Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə71/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   67   68   69   70   71   72   73   74   ...   112

ki, mən səninəm! Yoxsa, qayıdıb gəlməzdim! Yoxsa, gəlib sənin qapını 
kəsdirməzdim! Yoxsa, oturub gözləməzdim və sən də gələndə məni qovmazdın! 
Qovsan da, qayıdacağam! Bilirəm, mənə inanmırsan, ürəyində deyirsən ki, başqa 
niyyətlə gəlib. Hansı niyyətlə gələ bilərəm? Əgər o biri qəlbimi məhəbbətlə 
doldura bilsəydi, gəlməzdim, səni də unudardım... Deyirsən ki, sənin yanında dinc 
həyat axtarıram... Elə deyil, Ravik, mən səndən məhəbbət umuram! 
«Sözlərə bax! – Ravik ürəyindən keçirdi. – Çox şirin sözlərdir... Adamın canına 
yağ kimi yayılır. Ancaq... kömək elə... sevirəm... qayıtdım... səninəm...–bunlar 
hamısı şirin sözlərdir. Eləcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə 
qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər 
yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib! O da bu ayrılıq gecəsində 
qaranlıqda dayanıb, həmin şirin sözlər də başından yağış kimi ələnir... Ancaq 
hamısının da bircə mənası var: ayrılıq, ayrılıq, yenə də ayrılıq! Əgər söhbət bu 
həddə çatıbsa, deməli, hər şey qurtarıb! Məhəbbət allahının gözlərindən qan damır, 
onun belə boş sözlərlə arası yoxdur...» 
– İndi isə çıx get, Joan! 
Joan ayağa durdu: 
– Heç getmək istəmirəm... Qoy qalım... Bircə gecəliyə... 
Ravik başını buladı: 
195 
– Məni nə hesab edirsən, Joan? Mən müqəvva deyiləm! 
Joan ona sığındı. Ravik hiss elədi ki, o titrəyir. 
– Mənim üçün fərqi yoxdur... Qoy qalım! 
Ravik ehtiyatla onu özündən araladı. 
– Başqasını aldatmaq üçün nahaq məndən başladın. Onsuz da, onun çəkməyə dərdi 
çox olacaq. 
– Mən indi evə tək qayıda bilmərəm. 
– Tək qalmazsan… 
– Yox, təkəm… Üç gündür yalqızam… Çıxıb gedib… Parisdə deyil. 
– Belə de…e! – Ravik çox sakit danışır və diqqətlə Joanın üzünə baxırdı. – Bircə o 
xasiyyətin xoşuma gəlir ki, açıq danışırsan! Adam səninlə necə rəftar edəcəyini 
bilir… 
– Mən bundan ötrü gəlməmişəm. 
– Özüm bilirəm. 
– İstəsəm, heç deməzdim… 
– Elədir. 
– Mən evə tək qayıtmaq istəmirəm, Ravik! 
– Yaxşı, evə qədər ötürərəm. 
Joan bir addım geri çəkildi, astadan: 
– Məni daha sevmirsən! – dedi. Onun səsində hədə də var idi. 
– Bunu öyrənməyə gəlmişdin? 
– Hə, həm də buna görə… Təkcə bu deyildi… ancaq bu da var idi! 
– Allah eşqinə qurtar, Joan!– Ravik hövsələdən çıxırdı. – Hesab elə ki, mən son 
sözümü dedim, ürəyimdəkiləri açıb tökdüm. 
Joan dinməzcə onun üzünə baxırdı. 


– Elə bilirsən, bundan sonra sənin başqası ilə yaşadığına göz yumub, «burada qal!» 
deyəcəyəm?! 
Joan yavaş-yavaş gülümsəməyə başladı. Ancaq bu adi təbəssüm deyildi. 
Daxilindən süzülən parıltıya oxşayırdı, elə bil, orada məşəl yandırmışdılar və onun 
alovu yavaş-yavaş gözlərinə qalxırdı… 
– Çox sağ ol, Ravik! – dedi. Bir az ara verəndən sonra onun üzünə baxa-baxa 
soruşdu: – Sən məni unutmayacaqsan? 
– Niyə soruşursan? 
– Məni gözləyəcəksən? Məni unutmayacaqsan? 
– Mənə elə gəlir, bunun çox da qorxusu yoxdur. Təcrübə özü göstərdi… 
– Çox sağ ol! – Joan tamam dəyişmişdi. 
«Gör nə tez təsəlli tapdı! Niyə də tapmasın?! Elə bilir burada qalmasa da, arzusuna 
çatdı…» 
Joan onu öpdü: 
– Belə olacağını bilirdim, – dedi. – Sən başqa cür ola bilməzdin! İndisə gedirəm! 
Ötürmək lazım deyil, özüm gedərəm! 
Qapıya çatanda dayandı. 
– Bir də gəlmə, Joan! Heç nəyi də özünə dərd eləmə! Qorxma, sənə heç nə olmaz! 
– Yaxşı, gecən xeyrə qalsın, Ravik. 
– Xeyrə qarşı, Joan. 
196 
Ravik işığı yandırdı. «Sən başqa cür ola bilməzdin!» Üşürgələndi. «Bütün 
qadınların xəmrəsi gillə qızıldan, yalanla rəzalətdən, riya ilə çılpaq həqiqətdən 
tutulub!» – deyə ürəyindən keçirdi. Gedib pəncərənin qabağında oturdu. Aşağıdan 
yenə həzin, yeknəsəq ağlaşma səsi gəlirdi. Ərinə həmişə xəyanət etmiş bir qadın 
indi onun ölümünə acıyırdı... Bəlkə də, dinləri tələb etdiyi üçün belə ağlayırdı... 
Ravik təəccübləndi ki, nə yaxşı özünü çox da bədbəxt hiss eləmədi... 
XXIII 
– Mən yenə qayıtdım, Ravik! – Bu sözləri Ket Heqstrem deyirdi. 
O, «Lankaster» mehmanxanasındagı otağında oturmuşdu. Çox arıqlamış, dərisinin 
altında ət deyilən şey qalmamışdı. Sanki, onu zərif bir alətlə deşib hamısını 
çıxarmışdılar. Bütün əzələləri görünürdü. Dərisi ipək kimi idi, deyərdin, indicə 
deşiləcək.., 
– Mən elə bilirdim, siz indi Florensiyada, ya da Kanndasınız, Ket! Ya da çoxdan 
Amerikaya getmisiniz... 
– Bütün vaxtı Florensiyada olmuşam. Fezolada qalırdım. Axırda dözə bilmədim. 
Yadınızdadırmı, sizi də tovlayıb aparmaq istəyirdim? Deyirdim, kitablar, soba, 
gecələr, sakitlik... Kitablar da, soba da var idi. Sakitlik isə... Hətta Fransiska fon 
Assinin şəhəri də səs-küylü idi, Ravik! Bütün İtaliya kimi, ora da səs-küylü, 
narahat idi! Fransiskanın bir vaxtlar quşlara da məhəbbəti mədh elədiyi yerlərdən 
indi faşist forması geymiş əsgərlər keçir. Gurultulu sözlər, başqa millətlərə nifrət 
onların gözünü tutub, böyük əməllərdən dəm vururlar... 
– Bu, həmişə belə olub, Ket. 
– Belə deyildi. Bir-iki il bundan qabaq mənim təsərrüfat işlərimə baxan kişi 
mehriban adam idi, velvet şalvar, çarıq geyərdi. Ancaq indi uzunboğaz çəkmə, qara 


köynək geyən millət qəhrəmanı olub, qızıl dəstəkli xəncər qurşayır, yığıncaqlarda 
çıxış eləyib deyir ki, Aralıq dənizi İtaliyanın olmalıdır, İngiltərəni dağıtmaq 
lazımdır, Nitsa, Korsika, Savay İtaliyaya qaytarılmalıdır. Çoxdan qələbə sevinci 
dadmayan bu mehriban millət Həbəşistanda, İspaniyada qalib gələndən sonra lap 
ağlını itirib. Üç il bundan qabaq ağlı başında olan dostlarım indi göz qırpmadan 
deyirlər ki, İngiltərəni üçcə ayın içində almaq olar. Bütün ölkə qaynayır. Nə oldu 
birdən-birə? Bir vaxt qəhvəyi köynək geyən adamların qəddarlığı məni Vyanadan 
didərgin saldı, indi də qara köynək geyənlərin axmaqlığı İtaliyadan qaçırtdı. 
Deyirlər, haradasa yaşıl köynək geyənlər də peyda olub. Yəqin, Amerikada da 
gümüşü köynək geyirlər. Dünya da indi bu köynəklilərin əlində qalıb? 
– Deyəsən. Ancaq bir azdan dəyişəcək, hamı bir nəfər kimi qırmızı geyəcək. 
– Qırmızı? 
– Bəli, qan kimi qırmızı. 
Ket əyilib pəncərədən həyətə baxdı. Qürub edən günəşin solğun şəfəqləri şabalıd 
ağaclarının yarpaqlarından süzülərək yaşılı rəngə çalırdı. 
– Adam heç inanmaq istəmir, Ravik! İyirmi ildə iki müharibə. Çoxdur... Birincinin 
yorğunluğu canımızdan hələ çıxmayıb. 
– Təkcə qaliblərin! Bu məğlub olanlara aid deyil. Qalib gələn yorğunluğa baxmır. 
197 
– Bəlkə də, elədir. – Ket onun üzünə baxdı. – Deyəsən, lap az qalıb, elə deyil? 
– Qorxuram, azdan da az qalmış olsun. 
– Görəsən, mən o vaxta qalacağam? 
– Niyə qalmırsınız?–Ravik düz onun gözlərinin içinə baxdı. Ket baxışlarını 
qaçırtmadı. – Fiolonun yanına getdiniz? 
– Bəli, bir-iki dəfə getdim. Qara taun bəzilərini yaxalaya bilməyib. O da həmin 
adamlardan biridir... 
Ravik dinməyib onun daha nə deyəcəyini gözlədi. Ket stolun üstündəki mirvari 
muncuğu götürüb əlində oynatmağa başladı. Nazik, uzun barmaqların arasında 
gəzişən mirvari dənələri qiymətli daş-qaşa bənzəyirdi. 
– İndi mən ömrü boyu dinclik axtaran yəhudiyə oxşayıram. Ancaq, deyəsən, pis 
vaxtda başlamışam, onu heç yerdə tapmaq olmaz. Bir azca burada qalıb... 
Ravik mirvari dənələrinə baxdı. Onlar, qişasına yad toxum – balaca bir qum dənəsi 
düşmüş kələk-ötür, bomboz təkhüceyrələrdən yaranmışdı. Təsadüfi qıcıqlanmadan 
zərif bir gözəllik yaranmışdı. «Bu da bir hikmətdir», – deyə ürəyindən keçirdi. 
– Siz ki Amerikaya getmək istəyirdiniz, Ket? Kimin Avropadan çıxmaq imkanı 
var, əldən verməsin, gərək. Onsuz da burada heç nə eləyə bilməyəcəksiniz. 
– Qovursunuz? 
– Xeyr! Axırıncı dəfə özünüz demədiniz ki, işlərinizi qaydaya salandan sonra 
Amerikaya gedəcəksiniz? 
– Bəli, dedim. Ancaq indi istəmirəm. Hələ yox... Bir az burada qalacağam. 
– Paris yayda çox isti olur, adam heç dözə bilmir. 
Ket muncuğu stolun üstünə qoydu: 
– Xeyr, axırıncı yay elə olmaz... 
– Axırıncı? 
– Bəli, bu, mənim axırıncı yayım olacaq. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə