Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə34/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   30   31   32   33   34   35   36   37   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRB TARİXİ MILITARY HISTORY
 
29
[1, s.133-134]. Döyüş ərəblərin qələbəsi ilə başa çatmışdır. Lakin Əsəm əl-Kufi döyüşün dəqiq tarixi 
və Mehranın sonrakı taleyi haqqında dəqiq məlumat vermir və yalnız əsərinin başqa bir yerində onun 
öldürülməsindən bəhs edir [1, s.159].
Ayn ət-Tamr adlı Sasani sərhəd məntəqəsində ərəblər növbəti dəfə nizami sasani ordusu ilə 
qarşılaşdılar. Bəzi mənbələr, Azərbaycan sərkərdəsi və sasani ordusunun baş komandanı olan 
Mehranı Bəhram Çubinin oğlu kimi təqdim edir. Yazılı mənbələrdə həmin Bəhram Çubinin türklərə 
böyük rəğbət bəsləməsi haqqında məlumatlara da rast gəlinir. Təsadüfi deyil ki, Bəhram Çubinlə 
Xosrov Pərviz (590-628) arasında hakimiyyət uğrunda mübarizə zamanı türklər birincinin, ərəblər 
isə ikincinin tərəfindən vuruşurdular. Həmin mübarizə zamanı Bəhram Çubin bir il müddətində 
hakimiyyəti ələ keçirməyə müvəffəq olmuşdu [2, s.317-320].
Ayn ət-Tamrda Mehranla Sasani təbəələri olan xristian ərəblərdən ibarət xalq ordusunun 
komandanı Akka ibn Əbu Akka arasında fikir ayrılığı yarandı. Ərəbdilli müəlliflərin (ət-Təbəri, ibn 
əl-Əsir) verdiyi məlumata görə, Akka Mehranı müsəlman ərəblərə qarşı, ilk növbədə onun 
Azərbaycandan gətirdiyi ordunun deyil, xristian ərəblərin vuruşmasının doğru olacağına inandıra 
bildi [3, s.65]. Lakin Akka uğursuzluğa düçar oldu, ələ keçirildi və öldürüldü. Akkanın ələ keçirilməsi 
xəbərini alan Mehran qalanı tərk etdi.
Mehran Fəratın şərq sahilindəki Bəsusiya adlanan yerdə dayandı. Burada ərəblərin çayın şərq 
sahilinə keçmədiyini görən Mehran özü, çayın o biri sahilinə keçmək qərarına gəldi [3, s.76] Mehran 
ordunu üç hissəyə (sağ cinah, mərkəz və sol cinah) bölmüşdü. Hər bir dəstənin önündə fillər hərəkət 
edirdi. Döyüşün əvvəlində Mehranın ordusu müəyyən üstünlük qazandı. Lakin bu zaman, ərəb 
sərkərdəsi Müsənna vaxtı ilə onların tərəfinə keçmiş xristianlardan ibarət iki min nəfərlik dəstəni 
birbaşa Mehranın qərargahı üzərinə göndərdi. Gənc döyüşçülərdən biri Mehranı təqib edərək onu 
öldürməyə müvəffəq oldu. Baş komandanını itirən sasani ordusu pərakəndə halda geri çəkildi. 
Müsəlman ərəblər geri çəkilən ordu qalıqlarının çayın o biri tərəfinə çəkilməsinə yol verməmək və 
onları mühasirəyə almaq üçün çayın üzərindəki körpünü uçurmağa cəhd etdilər. Lakin sasani 
sərkərdələrindən Firuz ordunun mühasirədən çıxmasına şərait yaratmaq üçün öz dəstəsi ilə geri döndü 
və onları təqib edənlərə həmlə etdi. Bu zaman, ərəblər xeyli itki verdi. Böyük itki vermələrinə 
baxmayaraq, döyüş ərəblərin qələbəsi ilə başa çatdı.
Həmin döyüş haqqında məlumata əl-Usfurinin (854-cü ildə ölmüşdür) “Tarix” əsərində də rast 
gəlirik. Buradan məlum olur ki, döyüş h.14-cü ilin səfər ayında (635-ci ilin fevral-mart ayı) baş 
vermişdir və döyüş zamanı Mehran həlak olmuşdur [4, s.129]. Ət-Təbəri bu döyüş haqqında daha 
müfəssəl məlumat vermişdir. O, döyüşün Buvəyb yaxınlığında, h.13-cü ilin ramazan ayında (634-cü 
ilin noyabr ayı) baş verdiyini yazır [5, s.470-471]. Bununla belə o da əsərinin başqa bir yerində əl-
Usfurinin qeyd etdiyi kimi, Mehranın 634-cü ildə deyil, 635-ci ildə həlak olduğunu bildirir [5, s.590]. 
Ət-Təbəri öz əsərində ərəblərin qələbəsini və Mehranın öldürülməsini tərənnüm edən şerdən bir 
parçanı da vermişdir.
İbn əl-Əsir də öz əsərinin ikinci cildində həmin döyüşdən bəhs etmiş və onu Buvəyb döyüşü 
adlandırmışdır [6, s.288-291].
Mənbələrin verdiyi məlumata görə, Mehranın həlak olmasından sonra Azərbaycan əhalisindən 
təşkil olunmuş hərbi dəstələrin qalıqları Rüstəm əl-Azərinin rəhbərliyi altında olan sasani ordusu 
tərkibində ərəblərə qarşı müqavimət göstərməkdə davam etdi. Qeyd etmək lazımdır ki, Rüstəmin özü 
də əslən Azərbaycandan idi. Təsadüfi deyildir ki, bir sıra ərəbdilli müəlliflər (Həmzə əl-İsfahani, əs-
Səalibi, əl-Məsudi və başqaları) onu Rüstəm əl-Azəri, onun qardaşını isə Xurzad əl-Azəri 
adlandırırlar [7, s.122; 8, s.738; 9, s.33].
Mehranın həlak olmasından sonra Azərbaycandan, onun şimal hissəsindən, ərəblərin Arran 
adlandırdığı Albaniyadan olan hərbi dəstələr ön plana çıxır. 
Dövrümüzə qədər gəlib çatmış yeganə yerli mənbə olan Musa Kalankatlının “Albaniya tarixi” 
əsərində Ərəb-Sasani müharibələrini başlanğıc dövrü və bu müharibədə Azərbaycan əhalisinin – 
Cavanşirin başçılığı ilə albanların iştirakına dair müfəssəl məlumata rast gəlirik. Müəllifin yazdığına 
görə, sonuncu Sasani şahı III Yezdəgirdin hakimiyyəti dövründə çoxsaylı ərəb ordusu onun 
torpaqlarına daxil oldu. Ərəblərin hücumlarını dəf etməyə çalışan III Yezdəgird Sasanilərə tabe olan 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə