MiLLİ MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİYİ VƏ demokratiyanin iNKİŞaf yolu



Yüklə 169,74 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü169,74 Kb.
#56826


“Pedaqoji Universitetin xəbərləri” (xüsusi buraxılış).-2014 may.-S.122-126.

MİLLİ MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİYİ 

VƏ DEMOKRATİYANIN İNKİŞAF YOLU 

MƏHZ TƏHSİLDƏN KEÇİR

FƏRƏCOV Ədalət,



ADPU-nun “İnsan və heyvan fiziologiyası”kafedrasının müdiri,

professor, Prezident təqaüdçüsü

“Təhsil millətin gələciyidir!”

Heydər ƏLİYEV

Heydər Əlirza oğlu Əliyev! Azərbaycanın dövlətçilik tarixinə adını qızılı hərf lər lə yazmış Ulu

öndər nəinki XX əsrdə, özündən sonrakı bütün za manlarda yaşayacaq bir ad qoyub gedib Yer üzündə.

XX əsrin bütün döv lət başçılarının da etiraf etdikləri ki mi, “Azərbaycan xalqının Ümum milli lideri”

adını hələ bundan sonra da nə qədər əsr lər daşıyacaq bu insan, yaşadığı dövrdə həqiqətən nüfuzu və

əzəməti  ilə  fərqlənən  şəx siyyət,  gör kəm li  lider,  fenomen  yaddaşa  malik  insan,  dövlət  başçısı

olmuşdur. 

Bu üzdən Azərbaycan xalqı olaraq haqqımız var qürurlanaq ki, “Hey dər Əliyev” adı qərinələri,

sərhədləri  adlayıb  keçərək  həmişə ya şar lı ğı nı  qoruyub  saxlayacaq,  zə ma nə sinin  sonrakı

dövrlərində  dünyanı  idarə  edə cək  dövlət  başçılarının  çoxuna  görk  olası  ADI  ilə  zaman-zaman

yaşayacaqdır. 

***

“Təhsil millətin gələcəyidir” söyləyən Ümummilli lider deyirdi ki, “Təhsil sahəsi nə sənayedir, nə



kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cə miy yətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə

halda təhsil sis teminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həs sas olmalıdır”. 

1969-cu  ildə  Azərbaycan  Respublikasına  rəhbər  vəzifəyə  irəli  çə ki lən  Heydər  Əliyev

hakimiyyətdə  olduğu  30  ildən  artıq  zaman  dönəmində  daim  Azərbaycanda  mil li-mənəvi  dəyərləri

qorumuş,  ölkəni  tərəqqiyə  apa racaq  dü şünülmüş  elmi  siyasət  ye rit mə yə  müvəffəq  olmuş  və

fərəhlidir ki, bu sırada elmin və təhsilin inkişafı məsələsini hə mişə diqqətdə sax la mış dır.

***

Azərbaycanda  hakimiyyətinin  birinci  dövründə  -  1969-1982-ci  il lər də  Ulu  ön də rin  daim



diqqətdə saxladığı məsələlərdən biri də, artıq de di yi miz kimi, elmin və təh si lin  inkişafına qayğının

artırılmasıdır. 

Faktlara diqqət yetirək.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1972-ci ildə “Gənclərin ümu mi orta təhsilə

keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da in ki şaf etdirmək haqqında”, 1973-cü

ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini da ha da yaxşılaşdırmaq haqqında” qə rarlar qəbul

etmişdir. Bu qərarların tətbiqi sa yə sin də respublikamızda or ta ümumtəhsil məktəblərinin şəbəkəsi

üç dəfə ge niş lən di ril miş,  başqa söz lə 765-dən 2117-ə çatdırılmışdır. Ucqar bölgələrdə yeni orta

ümum təh sil mə k təbləri fəaliyyətə başlamışdır. Minlərlə azyaşlı uşaq bu mək təb lər də təhsilə cəlb

edil mişlər. 

XX  əsrin  70-80-ci  illərində  Azərbaycanda  ali  təhsil  ocaqlarının  da  şəbəkəsi  xeyli

ge nişləndirilmişdir. Dəqiq söyləsək, bu müddətdə beş yeni ali təhsil ocağı tələbələrin üzü nə açılmış,

respublikamızda ali təhsil alanların sayı 70 mindən 100 minə çat dı rıl mış dır. 



1969-1982-ci illərdə Azərbaycanın təkcə şəhərlərində deyil, ən ucqar kəndlə rin də belə məktəb

tikintisinin geniş miqyasda həyata keçirilməsində məq səd res pub li ka mız da yetişməkdə olan nəslin

ümumən  təhsil  alma la rı na  və  öz  təhsillərini  davam  et dir mə lərinə  və  respublikada  kütləvi

sa vad lı lı ğa nail olmaq! 

Ümummilli  liderin  respublikamızda  elmin  və  təhsilin  inkişafına  gös tər diyi  qay ğı dan

danışarkən,  1970-1980-ci  illərdə  Sovet  İttifaqının  ən  nü fuz lu  təhsil  müəssisələrinə  azə r baycanlı

gənclərin göndərilməsi kimi mühüm bir məsələni (1970-ci ildən baş la ya raq hər il keçmiş SSRİ-nin

nüfuzlu ali təhsil ocaqlarında 800-900 nəfər Azərbaycanlı gən cin oxumağa göndərilməsini) unutmaq

olmaz.  Fərəhlidir  ki,  bu  iş  zaman-zaman  ge niş lənib  əs lin də  ənənə  halını  ala  bilmişdi  ki,  bu  da

məqsədli  idi:  Belə  ki,  bu  müdrik  in san  Azər bay ca nın  əsrlərlə  savaşında  olduğu  müstəqillik

arzularına qovuşacağı günün çox da uzaq da ol ma dığını məhz özünə məxsus fəhmlə hiss edir və elə

bu niy yət lə də azər bay can lı  gənc lə rin Rusiyanın nüfuzlu ali məktəblərində təhsil al ma qlarına

xüsusi səy göstərirdi. 

Bütün  ölkə  əhalisi  fenomen  təfəkkür  sahibi  olan  bu  müdrik  insanın  qey ri-adi  uzaq görən

siyasətinin  bəhrəsini  respublikamız  müstəqillik  əldə  edən dən  sonrakı  dövr də  daha  qabarıq,  bütün

aydınlığı  ilə  gördü:  Hansı  ki,  məhz  belə  gənclərin  dövlət  qu ru cu luğu  işlərinə  cəlb  olunması

gələcəkdə res pub li ka mızın milli kadr potensialının daha da gücləndirilməsinə təkan ver miş ol du.

Və  Azərbaycanda  liderlik  missiyasısını  əlinə  gö türmüş  Ulu  ön dərə  za ma nın da  arxa,  dayaq

durmaları  sayəsində  respublikamız  öz  müs tə q iliyini  və  su ve renliyini  qoruyub  saxlaya,

möhkəmləndirə, əbədiləşdirə bildi.

***


SSRİ  zamanında  Azərbaycana  rəhbərlik  etdiyi  on  il  ərzində  göstər di yi  bu  həs sas lı ğı  Ulu

öndər Azərbaycan prezidenti olduğu sonrakı 1993-2003-cü illərdə - ölkəmizin müs təqilliyi dövründə

də daim diqqətdə sax lamışdır. 

Diqqətəlayiqdir ki, xalqının təkidi və inadlı tələbi ilə ikinci dəfə ha ki miy yətə qa yı dan Heydər

Əliyevin  hazırladığı  inkişaf  konsepsiyasının milli  dövlətçilik  prinsipləri  sırasında  milli  təhsil  siyasəti

vacib  yerlərdən  birini  tutmuşdur.  Milli  müstəqilliyimizin  əbədiliyi  və  demokratiyanın  inkişaf  yo lu

məhz təhsildən keçir, - söyləyən Ümummilli li der Azərbaycanımız üçün işləyib hazırladığı strategiyada

milli dövlətçilik və ha ki miy yət st ruk tur larının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli

təhsil sis te mi nin yenidən qurulması məsələsinə də xüsusi önəm verirdi. 

Baxmayaraq  ki,  ölkə  həm  iqtisadi,  həm  də  siyasi  cəhətdən  olduqca  ağır  dövrünü  ya şayırdı,

Heydər Əliyev çıxışlarında daim ümumtəhsil sa hə sinə qayğı və diqqətin ar tı rıl masını, məktəblərin

maddi-texniki baza sı nın gücləndirilməsini, xüsusilə qaçqın uşaq larının oxuduğu məktəblərin mad di

ləvazimat və dərsliklərlə təminatı məsələsini daim diqqətdə sax la yır dı. Bu yöndə ilk ciddi addımlar

layihə  proqramları  əsasında hə ya ta  ke çi rildi.  Belə  ki,  1994-1995-ci  dərs  ilində  YUNİSEF  xəttilə

respublikanın in ter nat və qaçqın məktəbləri müxtəlif növ məktəb ləvazimatları ilə təmin olundu. 

Heydər  Əliyev  dərsliklərin  nəşrinə  vəsaitin  ayrılmasına  da  xüsusi  di q qət  ye ti rir di.  Res

publika  Nazirlər  Kabinetinin  25  avqust  1994-cü  il  “Ümum təhsil  məktəbləri  şa gird lə ri nin

dərsliklərlə  təminatı  məsələləri  haq qı nda”  qərarı  1995-96-cı  dərs  ilindən  ib ti dai  si nif lərə

dərsliklərin  pulsuz  ve ril məsini,  həmçinin  V-XI  sinif  dərsliklərinin  əl lər də,  yaxud  ti carət

şəbə kə lə rin də  deyil,  yerli  təhsil  şöbələrinin  xətti  ilə  yalnız  mək təb lər də  satışının  hə yata

keçirilməsini  məqsədəuyğun  hesab  etdi.  Təhsil  sistemindəki  prob lem ləri  aradan  qal dırmaq  üçün

Prezident sərəncamı ilə 1998-ci il martın 30-da Döv lət Ko missiyası ya ra dıldı. 1998-ci ildə müstəqil

Azərbaycan Res pub li ka sı müəllimlərinin bi rinci qurultayı ke çirildi. Qurultayda Heydər Əliyevin

təhsil işçilərinin qarşısında du ran vəzifələrin gös tə ricisi olan çıxışı təhsil sahəsində çalışan hər kəs

üçün  fəaliyyət  proq ramı  idi.  Qu rul tay da  həmçinin  Azərbaycanın  tarixində  ilk  dəfə  olaraq

Res pub li ka Təhsil Şurası yaradıldı.

Bu  müqəddəs  insanın  təhsil  ilə  əlaqədar  həyata  keçirdiyi  humanist  ad dımlar  sı ra sın da



Azərbaycanda  gənc  istedadlara  dövlət  qayğısının a r tı rıl ması  haqqında  Prezident  fər manını  qeyd

etməmək olmaz. Bu mövzudan bəhs edərkən eyni zamanda elm, tex ni ka, mədəniyyət və incəsənət

sa hə lə rin də, həmçinin idmanda fərqlənən, yaşıdları ara sın da yüksək göstəricilər nü mayiş etdirən

məktəblilərin “Qızıl kitabı”nın təsisi və bununla əla qədar “Gənc istedadlar fondu”nun yaradılması kimi

ölkəyə səs salan qərarların qə bul edildiyini unutmamalıyıq. 

Yaxud respublikamızda yerli hərbi kadrların yetişdirilməsi məsələsi. Ulu öndərin bu sahədə də

böyük  xidmətləri  vardır.  Unudulmamalıdır  ki,  Nax çıvanski  adına  orta  təh sil  verən  hərbi  liseyin

fəaliyyəti  bu  böyük  in sa nın  hansı  gərgin  zəhmətləri  sa yə sin də  mümkün  olmuşdur.  Bu  sıraya

öl kə mi zin  müstəqilliyi  dövründə  bir  çox  özəl  ali  təh sil  ocaqlarının  fəaliyyətə  baş lamasını,

Azərbaycan  universitetlərində  yeni  ixtisasların  ya radılmasını,  Tə ləbə  Qəbulu  üzrə  Dövlət

Komissiyasının yaradılması kimi mühüm ha di sə ləri də əlavə edə bilərik.

Heydər  Əliyevin  2000-ci  il  iyunun  13-də  "Azərbaycan  Respubli ka sın da  təhsil  sis te minin

təkmilləşdirilməsi haqqında" yeni fərman imzalaması  xü susi diqqət çəkir. Fər man özlüyündə təhsil

sisteminin  əsaslı  şəkildə  in ki şa fı na,  idarəetmənin  müasir  prin sip lər  əsasında  təşkilinə,  təhsil

sisteminin  bey nəl xalq  standartlara  uyğunlaşdırılmasına,  həm çinin  dünya  təhsil  sistemi nə

in teq rasiyasına  zəmin  yaratmışdır.  2002-ci  ildəki  çı xış larının  bi rində  Ümum mil li  lider  yaxın

zamanlarda  Azərbaycanda  məktəb  tikintisi,  mək təblərin  müa sir  avadanlıqlarla  təmin  olunması  və

istismar  müddəti  başa  çat mış  mək təb lərin  tə mi ri  ilə  əlaqədar  ciddi  təkliflər  irəli  sürəcəyini

söy lə miş di. Həmin çı xı şın dan cəmi bir neçə ay sonra – 2002-ci ilin oktyabrında cə nab Heydər

Əli yev  "Azər bay can  Respublikasında  ümum təhsil  mək təb lə ri nin  maddi-tex ni ki  bazasının

möh kəm lən dirilməsi  haqqında"  sə rən cam  im za landı.  Sə rən cam  orta  təhsil  müəssisələrində

təlim şə raitinin və təlim mü hi ti nin ya ra dıl ma sında ciddi dönüşə, həm də nəinki təhsil siya səti

nin həyata keçi ril mə sin də, ümumən ölkə təsərrüfatının bütün sahələrində inkişafa gə tirib çıxartdı. 

***


Xülasə  şəklində  bunu  deyə  bilərik  ki,  Ulu  öndər  tərəfindən  verilmiş  fər man,  sə rən cam  və

bəyanatlar - “Azərbaycan Respublikasının təhsil sis te minin təkmil ləş di ril mə si haqqında” 13 iyun

2000-ci  il  tarixli,  “Dövlət  di li nin  tətbiqi  işinin  təkmilləş di ril mə si  haqqında”  18  iyun  2001-ci  il

tarixli,  “Azər baycan  əlifbası  və  Azərbaycan  dili  gü nü nün  (1  avqust)  təsis  edilməsi  haq qında”  9

avqust  2001-ci  il  tarixli  bəyanat,  “Azər bay can  Res pub likası  ümum təhsil  məktəblərinin

maddi-texniki bazasının möh kəm lən di rilməsi haq qın da” 4 oktyabr 2002-ci il tarixli, “Azərbaycan

Respublikasında dövlət di li haqqında” Azər baycan Respublikası Qanununun tətbiq edilməsi barə də”

2  yanvar  2003-cü  il  tarixli  fər manlar,  sərəncamlar  təhsilimizi  dünya  stan dartları  səviyyəsinə

qaldırmışdır. 

Fərəhlidir  ki,  Ümummilli  liderin  Azərbaycan  təhsili  ilə  bağlı  bu  si ya sə ti  hazırda  Öl kə

prezidenti  İlham  Əliyev  və  Heydər  Əliyev  Fondunun  pre zidenti,  Azərbaycan  Res publikasının

birinci  xanımı  Mehriban  Əliyeva  tə rə findən  inamla  davam  et di ril mək də dir.  Dövlət  İqtisad

Universitetinin ye ni binasının açılış mərasimindəki çıxışında öl kə də aparılan təhsil si ya sə tin dən

danışarkən cənab İlham Əliyev demişdir: “Bu gün bu ra da gör dük lə rim məni çox sevindirir. Mən

arzu edirəm ki, Azərbaycanın bütün ali mək təbləri bu səviyyədə olsun.

Ancaq bu o demək deyil ki, siz bu görülən işlərlə kifayətlənməlisiniz. Daha da inam la irəliyə

getməliyik. Bütün Azərbaycan xalqı indi çox sü rət lə gedən bütün bu gö zəl işləri görür. Ölkəmiz çox

sürətlə inkişaf edir və bu inkişafda hər bir vətəndaşın öz payı vardır. Xüsusilə də müəllimlərin, gənc



nəslin. Belə olan halda, ölkəmizin gələcəyi çox parlaq və uğurlu ola caq dır”.

Yüklə 169,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə