Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
84 
 
Əlağa Vahidin xatirəsinə 
 
Baharda demirəm, payızda, qışda,  
Xəzrili şəhərdə, qarda, yağışda,  
Qalın dodağında qartmaqlı qəlyan,  
Başının üstündə tüstüdən duman,  
Əynində bozarmış bir nimdaş palto. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
85 
 
Qara çəkməsinin dabanı əyri,  
Qəzəl aləmində xəyalı, fikri  
Xəlvət küçələrlə yol gedərdi o.  
Gənclik illərinin bahar çağında,  
Növbayə durduqca söz dodağında  
Meyxana deyərdi meyxanalarda,  
Bizi güldürərdi toyxanalarda.  
Öz titrək səsiylə qəzəl deyərdi,  
Böyük Füzulidən, Seyid Əzimdən.  
Bilsəniz nə qədər gözəl deyərdi  
Onu məbəbbətlə dinləyərdim mən.  
Həyatda çatmırdı yalnız bir şeyi,  
Nə tütündən doydu, nə meydən doydu.  
Ömrünü azaldan zəhrimar meyi  
Özgəyə qıymadı, özünə qıydı;  
Bir şeir eşqiylə yanarkən ürək,  
Onu xatırladım bu axşam yenə.  
Nə qədər içdiyi nəyimə gərək,  
Nə qədər yazdığı gərəkdir mənə.  
Nəfəs dərə-dərə danışdıqca o,  
Ürəkdən odlanıb alışdıqca o,  
Kağızlar üstündə gəzərdi qələm, - 
Dəryada yelkəntək üzərdi qələm,  
Masazır kəndindən gələn bir uşaq,  
Bakıda qocaman şairə döndü.  
Öz qəzəl mülkündə yandırdı çıraq,  
Gecənin zülməti gözündə söndü.  
Sinəsi söz dolu bu vətən oğlu  
Sevgi aləmində axtardı gövhər.  
Gördüm üzügülər onu hər zaman,  
Görmədim hayatda usandığını.  
Toz kimi havaya sovurdu yaman  
Uzun illərboyu qazandığını.  
Başında təzə bir eşqin sevdası,  
Gözəllər yolunda ağartdı yolu.  
Qəlbində qəzəlin, şerin mayası, 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
86 
 
Cibindı beş qəpik tramvay pulu.  
Qolunda bir gözəl görən olmadı,  
Lakin gözəllərə yazdı min qəzəl.  
Dünyanın dərdini vecə almadı,  
Çirkin də gözünə göründü gözəl.  
Yaşadı xəbərsiz şandan, şöhrətdən,  
Qaçdı dəbdəbədən, qaçdı qeybətdən.  
Onun öz nəfəsi, öz səsi vardı,  
Özünə bənzəyən nəğməsi vardı.  
Şeri nasiranə olmasın deyə,  
Nə roman oxudu, nə də hekayə.  
Gəzdi bu torpaqda, gəzdi Təbrizdə,  
Səslədi ayüzlü şux nigarını,  
Yox, ögey bilmədik ailəmizdə  
Keçən əsrimizin yadigarını.  
Bir üzdə göründü qışda, baharda,  
Qələmsiz qalmadı titrəyən əli.  
Bilməyən varmıdır, toyda, mağarda  
Oxundu əlli il şeri, qəzəli.  
Elə ki əllini adladı yaşı,  
Qoca Savalantək ağardı başı.  
Adını çəkdilər hər yerdə təkrar, 
Özünü məclisə çağırmadılar.  
O bunu dərd edib gileylənmədi,  
Öz qəzəl taxtından yerə enmədi.  
Bir gün gözlərini yumdu həyata,  
Hami rəhmət dedi bu əziz ada.  
Toyxana, meyxana qaldı Vahidsiz,  
Dostlar yana-yana qaldı Vahidsiz.  
Onu apardılar Dağüstü bağa,  
Orda düzəltdilər ev-eşiyini,  
Öpüb tapşırdılar ana torpağa  
Qəzəl dünyamızın sonbeşiyini. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
87 
 
QARDAŞ MƏZARI 
  
Qardaşım Rəsula  
 
 
Bahar hədiyyəmiz - xonça, səməni,  
Qardaş, ziyarətə gəlmişdik səni.  
Səni bu dünyaya gətirən anan,  
Böyüdüb sonradan itirən anan  
Yandırdı qəbrinin üstündə ağ şam,  
Bayram axşamıydı bu gözəl axşam.  
Ağlayan ağladı, boşaldı ürək  
Çiçəklər üstünə səpildi çiçək.  
Hərə öz evinə tələsdi yenə,  
Qalmadı bir nəfər qohum, əqrəba.  
Qəbirlər pərişan goründü mənə,  
Şamlar bir-bir söndü göz qırpa-qırpa.  
Uzandı kölgəsi yaşıl şamların,  
Gün batdı üfüqdə izi qalmadı.  
Qəbirlər üstündə yanan şamların  
Ömrü bir saatdan uzun olmadı.  
Bir təntənə vardı bu yerdə bayaq,  
Bu qəmli yollardan kəsildi ayaq.  
Çapdı altındakı atı qaranlıq,  
Çökdü qabristana qatı qaranlıq.  
Ey torpaq allında yatan əzizlər,  
Əcəl şərbətini dadan əzizlər.  
Sağtar hörmətini bildirib sizə,  
Özünü bu gündə bura yetirdi.  
Sizin bu əbədi mənzilinizə,  
Bir neçə saatlıq bahar gətirdi.  
Ağladım, qalmadı gözlərimdə yaş.  
De, bunu duydunmu mənzilində sən!  
Yanından getmədim bu gecə, qardaş,  
Danışdım, sübhədək başdaşınla mən. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
88 
 
LEYLAMIZ 
Leyla Bədirbəyli 
 
İncə qəlbində böyük dünyası var Leylamızın.  
Bu vətən mülkündə öz mənası var Leylamızın.  
Yaxşı sənətkar kimi şöhrət gətirmiş sənətə,  
Səhnətək bir dalğalı dəryası var Leylamızın.  
Bir baxın diqqətlə siz can verdiyi surətlərə,  
Səhnədə öz səsi, öz imzası var Leylamızın.  
Solmayan min bir gözəllikdən yaranmış varlığı,  
Dan yerindən rəng alan siması var Leylamızın.  
Səhnənin leylası olmaq istəyənlər az deyil,  
Məncə təkrarsız, gözəl avazı var Leylamızın.  
Nəğməsindən bilmişəm eldir, vətəndir sevdiyi.  
Cümləmin altında öz imzası var Leylamızın. 
 
 
DOSTUM, BİLİRSƏNMİ?! 
 
Dostum Səməd Vurğunun 50 illiyinə 
Çox adamlar pərt olur yaşdan söhbət düşəndə. 
Azaldır öz yaşını on ya da ki, on beş il. 
Dostlar bilir ki, bundan qorxmuruq sən də, mən də, 
Çünki şair tayfası yaşlı qocalan deyil. 
Adam da var sifətindən lap uşağa bənzəyir. 
Həyat onun gözündə oyuncağa bənzəyir. 
Yeyib-içir, kökəlir, qurur öz dünyasını, 
Yalnız bunda görür o, ömrünün mənasını. 
Lakin baxıb görürsən baharını alıb qış, 
Ürəyisə özündən yüz il əvvəl qocalmış. 
Əllisə də yaşımız bunu dərd etməyək heç, 
Anamız təbiətin ziddinə gəlməyək heç. 
Nə eybi var şairin əlli, yüz yaşı olsun. 
Şərt odur ki, düşünən, ağıllı başı olsun... 
Şeir məclislərində oldu sinəmiz kitab 
  
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə