Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə74/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   70   71   72   73   74   75   76   77   ...   112

vannaya girdi. Dayandı. Ucuz hisslər! İndi özü ucuzların ucuzu deyildimi? 
Uzaquzaq 
əsrlərin kölgəsi qonmuş böyük həyətə baxdı və birdən ona elə gəldi ki, kim 
isə baş-gözünü yumruqlayır. Az qaldı, bu yumruq selinə tab gətirməyib səndələsin. 
Qanadlarını gərmiş dümağ Nike gözləri önündən hələ çəkilməmişdi, ancaq onun 
arxasından, qaranlıqlardan başqa bir qadın surəti də baş qaldırmışdı. Gah ucuz, gah 
da qiymətli görünən bu surət onun xəyalını elə çaşdırmışdı ki, elə bil, ipək 
Hindistan örpəyi tikanlı qızılgül kolunun üstünə düşmüşdü: sən dartırsan, o 
qopmur, tikanlar qızılı rəngə çalan ilmələri bərk-bərk tutub buraxmır və onlar 
birbirinə 
elə sarmaşıb ki, gözün tikanlı budaqlarla işıldayan sapları seçə bilmir... 
Surət! Surət! O gələndə kim soruşur ki, ucuzdur, ya qiymətli, birdəfəlikdir, ya 
mindəfəlik?! Gəlməmişdən qabaq nə qədər istəyirsən, soruş! Ancaq elə ki gəlib 
səni tapdı, bütün suallar qurtarır. Gəlib səni əsir eləyən də məhəbbətin özü olur, 
daha təsadüfən onun adını daşıyan adam yox! Al-əlvan xəyal dünyasının kor 
elədiyi adam yaxşını pisdən seçə bilərmi? Məhəbbət hara, ölçü hissi hara... 
Qalın duman, az qala, yerlə göyü birləşdirmişdi. Səssiz çaxan şimşəklər hərdən 
kükürd qoxulu bu dumanı bircə anlığa gecənin qaranlığından qoparırdı. İndicə 
yağış yağacağını xəbər verən bürkü sinə-sinə gəlib evlərin damına qonmuşdu. 
Ravik, Rivoli küçəsilə üzüaşağı gedirdi. Mağazaların ayparaşəkilli vitrinləri gur 
işığa bələnmişdi. Küçədə adam çox idn. Bir-birinin ardınca düzülmüş avtomobillər 
sayrışan zəncir həlqələrinə oxşayırdı. «Mən də bu minlərlə adamın biriyəm, – 
Ravik ürəyindən keçirdi, – əllərim cibimdə, axşam gəzintisinə çıxmış adamlarla 
daş-qaşlı, bərbəzkəli vitrinlərin yanından saymazyana keçib gedirəm, ancaq 
damarlarımdan axan qan yenə coşub, beynim dumanlanıb, hər şeyi qarışdırır, ağı 
qara, qaranı ağ göstərir. Yanımdan keçən adamların əlləri əlimə, paltarları 
paltarlarıma toxunur, üzümə yad baxışlar qonur, maşınların uğultusunu, adamların 
səsini eşidirəm, bu qaynar həyatın gerçəkliyini duyuram və bilirəm ki, mən də 
204 
həmin adamlardan biriyəm. Ancaq özümü lap uzaqda, aydan da o tərəfdə hiss 
edirəm, sanki, uzaq bir planetə düşmüşəm, məntiqin, həqiqətin ünü oralara yetmir 
və daxilimdən gələn bir səs kiminsə adını haraylayır. Bilirəm ki, məni sehirləyən 
bu ad deyil, ancaq buna baxmayaraq, haraylayır, görür, cavab gəlmir, yenə 
haraylayır, bu dəfə də cavabı sükut olur. Bu sükutda neçə-neçə haraylar batıb, heç 
birinə cavab çıxmayıb... Özü də bunu bilir, ancaq yenə haraylayır. Bu haray vüsal 
gecələrinin, ölümün harayıdır, nəşənin və getdikcə itirilən şüurun harayıdır, 
cəngəlliklərin, səhraların harayıdır! Bu haraylara min cür cavab taparam, ancaq heç 
biri mən deyən olmayacaq, çünki o cavab mənim imkanım xaricindədir, ona heç 
vaxt əlim yetməyəcək...» 
Məhəbbət! Bircə sözdə gör nələr gizlənir! Onda şəhvət hissindən tutmuş müqəddəs 
qəlb çırpıntıları, adicə ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə 
təkbətək döyüşünə qədər hər şey var! «İşə bax! – Ravik gedə-gedə düşünürdü. – 
Yaşım qırxı ötüb, neçə-neçə həyat məktəbi keçmişəm, gah yıxılmışam, gah 
durmuşam, həyat təcrübəsi qazanmışam, bilik öyrənmişəm, illərin süzgəcindən 
keçmişəm, bərkimişəm, yaxşını pisdən ayırmağı, soyuqqanlı olmağı öyrənmişəm, 


ancaq heç vaxt məhəbbət sorağında olmamışam, ona inanmamışam və bilməmişəm 
ki, nə vaxtsa gəlib məni də tapacaq. İndi budur, gəlib çıxıb və heç bir həyat 
təcrübəsi də kömək eləmir, əksinə, onu daha da qızışdırıb alovlandırır. Hisslərin 
alovunda qanlı-qadalı illərin qurumuş odunundan və bir də qaxaca dönmüş 
arsızlıqdan başqa yaxşı yanan özgə şey tapılarmı?!» 
Ravik gedir, hey gedirdi... Qurtarmaq bilməyən gecə də onun addım səslərindən 
səksənirdi. Heç nəyə fikir vermirdi, eləcə gedirdi... Nə qədər getdiyini bilmədi və 
bir də gözünü açıb görəndə ki, Rafael prospektindəki parka gəlib çıxıb, o qədər də 
təəccüblənmədi.. 
Bu da Paskal küçəsindəki ev! Bu da mərtəbələr və getdikcə qaranlığa qarışan 
evlər... Bəzilərindən işıq gəlirdi. Joanın pəncərəsini tapdı. Orada da işıq yanırdı, 
evdəydi. Kim bilir, bəlkə də, yox idi, özü yana-yana qoymuşdu. Qaranlıq otağa 
girməkdən zəhləsi gedirdi. Özü də belə deyildimi? Evə yaxınlaşdı. Binanın 
qabağında xeyli maşın dayanmışdı. Onların içində sarı rəngli bir «Rodster» də 
vardı. Pis deyildi, yarış maşınlarına oxşadılmışdı. Bəlkə də, «o»nun maşını idi. Əsl 
aktyor malı idi. Qırmızı rəngli dəri oturacaqlar, təyyarədəki kimi içi lazımsız 
alətlərlə dolu böyük qutu... Əlbəttə, «o»nunku idi... «Qısqanmağa başlamışam? – 
deyə təəccüblə ürəyindən keçirdi. – Onu təsadüfən ilişdiyi adama qısqanıram? 
Mənə dəxli olmayan birisinə qısqanıram? Yox, adamdan üz döndərmiş məhəbbətin 
özünə qısqanmaq olar, daha onun yönəldiyi adama yox!» 
Təzədən parka qayıtdı. Qaranlıqlardan gələn gül-çiçək qoxusu torpağın, şeh 
düşmüş yarpaqların ətrinə qarışmışdı. Bu ətir elə güclü idi ki, adətən, tufanqabağı 
belə olardı. Boş oturacaq tapıb əyləşdi... «Yox, onu atmış qadının evinin 
qabağındakı oturacaqda əyləşib gözünü pəncərəyə zilləyən gecikmiş məşuq mən 
deyiləm! Qəlbində baş qaldırmış arzuların yerindən oynatdığı adam mən deyiləm! 
Onları alt-üst eləməyə gücüm çatar, ançaq neyləyim, özümlə bacarmıram! Yox, 
indi tarixin təkərini geri fırladaraq bir az bundan qabaq eyni şeyləri qulağıma 
pıçıldayan o sarışın ifritəni qaytarmaq üçün ömrümün yarısından keçməyə hazır 
205 
olan axmaq mən deyiləm! Yox, lənət şeytana, burada miskin-miskin oturub 
qısqanclıqdan sarsılan, az qala, durub o sarı maşına od vurmaq istəyən də mən 
deyiləm!» Ciblərində siqaret axtardı. Zəif gözərti... Gözə görünməyən tüstü... 
Havada odlu qövs cızaraq yerə düşən gibrit çöpü… Niyə yuxarı qalxmadı? Qalxsa, 
nə olardı? Hələ gec deyildi, işıq yanırdı. Özünü, neçə lazımdırsa, elə də apara 
bilərdi. Niyə gedib onu özü ilə aparmadı? İndi hər şey artıq aydın olandan sonra? 
Niyə götürüb aparmadı, onun ayağını biryolluq bu evdən kəsmədi? 
Qaranlıqlara baxdı... Nə xeyri olardı? Bir şey çıxardımı? Bəs o biri? Başqasının 
ürəyindən heç kəsi, heç nəyi, heç vaxt çıxarıb atmaq olmazdı... O gecə, yanına 
gələndə saxlasaydı, necə olardı? Niyə belə eləmədi? 
Siqareti atdı... Hə, ona görə ki, bu gəliş bəs eləmirdi... Ona görə... O, çox şey 
istəyirdi, o gəliş bəs eləməzdi. Bundan sonra lap yenə gəlsin, qoy min dəfə gəlsin, 
hər şey unudulsun, izi-tozu qalmasın, xeyri yox idi, bəs eləməzdi... Çox qəribə, çox 
dəhşətli olsa da, bəs eləməzdi... Çünki nə vaxtsa, nəsə düz gətirməmişdi, nə vaxtsa 
onu qoynuna alıb alova döndərəcək güzgüyə tuş gəlməmiş, yanından ötüb zülmət 
dolu bir boşluqda azmışdı və indi həmin qığılcımı heç kəs ilə qaytarmaq olmazdı. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə