www.kitabxana.net
– Milli Virtual Kitabxana
20
Orta nəsil Azərbaycan yazıçılarının bədii-poetik əsərləri rəqəmsal formatda hazırlanır
Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyələşdirdiyi ―Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə
hazırlanaraq Milli Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək‖
kulturoloji layihəsinin icrasına başlayıb.
Layihə barədə geniş məlumat verən YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirdiyinə görə,
kulturoloji-humanitar layihə sayılan www.kitabxana.net - Milli Virtual Kitabxanada azərbaycan, türk və rus
dillərində mindən
çox elektron kitab, dərslik, lüğət, dünya və milli ədəbiyyat nümunələri, eləcə də on mindən
çox intellektual materiallı oxucularına ödənişsiz təqdim edilir, elektron resurs hər gün zənginləşdirilir.
Layihənin növbəti mərhələsi orta ədəbi nəslin nümayəndələrinin yaradıcılığının elektron variantda hazırlanaraq
virtual kitabxana vasitəsi ilə Azərbaycanda və dünyada yaşayan 50 milyonluq soydaşlarımıza çatdırmaqdır.
Aydın Xan (Əbilov) layihə barədə daha sonra bunları bildirib:
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın
əksər ölkələrində ədəbiyyat, eləcə də intellektual sərvətlər – kitabların, bədii əsərlərin rəqəmsal formata
salınmasına başlanılıb. Hazırlanan elektron kitablar isə qlobal informasiya məkanında, milli və lokal elektron
resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın
tələbləri səviyyəsində sözü
gedən istiqamətdə hələ bir sıra problemlər öz həllini tapmamışdır. Yaşlı və yeni nəslin yaratdığı estetik-
intellektul əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük
çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəsilin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT
vasitələrindən lazımınca yaralana bilmir. Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən
də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli
– yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində ciddi problemlər həll
olunmamış qalır. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən,
Azərbaycan dilində kitab və
ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir
ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə
yiyələnsə də, milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində
gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət
göstərməsi, zəif inkişaf etməsi, eləcə də elektron – virtual kitabxanaların, pulsuz bloq – sayt imkanlarının
www.kitabxana.net
– Milli Virtual Kitabxana
21
yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin
nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən
isə pornoqrafiya, zorrakılığı
təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar.
Respublikamızda ―Elektron hökümət‖, ―Elektron məktəb‖, ―Elektron Kitabxana‖ kimi innovativ proqramlar
həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar isə hələ ki, arzuolunan səviyyədə həyata
keçirilmir. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti, elektron kitablar, yeni nəslə
ünvanlanmış saytları, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin
təhsil və təlimin
səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin
elektron poçt, elektron gündəlik – bloq, virtual kitabxana, şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-
yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə
ünvanlanmış xəbər və əyləncə - İnternet sayt, həmçinin mətbuat sahələrindəki boşluqlar isə artıq
ciddi problemə
çevrilib, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında boşluqlara aparıb
çıxarır. Hələ üstəlik Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni
ünsiyyət vasitəsi kimi İnternet – yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin
ehtiyac duyulur.
YYSQ ölkəmizdə, eləcə də xaricdə yaşayan azərbaycanlı yeni nəsil soydaşlarımız, xüsusən də gənclər, uşaq və
yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı İnternet portalı – Milli Virtual Kitabxana yaratsa da,
onun durmadan zənginləşdirilməsinə,
inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara
salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik
dünyagörüşlərini formalaşmasından ötrü İnternetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq
düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya
şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.
Layihənin əsas məqsədi çağdaş oxuculara – ölkəmizdə və ə dünyada yaşayan soydaşlarımıza ünvanlanmış
klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri İnternet resursları
vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı
zənginləşdirmək, oralara girişlərin sayını artırmaq fikrindəyik.
Məqsədimiz anadilli İnternet resursunda – Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat
nümunələrini yerləşdirmək, bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemini genişləndirmək, onları anadilli
İnternet resurslarını zənginləşdirməyə həvəsləndirmək,
Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi
dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrətmək, yeni nəslin
nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılamaq, milli, anadilli İnternet –