Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə64/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   60   61   62   63   64   65   66   67   ...   112

– İçmək lazımdır, – Morozov dilləndi. – «Burqund» şərabı... Çoxlu «Burqund» 
şərabı, ya da pivə... 
– İçən deyiləm. Bütün günü küçələri ayaqdan salıram, heydən düşənəcən 
küllənirəm, ancaq xeyri yoxdur, yenə yata bilmirəm. 
Ravik: 
– Bir-iki həb verərəm, – dedi, – gedək yuxarı. 
– Qayıt gəl, Ravik! – Morozov onların arxasınça qışqırdı. – Məni tək qoyma, 
qardaş! 
175 
Qadınlardan bir-ikisi başını qaldırdı, sonra yenə toxumağa, oxumağa başladılar, 
sanki, həyatları bundan asılı idi. 
Ravik Finkeştaynı öz otağına apardı. Qapını itələyəndə, açıq pəncərədən içəri 
dolmuş sərin hava dalğa kimi üzünə vurdu. Dərindən nəfəs alıb, işığı yandırdı, 
tələsik otağı nəzərdən keçirdi. Heç kəs yox idi. Finkenştayna həb verdi. 
– Təşəkkür edirəm, – deyən Finkenştaynın üzündə bircə əzələ də tərpənmədi və o, 
kölgə kimi çəkilib getdi. 
Ravik birdən hiss elədi ki, Joan gəlməyəcək. Bildi ki, bunu səhər də duymuşdu, 
ancaq onda inanmaq istəməmişdi. Yan-yörəsinə boylandı, elə bil, səs eşitmişdi. 
Birdən-birə hər şey aydınlaşdı, sadələşdi. Raviklə istədiyinə çatmışdı, daha 
tələsmirdi. Başqa cür də ola bilərdimi? Ravikə görə hər şeydən keçməli idi? Yenə 
həmişəki kimi qayıdardımı? Axmaqlığa bax! Əlbəttə, başqasını tapmışdı! Özü də 
təkcə adam yox, həm də elə bir həyat tapmışdı ki, əl çəkmək istəmirdi... 
Aşağı düşdü. Özü özündən iyrənirdi... 
– Zəng vuran oldu? 
Yenicə növbəyə başlayan qapıçı ağzındakı sarımsaqlı kolbasanı çeynəyə-çeynəyə 
başını buladı. 
– Zəng vurasıdırlar... Mən hələlik aşağıdayam, – deyib Morozovun yanına getdi. 
Onlar bir partiya şahmat oynadılar. Oyunu udan Morozov özündən razı halda 
ətrafa boylandı. Qadınlar səssiz-səmirsiz çıxıb getmişdilər. O, zəngi çaldı: 
– Klarisse, bir qrafin çəhrayı şərab gətir, – dedi. – Bu Finkenştayn da lap avtomat 
kimi oynayır. Qoy rədd olsun! Riyaziyyatçıdır. Bu cür kamil adamlardan zəhləm 
gedir, insanlıqları olmur. – Ravikin üzünə baxdı: – Xeyir ola, sən bu vaxt buralarda 
neyləyirsən? 
– Zəng gözləyirəm. 
– Yenə elmin köməyi ilə kiminsə axırına çıxacaqsan? 
– Dünən birinin mədəsini kəsib götürmüşəm. 
Morozov qədəhləri doldurdu: 
– İndi də burada oturub vurursan, – dedi. – Sənin qurbanın isə orada sayıqlayır. 
Bunun özündə də insanlığa xas olmayan nəsə var. Gərək, heç olmasa, sənin də 
mədən ağrıyaydı. 
– Düz deyirsən, Boris! Dünyanın bədbəxtliyi də elə ondadır ki, nələr elədiyimizi 
özümüz də bilmirik. Ancaq sən bu islahatı niyə həkimlərdən başlayırsan? Siyasi 
xadimlərdən, generallardan başlasaydın, yaxşı olardı, müharibədən canımız 
qurtarardı. 
Morozov arxaya söykənib, diqqətlə Ravikə baxdı: 


– Həkimləri şəxsən tanımaq yaxşı deyilmiş, – dedi. – Onlara inamın itir. Səninlə o 
qədər bir yerdə içib keflənmişik ki! Bundan sonra heç qoyaram sən məni təşrih 
eləyəsən?! Lap tutaq ki, mənim tanımadığım cərrahdan qat-qat yaxşısan, ancaq 
yenə onun yanına gedərəm. Tanımadığına daha çox inanmaq adamın qanında var, 
ay saqqallı uşaq! Həkimlər, gərək, həmişə xəstəxanada qalalar, adam arasına 
çıxmayalar. Sizin sələflər – cadugərlər və loğmanlar bunu yaxşı biliblər. Mən 
özümü o vaxt bıçağın altına verərəm ki, qabağımdakının qeyri-adi adam olduğuna 
inanam! 
– Mən səni təşrih eləmərəm, Boris. 
176 
– Niyə? 
– Heç bir cərrah qardaşını yarmaz. 
– Narahat olma, belə xoş təsadüf qoymaram sənə qismət olsun! Yata-yata ürəyim 
birdən dayanacaq. Bunun üçün əlimdən gələni eləyirəm...– Morozov dəcəl uşaqlar 
kimi Ravikə baxdı, ayağa durdu. – Mən gedim, yoxsa Monmartrdakı mədəniyyət 
mərkəzinin qapıları bağlı qalar! İnsan nə üçün yaşayır, Ravik? 
– Elə bu haqda düşünmək üçün. Yenə sualın var? 
– Var. Nə üçün o, bu haqda düşünə-düşünə kamala çatan kimi ölür? 
– Bəziləri kamala çatmamış da ölür. 
– Ağzımı boza salma! İndi başlayacaqsan ki, ruh gəzir... 
– Başlamamışdan qabaq mənim də sənə bir sualım var. Bax, şirlər dağkeçilərinin, 
hörümçəklər milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm, yer 
üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin 
qənimi olur? 
– Bu lap uşaq sualı oldu! Əlbəttə, «məhəbbət», «yaxşılıq», «halıyananlıq» kimi 
sözləri icad eləyən insan – yer üzünün əşrəfi! 
– Yaxşı, o, təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürür də? 
– Yenə də «axirət dünyası», «Allah», «zühur eləmək» sözlərini icad eləyən 
insanlar. 
– Əla! Özün görürsən ki, həyatımız ziddiyyətlərlə doludur, özün də soruşursan niyə 
ölürük... 
Morozov heyrətlə onu süzdü: 
– Ay sofist! – dedi. – Ay tənbəl... 
Ravik də ona baxdı. «Ah, Joan! – Bunu özündən xəbərsiz ürəyi dedi. – Kaş indi bu 
çirkli şüşə qapıdan girəydi!» 
– Boris, biz onda səhv elədik ki, fikirləşməyə başladıq. Əgər ehtiras, vəhşilik kimi 
bir səadətdən qaçmasaydıq, belə olmazdı. Kimsə bizim üstümüzdə təcrübə aparır, 
ancaq, deyəsən, cavabını hələ tapmayıb. Gəl taleyimizdən şikayətlənməyək. Hətta 
üzərində təcrübə aparılan heyvanlarda belə peşəkar qürur olmalıdır. 
– Bu sözləri öküzlər yox, qəssablar deyər! Alimlər deyər, dəniz heyvanları deməz! 
Ağ siçovullar deməz, ancaq həkimlər deyər! 
– Elədir! Yaşasın «hər şeyin bir səbəbi var» deyən qanun! Boris, gəl gözəlliyin, 
bircə andakı əbədi səadətin sağlığına badə qaldıraq! Bilirsənmi, insana yeganə 
varlıq kimi bir də nə bəxş olunub? Gülmək və ağlamaq! 
– Həm də sərxoş olmaq! Araqla, çaxırla, fəlsəfə ilə, qadınlarla, ümidlə, tənhalıqla 


keflənmək! Xəbərin varmı, o, yeganə canlı kimi bir də nəyi bilir? Bilir ki, öləcək! 
Buna görə də ona dərman kimi şirin xəyallar verilib. Daş da real varlıqdır, bitkilər 
də! Heyvanlar da elədir. hamısını da təbiət yaradıb. Ancaq heç biri öləcəyini 
bilmir. İnsan isə bilir! Oyan, ey ruh! Göylərə baş vur! Sən də çox ah-vay eləmə, ey 
qanuni qatil! Məgər biz indicə bir yerdə bəşəriyyətin səadət himnini oxumadıq?!– 
Morozov qurumuş palmanı elə silkələdi ki, toz qalxdı. – Əlvida, ey ürəkləri riqqətə 
gətirən cənub həsrətinin həqiqi simvolu, mehmanxana sahibəsinin sevimli ağacı! 
Sən də salamat qal, ey vətənsiz insan, kökündən qopmuş sarmaşıq gülü, ölüm 
oğurlayan cibgir! Get fəxr elə ki, romantiksən! 
177 
Morozov irişdi. Ancaq Ravikin dodağı da qaçmadı. Gözü qapıda idi. Qapı açıldı, 
növbətçi içəri girdi, onlara sarı gəldi. «Zəng elədi! – Ravik ürəyindən keçirdi. – 
Axır ki, elədi!» Yerindən tərpənmədi, gözlədi. Hiss etdi ki, qollarının -əzələləri 
dartılır... 
– Bu siqaret sizə çataçaq, müsyö Morozov, oğlan indicə gətirdi. 
– Təşəkkür edirəm, – deyə Morozov rus siqaretini alıb çibinə qoydu.–Hələlik, 
Ravik! Bu gün yenə görüşəcəyik? 
– Bəlkə də... hələlik, Boris. 
Mədəsi kəsilmiş kişi gözlərini Ravikə zilləmişdi. Urəyi bulanır, ançaq qaytara 
bilmirdi. Qaytarmağa bir şey də yox idi. Qıçları kəsiləndən sonra onun ağrısını hiss 
eləyən adam kimi idi... 
Rahatlıq tapa bilmirdi. Ravik iynə vurdu. Yaşamasına ümid az idi. Ürəyi zəifləmiş, 
ciyərinin bir tayı da sıradan çıxmışdı. Otuz beşçə yaşı olsa da, çox xəstəliklər 
geçirmişdi. Uzun müddət mədə xorasından əziyyət çəkmiş, sonra vərəm olmuşdu 
və onu da yaxşı müaliçə etdirməmişdi. İndi də xərçəng yaxalamışdı. Xəstəlik 
tarixindən bilinirdi ki, dörd il evli olub. Arvadı uşaq üstə ölmüşdü. Üç il keçəndən 
sonra uşaq da vərəmdən getmişdi... Özgə heç kəsi yox idi. İndi burada uzanıb 
gözlərini Ravikə zilləmişdi və ölmək istəmirdi. Səbirli, dözümlü idi və xəbəri yox 
idi ki, mədəsini kəsib götürüblər, yemək birbaşa onikibarmaq bağırsağa töküləcək, 
adama az-çox ləzzət verən şor xiyarı, qızardılmış donuz ətini heç vaxt yeyə 
bilməyəcək. Buradaca uzanmışdı, bədəni doğram-doğram idi, yavaş-yavaş 
çürüməyə başlamışdı, gözlərində nəsə tərpənirdi və onun da adına ruh deyirdilər. 
Get fəxr elə ki, romantiksən! Bu da bəşəriyyətin həyat himni! 
Ravik hərarət çədvəlini yerinə asdı. Tibb bacısı durub göstəriş gözləyirdi. Yeniçə 
toxumağa başladığı köynəyi yanındakı stolun üstünə qoymuşdu. Millər üstündə idi, 
yu-maq yerə düşmüşdü. Stoldan sallanan nazig yun ip uzaqdan, sızqı ilə axan qana 
oxşayırdı. Sanki köynəkdən qan damırdı... 
«Buradaca uzanıb qalıb... – Ravik ürəyindən keçirdi. – İndicə vurulan iynəyə 
baxmayaraq, gecə halı xarablaşacaq, dəhşətli ağrılar başlayacaq, yerindən tərpənə 
bilməyəcək, təngnəfəs olacaq, yuxusunu qarışdıracaq. Mən isə qadın gözləyirəm 
və düşünürəm ki, gəlməsə, bu gecə ən ağır gecə olacaq... Can üstə olan bu kişi, 
qonşu palatadakı qolları əzik-əzik olmuş Qaston Pere... Bu gecə bütün dünyada baş 
verəcək min cür hadisə ilə muqayisədə mənim dərdimin gülünc olduğunu özüm də 
bilirəm, ancaq yenə də xeyri yoxdur.... Heç xeyri yoxdur, kömək eləmir, heç nəyi 
dəyişmir, hər şey olduğu kimi qalır... Morozov necə dedi? Niyə sənin də mədən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə