəm aşiqəm,
Kim küsür küssün, fəqət məndən nigarım küsməsin!
ŞERİN ACIYAM MƏN
Haqqımda deyirlər, dili sortum, acıyam mən,
Şöhrətlə işim yox, təzə şerin acıyam mən.
Az-çox biliyim varsa da azdır, yenə azdır,
Son mənziləcən öyrədənin möhtacıyam mən.
Mən şerimə yad paltarı geydirmərəm əsla,
Əllaməliyin düşməniyəm mən, qacıyam mən.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
117
Gördüm gecə Leylanı, Füzulini yuxumda,
Leyla dedi ki, şairə yalnız bacıyam mən.
Yaz şerini, tərifi qəbul etmə, Süleyman,
Hər kim desə də, sən demə şerin tacıyam mən!
XOŞA GƏLSİN
Könlümdəki arzum, deyirəm, tez başa gəlsin!
Hicranla vüsal məclisimə baş-başa gəlsin.
Qış fəsli belə qəm yeməsin nazlı nigarım,
Gəlsin, başına gül səpərəm, qoy qışa gəlsin.
Gəzsin, bağımı, bağçamı gözlərdə təbəssüm
Həsrətlə baxım hüsnünə, qəlbim coşa gəlsin.
Bəxtim kimi nərdtaxtamın üstündəki zərlər
Baxsın sözümə, çox demirəm şeş qoşa gəlsin.
Hər kəlmənin üstündə ərit qəlbini, Rüstəm,
Çək aləmə car eşqini, şerin xoşa gəlsin.
ÖZ SÖZÜM OLSUN
Süfrəmdə mənim həm qara, həm ağ üzüm olsun,
Dost-aşna yanında qara yox, ağ üzüm olsun.
Mən istərəm ömrüm belə keçsin uzun illər,
Yazdıqca yazım, hər gecəm öz gündüzüm olsun.
Qürbətdə də yalnız vətənimdir mənə məbəd,
Üstündə vəzifəmdir oğul tək, gözüm olsun.
Dostları ilə paylaş: |