Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə73/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   69   70   71   72   73   74   75   76   ...   112

– Bəs elədi. Mən ümidimi tamam üzmüşdüm. 
–Yaxşı, Lüsyen, mənimlə bir şey içərsiniz? 
Qız başını tərpədib çəkinə-çəkinə oturdu: 
– Mədən suyu ilə bir qədəh «Çinzano» içərəm. 
– İşləriniz necədir, Lüsyen? 
– Çox yaxşı! 
– Yenə də Bobonun yanında qalırsınız? 
– Əlbəttə! Ancaq o, indi tamam dəyişib, yaxşılaşıb. 
– Əla! 
Soruşmağa özgə heç nə qalmadı. Balaca toxucu qız balaca bir fahişəyə çevrilmişdi. 
Ravik onu elə buna görə sağaltmışdı. Bobo da müalicəni davam etdirmişdi. Uşaq 
sarıdan çəkəcəyi qalmamışdı. Fahişə olmaq üçün bir səbəb də bu idi. Hələ yenicə 
başlayırdı və ondakı uşaq sadəlövhlüyü yaşlı şorgözləri özünə çəkə bilirdi. Elə bil, 
çox işlənməmiş çini qab idi, şirəsi hələ tökülməmişdi. Lüsyen lap quş kimi 
duruxaduruxa 
içirdi, gözləri ilə kimisə axtarırdı. Kədərli səhnə olsa da, çox 
təəssüflənməyə dəyməzdi. Adicə bir həyat parçası idi, yavaş-yavaş keçib gedirdi... 
– Taleyindən razısan, Lüsyen? 
Qız başını tərpətdi. Ravik gördü ki, o, doğrudan da, razıdır. Hər şey ona təbii 
görünür, heç nəyi böyüdüb özünə dərd eləmirdi... 
– Təksiniz?. 
201 
– Təkəm, Lüsyen. 
– Belə bir gecədə? 
– Bəli. 
Qız ürkək-ürkək ona baxıb gülümsədi: 
– Mən boşam, – dedi. 
«Mənə nə olub? – Ravik ürəyindən keçirdi. – Nə kökə düşmüşəm ki, hər yetən 
fahişə mənə məhəbbət sədəqəsi təklif eləyir?!» 
– Sən uzaqda olursan, Lüsyen, mənimsə vaxtım azdır. 
– Bizə getməyək... Gərək, Bobo bilməsin... 
Ravik onun üzünə baxdı: 
– Bobonun bundan xəbəri yoxdur? 
– Var... Başqalarını bilir. Axı göz qoyur! – Qız gülümsədi. – Lap uşaq kimidir, elə 
bilir, qazancımı ondan gizlədəcəyəm. Ancaq sizdən pul istəmirəm... 
– Bobo ona görə bilməsin? 
– Ona görə yox! Görsə, qısqanacaq. Qısqananda da vəhşiyə dönür! 
– Hamıya qısqanır? 
Lüsyen təəccüblə ona baxdı: 
– Xeyr, hamıya qısqanmır. Bilir ki, puldan ötrüdür. 
– Qısqanclıq pulsuz olanda baş qaldırır? 
– Ona görə yox... Biləndə ki, arada ayrı şey də var...– O, yenə duruxdu.–Biləndə 
ki, ürəyim... 
Qız gözlərini yerə dikdi. Ravik onun stolun üstündə özünə yer tapa bilməyən 
əllərindən yapışdı: 


– Lüsyen, – dedi, – çox sağ ol ki, gəlib görüşdün. Çox sağ ol ki, mənimlə getmək 
istəyirsən! Sən qəşəng qızsan, məmnuniyyətlə aparardım. Ancaq nə vaxtsa təşrih 
elədiyim qadınla yata bilmərəm... Məni başa düşürsənmi, Lüsyen?! 
Qız qara, uzun kirpiklərini qaldırıb, tələsik başını tərpətdi: 
– Bəli, – deyib ayağa durdu. – Onda gedim... 
– Hələlik, Lüsyen, salamat qal. Özünü gözlə, bir də xəstələnmə... 
– Yaxşı... 
Ravik kağıza nəsə yazıb ona verdi: 
– Yoxundursa, bundan al, – dedi, – ən yaxşı dərmandır. Pulun hamısını da Bobaya 
vermə! 
Qız gülümsəyib başını tərpətdi. O da, Ravik də bilirdi ki, hamısını verəcək. Lüsyen 
adamların arasında gözdən itənə kimi Ravik onun arxasınca baxdı, sonra işarə ilə 
xidmətçini çağırdı. Göy şlyapalı qadın yenə yolunu onun yanından saldı. Hər şeyə 
göz qoymuşdu. Əlindəki qatlanmış qəzetlə özünü yelləyə-yelləyə qayırma dişlərini 
ağardırdı: 
– Sən ya impotentsən, ya da nataraz, əzizim! – Ravikə çatanda mehribanlıqla 
dilləndi. – Çox sağ ol, sənə müvəffəqiyyətlər... 
Ravik durub, bürkülü qaranlığa qarışdı. Şəhərin başı üzərində tez-tez şimşək çaxsa 
da, hava sakit idi. «Luvr» muzeyinin qapısından işıq gəlirdi. Açıq idi. İçəri girdi... 
Muzey bu gün gecə yarıyacan işləyirdi. Bəzi zallardan işıq gəlirdi. O, gur işığa 
qərq olmuş nəhəng qəbrə oxşayan Misir pavilyonuna keçdi. Üç min əvvəl yaşamış 
fironlar daşa dönmüşdü. Bəziləri oturmuş, bəziləri də ayaq üstə dayanmışdı və 
202 
qranit gözləri dəstə-dəstə gəzişən tələbələrə, başlarında dəbdən düşmüş şlyapa olan 
qadınlara, darıxdıqlarından bura gələn yaşlı kişilərə zillənmişdi. Burada toz, meyit, 
əbədiyyət qoxusu bir-birinə qarışmışdı... 
Yunan pavilyonundakı gözəllik ilahəsi Veneranın heykəli önündə ona oxşarı 
olmayan qızlar dayanıb nəsə pıçıldaşırdı. Ravik ayaq saxladı. Misirlilərin 
qranitindən, yaşıl rəngə çalan siyenitlərindən sonra yunanların mərməri adama 
zərif dekadent təsiri bağışlayırdı. İncə naxışlarla işlənmiş Venera məmnunməmnun 
çimən evdar qadına bənzəyirdi. Qənirsiz gözəl idi və özünü büsbütün 
unutmuşdu. Günəş Allahı Apollon isə görkəmindən homoseksualistə oxşayırdı, 
gərək, idmanla çox məşğul olaydı. Heykəllərin hamısını zallara qoymuşdular, 
onları öldürən də bu idi. Ancaq həmin zallar misirlilərə heç nə eləyə bilmirdi, 
çünki onlar elə ilkindən qəbir və sərdabələr üçün düzəldilmişdi. Yunanlara isə 
günəş, hava, Afinanın qızılı şəfəqlərinə bələnmiş sütunlar lazım idi... 
Ravik heykəllərə baxa-baxa irəlilədi. Pilləkənli böyük zal qurtarmaq bilmirdi. 
Birdən lap hündürdə zəfər ilahəsi Nike göründü... 
Onu axırıncı dəfə gördüyü vaxtdan çox keçmişdi. Onda hava tutqun idi və bu 
mərmər heykəl diqqəti o qədər də cəlb eləmirdi; muzeyin pəncərəsindən süzülən 
qış günəşinin solğun şüaları zəfər ilahəsini, sanki, üşüdürdü, ona görə də 
büzüşmüşdü. Ancaq indi pilləkənin başında, mərmər gəmi təsvirinin üstündə 
dayanmışdı, projektorların gur işığı düz üstünə düşürdü, o da par-par parıldayırdı, 
qanadlarını gərmişdi, elə bil, külək onun paltarını bir az qabağa əyilmiş bədəninə 
sıxmışdı və deyərdin, indiçə uçacaq. Adama elə gəlirdi ki, onun arxa tərəfində 


şərab rəngli Salamina dənizi uğuldayır və başı üstündəki səmanın üzünə qara 
məxmərdən həsrət pərdəsi çəkilib... 
Bu zəfər ilahəsi əxlaq normalarından bixəbər idi, heç bir dərd-sər də tanımırdı. 
Tanıdığı bir qələbə idi, bir də məğlubiyyət və onların da arasında, demək olar ki, 
fərq görmürdü. Adamın ağlını çaşdırmır, ancaq «gəl-gəl» deyirdi. Cazibədar 
deyildi, ancaq «durma, gəl» deyirdi. Heç nəyini də gizlətmirdi, ancaq əli ilə eyib 
yerini örtərək, hamını məhz ora baxmağa məcbur edən Veneradan çox çəlb edirdi. 
O, quşlarla, gəmilərlə, küləklə, dalğalarla, üfüqlə qohum idi... Yurdu-yuvası yox 
idi onun! 
«Yurdu-yuvası yoxdu... – Ravik ürəyindən keçirdi. – Heç lazım da deyil. Bütün 
gəmilər ona yurd-yuva olub. Bütün müharibə və qəhrəmanlıq meydanları, hətta 
yeniləndə belə ona yurd-yuva olub! Təki ümidini itirməsin! O təkcə zəfər ilahəsi 
deyil, həm də müxtəlif macəralar və bir də qılıncı qınına qoymayan mühaçirlərin 
ilahəsidir». 
Yan-yörəsinə baxdı. Zalda heç kəs qalmamışdı. Tələbələr də, əllərində «bələdçi» 
zalları dolaşan adamlar da evlərinə getmişdilər. Bəli, evlərinə! Bəs o? 
Yurdsuzyuvasız 
bir adamın evi, uzaqbaşı, kiminsə həyəcanlı qəlbinin bir guşəsi olardı və 
çox çəkməzdi ki, o da uçub-dağılardı... Vətənsiz adamın qəlbinə qonan məhəbbətin 
ona tam hakim kəsilməsinin, ürəyini şan-şan eləməsinin səbəbi də elə bu 
deyildimi? Elə buna görə də məhəbbətdən uzaq qaçmağa çalışmırdımı? Bu 
məhəbbət də əl çəkməyib onun dalınca düşmədimi? Axırda da tapıb diz 
çökdürmədimi? Yox, duruş gətirə bilmədi, çünki qərib ölkənin sürüşkən buzu 
doğma torpağın etibarlı ağuşu deyildi... 
203 
Gözləri nəyisə aldı. Balaca, ağ bir şey idi, uçurdu... Gördü ki, kəpənəkdir. 
Deyəsən, açıq qapıdan girmişdi. Bəlkə də, Tüleri parkındakı qızılgüllərin isti 
qoynunda məst ola-ola yatarkən sevgililərin pıçıltısına səksənib oyanmışdı, 
öyrəşdiyi günəş işığına bənzəməyən gur lampa işıqları gözlərini qamaşdırmış, o, 
özünü ora-bura vurmağa başlamış, axırda muzeyin çox da işıqlı olmayan girişini 
sığınacaq bilib, içəri girmişdi. İndi isə tezliklə öləcəyi bu böyük zalda inadla 
vurnuxur, çıxmağa yol axtarırdı. Ancaq bir azdan yorulacaq, ya karnizin üstünə, ya 
pəncərənin qabağına, ya da lap yuxarıda işıq saçan ilahənin çiyninə qonub yatacaq, 
səhər oyanan kimi ləçəklərinə qonub şirə yığmaq üçün gül – həyat axtaracaq, 
ancaq tapa bilməyəcək və beləliklə, axşam düşəcək, o, yenə yorulacaq, minillik 
tarixi olan mərmərin üstündə yatacaq, getdikcə zəifləyəcək və günlərin bir günü 
zərif caynaqları boşalacaq, vaxtsız xəzan vurmuş yarpaq kimi yerə düşəcək... 
«Sentimentallığa bax! – Ravik ürəyindən keçirdi. – Zəfər ilahəsi və didərgin 
düşmüş kəpənək! Nə ucuz bənzətmədir! Ancaq adamın qəlbini daha çox riqqətə 
gətirən bu ucuz şeylər – ucuz bənzəyişlər, ucuz hisslər, ucuz sentimentallıq 
deyilmi? Bəs onları ucuzlaşdıran nə idi? Onlardakı aydın həqiqətmi? Bıçaq 
sümüyə dayananda özünü kübarlara bənzətmək arzusu yaddan çıxır!» 
Kəpənək alaqaranlıq qübbədə gözdən itdi... 
Ravik muzeydən çıxdı. Bayırın isti havası üzünə vurdu, elə bil, ilıq su ilə dolu 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə