Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
187 
 
SƏN YOLDAN KEÇƏNDƏ 
 
Təbrizli gözələ 
 
Ayrılığın hər günü,  
Mənimçün ilə döndü.  
Yadlar elə bilməsin,  
Ümidini külə döndü! 
 
Gözəlim, o şən günlər,  
Səninlə keçən günlər,  
Qəlbimə köçən günlər, 
 Kim deyir yelə döndü? 
 
O bəlalı məkanda,  
Yol keçdiyin hər yanda  
Bədnam qaratikan da,  
Gözümdə gülə döndü. 
 
Hicran nələr etmədi...  
Yazdım, dərdim bitmədi,  
Cümləm sona yetmədi,  
Nöqtəm vergülə döndü. 
 
Gəl, gəl, ey vüsal günü,  
Başlansın el düyünü.  
Çəkdikcə qəm yükünü  
Süleyman dilə döndü! 
 
 
DİNƏCƏYƏM MƏN 
 
Ay ellər, sanmayın həyatda bir gün,  
Birgünlük şam kimi sönəcəyəm mən.  
Dəmirçi atamın ocağındakı,  
Gur, sönməz alova dönəcəyəm mən. 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
188 
 
Yoldayam, yoldayam illər uzunu,  
Gəzirəm vüsalın dan ulduzunu.  
Sonsuz ayrılığın qəm ordusunu.  
Öz vüsal ordumla yenəcəyəm mən. 
 
Minib Bozatına Qaçaq Nəbinin,  
Ellər sevimlisi Qaçaq Nəbinin.  
Yadların gözünə bıçaq Nəbinin,  
Yerə Təbrizimdə enəcəyəm mən. 
 
İçdiyim andımı pozan deyiləm,  
Pozarsam, deməli, ozan deyiləm.  
Təbriz deyildimi, susan deyiləm,  
Torpaq altında da dinəcəyəm mən! 
 
 
TƏBRİZ DƏRDİ 
 
Dünyanın cəlladları,  
Millətimin yadları  
Qoşun çəksə üstumə,  
Odlar töksə üstümə,  
Yox, yox qopara bilməz,  
Alıb apara bilməz,  
Əlimdən Təbrizimi,  
Elimdən Təbrizimi,  
Dilimdən Təbrizimi,  
Könlümdən Təbrizimi. 
 
Surati qəlbimdədir.  
Həsrəti qəlbimdədir,  
Həyalı Təbrizimin,  
Bəlalı Təbrizimin.  
Yaralı Təbrizimin,  
Qalalı Təbrizimin! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
189 
 
EY ŞANLI ƏRKİM! 
 
Əziz qardaşım Abbas Zamanova 
 
Salam, ey qəhrəman, ey şanlı Ərkim!  
Başı tarix boyu tufanlı Ərkim! 
 
Həqiqətlər dil açmış hər daşında,  
Məhəbbətlər dil açmış hər daşında,  
Cəsarətlər dil açmış hər daşında,  
Səni sarsıtmadı basqınlar, Ərkim!  
Bunu bilsin gərək azğınlar, Ərkim! 
 
Qara əllər çəkinsin hiddətindən,  
Səni candan yaratmış millətindən,  
Bütün dünyaya bəlli qeyrətindən,  
Yaran bağrınıdakı yaramdır, Ərkim!  
Ürək ağrımdakı yaramdır, Ərkim! 
 
Yol olsaydı, var ol bəxtim deyərdim,  
Gəlib bir gün, sənə mütləq deyərdim,  
Önündə ehtiramla baş əyərdim,  
Əzizlərdən əziz Ərkim, can Ərkim!  
Təmizlərdən təmiz Ərkim, can Ərkim! 
 
Görüşdük biz səninlə Təbrizimdə,  
Qalıb orda yəqin az-maz izim də,  
Deyil sənsiz gecəm də, gündüzüm də,  
Sən ey sansız yarayla canlı Ərkim,  
Mənim məğrur, azərbaycanlı Ərkim! 
 
Səni xatırlaram həsrətlə hər gün,  
Çatır mən şairə qardaştək ərkin,  
Araz üstən baxırsan xeyli qəmgin,  
Sən ey haqq sözləri hicranlı Ərkim!  
Mənimtək gözləri hicranlı Ərkim! 
 
  


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
190 
 
Elə zənn etməsin yadlar - yadimsan,  
Mənim doğmam, ömürlük mərd adımsan,  
Vüsal uğrunda sonsuz fəryadımsan  
Öpüm gəl hər daşından bir də, Ərkim!  
Ağarmış dik başından bir də, Ərkim! 
 
Öz əcdadın azərbaycanlılartək,  
Vurursan nəbzimizdə canlılartək.  
Gözü hey yol çəkən hicranlılartək,  
Müqəddəs abidəm, şöhrətli Ərkim!  
Döyüşlərdə mənim qeyrətli Ərkim! 
 
İgid övladların dözməz bu dərdə,  
Buna biganə qalmaz bir nəfər də,  
Keşikçindir bu gün hər südəmər də,  
Salam, ey qəhrəman, ey şanlı Ərkim!  
Başı tarix boyu tufanlı Ərkim! 
 
 
ŞAİR SÖNMƏZƏ 
 
Kim deyir dar gündə meydanlarda dinməz - şerimiz!  
Yox, döyüşlərdən zəfərsiz - mənim dönməz – şerimiz 
 
Vurmasa nəbzində bir xalqın ürək çırpıntısı,  
Heç özündən razı qalmaz, heç öyünməz şerimiz.  
Öz müqəddəs məbədi vahid vətən mülkündədir.  
Ordakı xoş arzular təxtindən enməz şerimiz.  
Bir vüsal uğrundakı yollarda tufan qopsa da,  
Donsa da yadlar odunda - yox, isinməz şerimiz.  
Qardaşım Sönməz! Bu gün çox yaxşı ki, siz, biz varıq.  
Od saçar gündən-günə ömründə sönməz şerimiz! 
  
 


______________Azərbaycan Milli 
Kitabxanası_________________ 
191 
 
HƏSRƏTƏM 
 
İllərdir ki, görüşünə həsrətəm,  
Ayrılıqdan bağrı dağlı qardaşım!  
"İnqilabdan" dəm vurulan  
Ölkədə Əvvəlki tək dili bağlı qardaşım. 
 
Torpağında solğun güllər görürəm,  
Başın üstdə qara yellər görürəm,  
Qanun yazan qanlı əllər görürəm,  
Ey baharı xəzan çağlı qardaşım! 
 
Aç gözünü dörd yanına yaxşı bax,  
Qanlı vuruş meydanına yaxşı bax.  
Xalqın nahaq qurbanına yaxşı bax,  
Fəryadında tamam haqlı qardaşım. 
 
Ev tapılmaz yasxanaya dönməsin...  
Dar günündə ürək odun sönməsin.  
Şan-şöhrətin zirvələrdən enməsin.  
Savalanlı-qaradağlı qardaşım! 
 
Öz səsini yad səsinə qatma gəl,  
Nadanların laylasıyla yatma gəl,  
Addımını min il geri atma gəl.  
Ey milləti qol-budaqlı qardaşım. 
 
 
MƏHƏMMƏDLU ABBASİYƏ 
 
Qırx il bundan əvvəl səninlə bir gün  
Görüşdük Təbrizdə bir qardaş kimi.  
Açdıq qəlbimizi bir kitab kimi  
Sən mənə, mən sənə bir sirdaş kimi. 
 
Artıq qırx ildir ki, görüşmürük biz,  
Tikanlı məftillər kəsib aranı. 
 
  


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə