Milli-Tehlukesizlik üz cdr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə37/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   33   34   35   36   37   38   39   40   ...   88
meqalem tecavuzkar separatizm pdf

Nəticə 
 
Beləliklə, aparılan araşdırma nəticəsində belə qənaətə gəlmək olar ki, VII əsrin 30-cu və 40-cı 
illərində ərəblərlə sasanilər arasında bir sıra döyüşlər baş vermişdir. Artıq 633-cü ildə ərəb ordusu 
Sasani imperiyasının sərhədini keçmiş və dövlətin varlığı üçün təhlükə yaratmışdı. Həmin dövrdə 
Sasani imperiyasında hakimiyyətdə olmuş III Yezdəgird çıxış yolunu onun tabeliyində və yaxud 
nüfuz dairəsində olan ölkələrdən yardım istəməkdə görmüşdür. Bu məsələdə ona ən böyük yardım 
göstərənlər sırasında Azərbaycan əhalisindən təşkil olunmuş hərbi dəstələr mühüm rol oynamışdır. 
Həmin hərbi dəstələr Mehranın, Cavanşirin, Rüstəm əl-Azərinin rəhbərliyi altında bir sıra döyüşlərdə 
(Buvəyb, Kadisiyyə, Ktesifon, Nəhavənd) müsəlman-ərəb ordusuna qarşı ciddi müqavimət göstərmiş 
və Azərbaycan hərb tarixində dərin iz buraxmışlar. Şübhəsiz, bu tədqiqatın nəticələri tamamilə bitkin 
və mübahisəsiz hesab edilə bilməz. Gələcəkdə bu mövzunun tədqiqatının davam etdirilməsi yeni 
faktların meydana çıxarılmasına və bununla da Azərbaycan əhalisindən ibarət hərbi dəstələrin Ərəb-
Sasani müharibələrindəki rolunun daha dərindən öyrənilməsinə imkan verə bilər.
 
 
 


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRB TARİXİ MILITARY HISTORY
 
32
Ədəbiyyat 
 
1.
Əl-Kufi Əsəm. Kitab əl-Futuh. Əl-cuz əl-əvvəl və əs-səni. Beyrut, 1991. 
2.
Kristensen A.E. İran dər zəmane Sasaniyan. Tehran, 1385 h.ş. 
3.
Kолесников А. И. Завоевание Ирана арабами. Москва, 1982. 
4.
Əl-Usfuri. Tarix. Ər-Riyad, 1985. 
5.
Ət-Təbəri. Tarix ər-rusul və-l-muluk. İsnə aşara cuzən, əl-cuz əs-salis. Əl-Qahirə, 1969.
6.
İbn əl-Əsir. Əl-kamil fi-t-tarix. İsnə aşara cuzən, əl-cuz əs-səni. Beyrut, 1987. 
7.
Əl-İsfəhani Həmzə ibn Həsən. Tarixu səni muluku-l-ard. Beyrut, 1961. 
8.
Əs-Səalibi əbu Mənsur. Ğurar əxbar muluku-l-furs. Tehran, 1963. 
9.
Əl-Məsudi. Kitab əl-tənbih və-l-işraf. Leyden, 1967. 
10.
Kalankatlı Moisey. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. (Müqəddimə,tərcümə, 
qeyd və şərhlərin müəllifi akademik Z.M.Bünyadov). Bakı, 2006. 
11.
Vəlixanlı N.M. Azərbaycan VII – XII əsrlərdə. Tarix, mənbələr, şərhlər. Bakı, 2016. 
12.
Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку, 1993. 
13.
Ət-Təbəri. Tarix ər-rusul və-l-muluk. İsnə aşara cuzən, əl-cuz ər-rabi. Əl-Qahirə, 1970.
14.
Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə