Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə75/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   71   72   73   74   75   76   77   78   ...   112

Bir güzgü yox, lap min güzgü olsun, xeyri yox idi. Ola bilsin ki, bu güzgülər onun 
bir parçasını tutsun, ancaq nə xeyri, qaytara bilməyəçəkdir. O qığılcım çoxdandır 
məhəbbətin sonsuz ənginliklərində xəyal kimi süzür, onun qoynunda dumanlı, 
qarışıq izlər salırdı və məlum şeydir ki, o dumanlı yollar heç vaxt göy qurşağına 
dönüb, həsrətində olduğu zirvənin başına dolana bilməyəcək! Keçmişin sehirli 
aləmi dağılmış, ümidlər çilik-çilik olmuşdu və qalan yalnız inilti-sızıltı idi... 
Binadan bir adam çıxdı. Kişi idi. Ravik dikəldi. Sonra bir qadın da gəldi. Nəyəsə 
gülüşdülər. Onlar deyildi. Maşınlardan birinə oturub getdilər. Yenə siqaret 
yandırdı. Onlar olsa, neyləyərdi? Joanı saxlaya bilərdimi? Ümumiyyətlə, bu 
dünyada nəyisə tutub saxlamaq olardımı? Yox, uzaqbaşı xülyaları tutub saxlamaq 
olar... Ancaq xülyalar da bəs edərdimi? Daha nəyi saxlamaq olardı? Duyğuların 
altında gizlincə coşan ömür burulğanından baş açan tapılarmı? Hiss və duyğular 
onun boğuq uğultusunu masa, çıraq, vətən, insan, məhəbbət kimi varlıqlara 
çevirir... Uzaqbaşı, ürəyinə nəsə damır, nəyisə alatoran şəkildə görürsən... Bu, bəs 
deyildimi? 
Yox, bəs deyildi! O vaxt bəs olardı ki, buna inanasan. Əgər şübhə dalğası bülluru 
bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işım-işıl 
işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi 
qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heçcə nəyi! Hətta 
Joan bundan sonra qayıtsa da, əvvəlkinin eyni olmayacaq. Yapışdırılmış büllur 
kimi... O an keçib getmişdi, daha geri qaytara bilməzdin... 
Kəskin, dözülməz bir ağrı hiss elədi. Nəsə içini doğrayır, parça-parça edirdi. «İlahi, 
ilahi! Görəcəyim günlər var imiş! Məhəbbət məni gör nə kökə salıb! Dönüb özümə 
baxıram, ancaq xeyri yoxdur. Bilirəm ki, indi qayıtsa da, bir vaxt yenə itirəcəyəm, 
ancaq qəlbimdəki istəyi boğa bilmirəm. Onu meyitxanadakı quru cəsəd kimi 
doğram-doğram eləyirəm, ancaq mən doğradıqca qızışır, canlanır. Bilirəm ki, nə 
vaxtsa hər şey sovuşub gedəcək, yenə xeyri yoxdur...» 
Gözləri qamaşa-qamaşa pəncərəyə baxdı və birdən-birə öz-özünə lap gülünc 
göründü, ancaq bunun da xeyri olmadı... 
206 
Şəhərin başı üzərində qəflətən ildırım çaxdı, iri yağış damcıları yarpaqları 
döyəclədi. Ravik ayağa durdu. Elə bil, küçələrə gümüşü nur çilənirdi, yağış da 
astadan zümzümə eləyirdi. Üzünə dəyən ilıq damlalardan xoşhallandı. Və birdən 
özünə gülünc görünməsi də, miskinliyi də, ağrıları da yadından çıxdı, bircə onu 
bildi ki, yaşayır. Bəli, o yaşayırdı! Yaşayırdı və həyat da onu bərkə-boşa salırdı. 
Daha tamaşaçı kimi hər şeyə kənardan baxmırdı, yenə hissləri coşmuşdu, domna 
sobalarının buxarılarından çıxan alov kimi göylərə pərvazlanırdı. İndi fərqi yox idi, 
istəyir xoşbəxt olsun, istəyir bədbəxt, əsas məsələ o idi ki, yaşayırdı, yaşadığını da 
bütün varlığı ilə duyurdu və bu da ona bəs idi! 
Pulemyot atəşi kimi göylərdən başına ələnən yağışın altında dayanmışdı. Dayanıb 
da yağışa, tufana, dənizə, torpağa dönmüşdü və göylərin şimşəyi indi onun 
beynində çaxırdı. Kükrəmiş təbiətin bir hissəsinə çevrilmişdi; indi hər şey 
qarışmışdı, adların qoyduğu sərhəd götürülmüşdü, məhəbbət də, çoşqun dənizlər 
də, evlərin damına qonmuş solğun ay işığı da, dalğaya bənzəyən Yer kürəsi də bir 
olmuşdu, bütün bənd-bərə dağılmışdı, onun özü də bunlardan biri idi... Yaşamaq 


və bu yaşamağı duymaq hissi xoşbəxtliyi də, bədbəxtliyi də boş giliz kimi uzaqlara 
atmışdı... 
– Sən, ey göylərin işartısı! – Bu sözləri o, işıq gələn pəncərəyə dedi, güldü və 
güldüyündən də özünün xəbəri olmadı. – Sən, ey gülüzlü mələk! Yer üzündə 
səndən də yaxşısı, gözəli, ağıllısı, mehribanı, etibarlısı, həssası olmasına 
baxmayaraq, qəlbimə əbədi hakim kəsilən afət! Sən, ey taleyin bir gecə yoluma 
çıxarıb ömrümə əbədi həkk elədiyi təsadüf! Sən, ey çaylar kimi çağlayan, ürəkləri 
dağlayan, məndən xəbərsiz qəlbimə yol tapan qəfil məhəbbət! Sən, ey məndə 
müqavimətdən başqa heç nəyə rast gəlməyən, lakin bu müqaviməti sındırmayınca 
əl çəkməyən və sonra daha çox şeylər tələb etməyə başlayan mələk, sənə salamlar 
olsun! Heç inanmazdım ki, nə vaxtsa gəlib sənin pəncərən önündə belə 
dayanacağam. Yağış bədənimdən sel kimi axır, ancaq o, sənin əllərindən də, bütün 
bədənindən də hərarətlidir, soyuqdur, yumşaqdır. Boynumu büküb dayanmışam, 
qısqanclıq hissi qəlbimi didir, istəyə-istəyə, nifrət eləyə-eləyə, heyran qala-qala, 
dua edə-edə səni arzulayıram, sənə «sağ ol!» deyirəm! Çünki göydən atdığın 
şimşək məni alovlandırdı! Bu bir parça şimşəkdən hamının qəlbində var! Sən 
mənim qəlbimə həyat qığılcımı, ani bir alov saldın! 
Mən indi bu dünyaya məzuniyyətə gələn, arsız-arsız kiməsə cəsarətlə, rişxəndlə 
baxan meyit deyiləm! Heç nəyə də biganə qalmıram! Əzab çəksəm də, yaşayıram, 
həyat nə desə, onu da eləyirəm, onun hər tufanına da dözməyə hazıram. Qoy tanrı 
özü sənə yar olsun, ey ürəkdən ürəyə qonan madonna, rumın ləhcəsində danışan 
zəfər ilahəsi Nike! Ey şirin arzu və yalançı xəyal, hansı Allahınsa sındırdığı güzgü, 
sən, ey heç nədən xəbərsiz, min yaşa! Bunları sənin özünə heç vaxt deməyəcəyəm, 
çünki insafsızsan, istifadə eləyərsən! Ancaq sən mənə nə Platonun, nə də 
payızgüllərinin, nə qüdrətli poeziyanın, nə də mərhəmət hissinin, nə düşkünlüyün, 
nə də böyük-böyük ümidlərin qaytara bilməyəcəyi bir şeyi qatardın! Bu, adicə, 
mənalı, çılpaq həyatdır! Həmin həyatı yaşamaq iki müharibənin arasındakı dövrdə 
mənə cinayət kimi görünürdü... Sənə salamlar olsun! Səni min yaşa! Bunları 
bilmək üçün səni itirməli idim! Bir də salamlar olsun! 
207 
Yağış göyün üzünə gümüşü pərdə çəkmişdi. Kol-kos ətri hər yanı bürümüşdü. 
Cana gəlmiş torpaq öz ətri ilə yağışa «sağ ol!» deyirdi. Üzbəüz evdən kimsə 
yüyürə-yüyürə gəlib sarı «Rodster»in çadırını qaldırdı. Qoy kim olursa olsun, daha 
fərqi yox idi! 
Gecə düşmüşdü və ulduzlardan ələnən yağış daşa dönmüş şəhərin xiyabanlarına, 
bağ-bağçalarına can verir, bəhər gətirirdi. Milyon-milyon çiçəklər, ağaclar al-əlvan 
ləçəklərini onun qabağına sərmişdi və o da çəkinmədən özünü bu milyonların geniş 
açılmış qoynuna atır, lələk-lələk olmuş budaqların arası ilə süzülərək torpağın 
dərin qatlarına işləyir, milyon-milyon vüsal həsrətli köklərin boynuna dolanırdı! 
Yağış da, gecə də, təbiət də, boy atan köklər də öz işində idi, nə dağıntı, nə ölüm, 
nə cani, nə müqəddəs fürer, nə qələbə, nə də məğlubiyyət dərdi çəkirdi. Onlar hər 
il belə idi, Ravik də bu gecə onlara yoldaş olmuşdu... «Sən, ey piyalə qönçə, sən, 
ey önümdə açılan həyat, həyat, bir də həyat, xoş gəlmisən! Tanrı sənə yar olsun!» 
Tələsə-tələsə bağlarla, güçələrlə geri qayıdırdı. Heç dönüb arxaya da baxmır, elə 
hey gedir, gedirdi. Bir az sonra arı pətəyi kimi qaynaşan Bulon meşəsi onu öz 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə