Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə36/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   32   33   34   35   36   37   38   39   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRB TARİXİ MILITARY HISTORY
 
31
“Azərbaycan əhalisindən” (“əhlu Azərbaycan”) təşkil olunmuş sasani ordusu əks-hücuma keçərək 
ərəblər üzərinə həmlə etdilər. Ərəb ordusu çətin vəziyyətə düşdü. Mənbənin verdiyi məlumata görə, 
xəlifə Ömərin çağırdığı müşavirədə görüləcək tədbirlər barəsində fikir ayrılığı yarandı. O, qeyd edir 
ki, xəlifə Ömərin hüzurunda İsfahan, Fars və Azərbaycanın işğalını həyata keçirmək planı müzakirə 
olunarkən hörmüzlülər ona belə məsləhət verirlər: “İsfahan baş, Fars və Azərbaycan isə qanadlardır. 
Əgər qanadlardan birini kəssən, baş qanadlardan digərinə meyl edər, əgər başı kəssən hər iki qanad 
düşər” [4, s.148]. Həmin ərazilərə yolun Nəhavənddən keçdiyini anlayan ərəbələr Sasanilərlə amansız 
mübarizədə qələbə qazandılar. Nəhavənd qələbəsi ilə faktiki olaraq Sasani dövlətinin taleyi həll 
olundu. Bu döyüşdən sonra Azərbaycan döyüşçüləri artıq Sasanilərin tərkibində deyil, müstəqil 
Azərbaycan hakiminin rəhbərliyi altında mübarizə aparmağa başladılar. 
Əl-Usfuri h. 22-ci (642-ci) ildə baş vermiş hadisələrindən bəhs edərkən Azərbaycanın fəthinə 
xüsusi yer ayırmışdır [4, s.151]. O, ibn İshaqa istinad edərək yazır ki, Azərbaycan əl-Muğeyrə ibn 
Şubə tərəfindən həmin ildə fəth olunmuşdur. Lakin o, həm Azərbaycanın işğalı, həm də onu həyata 
keçirən sərkərdələr haqqında müxtəlif fikirlərin olduğunu xüsusi olaraq qeyd edir. Müəllif bu fəthin 
həmin ildə, lakin Huzeyfə tərəfindən həyata keçirilməsi haqqında Əli ibn Məhəmmədin məlumatını 
da təqdim edir. O, sözlərinə davam edərək yazır ki, Əbu Ubeydənin verdiyi məlumata görə
Azərbaycanı xəlifə Ömərin dövründə Həbib ibn Məsləmə əl-Fəhuri başda olmaqla Şam əhli silah 
gücü ilə (ənvətən) fəth etmiş və bu zaman Huzeyfə başda olmaqla Kufə əhli də ona yardım 
göstərmişdir. O, əlavə edir ki, başqa bir məlumata görə onu Utbə ibn Fərqad fəth etmişdir. Qeyd 
etmək lazımdır ki, mənbələrdə Azərbaycanın h.18-ci (639-cu) ildə Hüzeyfə tərəfindən fəth olunması 
haqqında məlumata da rast gəlinir. [14, s.80]
Mənbələrin məlumatlarının ümumiləşdirilməsi nəticəsində belə qənaətə gəlmək olar ki, ərəb 
qoşunlarının əsas qüvvələri, məhz 642-ci ildə Həmədan və Reyin işğalından sonra Azərbaycana daxil 
olmuşdular. Mənbələrin məlumatına görə, ərəblər Azərbaycan qoşunlarının güclü müqavimətinə rast 
gəldilər. Göstərilən dövrdə Azərbaycan qoşunlarına Azərbaycan hakimi İsfəndiyar ibn Fərruxzad 
komandanlıq edirdi [14, s.79] . O, h.22-ci (642-ci) ildə Azərbaycanın müxtəlif şəhərlərindən (Ərdəbil, 
Bacrəvan, Miyanəc, Meymənd və. s.) böyük qoşun toplayaraq Ərdəbildə ərəblərlə vuruşmağa qərar 
verdi. Bu, Bükeyrin rəhbərliyi altında ərəblərin Azərbaycanda qarşılaşdığı ilk döyüş idi. Bu döyüşdə 
İsfəndiyar məğlub edildi və əsir düşdü. Bundan sonra Azərbaycan qoşunlarına İsfəndiyarın qardaşı 
Bəhram rəhbərlik etməyə başladı. Lakin o da məğlub edildi və ərəblərlə Azərbaycan hakimi arasında 
sülh bağlandı. Beləliklə, Azərbaycan ərəblər tərəfindən ələ keçirildi. Lakin bu uzun müddət formal 
xarakter daşıdı. Çünki ərəblərin Azərbaycanda özlərinin tam hakimiyyətini qurması üçün həm yerli 
əhali, həm də xəzərlərlə uzun müddət mübarizə aparmalı oldular.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə