Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
98 
 
Öz mülətinin alnı açıq şairisən, bax!  
Xoşbəxtdir o şair ki, onun öz səsi vardır,  
Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.  
Müşfiq! Səni, gəl bir də basım bağrıma, bir də,  
Olsun bu təsəlli bu ürək ağrıma bir du.  
Şair kimi, insan kimi - yox ölməmisən sən,  
Müşfiq! Səni təbrik edirəm mən, öpürəm mən! 
 
 
ÖPÜRƏM BİR DƏ MƏHƏBBƏTLƏ 
 
Fərhad Bədəlbəyliyə 
 
Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özümə,  
Zəhmətin oldu günəş taleyinin gündüzünə.  
Doğurur gör necə sevdalı könüllərdə bahar – 
O bəyaz dillərin üstündə gəzən barmaqlar!  
Dindirir dinməyinin incə ürək tellərini – 
Belə yaz ömrünə öz gəncliyinin illərini!  
Sev ürəkdən vətəni, alnıaçıq milləti sev,  
Nə gözəldir hələ bu atdığın ilk addımlar...  
Sənətin zirvəsinə öndə çətin bir yol var,  
Bu yolun yolçusu ol, qoy səni sevsin bu vətən,  
Yağsın ünvanına hər ölkədə əhsən, əhsən!  
Gəl bu mənalı vətən mülkünə məna gətirək,  
Ömrümüzdən keçən hər bir günə məna gətirək.  
Bürüyübdür məni də doğma atan tək həyəcan,  
Öpürəm bir də məhəbbətlə açıq alnından. 
 
 
SABAHI DÜŞÜNÜRƏM 
 
Sabahını düşünürəm millətimin, özümün,  
Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.  
Mən şairəm, hər kəlməsi həqiqətdir sozümün,  
Şənliklərdə söz nəğməmdir, döyüşlərdə silahım.  
Sabahını düşünürəm nəsillərin dərindən
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
99 
 
Arzusunda, əməlində özümüzü görürəm.  
Əlbir, dilbir dağları da oynadırlar yerindən.  
Uzaq görən, gözlərində gözümüzü görürəm.  
Sabahını düşünürəm vətənimin har zaman,  
Zəhmətimdir ağ gününün təntənəsi, təməli.  
Sabahımdan, zərrə qədər mən deyiləm nigaran,  
Sabahımı düşünməsəm yaşamıram deməli. 
 
 
BAĞIŞLAR SƏNİ 
 
Yol ayrıcında qalanlara 
 
Özünə elə bir yol seçmisən ki,  
Yalnız vətənsizlər alqışlar səni.  
Dilini nə atan, nə anan bilir,  
Yaxşı başa düşür, bayquşlar səni.  
Batinin dəyişib zahirin kimi,  
Tanımaz oldular tanışlar səni.  
Əgər belə getsə inan ki, bir gün  
Atan da, anan da qarğışlar səni.  
Hər addım başında düşərsən dara,  
Şaşırdar enişlər, yoxuşlar səni.  
Əlin kömək üçün bir yana çatmaz,  
Döyər qarlar səni, yağışlar səni.  
Yaman məst eləyib görürəm ki, mən  
Ürəyi ləkəli ağuşlar səni.  
Sən harda görünsən, şübhə etmirəm,  
Nifrətlə qarşılar baxışlar səni.  
Kağızlar üstündə baş sındırırsan,  
Yormadı eybəcər naxışlar səni?!  
Cana gətirmədi yazılarında  
Bu payızlar səni, bu qışlar səni?!  
Urəyi böyükdür zəmanəmizin,  
Bu yoldan qayıtsan bağışlar səni. 
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
100 
 
SƏNƏ BAĞLIYAM 
 
Dostum Zeynal Məmmədova ithaf 
 
Qarabağa cənnət desəm, tamam haqlıyam,  
Bakılıyam, şəkiliyəm, qarabağlıyam. 
 
Saf, ləkəsiz məhəbbəti bu torpaqda gör,  
Könül açan təbiəti bu torpaqda gör.  
Gözəlliyi, şeriyyəti bu torpaqda gör. 
Baxtıma bax, bu yerliyəm, bu torpaqlıyam,  
Alını açıq, qəlbi açıq vətən oğluyam. 
 
Vəcdə gəlib məhəbbətlə vurur ürəklər,  
Gün doğmamış, ətirlənir hər gün, hər səhər  
Gözəllərin nəfəsilə güllər, çiçəklər.  
Dağ gövdəli çinar kimi qol-budaqlıyam,  
Canım, gözüm, Qarabağım, sənə bağlıyam! 
 
Gözəlliyin kökü mənim diləyimdədir,  
Elin gücü qolumdadır, biləyimdədir,  
Vətən eşqi qocalmayan ürəyimdədir.  
Ağ günümdə, dar günümdə el dayaqlıyam,  
Canım, gözüm, Qarabağım, sənə bağlıyam! 
 
 
25-Cİ PALATADA 
 
Professor Adil Sadıqova ithaf 
 
Dərman qoxusuyla doludur otaq,  
Yenə ağır-ağır alıram nəfəs.  
Yanır qızdırmadan yenə dil, dodaq,  
İçimdən əmr edir döz deyə bir səs.  
Dözürəm ağrıya, dözürəm dərdə,  
Haqqımda nə sözlər gəzmir şəhərdə!  
Gəlirbaş çəkməyə dostlar, tanışlar, 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
101 
 
Mənə gül verirlər, çiçək verirlər.  
Bəxtinlə ekizdir, deyirlər bahar,  
Təsəlli verirlər, ürək verirlər.  
Əl-ayaq çəkilir axşam düşüncə  
Həmdəmim yenə də xəyal, düşüncə...  
Mizimin üstündə kağızlar ağdır,  
Şeir yazmamışam, çünki haçaqdır.  
Sözümə baxmayır əlimdə qələm,  
Ölümdən ağırdır, mənə bu ələm.  
Boğulub qəlbimdə sözlərim yenə,  
Hirsimdən yaşarır gözlərim yenə.  
Bəli, yaxşı deyil, halım yamandır,  
Günüm belə keçir xeyli zamandır,  
Gedir otağimdan həkimlər qəmgin,  
Üzümə demirlər dərdimi açıq.  
Seyr edib Xəzəri eyvandan hər gün  
Təsəlli tapıram orda azacıq.  
Bunu da bilirdim illər ötəcək,  
Bəli bu şair də ölüb gedəcək.  
Ölənlərdən artıq olmayacaq ki,  
Qurdla qiyamətə qalmayacaq ki.  
Bir az da yaşamaq istədim ki, mən  
Vətənin, millətin borcunu verim.  
Nə edim şairəm, nə edim ki, mən  
Mizimin dalında boş qalıb yerim.  
Budur bu böhranlı, ağır çağımda  
Yetdi harayıma bir həkim mənim.  
Yarpaqlar cücərdi can budağımda  
Ona inan dedi ürəyim mənim.  
Bütün varlığımla inandım ona,  
Gözümü qaplayan pərdə söküldü.  
Bəli, yavaş-yavaş gəldikcə cana  
Olüm qəzəbindən yandı, töküldü.  
Həkim dost, əzizdən əzizsən mənə.  
Bu təzə şerimi borcluyam sənə.  
Masam arxasında düşünən zaman  
-Deyirəm - şübhəsiz məni sağaldan  
Adıma deyilən qurbanlar deyil, 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə