Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
72 
 
Ayağın bu müqəddəs torpaqdan ayrılmasın,  
Əlin Xazər dalğalı bayraqdan ayrılmasın.  
Qoy zəhmət ocaqları olsun hər zaman yerin,  
Odlu qəlbində doğan alovlu sətirlərin,  
Qara ürəklilərçün qara gülləyə dönsün.  
Gözəl diləklilərçün qızılgüllərə dönsün.  
Qısılma mənzilində bir divarın küncünə,  
Şərik ol dünyamızın dərdinə, sevincinə.  
Qoy ananın südüylə yoğrulsun şeirlərin,  
Müəllimin bu eldir, məktəbin bu həyatdır.  
İkisi də uçuşda sənə iki qanaddır. 
 
Sənin zəmanətinə imzasını atanın, - 
İllərlə yazıb pozan bu ağ saçlı atanın  
Nələr görməyib gözü, nələr çəkməyib başı,  
Sinə gərib həmişə bəlaya dərdə qarşı.  
İndi növbə sənindir,  
Bəli, şairlik kimi böyük rütbə sənindir.  
Sənə məhəbbətlə mən zəmanət verirəm ki,  
Zəmanətdə bir eybi gözün görməsin iki.  
Həqiqətin gözü ol, Millətinin gözü ol.  
Doğrult məhəbbətimi. Doğrult zəmanətimi! 
 
 
ABŞERON BAĞLARI 
 
Abşeronu bəyənməyən adamlar  
Məgər bilmir bu torpaqda nələr var?  
Olmasa da sıx meşəli dağları,  
Səfalıdır Abşeronun bağları.  
Olmasa da bu yerdə buz bulaqlar.  
Süfrəmizdən razı gedir qonaqlar.  
Bu nemətlər yaranmayıb havadan,  
Bu qocaman ağacları bir zaman 
 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
73 
 
Məhəbbətlə əkib ulu babalar,  
Qəhrəmandır bizim ellər, obalar. 
 
Gün doğdumu Şüvəlanda yay çağı,  
Təndir kimi qızdırdımı torpağı,  
Dəli xəzri hal-küyünü kəsdimi,  
On-on beş gün xoş gilavar əsdimi,  
Yavaş-yavaş üzümlərə xal düşür,  
Sarı əncir öz vaxtında yetişir.  
Dəstə-dəstə qonaq gəlir hər bağa,  
Torpaq oğlu qiymət verir torpağa.  
Budur, yenə bağda əncir saralır,  
Oğul-uşaq ağaclara yan alır;  
İrisini səbət-səbət dərirlər,  
Soyub bir-bir tikan üstə sərirlər.  
Çox şirindir bu torpağın ənciri,  
Özü də ki, bizim bağın ənciri!  
Çəkib yerin şirəsini canına,  
Qan artırır yer oğlunun qanına.  
Qış günündə piskəndəsi yeyilir,  
Becərənə afərinlər deyilir.  
Gəlin gedək əncir yeyək, uşaqlar,  
Adam kimi əl eləyir budaqlar.  
Bir az çörək, bir az pendir götürək,  
Səhər-səhər ağac altda ötürək.  
Gördünüzmü, nccə yerdir Abşeron,  
Gəl-gəl deyir sizə bir-bir Abşeron!  
Har ayaqda odur mənim həyanım,  
Torpağına qurban olsun bu canım! 
 
 
TƏBİƏTİN ƏTRİ 
 
Günəşdən tez oyanıb gəzirəm öz bağımda,  
Nələr, nələr bitməyir bu ana torpağımda!  
Ağaclar min dil töküb sanki mənə gəl, deyir,  
Gəl, gəl, olmasın bizə ot-alaq əngəl, deyir. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
74 
 
Parlayır incələrtək şeh çiçəklərin üstdə,  
Deyirəm ki, tapılmaz bir bağban mən həvəsdə.  
Əkdiyim hər fidançın gedib əldən, ayaqdan,  
Canını bağ-bostanın qurtarıram alaqdan.  
Qarşılayıb əməklə gələn xoş baharı mən.  
Suvarıram həvəslə körpa ağacları mən,  
Gözəl bir vərdiş hanı mənim bu vərdişimdən,  
Arada yorulantək ayrılaram işimdən, 
Oturub bir daş üstdə nəfəs alıram dərin,  
Gəlir əlimdən ətri otların, çiçəklərin!.. 
 
 
XƏZƏR VƏ DURNALAR 
 
Üzürəm mən yelkənimlə yenə Xəzər sularında.  
Bahar ətri gəlir mənə pıçıldaşan ləpələrdən.  
Şəhərim sülh qalasıdır qəhrəmanlar diyarında,  
Təbəssümü öyrənmişdir süd dodaqlı körpələrdən.  
Şair, könül salamlayır ilk baharı,  
Əl eləyir mənə dəniz buruqları. 
Aləmi var bu səhərin,  
Qəlbim atəş, sular sərin,  
Görürəm mən,  
Başım üstdən 
Durnaların qatarıdır uçub gedən,  
Lənkərandan uzaqlara köçüb gedən.  
Onlar mənə tanış gəlir,  
Seyr etdikcə göz dincəlir.  
Səsləndikcə durnaların qaqqıltısı qulağımda,  
Bir mahnının ilk sözləri qönçələnir dodağımda.  
Sağım dəniz, solum dəniz,  
Önüm dəniz, yolum dəniz.  
Fərəhimdən başım dəyir göylərə 
Nahaq yerə çıxmamışam səfərə.  
İlhamıma qanad verən Xəzər kimi dənizim var,  
Cibimdə nə qələmim var, nə bir parça kağızım var,  
Bəs nə edim? Gördüyümü nəylə yazım, hara yazım? 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
75 
 
Durnaların qulağına çatdı yəqin bu avazım.  
Onlar mənə mavi göydən lələk atdı dənizə. 
Kim inanmaz bu sözə! 
İftixarla, məhəbbətlə
Qəlbimdəki hərarətlə, 
Canlı mavi dəftərimin - 
Sinəsinə Xəzərimin. 
Bircə anda şeir yazdım lələyilə durnaların,  
Bahar mahnım tamamlandı köməyilə durnaların. 
 
 
ABŞERON LÖVHƏLƏRİNDƏN 
 
Bahar kimi gözəl olur Abşeronda payız da,  
Hünərin var onu bundan, bunu ondan gəl ayır.  
Məhəbbətlə seyrə dalıb görürəm ki, payızda  
Körpələrtək Xəzər bir az dəcəlliyə başlayır. 
 
Göy sularda qağayıtək üzür şeir yelkənim,  
Odur, mənə el eləyir dənizdəki buruqlar.  
Uşaqlıqdan Xəzərimlə möhkəm şərlim var mənim;  
Bu səbəbdən bədənimə kar etməyir soyuqlar. 
 
Ağ yelkənim şütüdükcə, mənim şair gözümə  
Neft daşlan bu möbləşəm qala kimi görünür.  
Qüvvət gəlir biləyimə, qüvvət gəlir dizimə,  
Misralarım yelkənimin arxasınca sürünür. 
 
Deyirlər ki, bu şəhərdən həddindən çox yazırsan,  
Mənə xeyli yersiz gəlir dostlarımın sərgisi,  
Şöhrətimdir şəhərimin bağrındakı qara qan,  
Şeriyyətdir Abşeronun könül açan sərgisi. 
 
Bu şairi bu səfərdə nahaq yerə yormayın,  
Şöhrətindən ayrı deyil Abşeronun şöhrəti.  
"Gəzintiyə ixtiyarın varmı?" deyə sormayın,  
Dalğaların qoynundadır vəsiqəmin surəti. 
 
  
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə