Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

– Yaxşı. – Ravik ünvanı sürücüyə dedi. 
Geri söykəndi, başını da söykənəcəyə qoydu. Əlləri hələ də Joanın əlinin üstündə 
idi. Hiss etdi ki, Joan onun danışmasını istəyir. Özü haqda, ya da ondan... Ancaq 
bacarmırdı. O özü çox şey danışmışdı. Fikirləşdi ki, heç bu qədər lazım deyildi... 
Maşın dayanan kimi Joan dilləndi: 
– Sən düşmə, özüm gedərəm. Daha qorxmuram, açarı ver. 
– Növbətçidədir. 
– Özüm alaram. Belə şeylərə öyrəşmək lazımdır. – O, gülləri götürdü. –Bir kişi ki 
məni yata-yata qoyub gedir, gözlənilmədən bir də qayıdır, demək, bəzi şeylərə 
öyrəşmək lazımdır. Elə indidən başlasam, yaxşıdır. 
– Mən də səninlə gedəcəyəm. Gəl hər şeyi də belə şişirtməyək. Onsuz da, yenə səni 
tək qoyub gedirəm, bu, bəs eləyir. 
Joan güldü və həmin anda elə cavan göründü ki! 
Ravik sürücüyə dedi: 
– Xahiş edirəm, bir az gözləyin. 
Sürücü gözlərini yavaş-yavaş yumdu: 
– Çox da gözləyərəm, – dedi. Onlar yuxarı çıxanda Joan dedi: 
– Açarı mənə ver. 
– Niyə? 
77 
– Mənə ver! 
O, qapını açdı, ancaq içəri girmədi. Otaq qaranlıq idi. Pəncərədən buludlarla 
gizlənpaç oynayan ay görünürdü. 
– Nə gözəldir! – Joan bu sözləri qaranlıqlara dedi. 
– Gözəldir? Bu daxmaya gözəl deyirsən? 
– Hə, gözəldir. Hər şey gözəldir. 
– Ola bilsin, hələ gözəldir, çünki qaranlıqdır. Ancaq... – Ravik əlini düyməyə 
uzatdı. 
– Dəymə! Özüm yandıraram. Sən gedə bilərsən. Ancaq sabah günortaya qalma. 
Joan yarıaçıq qapının ağzında dayanmışdı və pəncərədən süzülən gümüşü işıq 
üzünə, çiyinlərinə düşürdü. Çox müəmmalı, sevdalı görünürdü, adamı lap yerindən 
oynadırdı. Plaşı sürüşüb yerə, ayaqlarının altına düşmüşdü və qara rəngli köpüyə 
oxşayırdı. Özü isə qapıya söykənmişdi, dəhlizdən süzülən işıq bir qoluna 
dolanmışdı. 
– Get... Tez qayıt, – deyib qapını örtdü. 
Ketin hərarəti düşmüşdü. 
– Oyanmışdı? – deyə Ravik yuxulu tibb bacısından soruşdu. 
– Bəli, saat on birdə oyanmışdı. Sizi soruşdu. Dediklərinizin hamısını çatdırdım. 
– Bəs soruşmadı bu nə sarğıdır? 
– Soruşdu. Dedim ki, yarmalı oldular. Yüngül şeydir. Sabah özü deyər. 
– Vəssalam? 
– Bəli. Dedi ki, əgər belə lazım bilibsə, demək, hər şey qaydasındadır. Bu gecə 
gəlsəniz, sizə salam yetirim və deyim ki, sizə inanır. 
– Hə... belə... 
Ravik bir xeyli dayanıb tibb bacısının yana ayrılmış qara saçlarına baxdı və birdən 


soruşdu: 
– Neçə yaşınız var? 
Qız təəccüblə başını qaldırdı: 
– İyirmi üç. 
– İyirmi üç... Nə vaxtdan işləyirsiniz? 
– İki il yarımdır. Yanvarda iki il yarım tamam olacaq. 
– Bu sənətdən xoşunuz gəlir? 
Qızın alma kimi yumru yanaqlarına təbəssüm qondu: 
– Xoşuma gəlir, – dedi.–Əlbəttə, bəzi xəstələrlə çətin olur, ancaq əksəriyyəti 
yaxşıdır. Madam Brisso mənə dünən çox qəşəng bir don bağışlayıb. Keçən həftə də 
madam Lerner bir cüt lak ayaqqabı vermişdi. Yazıq getdi evdə öldü... – O, yenə 
gülümsədi. – Demək olar ki, özümə heç paltar almıram. həmişə nəsə verirlər. 
Xoşuma gələn şey olmayanda rəfiqəmin yanında dəyişirəm. Mağazada işləyir. 
Vəziyyətim çox yaxşıdır. Madam Heqstrem də çox əliaçıqdır, pul verir. Axırıncı 
dəfə yüz frank verdi. Onca günə... İndi nə qədər qalacaq, doktor? 
– Ço...o..x.. Bir neçə həftə. 
Qızın kefi lap duruldu. Onun aydın, qırış tanımayan qaşları dartıldı, hiss olundu ki, 
gəlirini hesablayır. Ravik yenə Ketə tərəf əyildi. O, sakit nəfəs alırdı. Yaranın iyi 
saçlarından gələn kəskin ətir qoxusuna qarışmışdı. Birdən-birə yaman yazıqlaşdı. 
Qız ona inanırdı. Ah,.bu inam! Doğram-doğram elədiyi, xərçəngin için-için yediyi 
78 
arıq bədən yenə gəlib gözləri önündə dayandı. Heç nə eləyə bilmədi, tez tikdi... 
İnama bax... 
– Gecəniz xeyrə qalsın... 
– Xeyrə qarşı, doktor.. 
Yumrusifət tibb bacısı küncdəki kresloya oturdu, üzü çarpayıya olan stolüstü 
lampanı o biri tərəfə çevirdi, ayaqlarının üstünə adyal salıb, şəkilli jurnalı götürdü. 
Detektiv hekayələr, müxtəlif filmlərdən kadrlar çap olunan ucuz bir jurnal idi. Qız 
yerini rahatlayıb, oxumağa başladı. Yanındakı balaca stolun üstünə bir qutu 
şokalad qoyulmuşdu. Ravik gördü ki, o gözünü qaldırmadan birini götürdü. 
«Bəzən adam adi şeyləri də başa düşə bilmir, – deyə ürəyindən keçirdi. – Eyni 
otaqda biri ölüm ayağındadır, o birininsə dünya vecinə deyil...» O, qapını örtdü. 
«Mən də elə deyiləmmi? İndi bu otaqdan çıxıb...» 
İçəri qaranlıq idi. Vanna otağının qapısı azacıq aralı qalmışdı, oradan işıq düşürdü. 
Ravik tərəddüd etdi: bəlkə, Joan vanna otağındadır? Sonra onun hənirtisini eşitdi. 
Heç nə deməyib, vanna otağına keçdi. Bilirdi ki, Joan içəridədir, yatmayıb, ançaq 
dinmir. Otaq birdən-birə sükutla, iztirabla, gərginliklə doldu. Sanki, səssiz-küysüz 
bir qasırğa qalxmışdı və onun yaratdığı dərin uçurumlardan ətrafa adamı bihuş 
eləyən, başgicəlləndirən lalə ətri çilənirdi. 
Vanna otağının qapısını bağladı. Lampaların gur işığı yenə hər şeyi ona 
doğmalaşdırdı. Şırnağın açarlarını burdu. Bu, mehmanxanada yeganə şırnaq idi, öz 
xərcinə düzəltdirmişdi. Bilirdi ki, burada olmayanda sahibə fransız qohum və 
tanışlarını gətirib, onu mehmanxananın fəxri kimi onlara göstərir. 
İsti su bədəninə çiləndi. Joan otaqda uzanıb, onu gözləyirdi. Dərisi zərif idi, saçları 
dalğa-dalğa olub yastığı qucaqlamışdı, gözləri də parıldayırdı. Hətta otağa qaranlıq 


çökəndə onun bu gözləri, elə bil, qışın xəstə üzlü ulduzlarının pəncərədən süzülən 
solğun işartısını yığıb-yığıb, təzədən otağı işıqlandırırdı. İndi isə uzanıb onu 
gözləyirdi, yumşalmışdı, dəyişmişdi, adamı yerindən oynadırdı, çünki bir saat 
bundan qabaqkı qadın deyildi, gözəlləşmişdi, cazibədar olmuşdu. Ancaq nədənsə, 
birdən-birə özündə ona qarşı laqeydlik hiss elədi. Çox qəribə hiss idi, elə onun 
özündə də güclü, qəfil bir maraq, istək vardı. Qeyri-ixtiyari yan-yörəsinə boylandı: 
əgər vanna otağı
__________
nın ikinci qapısı olsaydı, geyinib oradanca çıxardı, gedib 
bir şey 
içərdi. 
Qurulandı və bir xeyli nə edəcəyini bilmədi. Qəribə idi, hər şey lap heç nədən oldu. 
Kölgələr... heçlik... Bəlkə, Ketin yanına getdiyi üçün belə oldu? Yoxsa, Joanın 
bayaq taksidə dedikləri elədi? Çox tez başa gəldi. Özü də asanca... Bəlkə də, ona 
görə belə oldu ki, özü gözləmək əvəzinə onu gözləyirdilər... Üz-gözünü turşutdu, 
qapını açdı. 
– Ravik! – Qaranlıqdan Joanın səsi eşidildi. – Kalva..dos pəncərənin yanında, 
stolun üstündədir. 
Dayandı. Hiss elədi ki, çox gərginləşibmiş. Joan başqa söz desə, dözə bilməzmiş... 
Joan düz elədi. Gərkinlik azaldı, o, yavaş-yavaş özünü ələ aldı. 
– Şüşəni tapa bildin? – deyə soruşdu. 
– Nə çətin şey idi ki? Lap açıqda idi. Götürüb açdım. Açanı da sənin şeylərinin 
arasından tapdım. Bir qədəh də mənə ver. 
İki qədəh süzüb, birini ona verdi: 
79 
– Al! 
Şəffaf alma araqının iyini hiss etmək nə gözəl idi! Yaxşı ki, Joan lazım olan sözü 
tapıb demişdi! 
Joan başını geri söykəyib, araqı içdi. Saçı çiyinlərinə dağıldı və həmin anda, sanki, 
onu maraqlandıran yalnız içki idi. Ravik bu halı onda bir dəfə görmüşdü. O, bütün 
varlığını gördüyü işin ixtiyarına verirdi. Bunda gözəlliklə bərabər, nəsə gizli bir 
təhlükə də duydu: içəndə hər şeyi unudurdu, sevəndə məhəbbətə, inamı itəndə isə 
şübhəyə dönürdü. Onun unutması da dəhşət olardı. 
Joan qədəhi yerə qoyub, gözlənilmədən güldü. 
– Ravik, – dedi, – bilirəm, indi nə fikirləşirsən... 
– Doğrudan? 
– Hə... Sənə elə gəldi ki, az qala, evlisən. Mən də... kiminsə səni qapının ağzında 
qoyub getməsi elə böyük şey deyil... Üstəlik, əlində də bir dəstə qızılgül... Allaha 
şükür ki, kalvados var idi. Ona xəsislik eləmə. 
Ravik kalvados süzdü. 
– Sən çox böyük adam imişsən, – dedi. – Düz sözümdür. Açığı, vanna otağında 
olanda səndən xoşum gəlmirdi. İndi isə heyran qalmışam. Nuş olsun! 
– Nuş! 
Ravik arağını içib: 
– Bu, ikinci gecədir, – dedi, – bir az qorxulu olur. Naməhrəmliyin gözəlliyi keçib 
gedib, məhrəmliyinki isə hələ gəlib çıxmayıb. Gərək, möhkəm dayanaq. 
Joan qədəhi yerə qoydu: 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə