Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

Mən elədim. 
– Yalandır! – Buşe fısqırdı. – Yalandır! Həyasızların işinə bax! Özlərini allah 
yoluna qoyurlar, sonra da başqalarını qatırlar. Mən o həyasıza göstərərəm. Vəkilim 
özü bu işlə məşğul olar. Burada məni hamı tanıyır, vergilərimi vaxtlı-vaxtında 
verirəm. Görərik, bu sırtıq... küçə fahişəsi... 
Ravik heyrətlə ona tamaşa edirdi. Top kimi partlasa da, üzünün ifadəsi heç 
dəyişmədi, elə yaraşıqlı qaldı. Təkcə dodaqları büzülür, sözləri də güllə kimi 
yağdırırdı. 
– Qızın tələbi böyük deyil, – Ravik onun sözünü kəsdi. – Verdiyi pulu geri istəyir. 
Buşe güldü. 
– Pul? Geri istəyir? Nə vaxt almışam ondan bu pulu? Qəbzi var? 
– Əlbəttə, yoxdur. Siz qəbz vermirsiniz axı... 
– Ona görə ki, üzünü görməmişəm. Kim inanar ona? 
– İnanan tapılar. Şahidləri var... Doktor Veberin xəstəxanasında təşrih olunub. 
Müayinə hər şeyi aydın göstərdi. Protokol tərtib olunub. 
– İstəyir lap yüz protokol bağlansın! Harda yazılıb ki, mən ona əl vurmuşam? 
Xəstəxanaya, doktor Veberə bax! Adamı lap gülmək tutur. Belə ləçər gedib elə 
dəbdəbəli xəstəxanaya düşsün! Başqa zarafat tapmadınız? 
– Zarafat deyil. Qulaq asın: qız sizə üç yüz frank verib. Zərərin ödənməsi üçün iş 
qaldıra bilər... 
Qapı açıldı, qarayanız kişi içəri girdi. 
– Nə olub, Edelya? 
– Heç nə! Zərəri ödədər? Şikayət eləsə, özünü tutub basacaqlar. Birinci özünü... 
Mütləq elə olacaq... Çünki uşaq xaric elətdiyini boynuna almış olur... Hələ ondan 
sonra, gərək, sübut eləsin ki, mən idim. Onu da bacarmayacaq! 
Qarayanız kişi nəsə kəkələdi. 
83 
– Sakit ol, Roje! –Madam Buşe ona tərəf döndü. – Sən get. 
– Brüne gəlib. 
– Yaxşı... De ki, gözləsin. Görürsən... 
Kişi başını yırğalayıb çıxdı. Onunla bərabər içəri dolmuş konyak iyi də çəkildi. 
Ravik burnunu çəkdi. 
– Lap köhnə konyakdır, – dedi, – ən azı otuz, qırx ildən qalıb. Günün günorta çağı 
belə konyak içən xoşbəxt adamdır. 
Madam Buşe bir anlığa karıxıb gözlərini döydü. Sonra dodaqları asta-asta tərpəndi: 
– Elədir... İstəyirsiniz? 
– Niyə istəmirəm? 
Buşe köklüyünə yaraşmayan bir çəldliklə qapıya yönəldi. 
– Roje! 
Qarayanız kişi qapıda göründü. 
– Deyəsən, o gözəl konyakdan yenə vurmusan. Yalan danışma, iyindən bilirəm. 
Şüşəni gətir. Dedim ki, danışma, şüşəni gətir! 
Roje konyakı gətirdi. 
– Bir qədəh Brüneyə verdim. Məcbur elədi, birini də özüm içdim. 
Buşe ona heç nə demədi. Qapını bağlayıb, balaca şkafdan fiqurlu bir qədəh 


götürdü. Ravik ikrahla qədəhə baxdı. Üstündə qadın başı oyulmuşdu. Buşe konyak 
süzüb, qədəhi tovuz quşu çəkilmiş süfrənin üstünə, onun qabağına qoydu. 
– Siz ağıllı adama oxşayırsınız, müsyö, – dedi. 
Ravik dana bilməzdi: bu arvadda nəsə xoşa gələn bir şey vardı. Ancaq Lüsyenin 
dediyi kimi, poladdan deyildi,. ondan da betər, rezindən idi. Poladı sındırmaq olur, 
rezin isə... Əslində, zərərin ödənməsi məsələsində haqlıydı. 
– İşi yaxşı görməmisiniz, nəticəsi də pis olub, – dedi, – pulu qaytarmaq üçün elə bu 
kifayətdir. 
– Təşrihdən sonra xəstə öləndə siz pulu qaytarırsınız? 
– Xeyr. Ancaq elə olur ki, heç pul almırıq. Məsələn, Lüsyendən... 
Buşe onun üzünə baxdı: 
– Çox əcəb... Bəs bu nə hoqqadır çıxarır? Hələ sevinməlidir ki! 
Ravik qədəhi qaldırdı. 
– Madam, – dedi, – daha sözüm yoxdur. Sizinlə bacarmaq çətin imiş... 
Buşe şüşəni ehtiyatla stolun üstünə qoydu. 
– Müsyö, çox adam buna cəhd eləyib. Ancaq onların içində ən ağıllısı sizsiniz. Elə 
bilirsiniz, belə işdən xoşum gəlir, ya da qazancı çoxdur? O üç yüz frankın yüzü 
polisə gedir. Yoxsa, qoyarlar işləməyə? Odur, bax, biri gəlib qapını kəsdirib, 
haqqını istəyir. Gərək, hamısının ağzına bir şey atasan. Başqa cür ola bilməz... 
Bunu öz aramızda deyirəm: işi qurdalasanız, batıracağam. Polis özü ört-basdır 
eləyəcək. Buna tam əmin ola bilərsiniz. 
– Əminəm, əminəm... 
Buşe diqqətlə ona baxdı, istehza eləmədiyinə əmin olan kimi stul çəkib oturdu. Bu 
bədheybət bədəndə bədheybət bir güc var imiş: elə bil, stul yox, tük götürdü. 
Gələnin ağzını yummaq üçün saxladığı konyakdan bir qədəh də süzdü. 
– Əslində, üç yüz frank az pul deyil. Ancaq polisdən əlavə, bilirsiniz nə qədər dərdi 
var? Mənzil haqqı, özünüz şahidsiz ki, burada çox bahadır. Pal-paltar, alətlər, 
84 
həkimlərə baxmayın, mənə ikiqat bahasına başa gəlir... Sonra bunun müştəri 
gətirəni var, şeytanlayanı var... Gərək, hamını razı salasan. Təzə ildə, ad günündə 
vəzifəli şəxslərin özlərinə də, arvadlarına da içkidən, hədiyyədən aparasan. Özgə 
hansını deyim, müsyö?! Çox vaxt özümə heç nə qalmır. 
– Bunlara etirazım yoxdur. 
– Bəs nəyə var? 
– Lüsyenin başına gələnə. 
– Həkimlərin əlindən xata çıxmır? 
–Təsadüfi hallarda... 
– Müsyö! – Buşe dikəldi. – Mən insaflı adamam. Gələnə bu tərəfini də başa 
salıram. Ancaq heç biri qayıtmır. Yalvarıb-yaxarırlar, ağlayıb-sıtqayırlar, bilmirlər 
neyləsinlər. Eləməyəndə də, gedib özlərini öldürürlər. Burada nə oyunlar qalıb, 
çıxarmasınlar?! Ayaqlarıma döşənib yalvarıblar. O küncdəki balaca, pardaqları 
tökülmüş şkafı görürsünüz? Varlı-hallı bir qadın eləyib. Bilməyib neyləsin, özünü 
ona çırpıb. İndi mətbəxdəki on kirvəngə gavalı cemini o göndərib. İstəyirsiniz, 
göstərim. Pulunu vermişdi, bunu da elə-belə, minnətdarlıq əlaməti kimi göndərib. 
Sizə bir şeyi də deyim, müsyö, – Buşe səsini bir az da ucaltdı – istəyirsiniz mənə 


lap fırıldaqçı deyin, ancaq başqalarının gözündə mən xeyirxah adamam, lap 
məlakəyəm... 
O durdu, əynindəki kimono yelləndi. Qəfəsdəki bülbül bunu gözləyirmiş kimi 
oxumağa başladı. Ravik də qalxdı. Bu cür səhnələri çox görmüşdü. Ancaq onu da 
bilirdi ki, Buşe həqiqəti deyir. 
– Çox gözəl, – dedi, – mən gedirəm. Ancaq Lüsyen üçün xeyirxah adam deyilsiniz. 
– Kaş onu bura gələndə görəydiniz! İndi nə istəyir? Sağalıb, uşağı da yoxdur... 
İstədiyi bu deyildi? Hələ xəstəxanaya da pul verməyəcək... 
– Daha uşağı olmayacaq. 
Buşe bir anlığa tutuldu. 
– Lap yaxşı...–sonra biganəliklə dilləndi: – Getsin birini yesin, birini də itə 
tullasın... 
Ravik gördü ki, ondan bir şey çıxmayacaq. 
– Hələlik, Madam Buşe, – dedi, – sizinlə söhbət etmək çox maraqlı idi. 
Buşe ona bir az da yaxınlaşdı. Ravik əl vermək istəmirdi. Buşenin özü də heç o 
fikirdə deyildi. O, sakit, ancaq sirayətedici səslə sözə başladı: 
– Siz ağıllı adamsınız, müsyö. Tanıdığım həkimlərin çoxundan ağıllısınız. Heyif 
ki... siz...– dayandı, sınayıcı nəzərlərlə onu süzdü. – Bəzən elə hallar olur ki... 
bacarıqlı həkim lazım gəlir... 
Ravik dinmədi, gözlədi görsün daha nə deyəcək. 
– Ziyan eləməz... Həmişə yox... bəzi hallarda...– Quşlara şırvanan pişik kimi onun 
ağzı sulandı. – Hərdən yağlı müştərilər düşür. Söz yox ki, haqqını əvvəlcədən 
verir... Onda arxayınçılıq olar... Polis məsələsinə də söz ola bilməz. Mənə elə gəlir, 
müftə yerdən bir neçə yüz frank qazanmaq sizə ziyan eləməz...–əlini onun çiyninə 
qoydu. – Sizin kimi yaraşıqlı kişiyə lazım olar...– O bic-bic gülümsəyərək əlini 
şüşəyə uzatdı. – Hə, nə deyirsiniz? 
– Təşəkkür edirəm, – deyə Ravik şüşəni alıb yerinə qoydu. Çox əla konyak idi, onu 
tutmuşdu. Şüşənin üstünə fabrik etiketi vurulmamışdı. Demək, kiminsə şəxsi 
85 
zirzəmisindən idi. – Qaldı o biri məsələlərə, fikirləşərəm. Yenə gələcəyəm. Çox 
böyük məmnuniyyətlə istifadə etdiyiniz alətlərə baxardım. Lazım gəlsə, məsləhət 
də verərdim. 
– Gələn dəfə mən alətləri göstərərəm, siz də sənədlərinizi. Etibar etibara bağlıdır. 
– Siz, hər halda, mənə etibar elədiniz. 
– Zərrə qədər də! – Buşe gülümsədi. – Sadəcə olaraq, təklif elədim, istədiyim vaxt 
da imtina edə bilərəm. Nə qədər yaxşı danışsanız da, fransız olmadığınız bilinir. 
Heç görkəminiz də oxşamır. Yəqin, gəlməsiniz...– O, yenə irişdi, soyuq nəzərlərlə 
Raviki süzdü. – Sizə heç kim inanmazdı, deyərdilər ki, fransız diplomunu göstər. O 
da yoxunuzdur... Bayırda oturan polis işçisidir. İstəyirsiniz, məni satın. Ancaq 
eləməzsiniz! Təklifim barədə isə düşünün. Adınızı, ünvanınızı mənə verməzsiniz, 
elə deyilmi? 
– Xeyr! – Ravik bildi ki, uduzub. 
– Belə də düşünürdüm. – Buşe indi, doğrudan da, yeyib sinirə bilməyən bədheybət 
pişiyə oxşayırdı. – Hələlik, müsyö. Təklifim barədə düşünün. Mən çoxdan gəlmə 
bir həkimlə əlaqə yaratmaq istəyirdim... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə