Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə72/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   68   69   70   71   72   73   74   75   ...   112

Ravik susdu. «Görəsən, bilirmi? – deyə fikirləşdi. – Fiolo ona nə deyib?» 
– «Şəhrizad»da işlər necə gedir? – Ket birdən soruşdu. 
– Çoxdan ora getməmişəm. Morozov deyir ki, hər axşam dolu olur. İndi bütün 
gecə restoranları belədir. 
– Yayda da? 
– Bəli, yayda da! Adətən, bu vaxtlar bütün əyləncə yerləri bağlanardı... 
Gözləmirdiniz? 
– Xeyr, gözləyirdim. Hamı son nəfəsində həyatdan nəsə qoparmaq istəyir. 
– Elədir. 
– Məni ora aparacaqsınız? 
– Əlbəttə, Ket, nə vaxt istəsəniz! Elə bilirdim, ora daha xoşunuza gəlmir. 
– Mən də elə bilirdim, ancaq fikrimi dəyişdim. Mən də bacardıqca nəsə 
qoparmalıyam. 
Yenə Ketin üzünə baxdı: 
– Yaxşı, – dedi, – nə vaxt istəsəniz, apararam. 
Ravik durdu. Ket onunla qapıya kimi gəldi. Yaman arıqlamışdı... Qurumuş dərisi 
ipək kimi idi və adama elə gəlirdi ki, əl vursa, xışıldayar. Gözləri dupduru idi, 
əvvəlkindən də iri görünürdü. Sümüyü çıxmış hərarətli əlini Ravikə uzatdı: 
198 
– Niyə onda xəstəliyimi özümə demədiniz?–Bunu elə saymazyana dedi ki, elə bil, 
çöldəki havanı soruşurdu. 
Ravik diqqətlə onun üzünə baxdı, amma dinmədi. 
– Dözərdim...–Ketin yanaqlarına xəfif, kinayəli bir təbəssüm qondu. Ancaq bu 
kinayədə inciklik əlaməti yox idi.– Hələlik, Ravik! 
Mədəsi kəsilmiş kişi öldü. Düz üç gün zarıdı. Daha morfi də kömək eləmirdi. 
Ravik də, Veber də bilirdi ki, öləcək. İstəsəydilər, onu üç gün belə əzab çəkməyə 
qoymazdılar. Ancaq eləmədilər, çünki bu dünyada bir din var idi və həmin din də 
bütün bəndələri sevməyi nəsihət edir, onların əzablarını qısaltmağa qoymurdu və 
bir qanun da onu müdafiə edirdi... 
– Qohumlarına teleqram vurdunuz?–deyə Ravik soruşdu. 
– Qohumu yoxdur,–Veber cavab verdi. 
– Bir simsarı da yoxdur? 
– Heç kəsi yoxdur. 
– Heç kəsi? 
– Heçcə kəsi! Qulluqçusu gəlmişdi. Heç kəslə məktublaşmırmış, təkcə univermaq 
kataloqları, alkoqolizm, vərəm, zöhrəvi xəstəliklər və s. haqqında tibbi bülletenlər 
alırmış. Gedib-gələni də yox imiş. Təşrihin, bir də dörd həftəlik xəstəxananın 
haqqını qabaqcadan vermişdi. Ancaq iki həftəsi artıq qaldı. Qulluqçu deyirdi ki, 
kişiyə özü baxırmış və buna görə də hər şeyini ona söz veribmiş. İki həftənin 
pulunu da geri istəyirdi. Guya, ona ana əvəzi olubmuş. Kaş bu ananı özünüz 
görəydiniz! Deyirdi ki, ona xərci çox çıxıb, mənzil kirəsini də verib. Dedim ki, o, 
hər şeyin pulunu burada əvvəlcədən verdi, görəsən, mənzil haqqını niyə belə 
eləməyib?! Bir də ki polis hər şeyi aydınlaşdıracaq. Ağzına gələni mənə dedi... 
– Pul adamı hansı yola salmır ki! 
Veber güldü: 


– Lazımi yerlərə xəbər verərik, qoy hər şeyi aydınlaşdırsınlar, dəfn işini də təşkil 
etsinlər. 
Ravik mədəsi kəsilmiş qohum-əqrabasız kişiyə nəzər saldı. O, hərəkətsiz uzanıb 
qalmışdı, üz-gözü elə hala düşürdü ki, onu otuz beş illik həyatında görməmişdi. 
Son nəfəsində qıc olan sifətindən əcəlin boz üzü yavaş-yavaş baş qaldırırdı. 
Üzündəki başqa ifadələr getdikcə əriyir, ölüm nişanəsi çəkilir, onların yerinə 
astaasta, 
səssiz-səmirsiz əbədiyyət nişanəsi qonurdu. Bircə saatdan sonra üzündə təkçə 
həmin nişanə qalacaqdı... 
Ravik palatadan çıxdı. Dəhlizdə növbətçi tibb baçısı ilə rastlaşdı. Qız yenicə 
gəlirdi. 
– On ikinci palatadakı cənab öldü. Yarım saat bundan qabaq geçinib, daha növbə 
çəkmək lazım deyil...–Diqqətlə qızın üzünə baxandan sonra soruşdu:–Sizə bir şey 
vermədi? 
Qız tərəddüd elədi: 
– Xeyr... Çox qaradinməz adam idi... Axır zamanlar heç kəlmə də kəsmirdi. 
– Edədir, danışmırdı. 
Tibb bacısı hər şeyin qədrini bilən evdar qadınlar sayağı Ravikə baxdı: 
199 
– Qəşəng bir nesesseri vardı. Hamısı da gümüş! O qədər zərif idi ki, kişilərə 
yaraşmazdı. Əsl qadınların malı idi...–dedi. 
– Bunları ona demədiniz? 
– Bir dəfə dedim. Çərşənbə axşamı bir az sakitləşmişdi, onda söhbət saldım. Ancaq 
dedi ki, gümüş kişilərə də yaraşır. Qəşəng də diş şotkaları var idi. Elələri indi 
tapılmır. Özgə heç nə demədi... 
– Gümüş polisə qaldı. Qohum-əqrəbası yox imiş... 
Qız başını tərpətdi: 
– Heyif! Gümüş qaralacaq! İşlətməyəndə, diş şotkaları da xarab olur. Onları 
yaxşıyaxşı 
yumaq lazım idi... 
– Düz deyirsiniz, heyif oldu. Gərək, sizə verəydi. Heç olmasa, kimisə 
sevindirərdi... 
Qız minnətdarlıq hissi ilə gülümsədi: 
– Eybi yoxdur. Onsuz da bilirdim ki, heç nə verməyə__________cək. Ölüm 
ayağında olanlar 
təsadüfi hallarda nəsə bağışlayar. Nə versə, sağalanlar verir. Can üstə olanlar 
öləcəyinə inanmırlar, ona görə də heç nə vermirlər. Bəziləri də acıqla vermirlər. 
Siz təsəvvür edə bilməzsiniz, cənab doktor, ölənlər yaman dəhşətli olurlar. 
Ölməmişdən qabaq adama elə sözlər deyirlər ki! 
Qızın uşaq üzü kimi allanmış üzü saf və aydın idi. Ətrafında baş verən hadisələr 
onun balaca dünyasına aid olmayanda vecinə deyildi. Ölüm ayağında olanlar onun 
üçün ya ərköyün, ya da yetim uşaq kimi idi. Canlarını tapşırana qədər onlara qulluq 
edir, sonra təzələri gəlirdi. Bəziləri sağalır, yaxşılığın əvəzini çıxır, bəziləri heç nə 
vermir, bəziləri də ölürdü. Dünyanın işi belə idi, ürəyə salmağa dəyməzdi. 
Mağazalarda, «Bonmarşe»də qiymətlərin beş faiz düşüb-düşməyəcəyi, janın öz 


xalası qızı Anne Kübüre ilə evlənib-evlənməyəcəyi bundan vacib idi... «Yaxşı da 
eləyir, – Ravik ürəyindən keçirdi, – bu balaca aləm onu çalxanan dünyadan 
qoruyur. Yoxsa axırı hara gedib çıxardı?!» 
«Zəfər» kafesinin qabağında oturmuşdu. Gecə tutqun, buludlu, ancaq bürkülü idi, 
lap uzaqlarda şimşək də çaxırdı. Küçələrdə iynə atsaydın, adam əlindən yerə 
düşməzdi. Başına mavi atlazdan şlyapa qoymuş bir qadın gəlib onun yanında 
oturdu. 
– Mənə bir qədəh «Vermut» alarsan? – deyə soruşdu. 
– Alaram! Ancaq içən kimi aralan, adam gözləyirəm. 
– Nə olar, bir yerdə gözləyərik. 
– Aralansan, yaxşıdır. Gözlədiyim qadın idman sarayının boksçusudur. 
Qadın gülümsədi. Üz-gözünü elə boyamışdı ki, təbəssümü təkcə dodaqlarında hiss 
olunurdu, qalan yerlərə, sanki, ağ maska taxılmışdı. 
– Mənimlə gedək, – dedi, – qəşəng mənzilim var... Sənə bir kef verərəm ki... 
Ravik başını buladı, cibindən bir beşfranklıq çıxarıb stolun üstünə atdı: 
– Götür! Xoş getdin! Salamat qal! 
Qadın pulu götürdü, onu qatlayıb corabının boğazına qoydu. 
– Xiffət eləyirsən? 
– Yox. 
200 
– Onun dərmanı məndə! Qəşəng bir rəfiqəm var, lap sütüldür...– Bir az ara verdi. – 
Döşləri Eyfel qülləsi kimidir! 
– Gələn dəfə... 
– Özün bil...– Qadın durub bir-iki stol o tərəfdə oturdu. Yenə Ravikə sarı boylandı, 
sonra bir idman qəzeti alıb, xəbərləri oxumağa başladı. 
Ravik diqqətlə stolların arasında gəzişən axına baxırdı. İçəridə orkestr Vyana 
valsları çalırdı. Bir dəstə cavan homoseksualist hay-küylə, bir-birinə naz sata-sata 
gəlib qonşu stolda oturdu. Lap son dəbdə saqqal buraxmışdılar, əyinlərindəki 
pencəyin çiyinləri enli, beli isə dar idi. 
Bir qız yanında dayanıb, üzünə baxırdı. Çox tanış gəlirdi, ancaq yadına sala 
bilmirdi. Qız ömrü boyu taleyindən şikayətlənən fahişələrə oxşayırdı... 
– Tanımadınız? – deyə o soruşdu. 
– Əlbəttə, tanıdım, – deyən Ravik, əslində, onu tanımamışdı. – Necəsiniz? 
– Yaxşıyam. Ancaq, deyəsən, tanımadınız. 
– Ad yadımda qalmır, amma tanıyıram. Çoxdan görüşməmişik... 
– Bəli... Onda Bobonu yaman qorxutdunuz!–Qız gülümsədi.–O vaxt həyatımı xilas 
etdiniz, indisə tanımırsınız... 
Bobo... Həyatımı xilas etdiniz... Mamaça... İndi yadına düşdü. 
– Lüsyensiniz, – dedi – Əlbəttə, tanıdım! Onda xəstə idiniz, indisə sağlam adam... 
Ona görə çaşdım. 
Lüsyenin kefi açıldı: 
– Doğrudur! Hamısı yadınızda imiş. Mamaçadan alıb göndərdiyiniz yüz franka 
görə sağ olun. 
– Hə, yadıma düşdü... – Madam Buşedən ala bilməyəndə öz cibindən göndərmişdi. 
– Heyif ki, hamısını ala bilmədim. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə