Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

İndi neyləsin? Ona desinmi, heç vaxt gəlməyəcək? Yox, bu gün üçün bəs idi. Ona 
da, Joana da. Demək istəmişdi, ancaq özü imkan verməmişdi. Ancaq qoysa da, 
qoymasa da, belə olacaq... 
– Getmə, Ravik! 
– Getməliyəm! 
Joan ayağa durub, ona sığındı. «Yenə başlandı! Köhnə söhbət! Ucuzluqdur, çox 
eləyib bunu! Hər şeyə əl atır... Fəqət pişiyə ot yedirtmək olarmı?!» 
Onun əlindən çıxdı: 
– Gedəsiyəm,–dedi,–xəstəxanada bir kişi can üstədir. 
– Həkimlər həmişə bəhanə tapır!–Bu sözləri Joan asta-asta dedi. 
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə... Dünyanın bütün 
bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub. 
Joan dinmədi. 
187 
– Bizim mədəmiz də sağlamdır, –o, sözünə davam etdi,– özü də bu, bizə lazımdır, 
yoxsa çox şeyi həzm edə bilmərik. Başqaları heydən düşəndə, biz çanlanmağa 
başlayırıq... Əlvida, Joan! 
– Daha gəlməyəcəksən, Ravik? 
– Bunu özünə dərd eləmə... Tələsmə, özün bir yol tapacaqsan. 
O, bir də geri dönmədən, tələsik qapıya yönəldi. Joan yerindən tərpənmədi. Ancaq 
Ravik bilirdi ki, onun arxasınca baxır. 
XXII 
Birdən qulaqları batdı, sanki, dənizin dibinə enirdi... Qışqırtı Qoldberqin 
pəncərəsindən gəlirdi. Ravik bir az da dinşədi. Qoca Qoldberqin arvadını 
döyəcəyini, onun başına nəsə çırpacağını heç cür ağlına sığışdıra bilmirdi. Sükut 
çökdü. Sonra kimsə dəhlizlə yüyürdü, mühacir Vizenhofun otağından həyəcanlı 
səslər eşidildi, qapılar açılıb-örtüldü. Az sonra onun da qapısı döyüldü, 
mehmanxana sahibəsi özünü içəri saldı: 
– Tez olun... Tez... Müsyö Qoldberq... 
–Nə olub? 
– Özünü asıb... Pəncərədən... Tez olun! 
Ravik əlindəki kitabı qırağa qoydu: 
– Polis gəlib? 
– Yox, yox, polis gəlsəydi, sizi çağırardım? Arvadı indicə görüb. 
Ravik aşağı yüyürdü: 
– Kəndiri kəsiblər? 
– Hələ yox... Bir az yuxarı qaldırıblar. 
Alaqaranlıq otağın pəncərəsi önündə bir dəstə adam qaralırdı. Rut Qoldberq, 
mühacir Vizenhof və bir də kimsə var idi. Ravik işığı yandırdı. Vizenhofla Rut 
Qoldberq qoça Qoldberqi kukla kimi qucaqlarına almışdılar və üçüncü kişi 
tələsətələsə 
pəncərənin dəstəyinə bağlanmış qalstukun düyününü açmağa çalışırdı. 
– Kəsin! 
– Bıçağımız yoxdur, – Rut Qoldberq qışqırdı. 
Ravik əl çantasından qayçı çıxarıb, kəsdi. Qalstuk qalın, şümal ipəkdən idi və 


kəsilməsi xeyli çəkdi. Ravik onu kəsəndə az qalırdı üzü Qoldberqin sifətinə 
toxunsun. Kişinin gözləri bərəlmiş, ağzı açıla qalmış, dili çıxmışdı. Seyrək 
saqqalına dən düşmüşdü və ağ xallı tünd-yaşılı qalstuk qırış-qırış olub, şişmiş 
boğazının ətinə işləmişdi. Meyit Vizenhofla Rutun qolları arasında asta-asta 
yellənirdi. Onlar, sanki üzündə təbəssümü donmuş qoça Qoldberqi səssiz-səmirsiz 
yırğalayırdılar... 
Rut Qoldberqin yanaqları qızarmışdı, göz yaşı da sel kimi axırdı, Vizenhof isə daş 
kimi ağır meyitin altında tər tökürdü. Qoca, sağlığında belə ağır olmazdı! Onların 
ikisini də tər basırdı, qorxudan sifətləri qırış-qırış olmuşdu, inildəyirdilər... 
Çiyinləri üzərindəki baş isə səssiz-səssiz, asta-asta yırğalanır, sanki, kiməsə, 
nəyəsə dişlərini ağardırdı. Ravik qalstuku kəsəndə, baş Rut Qoldberqə tərəf əyildi. 
O, diksinərək qışqırdı, əllərini buraxdı, meyit yana əyildi, bir qolu qalxdı, elə bil, 
188 
təlxək kimi yalandan yıxıla-dura arvadın dalınca getmək istədi... Ravik onu tutub, 
Vizenhofun köməyi ilə döşəməyə uzatdı. Qalstukun düyününü açaraq, müayinəyə 
başladı. 
– Məni...–Rut qırıq-qırıq danışmağa başladı. – Məni kinoya göndərdi. «Rütxen, – 
dedi, – bütün günü evdə oturub darıxırsan. Niyə kinoya getmirsən? «Kursel» 
kinoteatrına get, «Kraliça Kristiana» filmi gedir, Qrete Qarbo oynayır. Niyə gedib 
baxmırsan? Yaxşı yerə bilet al, ya parter olsun, ya da loja, otur bax; iki saatlığa bu 
cəhənnəmdən ayrılmağın özü də böyük şeydir». Elə sakit, elə mehriban danışırdı 
ki! Sonra başımı sığalladı, «Kinodan çıxanda da Monse parkının yanındakı 
şirniyyat dükanında şokoladlı, ya da südlü dondurma yeyərsən. Get, bir az əylən», 
– dedi. Mən də getdim. Qayıdanda... 
Ravik ayağa duranda Rut Qoldberq səsini kəsdi. 
– Deyəsən, siz çıxan kimi asıb... 
Qadın düyünlənmiş yumruqlarını ağzına apardı: 
– Ö... ölüb? 
– Hələ demək olmaz, baxarıq... İndi süni nəfəs vermək lazımdır. Bilirsiniz, necə 
eləyirlər? – deyə Vizenhofdan soruşdu. 
– Xeyr... Bir az... Lap az... 
– Onda bura baxın! 
Qoldberqin qollarını geniş açıb, təzədən sinəsinə qatladı, bir-iki dəfə belə elədi. 
Qoldberqin boğazında xırıltı eşidildi. 
– Sağdır! – Qadın qışqırdı. 
– Xeyr, ora yığılıb qalmış havadır. 
Ravik onun qollarını bir az da hərəkət elətdirdi, sonra Vizenhofa tərəf döndü: 
– İndi də siz eləyin, – dedi. 
Vizenhof tərəddüdlə meyitin yanında diz çökdü. 
– Tez olun! – Ravik hövsələdən çıxdı. – Biləklərindən tutun... Yox, bir az 
yuxarıdan tutsanız, yaxşıdır. 
Vizenhofu tər basdı. 
– Bir az bərk eləyin! Ciyərlərdə qalmış havanın hamısı çıxsın. 
Sonra mehmanxana sahibəsinə tərəf döndü. Onların başı qarışanda, otaq adamla 
dolmuşdu. İşarə ilə sahibəni yanına çağırdı, dəhlizə çıxdılar. 


– Keçinib, – dedi, – indi elədiyimiz də boş şeydir. Qayda belədir, gərək, eləyəsən. 
Onu yalnız möcüzə xilas eləyə bilər. 
– Bəs neyləyək? 
– Həmişə elədiyinizi. 
– Təcili yardım? Bu o deməkdir ki, on dəqiqədən sonra polis gələcək. 
– Polisə, onsuz da, xəbər verməlisiniz. Qoldberqin sənədi var idi? 
– Bəli, yaxşı sənədləri var. Pasportu da, şəxsi vərəqəsi də... 
– Bəs Vizenhofun? 
– Müvəqqəti icazəsi var. Vizası uzadılıb. 
– Yaxşı oldu. Deməli, hər şey qaydasındadır. Onların ikisinə də deyin ki, mənim 
adımı çəkməsinlər. Qadın evə qayıdanda onu belə görüb, haray salıb, Vizenhof 
kəndiri kəsib, təcili yardım gələnə kimi süni nəfəs verib... Deyə bilərsiniz? 
Sahibənin xırda, quş gözləri ona zilləndi: 
189 
– Əlbəttə. Onsuz da polis gələndə özüm yanlarında olacağam, qoymaram... 
– Oldu. 
Onlar otağa qayıtdılar. Vizenhof Qoldberqin üzərinə əyilərək işləyirdi. Sanki, 
onların ikisi də səhər idmanı edirdi. Sahibə qapının ağzında dayandı: 
– Xanımlar və ağalar, – dedi, – təcili yardım çağırasıyam. Oradan gələn həkim, ya 
sanitarlar polisə zəng vuracaqlar, o da yarım saata burada olacaq. Kimin sənədi 
yoxdursa, şeylərini yığışdırsın, ən azı əldə-ayaqda olanları götürüb, 
«katakomba»ya düşsün, orada gözləsin. Ola bilsin, polis otaqları axtaracaq, 
şahidləri dindirəcək. 
Otaq o dəqiqə boşaldı. Sahibə başını tərpətməklə Raviki arxayın elədi ki, Rut 
Qoldberqi də, Vizenhofu da öyrədəcək. Ravik döşəməyə atılmış qalstukun 
yanındakı əl çantasını və qayçını götürdü. Qalstuk elə düşmuşdü ki, Üstündəki 
firma nişanı görünürdü: «S. Fördör. Berlin». Onun ən azı on marka qiyməti vardı, 
Qoldberq kefinin kök vaxtlarında almış olardı. Bu firma Ravikə tanışdı, özü onun 
qalstuqlarını taxardı. 
O, şeylərini yığışdırıb, Morozovun otağına qoydu. Ehtiyat üçün belə eləyirdi. Çox 
güman ki, polis heç nə ilə maraqlanmayacaq. Ancaq belə yaxşıdır, Fernandan 
sümüyü səksənmişdi. 
O, «katakomba»ya düşdü. 
Xeyli adam içəridə həyəçanla ora-bura vurnuxurdu. Hamısı da sənədi olmayan 
mühaçirlər, «gizli briqada» idi. Klarisse ilə jan onlara kömək edib, çamadanları 
«katakomba»dakı zirzəmiyə oxşayan otağa yığırdılar. Zalın özü isə şam yeməyi 
üçün hazırlanırdı. Stollar açılmış, çörək qoyulmuşdu və mətbəxdən qızardılmış 
balıq iyi gəlirdi. 
– Vaxt çoxdur, tələsməyin, – deyə jan həyəcanlanmış mühacirləri sakitləşdirməyə 
çalışırdı. – Polis hara, belə tezliklə gəlmək hara! 
Mühacirlər isə tələsirdilər. Onların bəxti nə vaxt gətirmişdi ki?! Əllərində 
çamadan, basabasla zirzəmiyə doluşurdular. İspan Alvares də onların arasında idi. 
Sahibə bütün mehmanxanaya car çəkmişdi ki, polis gələcək. Alvares Raviki 
görəndə günahkar-günahkar gülümsədi. Ravik də bilmədi nə üçün... 
Arıq biri kişi arxayın addımlarla ona tərəf gəldi. Filologiya və fəlsəfə elmləri 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə