Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə48/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
137 
 
baş verir. İnternetə yeni qoşulmuş istifadəçiyə provayder bir-iki ay bitməmiş xeyli məbləğdə pul keçirilməsi ilə 
bağlı hesab təqdim edir. Bədbəxt istifadəçi isə İnternetdən bu qədər istifadə etmədiyini bildirir. Deməli parol ələ 
keçirilib. Daha bir xarakterik xüsusiyyət, yenicə xakerliyə başlayan Azərbaycan İnternet istifadəçisinin elektron 
poçt vasitəsi ilə cəlbedici başlıqlar seçməklə elektron məktub ( əslində isə virus) göndərməsidir. Təcrübəsiz 
istifadəçi isə həmin məktubu oxumaq istədikdə kompyüteri "uçur". Eləcə də son vaxtlar kompüter sistemlərinin 
fərdi şəkildə dağıtmaq üçün elektron poçta ilə (həmçinin İnternetdə yerləşdirilmiş pulsuz proqramların 
köçürülməsi yolu ilə) Back Orifice və NetBus proqramları fərdi kompüterlərə yeridilir və uzaq məsafədən 
həmin kompüter həmin proqramlar vasitəsilə idarə olunur. Qısası yuxarıda adları qeyd olunan proqramlar 
kompüterinizdə varsa nəzərə alın ki kompüteriniz həm də sizin deyil. Ümumiyyətlə hazırda Azərbaycan 
İnternetində təhlükəsizliklə heç bir dövlət və ictimai qurum deyil, hər kəs özü məşğul olur. Yəni hər bir 
provayder ayrı-ayrılıqda öz təhlükəsizliyini qorumağa çalışır, hər bir istifadəçi də yalnız özü-özünə ümid edir. 
Provayderlər hüquqi bazanın olmamasından gileylənirlər. Bir neçə provayder isə ( "Azerin", "AIS" və s.) aşkara 
çıxardıqları kompüter cinayətkarlarının cəzalandırılmayaraq buraxıldığını bildirirlər. Azərbaycan İnternet 
istifadəçisinin informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı heç bir metodiki vəsaiti yoxdur. Başqa 
ölkələrin provayderlərindən fərqli olaraq bizdəki provayderlər öz Web-səhifələrində informasiya təhlükəsizliyi 
haqqında, informasiyanı şifrələmək haqqında heç bir məlumat yerləşdirmirlər. Xeyli iş görə biləcək 
Provayderlər Şurası da İnternet istifadəçilərinə bu sahədə bir qayğı göstərmir. İnformasiya təhlükəsizliyi kimi 
qlobal bir problemlə bağlı, Azərbaycan İnternetinin infrastrukturunun formalaşması ilə bağlı KİV-də, xüsusilə 
bu sahədə nəhəng iş görə biləcək lazımi potensiala malik ANS Müstəqil TV və Space hələ öz sözünü deməyib. 
Buna isə ciddi ehtiyac var. Çünki, artıq məlum olduğuna görə "Azərsell" də İnternet xidməti göstərməyə 
hazırlaşır. Çox güman "Baksell" də geri qalmayacaq. Deməli yaxın perspektivdə Azərbaycan İnternet fəzası 
bütün ölkə ərazisini əhatə edəcək. Ən son məlumatlara görə Azərbaycan rəsmiləri artıq Avropada keçirilən 
elektron-kommersiya və İnternet biznes toplantılarına dəvət olunurlar. Yeni İnternet istifadəçilərini ( 
sahibkarları, dövlət məmurlarını və s.) isə internetdə xeyli sürprizlər gözləyir. İnternet . informasiya 
təhlükəsizliyi və hüquqi baza "Azadlıq" qəzetində bu sətirlərin müəllifi tərəfindən dərc edilmiş "İnternet və 
Dövlət" (01.03.2000) yazısında dövlətin informasiya siyasəti məsələsinə toxunulduğuna görə təkrarlamaq 
istəmirəm. Ancaq mənim üçün hələ də qaranlıqdır , görəsən ölkə rəhbərinin xəbəri varmı ki, "İnformasiya, 
informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq 
edilməsi haqqında prezidentin 19.06.96-cı il tarixli fərmanında göstərilənlərin heç birisi yerinə yetirilməyib. 
Ümumiyyətlə informasiya təhlükəsizliyi ilə bilavasitə bağlı olan "İnformasiya, informasiyalaşdırma və 
informasiya təhlükəsizliyi haqqında" və "Dövlət sirri haqqında" Qanunlarda xeyli anlaşılmazlıqlar var. 
Məqsələuyğun hesab edirəm ki, informasiya təhlükəsizliyi, dövlət sirlərinin mühafizəsi ilə bağlı məsələlərin 
texniki-proqram və texnoloji-təşkilati sahələri üzrə MTN, Əks kəşfiyyat, Rabitə Nazirliyi və digər qurumlar 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
138 
 
arasında səlahiyyətlər dəqiqləşdirilsin. Hesab edirəm ki, qeyd olunan sahə ilə məşğul olan və birbaşa prezidentə 
tabe olan xüsusi qurum yaradılmalıdır(məs: Rusiya "Qostexkomissiya" adlı bu cür qurum 1992-ci ildə 
yaradılmış, prezidentə tabedir və ancaq və ancaq informasiya təhlükəsizliyinin dövlət sisteminin 
formalaşdırılması ilə məşğuldur). Eləcə də mövcud elmi-tədqiqat birisinin bazasında konkret İnformasiya 
təhlükəsizliyi və krintoqrafiya ilə məşğul olan institut yaradılmasına ciddi ehtiyac var. Yaxın müddətdə paket 
halında "İnternet şəbəkəsinin inkişafı və ondan istifadə üzrə dövlət siyasəti haqqında", "Beynəlxalq informasiya 
mübadiləsi haqqında", "Milli informasiya resursları haqqında", "İnformasiyanın texniki kanallar vasitəsilə 
çıxarılması və texniki kəşfiyyat haqqında", yuxarıda qeyd olunduğu kimi "Dövlət təşkilatları və dövlət 
məmurları İnternetdən istifadəsi haqqında" aktların qəbul edilməsi, eləcə də informasiya təhlükəsizliyi ilə bağlı 
ölkələrarası ikitərəfli müqavilələr bağlanması dünya informasiya fəzasında Azərbaycanın özünəməxsus yerinin 
formalaşmasına, Azərbaycan İnternetinin bir infrastruktur kimi təşəkkülünə gətirib çıxarardı. İnternetin inkişaf 
səviyyəsinə görə hətta Avropa ölkələrini arxada qoymuş Pribaltika ölkələrinin təcrübəsindən bəhrələnərək 
yuxarıda qeyd olunan nəhəng işlərin görülməsində xarici fondların köməyindən, xüsusilə TACIS proqramından 
yararlanmaq olardı. Cari təhlükəsizlik tədbirləri Sonda "Multimedia" Mərkəzi İnternet istifadəçilərə 
aşağıdakıları tövsiyyə etməyi özünə borc bilir: 
İnternet parolunuzu heç kimə bildirməyin, heç yerə yazmayın. 
Əgər kompüterinizdəki hər hansı proqram internet parolunuzu yadda saxlamağı da (Save password) tələb edirsə 
bunu etməyin. 
Parolunuzu tez-tez dəyişin. 
Antivirus proqramlarından müntəzəm istifadə edin. 
Ən əsası!. Yoxlayın sizin kompüterinizdəBack Orifice və NetBus proqramları varmı? Əgər varsa və 
kompüteriniz İnternetə qoşulubsa deməli, kompüteriniz kənardan idarə olunur. Onları silin (Qoşulduğunuz 
İnternet provayderin şəbəkə administratoruna müraciət edin). 
Mühüm əhəmiyyətli məlumat və fayllarınızı PGP və digər proqramlardan istifadə edərək şifrələyin. 
Dövlət sirləri, kommersiya sirrləri, bank sirrləri olan kompüteri ümumiyyətlə İnternetə qoşmayın... 
 
 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə