9
22 aprel 1918: Müstəqil Zaqafqaziya Federativ Respublikası yaradıldı.
Transqafqazın müstəqil respublika elan edilməsi onun beynəlxalq münasibətlərin
subyekti olması yolunda mühüm addım idi.
22 aprel 1918: Ənvər paşa Azərbaycan nümayəndələrini
Trabzonda qəbul
etdi. Azərbaycan iki qardaş olan Azərbaycan və Osmanlı türklərinin gələcək
qarşılıqlı münasibəti barədə Türkiyənin siyasətini müəyyən edən Ənvər paşanın
fıkrini bilmək istəyirdi.
25 aprel 1918: Qars erməni və rus qüvvələrindən azad edildi.
25 aprel 1918: S.Şaumyan başda olmaqla Bakı Xalq
Komissarları Soveti
yaradılması ilə bolşeviklərin mart ayından başlayaraq hakimiyyət uğrunda
mübarizəsi uğurla həll olunub tamamlandı.
1 may 1918: Aprelin 21-də Bakı bolşevik təşkilatı və Bakı Sovetinin Quba
qəzasına göndərdiyi hərbi dəstələr aprelin 23-də sovet hakimiyyəti qurulduğunu
elan edərək Hərbi inqilab komitəsi yaratdılar. Mayın 1-də Azərbaycanlılara qarşı
quldur Hamazaspin və Korqanovun başçılıq etdiyi cəza dəstələri soyqırıma
başladılar. Qubada qətl-qarətlər 9 gün davam etdi. Təkcə soyqırımın 1-ci günü 713
nəfər müsəlman öldürülmüşdü. Hücumun 2-ci günü 1012 nəfər, ümumən 3 min
dinc sakin qəddarlıqla qətlə yetirilmişdi.
9 may 1918:Nuri paşa heyətiylə bərabər Təbrizə daxil olur.
11 may 1918: Batumda Osmanlı dövləti ilə Zaqafqaziya Seyminin
nümayəndələrinin iştirakı ilə (45 nəfərlik nümayəndə heyəti göndərilmişdi)
keçirilən konfrans başlandı.
12 may1918: Nuri paşa və heyəti mayın 12-də Təbrizdən hərəkət edərək
həmin ayın 20-də Araz çayına çatdı və heyət çayı sal ilə keçdi. Ermənilər
tərəfindən tez-tez hücumlar edilən Naxçıvan və Ordubad bölgələrində hərbi və
mülki quruculuq işləri görmək üçün minbaşı Xəlil bəyi məiyyətindəki zabitlərlə
həmin bölgəyə göndərdi.
14 may 1918: Azərbaycan nümayəndələri Batum konfransında Mavərayi
Qafqaz sülh heyəti başçısından Bakı Xalq Soveti qoşunlarının Gəncəyə doğru
hərəkətinin qarşısını almaq üçün türk qoşunlarının Mavərayi Qafqaz ərazilərinə
keçməsinə razılıq verməsini tələb etdilər.
14 may 1918: Bakı istiqamətində hərəkət edən ingilis qoşunlarına qarşı
mübarizə üçün türk qoşunlarının Qafqaza buraxılması haqqında Türkiyə təmsilçisi
Xəlil bəy nota təqdim etdi.
16 may 1918: “Vozrojdenie” qəzeti (16 may 1918) yazırdı ki,Vehib paşa
Mavərayi Qafqazı, о cümlədən xüsusən Azərbaycanı bürüyən anarxiyam nəzərdə
tutaraq demişdi ki, Bakını tutmaq və müsəlmanları xilas etmək üçün türk
ordusunun göndərilməsi zəruridir.
20 may 1918: Nuri paşanın bölüyü Azərbaycanın Zəngəzur bölgəsinə daxil
oldu və əhali tərəfindən sevinc və rəğbətlə qarşılandı.
10
22 may 1918: Q.Korqanovun Xalq Komissarları Sovetinə göndərdiyi həmin
tarixli məktubunda qeyd edilirdi ki, kommuna ordusunun sayı 18 mindir; onun 13
mini, əsasən də zabitlərinin isə demək olar ki, hamısı ermənidir. Orduya rəhbərlik
H.Avetisovun, N.Qazaryanın, Hamazasbın əlində idi.
24 may 1918: Nuri paşa Cəbrayıl-Ağdam-Tərtər xətti ilə Yevlaxa gəlmiş 24
mayda Yevlaxda böyük qarşılanma mərasimi olmuşdu.
25 may 1918: Mayın 24-ü axşamı Yevlaxdan yola düşən Nuri paşa mayın
25-də Gəncəyə daxil olur. Onun Gəncə əhalisi tərəfindən böyük ehtişamla
qarşılanmasını M.Ə.Rəsulzadə belə təsvir edirdi: О zaman müdhiş bir anarşiyə
məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuri paşanı
göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi”.
26 may 1918: Azərbaycanda baş vermiş mart hadisələri Türkiyəyə də gəlib
çatmışdı. Türkiyənin Batum konfransında sülh nümayəndə heyətinin başçısı Xəlil
bəyin Transqafqaz sülh heyətinin başçısına təqdim etdiyi (26.05.1918)
memorandumda deyilirdi: Bakı və ətrafında yüz minlərcə türk və müsəlmanlar
özlərinə inqilabçı deyən vicdansız quldurların qanlı pəncəsində inləyir... Bu
anarxiyanın Dövləti-Aliyeyi-Osmaniyyənin əhalisi ilə eyni irq və dinə mənsub bir
əhalinin asayişinə dəxi əlaqəsi vardır.
26 may 1918: Transqafqaz Seyminin sonuncu iclası keçirildi. Seymin
buraxılması ilə əlaqədar yaranmış böhranlı siyasi vəziyyəti müzakirə etmək üçün
sabahı gün Azərbaycan nümayəndələri iclas keçirməyi qərarlaşdırdılar.
27 may 1918: Tiflisdə Zaqafqaziya seyminin müsəlman fraksiyasının
fövqəladə iclasında Azərbaycan Milli Şurası - ümümxalq seçkisi yolu ilə seçilmiş
deputatlardan ibarət qanunvericilik səlahiyyətinə malik ali hakimiyyət orqanı olan
parlament yaradılmışdı. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri təsdiq
olunmuşdur.
27 may 1918: Rusiya bolşeviklərinin Bakı şöbəsinin orqanı olan “Bakinski
raboçi” qəzetinin həmin günkü sayında (№ 108 (224)) türk qoşunlarının Qarakilsə-
Ağstafa-Bakı şosesi ilə hərəkət etdiklərini, imzalanmış sazişə əsasən Qafqaz İslam
Ordusunun Bakı və Culfa dəmir yolu ilə sövq edilməsinə başlayacaqlarını xəbər
verirlər.
28 may 1918: 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası
Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Bu
sənəd Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, ilk
konstitusiya aktı olan bu əqdnamənin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq
Cümhuriyyəti şəklində qəbul olundu. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 may
1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-Millisi, sözün siyasi mənası
ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi
sadə coğrafi, etnoqrafi və linqvist bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm
olmuşdur.”