Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

deyildin... Ancaq indi...» 
– Nuş olsun, – dedi. 
Joanın sifəti işıqlandı. Təbəssüm deyildi, eləcə işıqlanmışdı. 
– Çoxdan bu sözü eşitmirdim, – dedi, – nuş olsun! 
Arağını içib, qadını nəzərdən keçirdi. Çatma qaşlar, bir-birindən uzaq düşmüş 
gözlər, ağzı... Bunlar o vaxt nəzərə çarpmırdı, ancaq indi hamısı bir yerə yığışıb bu 
işıqlı, sirli-soraqlı sifəti yaratmışdı. Həmin sifətin sirri onun səmimiyyətində idi. 
Heç nəyi gizlətmirdi, heç nəyi də büruzə vermirdi. «Necə olub ki, mən bunu 
əvvəllər görməmişəm? – Ravik ürəyindən keçirdi. – Yəqin, onda belə deyilmiş. 
Onda orada qorxudan, həyəcandan başqa heç nə yox imiş...» 
66 
– Siqaretiniz var? – Joan soruşdu. 
– Əlcazair siqaretidir. Qara tənbəkidir, özü də çox acı... 
Xidmətçini çağırmaq istədi, ancaq Joan qoymadı. 
– O qədər də acı deyil. Bir dəfə vermisiniz. Yadınızdadırmı, «de Alma» 
körpüsündə... 
– Düz deyirsiniz... 
«Həm düz deyirsiniz, həm də yox... – Ravik ürəyindən keçirdi. – Sən onda 
perikdirilmiş, saralıb-solmuş bir vücud idin. Heç özün deyildin. Onda aramızda 
nəsə oldu və birdən elə yaddan çıxdı ki, elə bil, heç olmamışdı...» 
– Bura gəlmişdim, – dedi, – srağagün... 
– Bilirəm. Gördüm... 
O, Ket barədə heç nə soruşmadı. Sakitcə, heç nə olmamış kimi, bir küncə qısılıb 
siqaret çəkirdi və sanki, bütün fikri-zikri bu siqaretin yanında idi. Sonra yenə 
sakitcə, aram-aram içməyə başladı və sanki, yenə bütün fikri-zikri arağın yanında 
idi. Elə bil, nə iş görürdüsə, hətta ikinci dərəcəli də olsa, onu axıracan görürdü... 
«Onda tamam ümidsiz idi, – Ravik ürəyindən keçirdi. – İndisə onlardan əsərəlamət 
yoxdur». Joan birdən-birə elə doğmalaşdı, elə qayğısız göründü ki! Ravik 
bilmədi, bəlkə də, ona görə belə oldu ki, həmin anda heç bir dərdi-səri yox idi. 
Bircə onu hiss elədi ki, Joanın hənirtisi onu isitdi... 
Qrafin boşalmışdı. 
– Yenə içəkmi? – Ravik soruşdu. 
– Onda mənə içirtdiyiniz nə idi? 
– Nə vaxt? Burada? Deyəsən, burda hamısını qatıb-qarışdırdıq. 
– Xeyr, buradakını demirəm. Lap birinci gecə... 
Ravik fikrə getdi. 
– Yadıma gəlmir, – dedi, – konyak deyildi ki? 
– Xeyr, konyaka oxşayırdı, ancaq tamam ayrı şeydi. İstədim yenə içəm, ancaq tapa 
bilmədim. 
– Niyə? Yəni elə yaxşı idi? 
– Ona görə yox... Ömrümdə belə tünd şey içməmişdim. 
– Harada içdik onu? 
– «Zəfər tağı»nın yanındakı bistroda. Pilləkənlə aşağı düşdük... İçəridə də 
sürücülər, qızlar oturmuşdu. Xidmətçinin də qolunda çılpaq qadın şəkli 
döyülmüşdü... 


– Hə, indi bildim, kalvados olacaq. Normandiyanın alma arağıdır. Buradan 
soruşmusunuz? 
– Deyəsən, yox. 
Ravik işarə ilə xidmətçini çağırdı. 
– Kalvados var? 
– Təəssüf ki, yoxumuzdur. Burada istəyən olmur. 
– Əlbəttə, buralarda yaraşmaz! Kalvados olacaq. Heyif ki, dəqiq bilmirik. Ən asan 
yolu ora getməkdir. İndi isə olmaz... 
– Niyə olmur? 
– Burada işiniz yoxdur? 
– Xeyr, qurtarmışam. 
67 
– Lap yaxşı! Gedək? 
– Getdik! 
Ravik meyxananı o dəqiqə tapdı. Demək olar ki, boş idi. Qolunda çılpaq qadın 
şəkli döyülmüş xidmətçi gözünün ucu ilə onlara baxdı, gəlib stolu sildi. 
– Bir az inkişaf var, – Ravik dilləndi. – Onda silməmişdi. 
– Bu stolu yox... – Joan da dilləndi. – O birini silin. 
Ravik gülümsədi: 
– Möhvumata inanırsınız? 
– Hərdən... 
Xidmətçi yanlarında dayanmışdı: 
– Düz deyir, – dedi və qolunu oynadanda çılpaq qadın da tərpəndi. – Onda da 
burada oturmuşdunuz. 
– Yadınızdadır? 
– Bəs necə... 
– Siz bu yaddaşla, gərək, general olaydınız. 
– Mənim yadımdan heç nə çıxmır. 
– Bəs necə olub ki, hələ də yaşayırsınız? Onda nə içdiyimiz də yadınızdadır? 
– Kalvados! – Xidmətçi tərəddüd eləmədən cavab verdi. 
– Yaxşı, elə indi də ondan içəcəyik. – Ravik qadına tərəf döndü: – Görürsünüz, 
bəzi problemlər necə tez həll olunur? İndi görək həminki dadı verəcəkmi? 
Xidmətçi kalvadosu gətirdi. 
– Onda da belə iri qədəhlərdə içmişdiniz, – dedi. 
– Bura baxın, siz lap möcüzəsiniz ki! Bizim onda necə geyindiyimiz də 
yadınızdadır? 
– Plaş geymişdiniz. Xanımın başında beret də var idi. 
– Sizin yeriniz bura deyil! Gərək, varyetdə olaydınız. 
– Orada işləmişəm. – Xidmətçi təəccübləndi. – Sirkdə... Axı sizə demişdim. 
Yadınızdan çıxıb? 
– Bəli, bədbəxtlikdən elədir. 
– Bu cənab tez unudandır, – Joan dilləndi. – Siz yaddaş ustası olduğunuz kimi, o 
da unutmağın ustasıdır. 
Ravik başını qaldıranda baxışları toqquşdu. O gülümsədi. 
– Bəlkə də, heç elə deyil, – dedi. – İndi də kalvadosun dadına baxaq. Nuş olsun! 


– Nuş! 
Hələ də yanlarında dayanmış xidmətçi dilləndi: 
– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö. – Onun 
fikrincə söhbət hələ axıra çatmamışdı. 
– Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına 
döndərir. 
– Mənimkini döndərmir. Ötüb keçən şeydir, o niyə həyatı cəhənnəm əzabına 
döndərsin? 
Ravik başını qaldırdı: 
– Elə keçmiş olduğu üçün, qardaş. Siz artist olmaqla bərabər, həm də xoşbəxt 
adamsınız. – Joana tərəf döndü: – O kalvadosun dadını verir? 
– Ondan da yaxşıdır. 
68 
Ravik Joana baxdı. Yanaqları allandı. Bununla nə demək istədiyini başa düşürdü, 
ancaq belə açıq danışması əl-qolunu bağlayırdı. Joan isə özünü elə aparırdı ki, 
guya, bu işarənin Ravikə necə təsir etdiyini vecinə almır. Bu miskin meyxanada elə 
oturmuşdu ki, deyərdin, evindədir. Üstüaçıq elektrik lampalarının işığı yaman gur 
idi və bir-iki stol o tərəfdə oturmuş iki fahişəni lap nənələri yaşda göstərirdi. Ancaq 
onun Joana gücü çatmırdı. Bayaq restoranın alaqaranlığında gördüyü adam idi, heç 
dəyişməmişdi. O, cəsarətli, işıqlı sifəti olan adam idi, heç nə soruşmurdu, sakitcə 
oturub gözləyirdi. Fikirləşirdi ki, çox müəmmalı sifətdir, külək haradan əssə, o 
tərəfə dönür, tez dəyişir. Ona baxıb istədiyini fikirləşə bilərsən. Xalça-palaz, 
bəzək-düzək gözləyən bomboş evə bənzəyir. Hər cür şəraiti var, istəsən saray 
eləyərsən, istəsən də fahişəxana. Onu bəzəyən adamdan asılıdır... Bu ev ağzınacan 
dolu topdağıtmaz imarətlərdən, xaricən dəbdəbəli görünən evlərdən nə qədər fərqli 
idi! 
Gördü ki, onun qədəhi boşdur. 
– Ehtiyatlı olun, – dedi, – qədəhləri iridir. Yenə içmək istəyirsiniz? 
– Bəli. Əgər vaxtınız varsa... 
«Niyə vaxtım olmur?» – deyə ürəyindən keçirən Ravikin birdən yadına düşdü ki, 
Joan onu axırıncı dəfə Ketlə görüb. Onun üzünə baxdı, ancaq heç nə oxuya 
bilmədi. 
– Vaxtım var, – dedi, – Sabah doqquzda təşrih edəcəyəm, vəssalam. 
– Belə gecəyə qalanda çətin olmur? 
– Xeyr, bunun ona dəxli yoxdur. Adət eləmişəm. Özü də hər gün təşrih eləmirəm. 
Xidmətçi qədəhləri doldurdu. Şüşə ilə birlikdə stolun üstünə bir qutu da siqaret 
qoydu. Yaşıl «Loran» idi. 
– Onda da istəmişdiniz, elə deyilmi? – deyə özündən razı halda Ravikə baxdı. 
– Yadımda deyil. Siz bilən, düz olar. Daha nə desəniz inanıram. 
– Elədir! – Joan sözə qarışdı. – Yaşıl «Loran» idi... 
– Gördünüz?! Xanımın yaddaşı sizinkindən yaxşıdır, müsyö. 
– Bilmək olmaz. Ancaq siqaret qalsın, lazım olar. 
Ravik qutunu açıb Joana uzatdı. 
– Yenə həmin mehmanxanada qalırsınız? – deyə soruşdu. 
– Bəli. Ancaq ayrı otağa köçmüşəm. Böyükdür... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə