Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
201 
 
AZADIM 
 
Oğlumun ad gününə 
 
Sən mənim göz bəbəyimsən, öz adımsan, Azadım,  
Doğru yollarda qolumsan, qanadımsan, Azadım.  
Şerimin mənbəyisən, çeşməsisən, gulşənisən,  
Ən ağır gündə əyilməz poladımsan, Azadım.  
Sən qaranlıq gecədə sönməz işıqsan gözümə,  
Bu məhəbbət dolu qəlbimdə odumsan, Azadım.  
Belə xoşbəxt ola bilməzdi Süleyman Rüstəm,  
Sən canımsan, ciyərimsən, Azadımsan, Azadım! 
 
 
OĞUL 
 
Bu sözüm əfsanə yox, yalnız həqiqətdir, oğul  
Millətə namusla xidmət, bir səadətdir, oğul...  
Dostluğa, qardaşlığa and içmisən, əhsən sənə  
Aldığın bu yaxşı addım, ömrə zinətdir oğul.  
Andına sadiq vətənpərvərliyində möhkəm ol,  
Andı pozmaq məncə dəhşətdən də dəhşətdir oğul,  
Qoy vüqarın qol-qanad açsın, baharın lalələr,  
Millətin çünki qızıl bayraqlı millətdir, oğul.  
Mən Süleyman Rüstəməm, eldir, vətəndir, varlığım,  
Can evimdə ən böyük nemət bu sərvətdir, oğul. 
 
 
QIZIM ƏZİZƏYƏ 
 
Evimizə gələndə məhəbbət gətir, qızım...  
Öz hüsnünə bənzəyən təravət gətir, qızım! 
 
Uzun illər boyunca bu həyat yollarında,  
Adımıza, adına şan-şöhrət gətir, qızım! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
202 
 
Kasıbın olduğundan süfrəmizdə hər nə var, 
 Bizə ürəyin kimi bir dövlət gətir, qızım! 
 
Gəl, qızım bəxtimizin çırağı ol ömürlük,  
Həqiqət dünyamıza həqiqət gətir qızını! 
 
Sən əzizdən əzizsən bizim üçün, Əzizəm,  
Süleymanın evinə səadət gətir, qızım! 
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
203 
 
Mahnılar 
 
OLMASA 
 
Gülməz şeir deyən yeni sövdası olmasa,  
Dinməz dilindən hər sözün əlası olmasa.  
Məktəbdə öz müəllimini dinləməz uşaq  
Aydın, təmiz dili, gözəl imlası olmasa.  
Ahəngi öz yerində belə olsa mahnının  
Yol tapmaz heç ürəklərə mənası olmasa.  
Hər söz güləşdirən deməsin şairəm, bəli,  
Könlündə yüksələn yeni dünyası olmasa.  
Dostlar, bilin ki, mən əlimə almaram qələm  
Millət mənim bu təcrübəmə razı olmasa. 
 
 
SUALA CAVAB 
 
Dostlarım soruşur: "Neçə yaşın var?"  
Deyirəm; "Nə bilim, itibdir hesab"  
Yenidən başıma yağır suallar,  
Nəhayət, onlara verirəm cavab.  
Deyirəm ki: "Qoyun bir nəfəs alım,  
Sual yağdırmayın yer-yerdən mənə.  
Belədir ağarıb saçım, saqqalım,  
Anamın gözündə körpəyəm yenə!" 
 
 
GÖRÜNDÜ 
 
Yenə ürəyimdə qaynayır qanım,  
İlk bahar qoltuğu sazü göründü.  
Taxıldı döşlərə güllər, çiçəklər,  
Şeirlər, mahnılar fəsli görundü. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
204 
 
Əziz balam kimi dilli baharın,  
Saçları al-əlvan telli baharın,  
Əlləri çiçəkli, güllü baharın  
Ana torpağımla vəsli göründü. 
 
Dəryadan dərindir mənası bunun,  
Qızıl meydanında mərdlər yurdunun  
Kommunizmə gedən şanlı ordunun  
Qızıl qalstuklu nəsli göründü! 
 
GƏL, GƏL! 
Hər yan bəzənib əlvan,  
May, sən nə gözəl aysan.  
Dindir məni hüsnünlə,  
Solmaz, yeni hüsnünlə.  
Al bayrağının rəngi,  
Beynəlmiləl ahəngi  
Hər qəlbə verir ilham,  
Eşqinlə gülür dünyam.  
Gəz yurdumu cürətlə,  
Hörmətlə, məhəbbətlə.  
Bülbültək ötür insan,  
Gülşəndir Azərbaycan.  
Hər yan bəzənib əlvan!  
May, sən nə gözəl aysan!  
Gəlmişdin əziz dosttək  
Od yurduma sən bildir.  
Gəl, hər kəsə sən tək-tək  
Kimsən, nəçisən, bildir.  
Dünyada bilir hər kim  
Göylərdə gəzir "peykim".  
Bu təntənədən olmaz,  
Qartaltək edir pərvaz, - 
Şerim onun ardınca,  
Ömrüm onun ardınca. 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
205 
 
Gəl, gəl, ay əziz May, gəl,  
Ay alnıaçıq ay, gəl!  
Gəl, gəl ana torpaqda,  
Hər bağçada, hər bağda,  
Saz çal, yenə şənlik qur.  
Tök badənə şəbnəm, vur:  
Gəl, durma, yerin boşdur,  
Gəl, gəl gəlişin xoşdur.  
Gəl, lalə tutub əldə,  
Addımla bizim eldə.  
Yüngül qədəmin vardır,  
Tər gül qədəmin vardır.  
Gəl, hüsnünə min əhsən!  
Qəlbimdəki eşqimsən.  
Hər yan bəzənib əlvan, May!  
Sən nə gözəl aysan! 
 
 
BİRİNİZ MƏNƏM 
 
Uşaqlar, ay uşaqlar, gəlib buz əsalı qış, 
Xəzri meydan oxuyur, yağır qar, tökür yağış. 
Hava bozarıb yenə, 
Üzlər qızarıb yenə. 
Ağarır bəxtimiztək qar yenə damda, daşda, 
Sizləri görmürəm mən qış çağında təlaşda. 
Bahar ürəklisiniz, qış da bahardır sizə, 
Qışın ağ çiçəkləri dövlətdir, vardır sizə. 
Deyirəm ki, kaş indi mən siz yaşda olaydım, 
Qartopu oynamaqda yenə başda olaydım. 
İftixarla gəzəydim üzərimdə qar yükü. 
Xatirimə gəlir ki, 
Uşaqlıqda çox dəyib başıma qar topları, 
Cavanlıq çağlarımda qar deyil, yar topları. 
Xoşbəxt balalar, sizə həsrətlə baxıram mən. 
Hörmətlə baxıram mən. 
Bahara on yaxın yol, qışın qarlı yoludur, 
Varlı, barlı yoludur. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə