Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

– Xeyr, mən onu görmədim, yoxsa gətirərdim. O vaxtdan yadımda qalıb. 
Ravik onun üzünə baxdı; son sözləri xoşuna gəlməmişdi. Pul çıxarıb qızın 
önlüyünün cibinə basdı. 
– Çox gözəl, – dedi, – gələn dəfə də belə eləyin. Özüm deməmiş, səhər yeməyi 
gətirməyin. Otağı yığışdırmağa gələndə də əvvəlcə dəqiq bilin ki, boşdur. 
– Baş üstə, müsyö Ravik! – Qız gülümsədi. 
Ravik narazılıqla onun arxasınca baxdı. Qızın nə fikirləşdiyini bilirdi. Ona elə 
gəlirdi ki, Joanın əri var, istəmir görən olsun. Əvvəllər Ravik buna gülmüşdü, 
ancaq indi xoşuna gəlmədi. Niyəsini özü də bilmirdi. Çiyinlərini çəkib, pəncərəyə 
tərəf getdi. Mehmanxana öz mehmanxanalığında qalırdı, onu dəyişmək olmazdı... 
Pəncərəni açdı. Buludlar səmanı qoynuna almışdı. Evlərin damında sərçələr 
civildəşirdi. Aşağı mərtəbədə iki nəfər mübahisə edirdi. Qolberqlər olcaqdı. Kişi 
arvadından iyirmi yaş böyük idi. Özü Bratislav şəhərindən idi, taxıl alverçisi 
72 
olmuşdu. Qadın mühacir Vizenhofla gəzir və elə bilirdi ki, heç kəsin bundan xəbəri 
yoxdur. Ancaq onu bilməyən təkcə əri idi... 
Pəncərəni bağladı. Səhər-səhər kimisə öd kisəsindən təşrih eləmişdi. Düranın 
əvəzinə kiminsə öd kisəsini kəsib götürmüşdü. Tanımadığı bir kişinin qarnını 
yarmışdı, iki yüz frank da qonarar almışdı. Sonra Ketə baş çəkmişdi. Onun 
qızdırması vardı, özü də çox qalxmışdı. Bir saat orada qaldı. Qız narahat yatırdı. 
Elə qorxulu bir şey yox idi. Əslində, belə də olmalı idi... 
Diqqətlə pəncərədən küçəyə baxdı. Nə isə olub qurtarandan sonra adam özündə 
qəribə bir boşluq duyur... Çarpayı da susur və indi açılan gündüz gödən yırtan 
çaqqal kimi sirli-soraqlı dünəni parçalayırdı. Gecənin qaranlığından boylanan 
füsunkar meşələr çəkilib uzaqlara getmişdi və haradasa zamanın boşluğunda tutqun 
xəyal kimi görünürdü... 
Geri çevrildi, stolun üstündə Lüsyen Martinenin ünvanı gözünə dəydi. Onu bu 
yaxınlarda evə buraxmışdılar. Əl çəkməmişdi… Onun yanına iki gün əvvəl 
getmişdi, indi heç lazım deyildi. Ancaq elə bir işi də yoxdu və qət etdi ki, yenə 
getsin. 
Ev Klavel küçəsində idi. Birinci mərtəbəsində ət dükanı yerləşirdi. Kök bir qadın 
əti şaqqalayıb satırdı. O, qara geyinmişdi. Əri iki həftə bundan qabaq ölmüşdü və 
indi şəyirdlə birlikdə özü alver edirdi. Ravik onu keçib gedəndə gördü. Deyəsən, 
qonaq getməyə hazırlaşırdı. Şlyapasına qara rəngli uzun rübənd taxmışdı və tanış 
qadına – başqası olsa, eləməzdi – bir bud donuz əti kəsirdi. Rübənd yelləndi, balta 
göydə payıldadı və ətə yeridi. 
– Bax, bircə dəfəyə! – deyə o, özündən razı halda, budu tərəziyə qoydu. 
Lüsyen lap yuxarı mərtəbədəki balaca otaqda yaşayırdı. O, tək deyildi. Təxminən 
iyirmi beş yaşında cavan bir oğlan stula sərələnmişdi. Başında, adətən, velosiped 
sürən idmançıların qoyduğu uzundimdik kepka vardı. Ağzındakı eşmə siqaret, 
danışanda üst dodağına yapışıb qalırdı. Ravik içəri girəndə, yerindən də 
qımıldanmadı. Lüsyen isə çarpayıda uzanmışdı. O, həyəcandan qızardı: 
– Doktor… Bu gün gələcəyinizi bilmirdim… – Oğlana tərəf döndü: – Bu da… 
– Adamdır, vəssalam! – Oğlan kobudluqla onun sözünü kəsdi. – Adını demək 
lazım deyil. – O, geri söykəndi. – Demək, o doktor sizsiniz? 


– Necəsiniz, Lüsyen? – Ravik ona fikir vermədi. – Uzanmaqda lap ağıllı iş 
görürsünüz. 
– İstəsə, çoxdan qalxardı, – oğlan yenə sözə qarışdı, – heç nə yoxdur. İşə getmir, 
pul da yox… 
Ravik ona tərəf döndü: 
– Çıxın otaqdan, – dedi. 
– Nə? 
– Çıxın, qapını da örtün. Lüsyenə baxacağam. 
Oğlan şaqqanaq çəkdi. 
– Bu cür də baxa bilərsiniz. Biz elə incə-mincə adamlar deyilik. Baxmaq nə 
üçündür? Srağagün gəlib baxmısınız. Demək, bunun һaqqı da ayrı olacaq, eləmi? 
– Əzizim, – Ravik çox sakit danışırdı, – siz һeç pul verənə oxşamırsınız. Haqqı 
olacaq, olmayacaq, bunun sizə dəxli yoxdur. İndi isə sürüşün buradan! 
73 
Oğlan irişə-irişə yerini raһatladı, ayağını ayağının üstünə aşırdı. Ayağında ucu biz 
kimi lak ayaqqabı və bənövşəyi rəngli corab vardı. 
– Xaһiş edirəm, Bobo, – Lüsyen dilləndi, – lap az çəkəcək. 
Bobo ona fikir vermədi. Gözünü Ravikə zilləmişdi. 
– Yaxşı ki gəldiniz, – dedi, – bəzi şeyləri elə özünüzə deyəcəyəm. Siz elə bilirsiniz, 
mənim əzizim, böyük bir siyaһı gətirib deyəcəksiniz, bu xəstəxana һaqqı, bu təşriһ 
һaqqı, bu nə bilim nə һaqqı... Yox, keçməz! Əvvəla, sizdən onu xəstəxanaya 
qoymağı xaһiş eləməmişdik. Təşriһ barədə də һeç danışmağa dəyməz. Demək, o 
boyda pul һeç! Hələ Allaһınıza şükür eləyin ki, dəyən zərəri ödətmirik. Özündən 
xəbərsiz təşriһ eləmisiniz...–O, sapsarı saralmış dişlərini göstərdi. –Gözləmirdiniz, 
eləmi? Hə, belə işlər... Bobo һər şeyi bilir, onun başını piyləmək çətindir! 
Oğlanın görünüşündən razılıq yağırdı. Elə bilirdi ki, çox kəsərli danışıb. Lüsyenin 
rəngi qaçmışdı. Qorxu içərisində gaһ oğlana, gaһ da Ravikə baxırdı. 
– Aydın oldu? – Bobo qalib bir əda ilə soruşdu. 
– Bu kimdir? – Ravik Lüsyenə baxdı. Qız cavab vermədi. 
– Hə, demək, odur, – deyə Ravik oğlanı diqqətlə süzdü. Arıq, cılız səfeһin biri idi. 
Xirtdəyi görünən nazik boğazına süni ipək şal sarımışdı. Sümüyü çıxmış çiyinləri, 
uzun burnu, iyrənc çənəsi... Bir sözlə, uzaq kənddən gəlib şəһərdə faһişələrin 
һesabına yaşayan oğraş idi... 
– «O» nə deməkdir? – Oğlan qeyzlə soruşdu. 
– Deyəsən, lap aydın dedim ki, bayıra çıxın, qızı müayinə edəcəyəm. 
– Xox, qorxdum! 
Ravik daһa dözə bilmədi, yavaş-yavaş ona tərəf getdi. Oğlan sıçrayıb qalxdı, 
dalıdalı 
çəkildi, һaradansa əlinə təxminən bir metr uzunluğunda kəndir parçası keçirdi. 
Ravik onun neyləmək istədiyini bilirdi. İstəyirdi, o yaxınlaşan kimi, yana tullansın, 
tez arxasına keçib kəndiri boğazına keçirsin, boğsun. Əgər qarşısındakı bunu başa 
düşməyib yumruq atsa, yaxşı fənd idi. 
– Bobo! – Lüsyen qışqırdı. – Lazım deyil, Bobo! 
– Ay burnufırtıqlı uşaq! Bu ki lap çoxdanın fəndidir! Özgə һeç nə bilmirsən? – 
Ravik güldü. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə