37
5 oktyabr 1918: Nuri paşa Qubaya gəldi. Xalq bayram günündə olduğu
kimi bəzənmiş şəhər küçələrinə çıxmışdı. Yollara xalça, atlas döşənmişdi. Qubada
xalqın xilaskar kimi qarşıladığı Nuri paşa öz nitqində 19 yaşdan 24 yaşa kimi
cavanları əsgəri xidmətə çağırdı.
6 oktyabr 1918: Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında döyüş
baş verdi. Ətrafdakı Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri
daxil olmaqla burada xeyli erməni qüvvəsi toplanmışdı. 1-ci Azərbaycan
diviziyasının sərəncamında olan topların sürəkli atəşindən sonra həmin qüvvələr
qaçıb dağıldılar.
6 oktyabr 1918: 1918-ci ilin sentyabrında Bakı Türkiyə və Azərbaycan
hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra
AXC Bakıya köçdü və oktyabrın 6-da Fətəli xan Xoyski 2-ci hökumətdə dəyişiklik
etdikdə Səhiyyə nazirliyi yaradıldı və Xudadad bəy Rəfibəyli Səhiyyə naziri təyin
olundu.
6 oktyabr 1918: Azərbaycan Cümhuriyyətinin Hərbiyyə Nəzarəti təşkil
edilmişdir. İlk dəfə bu vəzifəyə İsmayıl bəy Ziyadxan təsdiq olunmuşdu.
6 oktyabr 1918: Dərbənd azad edilmişdir. Əvvəlcə bir zirehli qatar, sonra
56-cı və 38-ci alaylar Dərbənd cəbhəsinə yeridilmişdi. Xaçmaz mühafizə dəstəsi də
15-ci piyada tüməninin sərəncamına verilmişdi. Oktyabrın 5-də 56-cı alayla
Dərbənddəki Biçeraxov qüvvələri arasında qanlı döyüş oldu. Ertəsi gün 38-ci
piyada alayı da döyüşə qoşuldu. Günortaya yaxın Dərbənd şəhəri bütünlüklə ələ
keçirildi.
6-7 oktyabr 1918: Ənvər paşa Şərq Orduları qrupu komandanlığına 6-7
ekim (oktyabr) tarixli əmrində “Görünüşdə Azərbaycan və Şimali Qafqazdakı
qüvvələrimizi çəkməyə məcbur olacağız. Belə bir halda Azərbaycan ilə Şimali
Qafqazın öz qüvvəsinə dayanması lazım gələcəkdir. Bundan dolayı Qafqazda
qalacaq qüvvələr Azərbaycan və Şimali Qafqaz qüvvələri olaraq qalmaq üçün
indidən
bu
qüvvələr
silahlandırılmalı
və
yeni
təşkilat
şəklində
qüvvətləndirilməlidir.
8 oktyabr 1918: Qafqaz İslam Ordusu hissələri Şuşaya daxil oldu.
Əsgəran keçidində ciddi məğlubiyyətə uğrayan düşmən artıq özünü göstərməməyə
çalışırdı. Təntənəli qarşılanma mərasimi Gövhər Ağa məscidində oldu. Şuşada
Qafqaz İslam Ordusunun hissələrinin rəsmi-keçidi təşkil edildi. Şəhərdə əhalinin
əmniyyəti və asayişini qorumaq məqsədilə postlar quruldu.
10 oktyabr 1918: Rusiya Xarici İşlər naziri Çiçerin yeni notasında
(10.10.1918.) türk hökumətindən Brest Litovskda müəyyən edilmiş yerlərədək
çəkilməyi, hücum vaxtı baş verən itkilərin əvəzini bütünlüklə ödəməyi tələb edirdi.
11 oktyabr 1918: Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 17
yaşına çatmış hər bir gəncin hərbi mükəlləfiyyətli hesab edilməsi barədə qanun
verildi.
38
13 oktyabr 1918: Şimali Qafqaz Cümhuriyyəti rəsmi elan edildi.
Mərasimdə Cümhuriyyətin başçısı Əbdulməcid Çermoyev, Nuri paşa və Yusif
İzzət paşa iştirak edirdilər.
13 oktyabr 1918: “İttihad və Tərəqqi” partiyası mənsublarından olan Tələt
paşa kabinəsi rəsmən istefa vermək məcburiyyətində qaldı. Beləliklə, Hərbiyyə
naziri olan Ənvər paşanın da vəzifəsi sona çatırdı.
18 oktyabr 1918: “Azərbaycan” qəzetinin 18.10.18 il sayında “Ə”
imzasıyla gedən “Nuri paşa həzrətləri şərəfinə böyük ziyafət” adlı məqalədə Bakı
şəhəri əhalisi tərəfindən Qafqaz İslam Ordusu komandanı Nuri paşanın şərəfinə
verilən vida ziyafətindən, baş nazir Fətəli xanın Azərbaycan türklərinin əsarət
zülmündən qurtulmasında tökülən Osmanlı türklərinin qanına işarə ilə dediyi “nə
bu qan, nə bu qan tökülən mübarək yerlər heç vaxt unudulmaz və xatirdən çıxmaz”
tarixi sözlərindən, habelə həmin axşam söylənilən çıxışlardan söz açılır.
21 oktyabr 1918: Şərq Orduları qrupu ilə birlikdə Qafqaz İslam Ordusu və
Şimali Qafqaz ordusunun ləğv edilməsi.
23 oktyabr 1918: Tələt paşa hökumətinin istefa etməsindən sonra yeni
hökumət quran Əhməd İzzət paşa Qafqaz İslam Ordusuna göndərdiyi 23 oktyabr
tarixli əmri ilə Qarabağ hərəkatının dayandırılmasını tələb etdi.
24 oktyabr 1918: Bakıda “Türk Ədəbiyyatı-lisanı və türk cərəyani-əfkari”
mövzusunda konfrans keçirilmişdir.
30 oktyabr 1918: B.Britaniya (admiral Kaltorn) və Türkiyə (Rauf Hikmət
və Sədulla bəy) nümayəndələri arasında İngiltərənin Mudros limanında (Ege
dənizi, Lemnos adası) dayanmış “Aqamemnon” krayserində sülh imzalanmışdı.
Mudros barışığının şərtləri türk ordusunun danışıqsız təslim olmasını, Türk
ordusunun İrandan, Kilikiyadan, Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan
və Dağıstandan çıxarılmasını nəzərdə tuturdu. Mudros barışığının 11-ci maddəsinə
əsasən, Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edildi.
1 noyabr 1918: Cümə günü Müsəlman Qafqaz Ordusunun baş komandanı
(indi sabiq) Nuri paşa kütləvi axtarışlar, qarətlər və müsəlmanlar arasında, xüsusən
də nəyə görəsə Bakı hadisələrində iştirak etməkdə günahkar bilinən qaçqın
bakılıların arasında həbslər aparan Avetisovun dəstəsinin biabırçı davranışı barədə
məlumatları türk komandanlığına çatdırmaq üçün Lənkəran cəmiyyəti tərəfindən
vəkil edilmiş deputat Teymur bəy Bayram Əli bəyi qəbul etmişdir. Teymur bəy
lənkəranlıların dözülməz dərdinə və müsibətlərinə, Avetisov dəstəsinin törətdiyi
başıpozuqluğa son qoymağa kömək göstərməyi xahiş etmişdir.
4 noyabr 1918: Hərbiyyə nazirliyinin 4.11.18 tarixli 113 №li əmrilə: l.
Şimali və Cənubi Qafqaz orduları mülqadır. 2.Azərbaycan Şimali Qafqaz və sair
İslam hökumətləri ərazisindəki əsgər və zabitlərdən arzu edənlər Osmanlı
hökuməti ilə heç bir münasibətdə bulunmamaqla həmin hökumətlərin
xidmətlərində qala bilərlər. 3.Bunlar ordudan tərxis olunurlar. Lakin zabitlər üç il
ərzində geri dönüb təkrar orduya xidmətə daxil ola bilərlər. 4.Bunlar qalacaqları
39
yerdə hökumətlə özləri müqavilə bağlamalıdırlar. 5.Zabitlər, kiçik zabitlər və
əsgərlər orada olduqları zaman ərzində Osmanlı təbəəsi ola bilməzlər. 6.Orada
qalacaq olan əsgər və zabitlər orduda xidmət edəcəklərini bir bəyannamə ilə ən
böyük rütbəli komandana bildirəcək, komandan həmin bəyannaməni Hərbiyyə
Nazirliyinə göndərəcəkdir. Azərbaycanda (eləcə də digər Qafqaz bölgələrində)
xidmət etməli olan Qafqaz İslam Ordusu əsgər və zabitlərin hüquqlan ifadə edilir.
6 noyabr 1918: Qafqaz İslam Ordusu hissələri oktyabrın 20-dən Petrovsk-
Port (indiki Mahaçqala) istiqamətində hərəkətə keçdilər. Biçeraxovun qüvvələri
geri çəkilərək, şəhərin darvazası rolunu oynayan Tərki dağında müdafiə mövqeyi
tutmuşdular. Oktyabrın 27-si Petrovsk-Port şəhəri cənub və qərb tərəfdən
mühasirəyə alındı. Dağıstanın azad olunması uğrunda döyüşlərdə albay Akif bəyin
komandanlıq etdiyi Azərbaycan alayı da iştirak edirdi. Noyabrın 5-də Tərki dağına
hücum başlandı. Biçeraxov qüvvələrinə 2 hərb gəmisi də yardım göstərirdi. Lakin
noyabrın 6-dakı hücuma davam gətirə bilməyən düşmən şəhəri tərk edib qaçdı.
Beləliklə, Petrovsk-Port şəhəri azad olundu.
8 noyabr 1918: Qafqaz İslam Ordusunun başlatdırdığı Qarabağ hərəkatı
sona çatmış, qısa bir zaman ərzində Şuşanın keçidi olan Əsgəran boğazı erməni
quldurlarından təmizlənmiş, Şuşa qalasında bulunan 20 min Azərbaycan türkü
Andronikin pəncəsindən qurtulmaqla gözlənilən soyqırımdan da xilas olmuşdu.
11 noyabr 1918: Feriq Yusif İzzət paşa Temirxan-Şurada yeni təşəkkül
etdiriləcək ordunun təşkilatına dair bir təlimatnamə hazırladı.
11 noyabr 1918: Mudros sülhündən sonra türk qüvvələri Naxçıvanı tərk
etməli oldu. Lakin onların dəstəyi ilə qurulan Araz Türk Cümhuriyyəti burada
erməni təcavüzünə imkan vermədi.
11 noyabr 1918: Kompyen meşəsində, marşal Foşun vaqonunda Almaniya
ilə barışıq imzalandı; Birinci Dünya müharibəsi başa çatdı.
12 noyabr 1918: Şimali Qafqaz Cümhuriyyəti ordusundan əskəri
mükəlləfiyyətlə əlaqədar olaraq Temirxan-Şurada (indi Buynaksk) 12 kasım günü
Qafqaz Cümhuriyyəti tabeliyində bulunan hər bir nəfərin hərbi mükəlləfiyyəti
olduğu və bu mükəlləfıyyətin on səkkiz yaşın tamam olduğu gün başlayıb qırx beş
yaşında sona çatacağı barədə əmr verildi.
16 noyabr 1918: Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə
başladı.
17 noyabr 1918: Tomson hərbi dəstələri Bakıya daxil oldu. Az sonra
Tomson elan etdi ki, Fətəli xanın başçılığı ilə yaradılmış Azərbaycan hökumətini
ölkə daxilində yeganə qanunu hakimiyyət orqanı hesab edir.
20 noyabr 1918: Şimali Qafqaz Ordusunun təşkili üçün hazırlıqlar davam
edərkən Hərbiyyə naziri və Ərkani hərbiyyə ümumiyyə rəisi Feriq Cevat imzasıyla
Şimali Qafqaz Ordu Komandanı Yusif İzzət paşaya aşağıdakı əmr çatdırıldı:
“Dövlətin siyasi vəziyyəti Azərbaycanda və Şimali Qafqazda bulunan qitaəti
Osmaniyyənin sürətlə məmaliki Osmaniyyəyə nəqillərini qətiyyətlə icab etdirir.
40
Əvvəlcə verilən əmr üzrə qitaətin nəqli məmləkətin varlığı adına lazımdır. Bu əmri
aldığınızı bir vasitə ilə Hərbiyyə nəzarətinə bildirməyinizi rica edirəm”.
24 noyabr 1918: Azərbaycan hökuməti ilə Qafqaz İslam Ordusu arasında
müqavilə imzalandı. Bu müqavilənin şərtinə görə Azərbaycan ordusunda xidmətə
girəcək türk əsgəri Azərbaycan hökumətinin təbəəsi olacaqdı. Azərbaycan
Hərbiyyə nazirliyi Şimali Qafqazda və Azərbaycanda qalıb xidmət etmək üçün
5887 saylı əmri verdi.
29 noyabr 1918: Şimali Qafqazdakı Osmanlı qoşun hissələrini daşıyan son
qatarlar Biləcəri stansiyasından keçir. Beləliklə Şimali Qafqaz ərazisi Qafqaz İslam
Ordusu tərəfindən tamamilə təxliyyə edilməkdədir.
29 noyabr 1918: Qafqaz İslam Ordusunun şərəfinə və onların yola
salınması münasibətilə Gəncədə ziyafət verildi. Ziyafətdə Əhməd Ağaoğlu, 15-ci
tümən komandanı Süleyman İzzət bəy və Nuri paşa nitq söyləmişdilər.
3 dekabr 1918: Şimali Qafqaz məntəqəsində bulunan Qafqaz İslam Ordusu
qüvvələrini aparan ən sonuncu qatarın Biləcəri stansiyasından keçdiyi bildirilir.
7 dekabr 1918: Azərbaycan parlamenti təntənəli bir şəraitdə açıldı. Fətəli
xan Xoyski hakimiyyəti parlamentə təhvil verdi.
12 dekabr 1918: Hərbiyyə naziri və Ərkani hərbiyyəi ümumiyyə rəisi Feriq
Cevat paşanın imzasıyla Gəncədə bulunan Yusif İzzət paşaya göndərilən teleqrafda
vəzifəsinə son verildiyi və İstanbula dönməsinin təmənni edildiyi bildirildi.
18 dekabr 1918: Tomson elan etdi ki, Fətəli xanın başçılığı ilə yaradılmış
Azərbaycan hökumətini ölkə daxilində yeganə qanunu hakimiyyət orqanı hesab
edir. Onu tanıdığını və onu tanıyacağını bəyan etdi. Özü ilə bərabər gətirdiyi
erməni əsgərlərini və Biçeraxov kazaklarını Bakıdan çıxardı.
13 yanvar 1918: Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Daxili İşlər
Nazirliyi təklifi üzrə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında
müvəqqəti general-qubernatorluq yaradılması haqqında qərar çıxardı. Bu vəzifəyə
yanvarın 19-da Xosrov paşa bəy Sultanov təyin olundu.
13 may 1918: “İttihad” qəzeti Nuri paşanın ingilislər tərəfindən həbsi ilə
bağlı olaraq Qarabəy Qarabəyovun etiraz dolu məqaləsini çap etdi: Biz Azərbaycan
müsəlmanları həyatı və xilası üçün Nuri paşaya borcluyuq. Azərbaycanı bolşevik-
daşnak birləşmələrindən təmizləmiş Nuri paşanın təhqir olunmasını yolverilməz
hesab edirik.
27 iyun 1919: Rus imperiyasını bərpa etməyə çalışan general Denikin
təhlükəsi qarşısında Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə aktı
imzalandı.
15 aprel 1920: Fətəli xan Xoyski rus sovet ordusunun Azərbaycan
sərhədinə yaxınlaşması səbəbiylə əlaqədar Rusiya Xarici İşlər komissarı Çiçerinə
nota göndərdi.
27 aprel 1920: İşğalçı Sovet qoşunları Azərbaycan Xalq Cümhuriyyətinin
ərazilərinə təcavüz edərək onun hüquqlarını kobudcasına pozdu. Müstəqil
41
Azərbaycan dövlətini ləğv edən Qırmızı Ordunun müdaxiləsi Sovet
tarixşünaslığında “inqilab” kimi xarakterizə edilirdi. Aprelin 27-də Azərbaycanın
sərhədlərini keçən 11-ci Qırmızı Ordu aprelin 28-də Bakını, ardınca bütün
Azərbaycanı işğal etdi.
26 may 1920: Rus Sovet işğalçılarına qarşı Gəncə üsyanı başlandı. Üsyana
zahirən səbəb Azərbaycan diviziyası zabitlərinin XI Qızıl Ordu qərargahından
göndərilmiş zabitlərlə əvəz olunması oldu. 31 mayda dönə-dönə arxadan
möhkəmləndirilən düşmən üsyanı yatırtdı. 13 min nəfərdən çox vətənpərvər şəhid
oldu.
29 may 1920: Aprel işğalından sonra Azərbaycanda sovet-bolşevik rejiminə
qarşı baş vermiş qüvvətli xalq üsyanlarından biri (29 may-13 iyun) Qarabağ xalq
üsyanı başlandı. Üsyanın rəhbəri və istiqamətverici qüvvələri AXC ordusunun
zabitləri və hərbi qulluqçuları idi. Qafqaz İslam Ordusunun keçmiş komandanı
Nuri paşa və polkovnik Zeynalov üsyana rəhbərlik edirdilər. İyunun 10-da Qırmızı
Ordu qüvvələri üsyançılara qarşı bütün cəbhə boyu hücuma keçdi. İyunun 13-də
Şuşa müdafiəçilərinin də müqaviməti qırıldı.
15 mart 1921: Türkiyə siyasi və dövlət xadimi, Osmanlı Dövləti baş naziri,
Azərbaycandan İstanbula yardım xahişlərilə gəlmiş nümayəndələri Ənvər paşa ilə
birlikdə qəbul edərək hərbi yardım göstərilməsi fikrini müdafiə etmiş,
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, Bakının Azərbaycanın paytaxtına
çevrilməsi yolunda coşqun fəaliyyət göstərən Tələt paşa mühacirətdə olduğu
Berlində Soqomon Tayleryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilmişdir.
4 avqust 1922: Böyük ictimai və siyasi xadim, Osmanlı Hərbiyyə naziri,
Azərbaycana yardıma göndərilmiş Qafqaz İslam Ordusunun əsas təşkilatçısı və
ilhamçısı Ənvər paşa indiki Tacikistan ərazisində Abi-Dərya çayı kənarında
bolşevik qüvvələrilə döyüşdə şəhid olmuşdur.
15 may 1945: Qafqaz İslam Ordusunun əsas tərkibini təşkil edən 5-ci
Qafqaz firqəsinin komandanı, Azərbaycanın xüsusən Bakının azad edilməsində
fövqəladə hünər göstərən Bakı Mürsəl paşa İstanbulda vəfat etmişdir.
2 mart 1949: Hərbi xidmətdən ayrılandan sonra İstanbulda hərbi təyinatlı
məhsullar istehsal edən Dəmir-tökmə fabriki açaraq burada silah-sursat istehsalı ilə
məşğul olan Nuri paşa fabrikdə naməlum səbəblər üzündən baş verən partlayışda
həlak olmuşdur.
42
MİNAXANIM TƏKLƏLİ
MEHMET RIHTIM
QAFQAZ İSLAM ORDUSUNUN
XRONOLOGİYASI
Texniki redaktor: Rauf Kərimov
Bədii redaktor: Elnur Əhmədov
Korrektor: Suğra Osmanova
Yığılmağa verilmişdir: 15.09.2008.
Çapa imzalanmışdır: 23.10.2008.
Nəşrin ölçüsü: 60x90 1/16.
Fiziki çap vərəqi: 6,5.
Sifariş: 196. Sayı: 500 ədəd.
Müqavilə qiyməti ilə.
NURLAR
Nəşriyat Poliqrafiya Mərkəzi
Bakı, Az1122, Zərdabi pr. 78 /
Tel: 4977021 Faks: 4971295 /
E-poçtu: office@nurprint.com
Dostları ilə paylaş: |