Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
76 
 
 
Deyirəm ki, zənginlərin zənginiyəm bu saat,  
Bu suların dibindədir qara qızıl xəzinəm.  
Gözlərimdə ucaldıqca al bayraqlı bu həyat,  
Dinclik nədir, gəzindikcə istəyirəm gəzinəm. 
 
Durnaların qaqqıltısı eşidilir havada,  
Ağır-ağır qanad çalıb başım üstdən uçurlar.  
Deyirəm ki, xoşbəxtlərin xoşbəxtiyəm dünyada  
Durnalarım lələk salıb başım üstdən uçurlar. 
 
Gözəllikdən vəcdə gələn bu şairin əlləri  
Ciblərində qələmini, kağızını arayır.  
Xəzər üstdən mahnılarla əsən xəzri yelləri  
Məhəbbətlə Abşeronun saçlarını darayır. 
 
 
ŞÜVƏLANDA 
 
Yenə saymazyana qırmaclayaraq Abşeronu  
Sovurur xəzri narın qumları hiddətlə, budur,  
Mən bacarsaydım əgər yaxşı cilovlardım onu...  
Baxmayın hop-gopuna, ömrü bitibdir, sonudur.  
Sonudur qış gününün, toplayaraq var gücünü  
Nə yaman xəzri əsir, açmağa göz vermir aman,  
Günəşin üstünə boz pərdə çöl ilmiş tozdan,  
Xəzri öz zərbəsini get-gedə saldıqca işə.  
Əyilib körpə ağaclar sədəqəyçin günəşə, 
 
Ehtiyat eyləyərək, doğrusu, pozğun havadan  
Yemə möhtac ana quşlar belə uçmur yuvadan.  
Telqraf telləri bir dərdli kamandır elə bil,  
İnləyir, çünki bu çarpışmaya biganə deyil.  
Təpəciklərdəki qumlar yenidən halqa vurur,  
Xazərin dalğaları sahilə min damğa vurur.  
Orda, heyhat, nə gəzən var, nə çimən,  
Nə də quşlar kimi asudə süzən bir yelkən,  
Dalğalar dalğaların boynuna mindikcə coşur,  
Qızmış aslan şığıyıb sanki ov ardınca qoşur. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
77 
 
Nə bilən var dilini,  
Nə qıran var belini. 
Xəzərin sahilinə xəzri qoşunlar yeridir,  
Titrəyir qumların üstündə səhərdən bəridir;  
Şüvəlan bağlarının körpə, cavan meynələri,  
Qoymayır onları rahat, soyuğun iynələri.  
Necə dözsün buna nazəndə çiçəklər, güllər?  
Alıb öz ağzına dərd səmti qudurğan yellər.  
Yox, bizim bağlarımız bunlara öyrəncəlidir,  
Dözəcək yellərə, tufanlara öyrəncəlidir,  
Yerə göydən qara bir qarğa kimi endi gecə,  
Şüvəlan bağlarına qondu gecə.  
Kəsməyib xəzri hələ, ac canavartək ulayır,  
Qocaman, canlı ağaclarsa ona baş bulayır.  
Nə gələn var, nə gedən var bu tanış yollarda,  
Bu geniş yollarda. 
Atılıb son döyüşə, nərə çəkir bir də Xəzər, 
Sarsılır çərçivəsindən qapılar, pəncərələr. 
Bənzəyir göydə süzən ay o buludlarda yenə 
Can verən bir balığın gözlərinə, 
Az keçir, göy qaralır, yer ağarır. 
Bağların bağrını bir qorxu yarır. 
Bu nə işidir? Belə şey görməmişəm ömrümdə, 
(Dostu əsla ayağa verməmişəm ömrümdə). 
Hardasan, gəl, a bahar, sən ki, deyilsən xəstə, 
Qar yağır, quşbaşı qar incə çiçəklər üstə. 
Gəl, qışın, son günüdür, 
O, sənin üstünə gəlmiş günüdür
GÜL bahar, doğma yuvandan onu qov, 
Durna, dilbər Şüvəlandan onu qov! 
Gəl, əzizim ki, sənin xoş qədəmin yüngüldür. 
Nəfəsin məncə çiçəkdir, güldür. 
Gəl, bahar, gəl, özünü cəbhədə zənn eyləmə tək, 
Durmuşam burda dünəndən qayatək. 
Tut əlimdən, ayağım yerdən üzülməz, dostum, 
Ürəyimdən qışın imzasını sənsiz pozdum. 
Eşidib şairi şux, nazli bahar, 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
78 
 
O xoş avazlı, qızılsazlı bahar – 
Yuxusundan ayılır şir kimi qalxır ayağa,  
Çəkib öz ordusunu qışda olur əlbəyaxa,  
Gecədən xeyli keçib, sübhə yaxındır artıq,  
Ey könül, dinlə, bahar öz qonağındı artıq.  
Görünür dan yeri qıpqırmızı qan rəngində  
Bir sevinc hiss olunur quşların ahəngində.  
Gəzişir sevgili canan günəşin altında,  
Tapır, öz bəxtini insan günəşin altında. 
 
 
QlZILGÜLLƏR 
 
Gənclik illərinda may ayında  
Göyçaya getmişdim. O zaman  
gördüyüm mənzərəni bu gün  
bete qələmə aidım. 
 
Qəribədir bu Göyçay,  
Yoxdur ona muncə tay.  
Qızılgül mənasinda,  
Qızılgül dünyasmda,  
Qızılgüldür bayrağı,  
Baharın oğian çağı  
Mahnı deyib doyunca,  
Çayın sahil boyunca  
Gözlərində ilk bahar  
Gəzir oğlanlar, qızlar. 
 Əllərində qızılgül,  
Dillərində qızılgül,  
Seyr ediram hər yanı,  
Üst-başda boş yer hanı – 
Döşlərİndə qızılgül,  
Başlannda qızilgül,  
Hamının paltarının  
Ciblərində qızılgül,  
Hətta qulaqlarının  
Diblərində qızılgül. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
79 
 
Səsində, nəfəsində,  
Məhəbbət nəğməsində,  
Ətir saçan qızılgül,  
Könül açan qızılgül.  
Yaşlıların qar kimi  
Saçlannda qızılgül.  
Mübaliğə deyil bu  
Qaşlarında qızılgül.  
Yerişlərin özündə,  
Görüşlərin özündə,  
Dodaqlarda qızılgül,  
Yanaqlarda qızılgül.  
Körpətək tutub ayaq  
Yaman gəzir qızılgül.  
Sulara baş vuraraq  
Çayda üzür qızılgül.  
Gəzirəm çəmənliyi,  
Seyr edirəm şənliyi,  
Heyranam bu işlərə  
Çəkilibdir şişlərə  
Ətlə birgə qızılgül,  
Cərgə-cərgə qızılgül.  
Kabablar da gül dadır,  
Şərablar da gül dadır. 
Bu sevdiyim şəhərdə  
Görərsiniz evlərdə,  
Eşiklərdə qızılgül.  
Beşiklərdə qızılgül.  
Göydən elə bilirsən  
Qızılgül yağıb yerə.  
Qızılgül nəfəsilə  
Dolub bütün bağ-dərə.  
Sözümə inanmayan,  
Gözümə inanmayan,  
Uçsun demirəm ki, mən  
Günə, ulduza, aya.  
Qoy tərpənib yerindən  
Səfər etsin Göyçaya!.. 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə