Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
210 
 
 
Zaman bir gün uçurtdu şöhrət taxtından məni,  
Dar günümdə görmədim yanımda bir an səni.  
Tək qalmadım, ömrümə hayan oldu vətənim.  
Yaxın dostlar, tanışlar tutdu əlimdən mənim.  
Günlər, həftələr, aylar dolandı sən gəlmədin,  
Bəzən sinəmdə odlar qalandı sən gəlmədin.  
Nəhayət, dost əliylə yaralarım sağaldı,  
Keçən günlərdən ancaq acı xatirə qaldı.  
Mənə elə gəldi ki, yenidən doğulmuşam,  
Dünənsə vətənimçin nankor bir oğulmuşam.  
Bu gün qatıb gecəni gündüzə gənc yaşında  
Min arzu bəsləyirəm ürəyimin başında.  
Budur yenə gəlmisən, sevgidən danışırsan,  
Ürəklərlə oynamaq sənə gəlməsin asan,  
Yalançı andlarınla gəl pozma dincliyimi  
Çöldən tapmamışam ki, bu qaynar gəncliyimi!  
Könül dediklərinə daha inanan deyil,  
Çəkil mənim günəşli, aylı yolumdan, çəkil.  
Deyirsən: "məni əfv et" bilmirsən gecdir artıq?  
Gözəlliyin, varlığın gözümdə heçdir artıq! 
 
 
ÖLSƏ 
 
Yadigar qoymalıdır xalqa hər insan, ölsə,  
Etməsinlər deyə bir an onu nisyan, ölsə. 
 
Qəhrəmanlar deyəcəkdir yenə: nakam öldüm,  
Vətən uğrunda əgər can verib, asan ölsə. 
 
Xalqın azadpərəst oğlu silinmaz yaddan,  
Edib öz canını oz xalqına qurban, ölsə. 
 
Vətəni sevməyənin əsrdə qalmaz əsəri,  
Gəzəcək şeri ağızlarda, Süleyman ölsə. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
211 
 
BAĞIŞLA 
 
Şair, vətənə, xalqa gülüstanı bağışla,  
Dildarına, gəl, bu yeni dastanı bağışla, 
 
Canan məni tərk etdi, düşündüın gecə-gündüz,  
Könlüm dedi ki, qəm yemə, cananı bağışla! 
 
Mən vəslinə həsrət çəkirəm xeyli zamandır,  
Canan, yenə də sən mənə hicranı bağışla! 
 
Qəlbimlə verib baş-başa, gəldim bu qərarə:  
Öz xalqına, şair, bu şirin canı bağışla... 
 
Könlüm gülə bilməz bilir aləm ki, vələnsiz,  
İstər ona sən varlığı, dünyanı bağışla! 
 
Ey nazlı vətən, mən sənə öz könlümü verdim,  
Qarşında günahkarsa, Süleymanı bağışla! 
 
 
OLSUN 
 
Bir adətidir bülbülün hər fəsli-baharda 
Sorsun "hanı bir yer, bu çəməndon gözəl olsun!" 
 
Baxdıqca sorar, güzgüyə, canan, öz-özündən:  
"Dünyada gözəl varmı ki, məndən gözəl olsun?!" 
 
Yüngüllərin ardınca dönüb baxmaram əsla,  
İstər ya sifətdən, ya bədəndən gözəl olsun. 
 
Ey nazlı Vətən! Yox elə bir şey bu həyatda  
Səndən əziz olsun mənə, səndən gözəl olsun. 
 
Təkrar edəcəkdir bunu hər yerdə Süleyman;  
Bir öylə gözəl yox ki, Vətəndən gözəl olsun! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
212 
 
QIRA BİLMƏZ 
 
Hər kim ki, sevir, sevgidən ölməz,  
Qəlbimdə coşan telləri heç vaxt  
Rəftarı qırıqlar qıra bilməz. 
Mən vurğunuyam nazlı nigarın,  
Onsuz bu bahar gülşənə gəlsə,  
Şair bağa, bülbül gülə gəlməz. 
Eşqin yeni sevdası başımda,  
Şux dilbərə bağlandı bu könlüm,  
O gülsə gülər, gülməsə gülməz. 
Qəlbimdə coşan telləri heç vaxt  
Rəftarı qınqlar qıra bilməz. 
 
 
VƏTƏN DEYİRƏM 
 
Böyük anam vatənin qarşısında baş əyirəm,  
Uşaq kimi sevinib şənliyində al geyirəm.  
Vətən müqəddəs anamdır, heç olmadım anasız,  
Vətəndən ayrı düşəndə həmişə qəm yeyirəm.  
Gələndə rastıma bəzən vətənsizin birisi  
Dalınca yox, üzünə gözbəgöz yaman söyürəm.  
Deyəndə ki, a Süleyman, nədir səninçin əziz?  
Vətən, vətən deyirəm mən, vətən, vətən deyirəm! 
 
 
QƏLƏMDƏN GƏLİR 
 
Odlar ölkəmdəki bu yaraşıqlar  
Könlümün on şirin, xoş nəğməsidir.  
Açıq alınmdakı bu qırışıqlar  
Keçdiyim yolların xəritəsidir. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
213 
 
Yox, vaxtı ötməyib bahar çağımın,  
Yenə şeir yazmaq əlimdən gəlir.  
Bu sağ əlimdəki üç barmağımın  
Qabarı tutduğum qələmdən gəlir. 
 
 
VƏTƏN EŞQİ 
 
Vətən gülüşənləri görunür mənə  
Şeir bağım kimi, söz bağım kimi.  
Bir torpaq göstərin, güllər bitirsin  
Mənim Azərbaycan torpağım kimi. 
 
Əlimlə dirçəlir hər bağ, hər bağça
Burda yüz yaşlıya deməzlər qoca.  
Ellərin başını görürəm uca,  
Savalanım kimi, Şahdağım kimi. 
 
Bir daha tarixi gətirək yada,  
Xalqım baş əyməyib ömründə yada.  
Bir ocaq göstərin mənə dünyada  
Mənim odu sönməz ocağım kimi! 
 
Yurdumun günəşli səhərində mən;  
Tapmışam bəxtimi zəfərində mən.  
Görürəm dünyanın çox yerində mən  
Dan yeri qızarır bayrağım kimi. 
 
 
YAYLIQ 
 
Qoy deyim bu yaylığı niyə əzizləmişəm,  
Niyə onu biganə gözlərdən gizləmişəm.  
Nakam məhəbbətimin izi var bu yaylıqda,  
Sanki ilk sevgilimin özü var bu yaylıqda.  
Əziz olur mənimçün ildən-ilə bu yaylıq, 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
214 
 
Eşqimdən söhbət açır gəlib dilə bu yaylıq.  
Yadımdan çıxarmı heç bir ilk bahar çağında,  
Axşam, sahil bağında, 
Son verməkçün qəlbimdə doğan kiçik şübhəyə,  
"Yalnız səni sevirəm, yalnız səninəm" deyə- 
Çiynimə söykəmişdi məhəbbətlə başını,  
Bu yaylıqla silmişdi gözlərinin yaşını.  
Mənə bağışlamışdı eşqinə şahid kimi,  
Beləcə oxşamışdı həyəcanlı qəlbimi.  
Getdi, özüylə birgə gəncliyimi apardı,  
Dincliyimi apardı. 
Bədbəxtimi ya xoşbəxtmi olduğunu bilmədim, 
İllər keçdi, adını ürəyimdən silmədim.  
Xatirindən çıxsa da mənim bu dediklərim  
Ürəyini sıxsa da mənim bu dediklərim,  
Bir acı həsrətlə mən onu anıram yenə,  
Bu yaylıqdan eşqimin gözləri baxır mənə. 
 
 
HƏQİQƏT NƏFƏSLİ 
 
Odlar diyarımın xəritəsində  
Həqiqət nəfəsli Lənkəranımsan!  
Ömür baharımın xəritəsində  
Məhəbbət nəfəsli Lənkəranımsan!  
Yaşa, abnıaçıq gözəllərinlə  
Xəzansız, müqəddəs əməllərinlə!  
Görüb bu zəfərlər bayrağını mən,  
Əyilib öpürəm toqağını mən! 
 
 
MAHNIMIN NƏQƏRATI 
 
Kağızlar üstündəki sətirlər zəfərimdir,  
Altında imzam isə mənim alın tərimdir.  
Könül dəftərimdəki hər mənalı səhifə  
Ulduzlu, aylı gecəm, günəşli səhərimdir. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə