Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

hər şey asanlaşır, adama elə gəlir ki, nə istəsə eləyə bilər. Həqiqətdə eləyə 
bilmədiyini isə xəyallarında eləyirsən. Niyə belədir? 
Ravik gülümsədi: 
– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik. 
Orkestrdə alətləri kökləməyə başladılar. Kvint və skripka danqıltısı eşidildi. 
– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik. 
58 
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır. 
Orkestr çaldı. Əvvəlcə simbal başladı. Qaranlığın köksündən qopan ahəstə, həzin 
melodiya simlərin kövrək iniltisinə qarışdı, sonra skripkalar da ona qoşuldu... 
Qaraçı yavaş-yavaş rəqs meydançası ilə onlara tərəf gəldi. Skripkanı çiyninə 
sıxaraq, dayanıb təbəssümlə, sirayətedici nəzərlərlə onlara baxırdı. Üzünü də ona 
söykəmişdi və güclə seçilən sir-sifətindən hərislik yağırdı. Əlində skripka 
olmasaydı, deyərdin, mal-heyvan alverçisidir, ancaq indi yetim səhraların, xatirəyə 
dönmüş gecələrin, nəhayətsiz ənginliklərin – bir sözlə, gerçək olmayan şeylərin bu 
dünyadakı elçisidir... 
Həzin melodiya sərin bulaq suyu kimi Ketin üz-gözünə, bütün varlığına çilənirdi. 
Qulağına əks-səda gəldi, ancaq onu çağıran yox idi. Pıçıltılı səslər eşitdi, kövrək 
xatirələr qanad çaldı, nəsə zərxara kimi işıldadı, ancaq birdən hamısı burulğana 
düşdü, dalğa-dalğa çəkilib yox oldu. Heç kim onu çağırmırdı. Heçcə kim... 
Qaraçı baş əydi, Ravik stolun altından onun ovcuna pul basdı. Ket, sanki, yuxudan 
ayıldı: 
– Heç xoşbəxt olmusunuzmu, Ravik? 
– Ço.. o.. x! 
– Onu demirəm. Mən əsl xoşbəxtliyi nəzərdə tuturam: özündə olmayasan... Hər 
şeyi unudasan... Bütün varlığınla onun olasan... 
Ravik Ketin titrəyən zərif sifətinə baxdı. O yalnız bircə xoşbəxtlik tanıyırdı. Özü 
də ən kövrəyini – məhəbbəti... Heç nəyi yox, yalnız məhəbbəti! 
– Çox olmuşam, Ket, – deyən Ravik tamam başqa şeyi nəzərdə tuturdu və eyni 
zamanda bilirdi ki, heç o da xoşbəxtlik deyil. 
– Siz məni başa düşmək istəmirsiniz, ya da bu haqda danışmağa qorxmusunuz. 
Orkestrdə oxuyan kimdir? 
– Tanımıram. Çoxdandır buralara yolum düşmür. 
– Buradan görünmür. Qaraçıların yanında da deyil. Yəqin, hansı stol arxasında 
oturub. 
– Qonaqlardan olar. Burada elə şeylər çox olur. 
– Qəribə səsi var. Həm kədərlidir, həm də çılğın. 
– Mahnıları elədir. 
– Bəlkə də, mən özüm eləyəm. Nə oxuduğunu başa düşürsünüz? 
– «Ya vas lyubil» «mən səni sevirdim» deməkdir. Puşkinin sözləridir. 
– Rusca bilirsiniz? 
– Morozov bir-iki söz öyrədib. Çoxu da söyüşdür. Söymək üçün rus dilinin əvəzi 
yoxdur. 
– Siz özünüz haqda danışmağı sevmirsiniz, elə deyilmi? 
– Heç fikirləşməyi də xoşlamıram. 


Ket bir anlığa susdu, sonra dedi: 
– Hərdən mənə elə gəlir ki, o günlər daha keçib getdi. Qayğısızlıq da, ümid də... 
keçmişdən qalan nə var idisə, hamısı... 
Ravik gülümsədi: 
– Keçib getməyib, Ket. Həyat adi şey deyil. Əksinə, çox mürəkkəbdir. Nə qədər ki 
nəfəsimiz var, demək, onlar da var. 
Ket Raivkə heç qulaq asmırdı. 
59 
– Məni tez-tez vahimə basır, Ravik. Heç özüm də bilmirəm nədir. Çox qəribə 
qorxudur. Bax, məsələn, mənə elə gəlir ki, buradan çıxanda görəcəyik ki, dünya 
qopur. Sizdə də belə şeylər olur? 
– Olur, Ket. Bu, hamıda olur. Avropada xəstəlikdir. İyirmi ildir yaranıb. 
Qız susdu. 
– Daha rusca oxumur. – Ket diqqətlə musiqiyə qulaq asırdı. 
– Xeyr, italyancadır. «Santa Luçiya Luntana»dır... 
Projektorun işığı gəzə-gəzə skripkanın üstündən keçib balaca bir stola tərəf gəldi. 
Ravik oxuyan qadını gördü. Joan Madu idi. Təkcə oturub, əlini stola söykəmişdi, 
harasa uzaqlara baxırdı, xəyal dəryasına cummuşdu və sanki, burada tək idi. 
Dümağ işıqda sifəti solğun görünürdü. Ancaq Ravikin o vaxtlar gördüyü 
məchulluqdan, ölgünlükdən əsər-əlamət yox idi. Ravik birdən həmin üzdə 
cazibədar, kövrək bir gözəllik gördü və yadına düşdü ki, bunları bir dəfə də onun 
yanında qaldığı gecə ötəri görüb. Ancaq onda elə bilmişdi ki, sərxoşluq gözünü 
tutub və həmin dəqiqə də o gözəllik solmuş, qeybə çəkilmişdi. İndi təzədən 
qayıtmışdı və ondakından da betər idi... 
– Sizə nə oldu, Ravik? 
Onun baxışları geri qayıtdı. 
– Heç nə. Mahnı tanışdır. Neapol haqqında sentimental mahnıdır. 
– Keçmiş xatirələri oyatdı? 
– Xeyr, mənim xatirəm yoxdur. 
Bu sözlər onun istədiyindən kəskin çıxdı və Ket diqqətlə Ravikin üzünə baxdı: 
– Hərdən sizə nə olduğunu lap dəqiq bilmək istəyirəm, Ravik. 
Ravik əlini yellətdi. 
– Mən də başqaları kimi. Bu dünya gözlənilməz macəralarla doludur. Qaçqınların 
məskən saldığı mehmanxanaların hamısında var. Hərənin də taleyi bir cürdür. 
Aleksandr Düma, Viktor Hüqo üçün bunlar sensasiya olardı. Ancaq indi onlara 
qulaq asanda adamı əsnəmək tutur. Sizə araq süzmüşəm, Ket. Sakit, dinc yaşamaq 
bu günün ən böyük macərasıdır. 
Orkestr oyun havası çalır, ancaq yaxşı alınmırdı. Qonaqlardan bir-ikisi oynamağa 
başladı. Joan durub qapıya tərəf getdi. Elə gedirdi ki, deyərdin, ondan başqa zalda 
adam yoxdur. Birdən Ravikin yadına Morozovun sözləri düşdü. Joan düz onların 
yanından keçdi. Ravikə elə gəldi ki, hətta qız onu gördü. Ancaq Joanın baxışları, 
yad adamlar kimi, onun üstündən sürüşüb, başqa səmtə yönəldi və o, zaldan çıxdı. 
– Bu qadını tanıyırsınız? – deyə Raviki diqqətlə müşahidə edən Ket soruşdu. 
– Xeyr. 
VIII 


– Görürsünüzmü, Veber? – Ravik soruşdu. – Bax, bu.. bu... 
Veber yaraya tərəf əyildi. 
– Bəli... 
– Bu balaca vəzlərə baxın... Budur... Nə xora deyil, nə də bitişmə. 
– Xeyr... 
Ravik dikəldi. 
60 
– Xərçəngdir, – dedi, – yüz faiz xərçəngdir. Çoxdandır belə şeyə rast gəlmirdim. 
Güzgü ilə müayinə bir şey göstərmir, əllə yoxlayanda görürsən ki, yan tərəf 
yumşaqdır, bir az da şişib. Elə bilirsən, ya kistadır, ya da mioma, elə qorxulu şey 
deyil. Ancaq kəsməmiş işləmək olmur. Yarıb, içəridə gözlənilmədən xərçəng 
tapırsan. 
Veber ona baxdı: 
– Fikriniz nədir? 
– Bir az kəsib götürək, biopsiya eləyək. Bassion laboratoriyadadır? 
– Əlbəttə... 
Veber tibb bacısına laboratoriyaya zəng vurmağı tapşırdı. Başqa şeyin xeyri 
yoxdur. Ən dəhşətlisi də odur ki, özü heç nə bilmir. 
– Nəbzi necədir? – Ravik bihuşdarı verən tibb bacısından soruşdu. 
– Qaydasındadır. Doxsan... 
– Qan təzyiqi? 
– Yüz iyirmi. 
– Yaxşı, – Ravik cərrahiyyə stolunda Trendelenqburq üsulunda uzadılmış Ketə 
baxdı. – Özü əvvəlcədən bilməli idi, razılıq verməliydi. Onun bədənində 
istədiyimiz yeri kəsib götürməyə ixtiyarımız yoxdur. Yoxsa, var? 
– Qanuna görə, yoxdur. Yoxsa, var? 
– Məcbur olduq. Aşağıdan qaşıyıb təmizləmək mümkün deyil, indi isə tamam 
başqa təşrih alındı. Uşaqlığı kəsib götürmək qaşıyıb təmizləmək deyil. 
– Zənnimcə, o, sizə inanır, Ravik. 
– Bilmirəm. Bəlkə də, elədir... Ancaq razılıq verərdimi? – O, dirsəyi ilə ağ xalatın 
üstündən taxdığı rezin önlüyü düzəltdi. – Hər halda, çalışacağam ki, bir əlac 
eləyim. Histroktamiyanı sonra da eləmək olar. Ejeni, bıçağı... 
Kəsiyi göbəyə qədər uzatdı, xırda qan damarlarını sıxdı, böyüklərini isə ikiqat ipək 
sapla tikdi, başqa bir bıçaq götürüb fassiyanı kəsdi. Onun altındakı əzələləri 
bıçağın arxası ilə ayırdı, pertenimu qaldırıb, qarın boşluğunu açdı. 
– Ayırıcı! 
Tibb bacısı onu hazır tutmuşdu və ucuna ağır daş bağlanmış zənciri Ketin ayaqları 
arasına saldı, üfürülən lövhəni ona bərkitdi. 
– Dəsmal! 
Ravik yaranın yan-yörəsinə nəm, isti dəsmal düzdü, korsanqı ehtiyatla ora yeritdi. 
Sonra başını qaldırdı. 
– Bura baxın, Veber... Bir də bura... Görürsünüz, necə bərkiyib?! Qalın, möhkəm 
kütlədir. Heç nə eləmək olmaz, lap dərinə işləyib. 
Veber diqqətlə Ravik göstərən yerə baxdı. 
– Bir buna baxın, – Ravik sözünə davam etdi, – arteriyaları bağlaya bilmərik, çox 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə