Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

  

 

49



«Həqiqət» məfhumu bu qədər amorf olduğundan, dünyada  tarix boyu bir belə filosoflar, 

fəlsəfi cərəyanlar, qollar, əllər,  ayaqlar, burunlar, qulaqlar yaranıb və hər biri də bu «milyon üzlü 

həqiqəti» özlərinin ən yaxın silahdaşı elan ediblər.  

Dünyada insanların  şüuruna uyğunlaşmayan yeganə  həqiqət var ki, o da «mütləq ilahi 

həqiqət»dir. Onun da belə  əlçatmaz olmasının səbəbi öz sifətinin yalnız bir tərəfini göstərməsi, 

ona yalnız bir rakursdan baxmağın mümkün olmasıdır. Yəni o biri, dünyavi həqiqətlərdən fərqli 

olaraq  «ilahi həqiqət»i  əlimizə götürüb ora-burasını  əlləşdirmək, hər dəlmə-deşiyinə burun 

soxmaq imkanımız olmadığına görə,  başqa rakursdan baxanda, onun həqiqət olmadığını sübut 

eləmək  də mümkün deyil.  

Məhz bu «ilahi həqiqət»ə münasibət baxımından da dünyanın ağıllı adamlarını iki qismə 

bölmək olar. Bir qism insanlar iddia edir ki, bu ilahi həqiqət də o birilərin tayıdır, nisbidir və əgər 

əlçatmaz olmasaydı, başqa rakurslardan baxmaq mümkün olsaydı, onun da min dənə eybi 

tapılardı, heç də «mütləq», «ilahi» olmadığı aşkara çıxardı, çünki dünyada, ümumiyyətlə, mütləq 

həqiqət yoxdur, heç ola da bilməz. Hər şey nisbidir.  

Bu düşüncə tərzi daha çox  müasir qərblilərə məxsusdur.  

İkinci qism ağıllı adamlar isə iddia edir ki, yox, elə deyil. Dünyavi həqiqətlər ilahi həqiqətin 

zərrələridir və ona görə  də nisbidirlər.  İlahi həqiqət isə    bu  zərrələrin vəhdəti olduğuna görə 

mütləqdir. Mütləq olduğuna görə  də, hətta  ələ keçirmək, hərtərəfli gözdən keçirmək mümkün 

olsa belə onun hər üzündə eyni həqiqəti görmüş olarıq.  Bu düşüncə  tərzi isə daha çox şərq 

millətlərinə xasdır. 

Mən yeniyetmə olanda diskotekalarda üzərinə çoxsaylı  xırda güzgü qırıntıları 

yapışdırılmış  plastmas kürələr olardı  və tavandan asılmış bu güzgülü kürələr asta-asta 

fırlandıqca öz üzərinə düşən  işığı çoxlu kiçik zərrələrə parçalayıb  ətrafa səpələyərdi, biz də bu 

romantik işıq zərrələrinin içində üzərək qızlarla rəqs eliyərdik, sir-sifətimizdə oynayan işıqlardan 

ləzzət alardıq. 

Obrazlı dillə desək, «Mütləq ilahi həqiqət» həmin o güzgülü kürəyə, onun ətrafa səpələdiyi 

işıq zərrələri isə dünyavi, nisbi həqiqətlərə bənzəyir.  

Biz insanların bədbəxtliyi də ondadır ki, hər birimiz öz nisbi həqiqətimizi mütləq kimi 

qəbul etmişik və bu səbəbdən də düşünmüşük ki, başqalarının həqiqət kimi təqdim etdikləri, 

əslində saxta imitasiyadan başqa bir şey deyil. Heç cür anlamaq istəməmişik ki, heç birimizdə  

mütləqlik yoxdur, hamımızın həqiqəti əslində həmin mütləqin zərrələri olan nisbi həqiqətlərdir. 

«Hamı günahkardır dünyada, amma  

Dünyada heç kimin günahı yoxdur.» – tezisi də, məncə, dediklərimi bir daha təsdiq edir.  

Bizim ailə üzvlərinin də, hərəsinin öz həqiqəti var idi, amma fərq ondaydı ki, bütün ailə 

üzvlərimiz hərdənbir də olsa dərk edirdilər ki, məhz nənəmin həqiqəti həmən mütləq həqiqətə 

daha yaxındır. Eyni fikri bakılı-qeyri bakılı konfliktlərinə də şamil etmək olar. Hər iki tərəf özünü 

haqlı,  əks tərəfi isə haqsız saysa da, əslində  hər ikisi haqlı, eyni zamanda da,  hər ikisi haqsız 

idilər.  

Son otuz-qırx ildə təzahür tapan bu konfliktləri düzgün araşdırmaqçün, məncə, bakılıların 

məhz iyirminci əsrdəki etnik tərkibinə nəzər salmaq lazımdır.  

Bir çox ucqar məkanlardan fərqli olaraq Bakı kimi mərkəzi  şəhərlərin  əhalisi  əsrlər boyu 

tərkib etibariylə fasilə vermədən dəyişikliklərə  məruz qalıb,  müxtəlif istiqamətlərdən  şəhərə 

insanlar axışıb, kimisi çörək pulu qazanmaqçün, kimisi təhsil almaqçün, kimisi də nöyütə yaxın 



  

 

50



olmaqçün. Və bu gələnlər də vaxt keçdikcə yerli camaata qaynayıb qarışıblar, Bakının spesifik 

aurasına düşüb bakılılaşıblar. Keçmişdə yerli və  gəlmələr arasında hansısa münaqişələrin 

olmasına dair dəqiq tarixi faktlar yoxdur, amma yəqin ki, yüngülvari narazılıqlar olub. Bu da təbii 

haldır. Məsəlçün, İçərişəhərdə yaşayan elitanın nümayəndələri Qala divarlarından kənarda, yəni 

Bayırşəhərdə məskunlaşmağa başlayan gəlmələrə, rişxəndlə «ayaqyalın bayırşəhərli» deyərdilər.  

Ölkəmizdə sovet hakimiyyəti bərqərar olduqdan sonra şəhərə axınların qarşısı demək olar 

ki, alındı. Kəndlilər müəyyən mənada torpağa təhkim olunduqlarından azad yerdəyişmə 

hüququndan məhrum edildilər, məcburi surətdə kolxozlara bağlandılar və ümumiyyətlə, sovet 

vətəndaşlarının böyük hissəsinin  əlindən bu hüquq alındı, evlər dövlətin sərəncamına keçdi. 

İnsanların çoxunun yaşadığı evi satıb harasa başqa yerə köçmək imkanı qalmadı. Əgər kimsə bir 

şəhərdən başqa  şəhərə, bir kənddən başqa kəndə köçmək niyyətinə düşürdüsə, bunun üçün o 

qədər dövlət instansiyalarını  gəzməli, o qədər məmurlardan icazələr almalıydı ki, bu müddət 

ərzində yerdəyişmə istəyi də ölürdü. 

Beləcə, ötən əsrin iyirminci illərindən başlayaraq növbəti qırx il ərzində Bakı əhalisi demək 

olar ki, heç bir dəyişikliyə məruz qalmamışdı. O illərin Bakı əhalisini milli-etnik baxımdan bu cür 

qruplaşdırmaq olar. Birinci: Bakının  ən qədim  əhalisi hesab olunan və  İçərişəhərdə yaşayan 

«Ağşalvarlılar» ( bu, demək olar ki, itib-getmiş  nəslin qəribə adının mahiyyətinə  gələcəkdə baş 

vurmağa səy göstərəcəyik).  İkincisi,  əslən Abşeron kəndlərindən olan ailələr. Üçüncüsü, Bakıda 

neft «bum»u zamanı ölkənin müxtəlif əyalətlərindən və cənubi Azərbaycandan bir tikə çörək pulu 

qazanmaq üçün Bakıya gələrək mədənlərdə  işləyənlər. Dördüncüsü isə, Bakıda məskunlaşan 

qeyri-millətlərin nümayəndələri, yəni ruslar, yəhudilər, ermənilər və s.  

Qeyd etdiyimiz kimi, sovet hakimiyyətinin ilk qırx ili zamanı Bakıya daha kütləvi insan 

axınları olmamışdı  və inqilabdan əvvəl  şəhərdə  məskunlaşan bu qrup insanlar da əvvəlki 

gəlmələr kimi bakılılaşmışdılar (bircə son qrupdan başqa. Burda yaşayan qeyri-millətlərin 

nümayəndələri nə qədər özlərini bakılı elan etsələr də, bizimkilər onları tam özünkü kimi qəbul 

etmirdilər).                     

 Amma  insafən heç kim öz əsli nəsəbini xatirindən çıxartmırdı, hamı kişi kimi boynuna 

alırdı ki, bizim babamız, tutalım, Maştağadan Bakıya köçüb, ya Ərdəbildən qaçıb gəlib və yaxud 

Həştərxandan bura sürgün olunub və etiraf edirdilər ki, əsl, təmiz bakılı onlar yox, məhz 

İçərişəhərdəki Ağşalvarlılardır, bu da təbii ki, əriyib getməkdə olan bu nəslin hörmətini  şəhər 

camaatı içində artırırdı (gərək o vaxt qırmızı kitaba salardıq Ağşalvarlıları, onda bəlkə indiyəcən 

bu nəslin daha çox nümayəndəsi qalardı). 

Bu baxımdan demək olar ki, yarım əsr müddətində Bakı əhli kompaktlaşmışdı, kənardan 

kütləvi axınla üzləşməmişdi və insanlar bu durğunluğa adət etmişdilər. Elə bilirdilər ki, həmişə 

belə olacaq. Eyni məhəllədə, eyni həyətdə, eyni qonşularla  ta qiyamətəcən yaşayacaq, xasiyyətinə 

öyrəşdiyi insanlarla həmişə bir yerdə olacaq və bu qapalı mühit heç vaxt dağılmayacaq.                                

Təxminən əlli il əvvəl Bakı tarixinin ortasından burğu ilə yekə bir deşik açdılar, «çuşka» sözünü 

bürməliyib soxdular ora, fitilin ucunu yandırdılar, Bakı tarixi də elə partladı ki, binayi-qədimdən 

bizimkilər belə partlayış görməmişdi.  

Lakin düz  demədim, bu ilk  partlayış elə də güclü deyildi, çünki bu  elə tipli dinamit idi ki, 

hissə-hissə partlayırdı, hərdən bir az. Onunçün də ilk partlayış o qədər dağıdıcı  təsirə malik 

deyildi, yəni Bakı tarixini tamamilə dağıda bilmədi, lakin təsirsiz də ötüşmədi. Üstünə xırda daş 

dəyən Jiquli padpresi kimi çat-çat olsa da, bütövlüyünü hələlik saxlaya bildi. Və bu «hələliy»in nə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə