______________ Azərbaycan Milli
Kitabxanası_________________
177
Dünyamızı aydın görən bəbəklərdə köklər atıb,
Əsrimizin növrağıdır bu inqilab baharımız
Düşmənlərə göz dağıdır bu inqilab baharımız...
Yer üzündə bu baharın ömrü bahar övladıyıq,
Bu gülşənin, bu gülzarın ömrü bahar övladıyıq.
Şan-şöhrətli bu diyarın ömrü bahar övladıyıq.
Ömrümüzün günəşidir bu inqilab baharımız,
Qəlbimizin atəşidir bu inqilab baharımız.
Ana vətən göylərində dalğalanır bayrağımız,
Qardaşlığın pozulmayan vəhdətidir dayağımız.
Zirvələrin zirvəsindən gəlir bizim sorağımız,
Oktyabr möhürlüdür bu inqilab baharımız,
Günəş qədər ömürlüdür bu inqilab baharımız!
ÇÖRƏK KİMİ...
Xoşbəxtəm ki, yazıb-pozan şairlərdən biriyəm,
İş başında insanların köməyidir şerimiz.
Hər şairin mənim kimi öyünməyə haqqı var,
Böyük sənət sarayının dirəyidir şerimiz.
Məhəbbətdən söhbət gedən hər mənalı məclisdə,
Səadətdən söhbət gedən bər mənalı məclisdə,
Sədaqətdən söhbət gedən hər mənalı məclisdə
Sevənlərin dillərinin bəzəyidir şerimiz.
Ağ günlərdən vəcdə gələn, könülləri dindirən,
Gələcəyə addımlayan nəsilləri dindirən,
Bir-birinə candan bağlı dost elləri dindirən,
Sonsuz, nəcib əməllərin bəzəyidir şerimiz.
Körpə ana bətnində də şeir eşidir anadan,
Dünyamıza şair - məncə belə gəlir binadan
Süleymanam, səhv etmərəm söyləsəm ki, hər zaman
İnsanların çörək kimi gərəyidir şerimiz!
______________Azərbaycan Milli
Kitabxanası_________________
178
______________ Azərbaycan Milli
Kitabxanası_________________
179
ZEYNƏBƏ
O axşam verdiyin konsertə söz yox,
Bilirsən hamının dilini, Zeynəb!
Uzaq ellərə də tanıtdırırsan,
Doğma Vətənini, elini, Zeynəb!
Günəşə qədərdir eşqin, vüqarın,
Şeirdir, nəğmədir sərvətin, varın.
Sönməz od nəfəsin - yad mahnıların
Havaya sovurur külünü, Zeynəb!
Coşduqca cəh-cəhin dalğalar kimi,
Gülür dodaqların ilk bahar kimi,
Xalqınla keçirdin sənətkar kimi –
Gününü, ayını, ilini, Zeynəb!
İllərdir tanışam sənin səsinlə,
Sevinc paylayırsan ürək sözünlə,
Vəcdə gətirirsən xoş nəfəsinlə,
Könül rübabımın telini, Zeynəb!
Sən ey hər millətin əziz qonağı,
Solmaz ilhamımın mahnılar bağı,
Böyük məhəbbətlə qardaşsayağı,
Sıxıram göyərçin əlini, Zeynəb!
ƏLƏSGƏR SAZI
Hüseyn Arif
Bir ağ gün görmədi zəmanəsində,
Dar gündə ümidi, pənahı sazdı.
Ellərin dərdinə yandığı gündən,
Həm fəryadı sazdı, həm ahı sazdı.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
180
Ürəyində vətən, dilində vətən,
Dedi zalımların qənimiyəm mən.
Keçdiyi yollarda dadına yetən
Qibləgahı sazdı, Allahı sazdı.
Qeyrətli oğluna açmışdı qucaq –
Səadət həsrəti hər ev, hər ocaq.
Qansız haqsızların gözündə ancaq
Onun bağışlanmaz "günahı" sazdı.
Şöhrətdi Nəbilər, Babəklər ona,
Sərvətdi müqəddəs diləklər ona,
Sirrini açırdı ürəklər ona,
Yaslı ürəklərçin cərrahı sazdı.
Az bəla çəkmədi aşiqin başı,
Damdı ürəyinə gözünün yaşı.
Cəlladlara qarşı, yadlara qarşı
Ömürlük susmayan silahı sazdı!
TOY AXŞAMI
Ürəyi yaralı, ey təzə gəlin,
Sənə doğrudan da yazığım gəlir.
Oturmusan toyda sülğun, pərişan,
Öz dərdli başını dikmisən yerə.
Bu dərdi daşımaq deyildir asan,
Cahillər hökmüylə gedirsən ərə.
Görürəm, bu axşam sənin toyundur.
Sağlıqlar deyirlər ünvanınıza!
Belə bir dövranda bu nə oyundur?
Niyə qəsd edilir sənintək qıza?
Sənin bu halına acıyıram mən,
Qəlbinin yarası dərindir, dərin,
Bu toy axşamında varmı bilməyən,
Ürəyində mənəm, yanında ərin.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
181
FƏRQİ YOXDUR
Buzdan da soyuq qəlbindən məni
Silsən də birdir, silməsən də bir.
Baxıb uzaqdan mənim halıma
Gülsən də birdir, gülməsən də bir.
Xeyli zamandır görmürəm səni,
Mən unutmuşam olub-keçəni.
Kimi sevirəm, kim sevir məni,
Bilsən də birdir, bilməsən də bir.
Çox da ağarıb başım qar kimi,
Keçir qışım da ilk bahar kimi.
Bir gün yanıma günahkar kimi
Gəlsən də birdir, gəlməsən də bir.
Deyirlər yaman dəyişmisən sən.
Mən necəyəmsə bilir el, vətən.
Bir gün təzədən mənim dərdimdən
Ölsən də birdir, ölməsən də bir!
HARDASINIZ?
Deyin hardasınız, gənclik illərim,
Yaman öyrənmişdi ürəyim sizə,
Nəyimə gərək bu dinclik illərim,
Nə deyim, nə deyim, nə deyim sizə.
Hərdən gəncləşirəm düşəndə yada,
Tribunalarda qanad çaldığım,
Yadımdan çıxmayıb, çıxmayacaq da,
Güllərin əlindən güllər aldığım.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
182
İNANMA
Ayıq ol, ey könül, ayıq ol,
Sayıq ol, ey könül, sayıq ol.
O yenə çıxıbdır qarşına,
İnanma gözünün yaşına –
Bəlalar gətirib başına
İnanma sözünə, ey könül.
Sözünə, özünə, ey könül.
Sən yandın, osa heç yanmadı,
İçdiyi andını anmadı.
Özünü sənə tay sanmadı.
Dönərək sözündən, ey könül,
Yox oldu gözündən, ey könül.
Təzədan gəlibdir yanına,
Vurulub adına, sanına.
Yalvarıb and içir canına,
Ayıq ol, ey könül, ayıq ol,
Sayıq ol, ey könül, sayıq ol!
ÖMRÜ BEŞGÜNLÜK
Məhəbbət məktəbindən yüz töhmətin var sənin,
Sevgidən söz açmağa nə cürətin var sənin?!
Bunu bilsən yaxşıdır - dostlarının yanında
Nə bir yerin var sənin, nə hörmətin var sənin.
Deyirsən ki, sevirəm canımdan artıq səni,
Bu sözünə - de: kimdən zəmanətin var sənin?!
Gör neçəsi vədi eşidibdir dilindən,
Ömrü beşdəqiqəlik məhəbbətin var sənin.
Mən ipinin üstünə odun yığa bilmərəm,
Qafiyəsiz, vəznsiz xasiyyətin var sənin.
Dostları ilə paylaş: |