Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə49/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   45   46   47   48   49   50   51   52   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018, səh. 42-49 
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
 
42 
UOT
 
323/324

 
TƏCAVÜZKAR SEPARATİZM VƏ TERRORİZM
SİYASİ ZORAKILIQ VASİTƏSİ KİMİ 
 
siy.e.ü.f.d. Könül Şıxiyeva 
DTX-nin Heyd
ə

Ə
liyev ad
ı
na Akademiyas
ı
 
E-mail: konul_politoloq@mail.ru 

Xülas
ə
.
Məqalədə siyasi zorakılıq vasitəsi olan təcavüzkar separatizm və terrorizm anlayışları, 
əlamətləri, təzahür formaları, digər zorakılıq vasitələrindən fərqi, qarşılıqlı nisbəti və onlara qarşı 
mübarizə yolları nəzərdən keçirilir, separatizm və terrorizmin inkişaf etməsinin, geniş intişar 
tapmasının siyasi səbəbləri tədqiq edilir.
 
Açar sözlər
:
 
siyasi zorakılıq, etnik separatizm, təcavüzkar separatizm, terrorizm və 
ekstremizm, milli təhlükəsizlik. 
 
Əvvəllər separasiya terminindən bərk maddələrin müxtəlif cinsli hissəciklərdən ibarət
qarışıqları, emulsiyaları, habelə qaz və ya buxarda bərk və maye asılqanları ayırma prosesi kimi 
istifadə olunurdu. Müasir anlamda isə separatçılıq polietnik və ya federal dövlətdə yaşayan hər hansı 
bir etnik, yaxud dini qrupun titul xalq və dini qrupla bərabər hüquqa malik dövlət qurmaq 
istiqamətində apardığı siyasi fəaliyyətdir. Ekstremizmin formalarından biri olan separatçılıq dövlətin 
ərazi bütövlüyünün pozulması, ərazisinin bir hissəsinin ondan zorla ayrılması və ya dövlətin 
parçalanmasına yönəldilmiş pozuculuq fəaliyyətidir. Separatizm fransızca “separatisme, latınca 
“separatus” sözlərindən əmələ gələrək, aşağıdakı mənaları ifadə edir: 
-
ayrılmağa, xüsusiləşməyə çalışmaq (məsələn, azlıqda qalan millətin, yaxud bir əyalətin 
dövlətdən ayrılaraq müstəqil dövlət qurmağa çalışması); 
-
müttəfiqlərindən ayrı olaraq qərar qəbul olunması (məsələn, separat sülh-müharibə aparan 
dövlətlərin öz müttəfiqlərindən ayrı olaraq bağladıqları əlahiddə sülh müqaviləsi) [1, s.69]. 
Separatçılıq çoxmillətli dövlətlərdə milli azlıqların ayrılmağa və əsasən, yığcam yaşadıqları 
ərazi daxilində müstəqil dövlət qurmağa, yaxud muxtariyyət hüququ əldə etməyə yönəlmiş qeyri-
konstitusion fəaliyyətləri kimi də dəyərləndirilir . 
Müasir separatizm hər bir xalqın mütləq qaydada müəyyən ərazidə öz dövlətinə malik olmasına 
əsaslanmış öz müqəddəratını təyinetmə kimi yanlış prinsipə söykənir. Əslində isə belə bir prinsip nə 
hüquq nəzəriyyəsində, nə beynəlxalq, nə də milli qanunvericilikdə yoxdur. Separatçılığın ideoloqları 
təbliğ etdikləri hərəkata öz müqəddəratını təyin etmək hüququ ilə haqq qazandırırlar. Demokratik 
fəlsəfənin bəhrəsi olan bu haqq hazırda dünyada qəbul olunmuş azadlıq və bərabərlik idealları 
baxımından mənəvi olaraq ilk baxışda heç kəsdə şübhə doğurmamalıdır. Rusiyalı alim Yekatirina 
Narçinskayanın fikrincə, “öz müqəddəratını təyin etməyin azadlıq kimi özünəməxsus paradoksu 
vardır. Belə ki, heç nə ilə məhdudlaşdırılmamış azadlıq öz-özünü məhv etdiyi kimi, öz müqəddəratını 
təyinetmə absolyut kimi qəbul olunursa, dünyada dövlət adında məhfum olmaz. Bu təqdirdə xaos və 
kollapsla nəticələnə biləcək bir-biri ilə konfliktdə olan saysız tələblərin zəncirvari reaksiyası başlaya 
bilər. Milli ziddiyyətlərin həllolunma yolu kimi separatizmin fundametal qüsuru bax budur” [1, s.70].
Müasir dövrdə baş verən separatçılıq və şovinizm prosesləri dövlətlərin inkişafına, ərazilərinin 
kiçilməsi və ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olmuşdur. Tədiqatçılar müasir dünyada 50 əsas 
separataçılıq ocağı olduğunu, 220 milyon əhalini və 12,7 mln. km
2
ərazini əhatə etdiyini bildirirlər. 
Coğrafi tipinə görə Qərbi Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14, Afrikaya 6, Amerikaya 4, 
islam tipinə görə isə 6 mərkəz düşür. Bunlardan 20-si silahlı qarşıdurma xarakteri daşıyır. 
Separatçılıq əsasən, etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla, həm də etnik-dini zəmində 
özünü göstərir. Dünyada 200-dən çox dövlət var ki, onların yalnız 20-si etnik-monoton ölkədir, yəni 
başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40%-də isə ən azı 5 azsaylı xalq 
yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır və onların hər biri nəzəri baxımdan müstəqilliyə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə