Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə23/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
93 
 
Verdi can kəlmələrə, sözlərə barmaqlarınız  
Hamımızçün çox əzizsən, çox əzizsən Sonamız,  
Bilməyən yox bunu, vicdanı təmizsən Sonamız! 
 
Bilirəm mən, xoşuna gəlmir ürəksiz yazılar,  
Qanı buzdan da soyuq, xalqa gərəksiz yazılar.  
Vətən övladına dar gündə köməksiz yazılar Bax,  
bununçün edirəm mən sənə hörmət Sonamız.   
Qoy var olsun deyirəm səndə bu cürət Sonamız! 
 
Sən vurursan görürəm günləri zəhmətlə başa,  
Dəyməsin ömrünün ağ yelkəni ümmanda daşa. 
 Yaşa xoş günlərimizçün, vətən eşqinlə yaşa  
Çəkməsin üstünə öz ordusunu qəm, Sonamız.  
Görməsin gözlərin ömrün boyu şəbnəm, Sonamız! 
 
 
ŞÖHRƏT 
 
Dünyamızda nə qansız, nə nadan şöhrət tapar,  
Nə tüfeyli, nə yaltaq, nə filan şöhrət tapar. 
 
Zəhməti, məbəbbəti vətənə rövnəq verən  
Könlü arzular dolu mərd insan şöhrət tapar. 
 
Darda vətən yolunda, şirin canından keçən  
Alnı açıq, üzü ağ qəhrəman şöhrət tapar. 
 
Kim ki andını pozmaz, süngülər arasında  
Adı olar dillərdə bir dastan, şöhrət tapar. 
 
Nə dükanda satılır şöhrət, nə də bazarda,  
Millətinin qəlbinə yol tapan şöhrət tapar. 
 
Yarı yolda qalmasa, qələmi kütləşməsə  
Mahnısı al bayraqlı Süleyman şöhrət tapar. 
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
94 
 
TORPAQ VƏ MƏHƏBBƏT 
 
Ağcalarım verib yenə baş-başa,  
Bağım-bağçam tamaşadır tamaşa.  
Budur, məni salamlayır budaqlar,  
Məhəbbətlə pıçıldayır yarpaqlar. 
 
Mən məhəbbət yetirməsəm torpağa  
Torpaq mənə gözəl bəhrə verərmi?!  
Oğlum, qızım əl uzadıb budağa  
İstədiyi meyvələri dərərmi? 
 
Zövq alıram bağban kimi əməkdən,  
Mən bilirəm hər meynəmin qədrini.  
Balam kimi bəsləməsəm ürəkdən  
Üzümlərim itirər öz ətrini. 
 
Bitkilərə cansız demək düz deyil,  
Yox, canlıdır meynə, ağac, gül, çiçək.  
Hər meynənin çubuqları elə bil  
İməkləyir qumlar üstə körpətək. 
 
Mən kəsməsəm alaqların kökünü  
Küsər məndən yəqin güllər, çiçəklər.  
Dağıtmasam buludların yükünü,  
Şitillərə divan tutar küləklər. 
 
Gəl, gəl, deyir bağımdakı ağaclar,  
Əncirlərin göbəyindən bal damır,  
Meynələrdə daha başqa aləm var,  
Salxımların bəbəyindən bal damır. 
 
Qonaq gəlir mənə dostum, tay-tuşum,  
Bu torpağa bir bəzəkdir hərəsi.  
Meynəmizdən quşlara da pay düşür,  
Bu nemətin mahnı olur əvəzi. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
95 
 
Dostlar, gəlin çıxmayın bu sözümdən,  
Gəlin büllur salxımlara dəyməyək.  
Gəlin, şərab düzəltməyək üzümdən,  
Şirəsini şüşələrə tökməyək. 
 
Meynələrin bəhrəsini turşudub  
Nə babamız, nə nənəmiz içibdir.  
Məclislardə çöhrəsini turşudub  
Nə atamız, nə anamız içibdir. 
 
Şənliklərdə şirin-şirin, səmimi  
Deyib gülə bilmərikmi şərabsız?!  
Yəqin baqlı sual kimi, söz kimi  
Bu sualım qalacaqdır cavabsız. 
 
 
AĞACLARIN DƏRDİ 
 
Bu axşam sahildəyəm, gəzirəm ağır-ağır,  
Dinib payız dilində şıdırğı yağış yağır.  
Hələ qabaqda qış var,  
Bolluca qar-yağış var.  
Qatar-qatar buludlar pərdə çəkəcək göyə,  
Qışımız keçəcəkdir geyimsiz, çılpaq deyə  
Məni yoldan eləyib saxlayır bu ağaclar,  
Yarpaqlardan yaş töküb ağlayır bu ağaclar.  
Dözünüz, ağaclarım, dözünüz, ağaclarım,  
Uzun sürməz, bağlanar yağışın, qarın yolu.  
Çox gözəl bilirsiniz özünüz, ağacların,  
Açılır mahnılarla gec-tez baharın yolu.  
Yüz bahar ötürmüşəm, artıq yaşa dolmuşam,  
Hesabsız şənliklərin ağsaqqalı olmuşam.  
Kaş ki, gənclik baharım gələydi sizinki tək,  
Ömrümün payızında güləydi sizinki tək! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
96 
 
ÖMÜR KİTABIMDAN BİR YARPAQ 
 
Şəhərdən əl-ayaq çəkilən zaman  
Gəzməyə səsləyir küçələr məni.  
Çox gözəl tanıyır bir sirdaş kimi  
Gündüzdən seçilməz gecələr məni. 
 
Yazıb yaratmaqdır eşqim, əməlim,  
Ayrılmır kağızdan, qələmdən əlim.  
Şerdir, mahnıdır bu gəlhagəlim,  
Bilirəm yazmamaq heç elər məni. 
 
Baxıram ömrümün kitabına mən,  
Güvənib könlümün rübabına mən  
Yuxusuz gecələr hesabına mən  
Qoymaram dostlarım keçələr məni. 
 
Manqalı tüstülü bulaq başında,  
Qazanı qaynayan ocaq başında, 
Həm dəzgah başında, həm dağ başında  
Eşidir cavanlar, qocalar məni. 
 
 
UNUDULMAZ İLLƏRİMİZ! 
 
Haydı, Rüstəm, çıxalım gəl yarışa,  
Çıxalın mövzu üçün axtarışa. 
 
M.Müşfiq 
Gənclik çağımız keçdi Xəzərdən daha coşqun,  
Etdik əməl uğrunda uzun yolları yorğun.  
Mümkünmü unutmaq o əziz günləri?!  
Yox, yox, Könlümdə o xoş illərin öz izləri var çox.  
Gənclik qanımız qaynayan illərdi o illər,  
Düşmənlərimizçin yaman illərdi o illər.  
Xalqın səsi haqq səsdi bizimçin o zamanlar,  
Bir arzu müqəddəsdi bizimçin o zamanlar: 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
97 
 
Şair kimi öz əsrimizin nəbzini tutmaq,  
Ən qəti döyüşlərdə uduzmaq deyil udmaq.  
Bir qardaşımız vardı, gözəl, sadə geyimli,  
Müşfiqdi o şair, özütək şeri sevimli.  
Baxdıqca səadət dolu gülşənlərə hər gün,  
Birlikdə edərdik qəmi yoxluqlara sürgün.  
Müşfıq də ürəkdən coşaraq vəcdə gəlirdi,  
Mən yaxşı bilirdim ki, - o çox yaxşı bilirdi:  
Şerin öləcək yazsan ürəksiz, həyəcansız,  
Dövran sənə qiymət verəcəkdir çox amansız.  
Xoşbəxtdir o şair ki, onun öz səsi vardır,  
Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.  
Müşfiq bu yolun yolçusu tək yazdı, yaratdı,  
Al bayrağın al rəngini öz şerinə qatdı.  
Qardaş kimi hər gün bölüşüb dərdi, sevinci,  
İstərdik olaq işdə, sədaqətdə birinci,  
Yollarda günəş aşiqi tək zülməti dandıq,  
Müşfiq bizə, biz Müşfiqə dar gündə hayandıq.  
Onsuz öz anam, süfrəni açmazdı o vaxtlar,  
Söylərdi: "'balam harda qalıb, get onu axtar".  
Günlər belə keçdi, Müşfiq belə gəncdi. 
Yazdıqca həyat çeşməsi qaynardı gözündə,  
Rəqqas kimi barmaqları oynardı üzündə.  
Ağ günlərin eşqilə qaraldıqca varaqlar,  
Çox incə gülümsərdi qalın, döymə dodaqlar.  
Bir şeir oxuyan vaxtda içindən alışardı,  
Qaş-göz danışır, əl danışır, dil danışırdı.  
İlhamla səfirlər cana gəldikcə könüldə - 
Çalsaydın o baxsın deyə, şeypur da, təbil də - 
Yox, yox, bu səsi Müşfiq eşitməzdi kökündən,  
Milyon ürəyə vardı bu an yol ürəyindən.  
Müşfiq belə şair, belə insandı gözümdə,  
Dostum yenə dilləndi bu şerimdə, sözümdə.  
Müşfiq! Məni gəl dinlə, ötüb keçsə də illər, - 
Xatırlayacaqdır səni hörmətlə nəsillər.  
Xoşbaxtsan, əzizim, vətəninçin dirisən, bax, 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə