Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə63/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   59   60   61   62   63   64   65   66   ...   112

– Bəlkə də, havadandır. 
– Yox, havadan deyil. May, iyun aylarında heç vaxt belə olmayıb. Bu da dəliliyin 
bir növüdür. Bara baxsan, gözlərinə inanmazsan. Heç ağlına gətirərdin ki, 
fransızlar gəlib burda «Şampan» sifariş verəcəklər? 
– Xeyr! 
172 
– Əcnəbilər heç, onlar həmişə alıblar. Bəs fransızlar? Özü də parisli ola?! 
«Şampan»! Pulunu da özləri verir! Daha «Dübene», «Fine», pivə içən yoxdur. 
İnanmırsan? 
– Görməsəm, inanmaram. 
Rolanda qəhvə süzdü: 
– Nə qədər müştəri olar? Adam lap başını itirir. Aşağı düşəndə özün görəcəksən. 
İndidən gəlib dolublar. Özü də həmişə sənin gəlişini güdən peşəkarlar deyil, ayrı 
dəstədir. Bu adamlara nə olub, Ravik? 
Ravik çiyinlərini çəkdi: 
– Sulara qərq olan okean gəmisi haqqındakı əhvalat yadıma düşdü. 
– Xeyr, biz sulara qərq olmuruq. Əksinə, işlərimiz yağ kimi gedir. 
Qapı açıldı. İyirmi bir yaşlı, cavan oğlanlar kimi şax qamətli, əyninə çəhrayı rəngli 
qısa ipək paltar geymiş Ninetta içəri girdi. Mələk sifətli bu qız «Firma»nın ən yaxşı 
fahişələrindən hesab olunurdu. Əlindəki məcməyidə çörək, yağ və iki bölmə cem 
gətirmişdi. 
– Madam eşidib ki, doktor qəhvə içir, – o, boğuq səslə dedi. – Deyir, cemin dadına 
baxsın. Özü hazırlayıb. – Ninetta irişdi və onun mələk sifəti birdən-birə küçə 
uşaqlarının sırtıq sifətinə oxşadı. Məcməyini stolun üstünə qoyub, 
yırğalanayırğalana 
çıxdı. 
– Görürsən?! – Rolanda köks ötürdü. – O dəqiqə sırtılırlar. Bilirlər ki, işimiz 
onlardan keçir. 
– Elədir. Ançaq indi sırtılmayıb nə vaxt sırtılacaqlar? Bunlar nə cemidir? 
– Madamın fəxridir! Özü düzəldir, Riverada bostanı var. Doğrudan, yaxşıdır. 
Dadına baxmaq istəmirsən? 
– Cemdən zəhləm gedir. Xüsusilə, onu milyonçular düzəldəndə... 
Rolanda şüşə qapağı açıb cemdən iki-üç qaşıq götürdü, qalın kağızın üstünə qoydu, 
yanına bir az yağ, iki-üç dilim çörək əlavə elədi, sonra hamısını bir yerdə büküb 
Ravikə uzatdı: 
– Yolda atarsan, – dedi, – xətrinə dəyməsin. Sən gedəndən sonra mütləq soruşacaq. 
Qocalmağa başlayan bir qadının son təsəllisidir. Onun xəyal dünyası çoxdan 
dağılıb. Hörmət xatirinə götür! 
– Yaxşı! – Ravik durub qapını açdı. Aşağıdan müxtəlif səslər, musiqi, gülüş, 
qışqırtı eşidilirdi. – Nə çox səs-küy var? Fransızlardır? 
– Fransızlar deyil. Çoxu əcnəbidir. 
– Amerikalı? 
– Ən qəribəsi də odur ki, elə deyil. Çoxu almandır. İndiyə kimi bura bu qədər 
alman gəlmirdi. 
– Burada qəribə heç nə yoxdur. 


– Çoxu da fransızca lap yaxşı danışır. Bir-iki il bundan qabaqkı almanlar hara, 
bunlar hara... 
– Belə olacağını bilirdim. Əsgərlər də çox gəlir? Çağırışçılar, müstəmləkədən 
gələnlər... 
– Onlar həmişə gəlirlər. 
Ravik başını yırğaladı: 
173 
– Almanlar yaxşı pul xərcləyir, elə deyilmi? 
Rolanda güldü: 
– Kimin könlündən içmək keçirsə, qonaq eləyirlər. 
– Deyəsən, bunlar ayrı əskərlərdir. Almaniyada valyuta məsələsi qəlizləşib, bütün 
sərhədlər də bağlıdır. Bir yana getmək üçün hökumətdən icazə almalısan. On 
markadan artıq götürməyə də qoymurlar. Doğrudan da, bu şən, pullu almanların 
fransızca belə sərbəst danışması qəribədir, elə deyilmi? 
Rolanda çiyinlərini çəkdi: 
– Nə bilim, təki pulları saxta olmasın. 
Evə saat doqquza işləyəndə çatdı. 
– Mənə zəng vuran olub? – deyə qapıçıdan soruşdu. 
– Xeyr. 
– Günortadan sonra da? 
– Xeyr, bu gün heç kəs zəng eləməyib. 
– Gəlib soruşan necə? 
Qapıçı başını buladı: 
– Heç kim gəlməyib. 
Ravik pilləkənlərlə yuxarı qalxdı. Birinci mərtəbədə ər-arvad Qoldberqlər yenə 
deyişirdi. İkincidə isə uşaq ağlayırdı. Bu, Fransa vətəndaşı Lüsyen Zilberman idi. 
Atası Ziqfrid Zilberman qəhvə alverçisi idi, qızlıq familiyası Levi olan anası frau 
Nelli Frankfurt-Maynda doğulmuşdu. Uşaq onlar üçün müqəddəs olduğu qədər də 
yaxşı bəhanə idi, çünki Fransada dünyaya gəlmişdi və onun sayəsində vaxtından 
iki il əvvəl fransız pasportu alacaqlarına ümid bəsləyirdilər. Buna görə də Lüsyen, 
bütün biryaşlı uşaqlar kimi, ailənin zülmkarına çevrilmişdi. Üçüncü mərtəbədə 
qrammofon oxuyurdu. Qaçqın Volmayer idi, alman xalq mahnılarına qulaq asırdı. 
Didərgin düşməzdən Orannenburq həbs düşərgəsində olmuşdu. Dəhlizdən kömür, 
qaranlıq qoxusu gəlirdi... 
Ravik öz otağına girdi. Oxumaq istəyirdi. Nə vaxtsa «Dünya tarixi» kitabının bir 
neçə cildini almışdı və onları axtarıb tapdı. Ancaq bu kitablar da ləzzət vermədi. 
Məyusedici olsa da, qəribə bir təsəlli tapdı ki, indi baş verən hadisələrin heç biri 
təzə deyil, hamısı bir neçə dəfə baş vermişdi. Alıb-aldatma, xəyanət, qırğınlar, 
Valpurgiya gecələri, kapital dünyasında taxt-taca sahib olmaq üçün satqınlıq, 
rüşvətxorluq, bir-birinə çalanan müharibələr... Bəşər tarixi qanla, göz yaşları ilə 
yazılmışdı və tarixin minlərlə qana bələnmiş abidələri arasında təsadüfən hansısa 
xeyirxahlığın gümüş suyuna çəkilmiş olurdu... Demaqoqlar, fırıldaqçılar, ata 
qatilləri, dost qanına susayanlar, hakimlik arzusundan məst olmuş eqoistlər, 
məhəbbəti qılıncla qəbul elətdirən fanatik peyğəmbərlər... Tarix təkrar olunurdu və 
həmişə də imperatorlar yolunda, din yolunda mənasız yerə bir-birini qıran səbirli 


xalqlar, axmaqlar tapılmışdı... Bunların sonu yox idi... 
Kitabları örtüb bir tərəfə qoydu. Açıq pəncərədən içəri səs-küy doldu. O dəqiqə 
tanıdı: Vizenhofla frau Qoldberq idi. 
«Olmaz! – Bunu Rut Qoldberq dedi. – İndicə qayıdacaq. Bir saata gələr». 
«Bir saat az vaxt deyil...» 
«Bəlkə də, tez qayıtdı...» 
«Hara gedib?» 
174 
«Amerika səfirliyinə. Hər axşam gedir, küçədə dayanıb, ona tamaşa edir, 
vəssalam... Sonra da qayıdıb gəlir...» 
Vizenhof nəsə dedi, ancaq Ravik başa düşmədi. 
«Bəs necə, – Rut Qoldberq acıqlandı. – İndi ağlı özündə olan adam var?! 
Qocaldığını mən də bilirəm». 
«Qurtar!» – O bir az ara verəndən sonra yenə dilləndi: – «İndi həvəsim yoxdur, 
istəmirəm...» 
Vizenhof nəsə dedi. 
«Danışmağa qoçaqsan! – frau Qoldberq cavab verdi. – Axı pul ondadır... Məndə 
bircə santim də yoxdur, sən də başlamısan...» 
Ravik durdu, telefona baxdı, tərəddüd elədi. Saat ona az qalırdı. Joan səhər getdiyi 
idi, xəbər-ətər çıxmamışdı. Bu axşam gəlib-gəlməyəcəyini də soruşmamışdı. 
Bilirdi ki, gələcək. İndi isə inanmırdı... 
«Sənin nə vecinə?! – Frau Qoldberqin səsi eşidildi. – Sənə bircə kef olsun, 
vəssalam...» 
Ravik Morozovun otağına getdi. Qapı bağlı idi. «Gata-komba»ya düşdü. Yolda 
qapıçıya dedi: 
– Zəng vuran olsa, mən aşağıdayam. 
Morozov burada idi, qırmızıbaş bir kişi ilə şahmat oynayırdı. Künc tərəflərdə 
qadınlar oturmuşdular. Kimi toxuyur, kimi də qəzet, kitab oxuyurdu. Hamısının da 
üz-gözündən qayğı yağırdı. 
Ravik xeyli şahmata baxdı. Qırmızıbaş kişinin vəziyyəti yaxşı idi. Çox fikirləşmir, 
tez-tez oynayırdı. Morozov uduzurdu. 
– Görürsən, başıma nə oyun gətirir? – Morozov dilləndi. Ravik çiyinlərini çəkdi. 
Qırmızıbaş kişi ona baxdı. 
– Cənab Fingenştayn,–Morozov onu təqdim etdi.–Almaniyadan yenicə gəlib. 
Ravik başını tərpətdi. 
– Oralarda vəziyyət indi necədir? – deyə elə-belə, nəsə soruşmaq xatirinə dilləndi. 
Qırmızıbaş kişi dinməyib, çiyinlərini çəkdi. Ravik də başqa cür gözləmirdi. 
Adətən, ilk günlərdə belə olurdu: sualı sual üstündən yağdırırdılar, həsrətlə 
gözləyirdilər ki, indicə «çevriliş oldu!» eşidəcəklər, «Üçüncü Reyx dağıldı» 
deyəcəklər. Ancaq indi hamı bilirdi ki, onu yalnız müharibə dağıda bilər. Az-çox 
ağlı olan adamlar onu da bilirdi ki, işsizlik problemini hərbi sənayeni 
gücləndirməklə həll eləyən hökumətin axırı iki çür ola bilər: ya müharibə, ya da 
daxilən sarsılmaq! Bununku müharibə olmalı idi... 
– Mat! – deyə Finkenştayn sakitcə ayağa durdu, Ravikə tərəf döndü:–Yatmaq üçün 
neyləmək lazımdır? Burada yata bilmirəm, gözümə yuxu gedən kimi ayılıram. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə