Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

– Sən gedəcəksən. Lap döyə-döyə də olsa, aparacağam. Əməlli-başlı yeyib – içib 
dəmlənəcəksən, sonra da fahişəxanaya gedəcəksən. 
Cavab vermədi. Kaçinski onun yanında oturdu: 
– Başa düşürəm... mənim haqqımda indi nə fikirləşdiyini də bilirəm. Sənin 
gəldiyin ikicə həftədir, ancaq mən iki ildir buradayam. Gəl məni eşit! Bundan 
sonra Mesmana kömək eləyə bilərik? Yox! Bilirsən ki, əgər onu xilas etməyə zərrə 
qədər imkan olsaydı, hər şeydən keçərdik. 
Başını qaldırdı. O, bunu bilirdi. Heç kim eləməsə də, Kaçinski eləyərdi... 
64 
– Yaxşı, o öldü getdi, – Kaçinski sözünə davam etdi. – Daha heç nə eləyə bilmərik. 
İki gündən sonra yenə ön cəbhəyə gedirik. Bu dəfə əvvəlki tək asan olmayacaq. 
Burada oturub Mesman haqqında fikirləşə-fikirləşə özünü üzürsən. Əsəblərin 
korlanır, inamın itir. Bu da kifayətdir... Bu dəfə top atılanda cəld tərpənə 
bilməyəcəksən. Yarımca saniyə geciksən, bəsindir... Sonra səni də Mesman kimi 
əlimizdə aparacağıq. Bu, kimə lazımdır? Mesmana? Yox! Bəlkə, başqasına? Yox! 
Çanaq öz başında çatlayacaq, vəssalam. Anladın? 
– Hə... ə... Ancaq bacarmaram. 
– Mumla, bacararsan. Başqaları da belə eləyib. Sən birinci deyilsən! 
Həmin gündən sonra xeyli yüngülləşdi. Kaçinski ilə getdi, ilk həyat dərsini aldı: 
bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! 
Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm 
məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb 
yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq 
həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız 
belə dözmək mümkündür... 
Ravik konyakını içdi. Qonşu stoldakı fransızlar yenə də öz hökumətləri, İtaliya, 
Çemberlen haqqında çərənləyirdilər. Eh, yenə sözlər, sözlər... İş görənlər isə 
başqaları oldu. Onlar güclü olmasalar da, qətiyyətli idilər. Cəsarətli olmasalar da, 
bilirdilər ki, qarşıdakı müqavimət göstərməyəcək. Möhlət aldılar... Bəs ondan necə 
istifadə elədilər? Yoxsa silahlandılar, o birilərinə çatdılar, ya da qüvvə topladılar? 
Başqalarının necə sürətlə silahlandığını gördülər, ancaq heç nə eləmirdilər, əlləri 
qoynunda nəsə gözləyirdilər, təzə bir möhlətə ümid bəsləyirdilər. Lap o morjların 
başına gələn işə oxşayır. Sahilə yüzü birdən çıxır. Ovçu gəlib əlindəki dəyənəklə 
onları bir-bir qırır. Hamısı köməkləşsəydi, onu birtəhər eləyərdilər. Ancaq 
arxayınca uzanıb, ovçunun yoldaşlarını necə qırdığına tamaşa eləyir, heç biri də 
yerindən tərpənmir. Ovçu da düz onun yanındakının öldürür, belə-belə hamısının 
axırını çıxırdı. Bu da Avropa morjlarının tarixçəsi... Sivilizasiyanın qürub çağı... 
Qədim Allahların qorğun-arğın, kölgə kimi çəkilib getməsi... İnsan hüquqları 
barədə gurultulu vədlər... Bir qitənin yerli-dibli satılması... Axır qiymət üstündə 
çərçilik... Getdikcə yaxınlaşan tufan... Püskürən vulkan qoynunda yallı gedən 
zavallı insanlar... Yavaş-yavaş yenə də fəlakətə sürüklənən xalqlar... At ölsəydi, 
itin bayramı olardı... Həmişə də belə olub! 
Ravik siqaretini söndürdü, yan-yörəsinə baxdı. Bütün bunlar nə deməkdi? Məgər 
ötən gecə də zərif boz göyərçinə bənzəmirdimi? Ölənləri basdır, özün də başla 
həyatı bir tərəfindən söküb yeməyə... Vaxt gözləmir. Çox şeyə dözmək lazımdır. 


Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan... 
Xidmətçini işarə ilə yanına çağırıb, pulunu verdi. 
Ravik içəri girəndə «Şəhrizad» qaranlıq idi. Qaraçılar çalırdılar. Projektorun gur 
işığı yalnız orkestrin yanında oturmuş Joan Madunun stolunu işıqlandırırdı... 
Qapının ağzında dayandı. Xidmətçilərdən biri yaxınlaşıb stolu ona tərəf çəkdi. 
Gözləri Joanda olan Ravik yerindən tərpənmədi. 
– Araq içəcəksiniz? – xidmətçi soruşdu. 
– Bəli, bir qrafin gətirin. 
65 
Oturdu. Araq süzüb başına çəkdi. Bayaq küçədə fikirləşdiklərini unutmaq istəyirdi. 
Hamısını – keçmişin xatirələrini, dəhşətli ölümü, mərminin darmadağın etdiyi 
Mesmanı, xərçəngin için-için yediyi Keti... Gördü ki, iki gün əvvəl Ketlə oturduğu 
stol arxasında oturub. Qonşu stol boşaldı, ancaq ora getmədi. Nə fərqi, ya burada 
otursun, ya da orada, onsuz da bunun Ketə heç bir xeyri yox idi. Veber onda necə 
demişdi? Təşrihin köməyi olmayanda niyə həyəcanlanırsınız? Adam bacardığını 
eləyir, sonra da çıxıb evinə gedir. Bəs harada qalsın? Joan Madu oxuyurdu. Ket 
düz deyirmiş, onun səsi adamı riqqətə gətirir. İçində araq olan qrafini götürdü. Bu, 
elə bir an idi ki, bütün rənglər itirdi və heç nəyə gücü çatmayan əllərin altında 
həyat yavaş-yavaş sönürdü. Qabarmış dənizin müəmmalı şəkildə qınına 
çəkilməsi... Nəfəs alarkən bircə anlığa yaranan səssiz-səmirsiz fasilə... Ürəkləri 
asta-asta parçalayan zaman... Joan «Santa Luçiya»nı oxuyurdu. Onun səsi 
dalğadalğa, 
sanki, unudulmuş bir sahildən gəlirdi və həmin sahildə də nəsə 
çiçəkləyirdi... 
– Xoşunuza gəlir? 
– Kim? – Ravik ayağa durdu. 
Restoranın baş xidmətçisi lap yanında dayanmışdı və Joana işarə edirdi: 
– Yaxşıdır... Çox yaxşıdır. 
– Ancaq sensasiya deyil. Başqa musiqi nömrələrinin arasında oxutmaq olar. 
Xidmətçi sürüşüb getdi. İşıq bircə anlığa onun qapqara saqqalını parıldatdı. 
Qaranlıqda gözdən itdi. Ravik onun arxasınca baxdı və qədəhi götürdü. 
Projektor söndü. Orkestr tanqo çalmağa başadı. Yenə də altında rəngbərəng işıqlar 
yanan stollar, onların üzərinə əyilmiş sifətlər göründü. Joan ayağa durub stolların 
arası ilə irəliləməyə başladı. Qonaqlar rəqs meydançasına getdikləri üçün bir neçə 
dəfə ayaq saxlamalı oldu. Ravik ona baxdı. Joanın üzündə təəccüb ifadəsi yox idi 
və özü də düz ona tərəf gəlirdi. Durub stolu kənara çəkdi. Xidmətçilərdən biri tez 
köməyə tələsdi. 
– Təşəkkür edirəm, – Ravik etiraz elədi, – özüm düzəldərəm. Bizə bir qədəh verin. 
Stolu yerinə çəkib, xidmətçinin gətirdiyi qədəhi doldurdu. 
– Araqdır, – dedi, – içirsinizmi? 
– Bəli. Axı bir dəfə içmişik... «Bel Oror»da... 
– Düzdür. 
«Hələ bir dəfə də burada olmuşuq, – Ravik ürəyindən keçirdi. – Lap çoxdan... Üç 
həftə qabaq... onda burada çörək də yedin. Onda plaşın içində elə büzüşmüşdün ki, 
az qala qaranlığa qarışmışdın, görünmürdün. Onda bədbəxtlikdən başqa heç nə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə