www.kitabxana.net
– Milli Virtual Kitabxana
215
33. İnformasiya sistemi
İnformasiya proseslərini həyat keçirən kompüter texnologiyası və rabitə vasitələrinin istifadəsi ilə təşkilati
nizamlanmış sənədlər (və ya sənədlər toplusu) və informasiya texnologiyalarının məcmusudur. İnformasiya
sistemi informasiyanın yığılması, saxlanılması, emalı, axtarışı, ötürülməsi və təqdim olunmasını təmin edir.
34. İnformasiya mühiti
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin, eləcə də
informasiyalaşmanın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi, mədəni şərtlərin toplusudur.
35. İnformasiya sahəsi (Information Sphere)
1. İqtisadiyyatın informasiyanın istehsalı, işlənməsi, saxlanması və yayılması ilə məşğul olan sahəsidir.
2. İnformasiyanın toplanması, formalaşdırılması, yayılması və istifadə proseslərini həyata keçirən, həmçinin bu
prosesdə ictimai münasibətləri tənzimləyən informasiya, informasiya infrastrukturu və subyektlərinin
məcmusudur.
36. İnformasiya iqtisadiyyatı
70-80-ci illərdə geniş yayılmış termindir.
1. ÜDM-un böyük bir hissəsi informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılması fəaliyyəti
nəticəsində formalaşan iqtisadiyyatdır və məşğulların yarıdan çoxu bu prosesdə iştirak edir.
2. Gələcək informasiya cəmiyyətində iqtisadiyyatın bütün əsas sahələrinin inkişafında İKT-nin aparıcı rolunu
göstərən proqnozlar üçün xarakterik konsepsiyadır. Burada informasiyanın özü əmtəə istehsalı ilə eyniləşdirilir
və əsasən statistik metodların köməyi ilə tədqiq edilir.
37. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT)
İnformasiya istifadəçilərin maraqlarını təmin etmək məqsədi ilə informasiyanın yığılması, işlənməsi,
saxlanması, yayılması və istifadəsini təmin edən metodların, istehsal proseslərinin və proqram-texniki
vasitələrin məcmusudur.
38. İnformasiya qanunvericiliyi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
216
İnformasiyanın istehsalı, istifadəsi və İKT-nin tətbiqi sahəsində qanun, nor-mativ aktların və digər hüquqi
nizamlama sənədlərinin (aktlarının) məcmusudur.
39. İnformasiya ilə zənginləşdirmə (kontent)
İnformasiya sistemlərinin əhəmiyyət kəsb edən hər cür məlumatlarla- mətnlər, qrafiklər, multimedia və s. ilə
zənginləşdirilməsi. İnformasiya ilə zənginləşdirilmənin əsas parametrləri onun həcmi, aktuallığı və relevant
olmasıdır. İnternetdə informasiya ilə zənginləşdirmə web səhifə şəklində təşkil olunur.
40. İnformasiya bərabərsizliyi
Rəqəmsal fərq, rəqəmsal və ya elektron uçurum və digər bir çox söz birləşmələri sinonimdir.
1. Müasir İKT-dən istifadə imkanlarına görə meydana gələn sosial təbəqələşmənin (fərqliliyin) yeni formasıdır
2. İnformasiya strukturları, vasitələri və onların vətəndaşlar arasında qeyri-bərabər paylanması prosesini
vətəndaş hüququ və maddi rifaha dair məsələlərlə əlaqələndirən konsepsiyaların tərəfdaşları üçün xarakter
termin.
41. İnformasiya cəmiyyəti
İnformasiya və biliklərin cəmiyyətin həyatın-dakı rolunun yüksəlməsi, infokommuni-kasiyanın, informasiya
məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının
yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını,
informasiya məhsul-larına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir
sivilizasiyasının inkişafının bir pilləsidir.
42. İnformasiya silahı
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya
tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və
vasitələrin məcmusudur.
43. İnformasiya məkanı
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada
www.kitabxana.net
– Milli Virtual Kitabxana
217
informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.
44. İnformasiya Kommunikasiya İnfrastrukturu
Ərazi üzrə paylanmış dövlət və korporativ informasiya sistemləri, rabitə xətləri, şəbəkələr və ötürücü kanallar,
kommutasiya vasitələri və informasiya axınının idarə edilməsi, həmçinin onların effektiv işləməsini təmin edən
hüquqi və normativ mexanizmlər və təşkilati strukturların, məcmusudur.
45. İnformasiya tələbatı
Qeyri-maddi tələbatın bir növüdür. Hər hansı bir məqsədə çatmaq və ya konkret bir tapşırığı yerinə yetirmək
üçün informasiyaya olan tələbatdır.
46. İnformasiya məhsulları
İnformasiya resurslarının bütün növləri, proqram məhsulları, məlumat bazaları və əmtəə formasında təqdim
olunan digər informasiyalar.
47. İnformasiya prosesləri
İnformasiyanın yaradılması, yığılması, saxlanılması, işlənməsi, təsviri, ötürülməsi, yayılması və istifadəsi
prosesləridir.
48. İnformasiya resursları
İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat bazalarında, muzeylərdə və s.) olan
sənədlər toplusudur.
49. İnformasiya xidmətləri
İstifadəçilərə informasiya məhsullarının təqdim olunması ilə onların informasiyaya olan tələbatının ödənilməsi
50. İnformasiya şəhəri
Sənayesonrası iqtisadi strukturа malik olan, əsas fəaliyyət sahələri idarəetmə, maliyyə, elmi araşdırmalar, ali
təhsil, mədəniyyət, informasiya xidməti, KİV, işgüzar xidmətlər (reklam, məsləhət, informasiya və s.) olan və
işləyənlərin yarıdan çoxunun bu fəaliyyət sahələrində məşğul olduğu şəhərdir.
Dostları ilə paylaş: |