Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
267
Dövlət statistikasının məlumatlarına görə Rusiya fedrasiyasına 55,786 min ton, Gürcustana 2,821 min
ton, Ukraniyaya 2,483 min ton, Moldovaya 199,3 min ton, Belarus Respublikasına 120,3, Qazaxıstana
59ton,Türkmənistana 32 ton, İraqa 23, 3 ton kartof ixrac olunmuşdur. Lakin idxal olunan məhsulun miqdarı
ixrac olunan məhsulun miqdarını üstələyir. Belə ki, Azərbaycan Rusiyadan 43,176 min ton, Irandan 35,466
min ton, Pakistandan 8,352min ton, Almaniyadan 440ton, Hollandiyadan 388,9 ton, Ukraniyadan 181,5 ton,
Fransadan 0,6 ton. 2019-cu ildə Azərbaycan ümumilikdə 91,830 min ton kartof ixrac etmişdir və bu da
23,976 milyon dollar dəyarindədir.
Kartofun becərilməsini holland texnologiyasının əsasını aqrotexniki üsullar kompleksi təşkil edir.
Torpağın şumlanmasında fəal işçi orqanları olan frez alətlərindən istifadə edirlər, torpaq çox yumuşaq olur.
Alaqlar əleyhinə mütləq herbisidlər tətbiq edirlər. Həmişə texnoloji intizama riayət edirlər,yəni aqrotexnika
ilə nəzərdə tutulmuş bütün üsulları vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Holland texnologiyasının
fərqləndirici xüsusiyyətləri əkinlərə qulluq zamanı mexaniki işlənmələrin miqdarının
minimuma qədər
ixtisar edilməsədir .Əkin materialının keyfiyyəti holland texnologiyasında başlıca məqsəddir. Azərbaycanda
kartofəkənlər buna xüsusi diqqət yetirməlidirlər. Holland fermerləri yalnız virus infeksiyasından və digər
xəstəliklərdən sağlamlaşdırılmış, sertifikatlaşdırılmış (yüksək keyfiyyətli)məhsuldar sortların toxumluq
kartofunu əkirlər. O,standart normativlərinə cavab verməlidir:yumrular 30-50mm diametrində, sort təmizliyi
və çıxımı 100% olmalıdır. Bunlar məhsuldarlığın başlıca amilləridir. Onlar ikinci reproduksiyadan aşağı
kartof sortunu toxum məqsədlərindən ötrü istifadə etmirlər.
Kartofun basdırılma sıxlığının düzgün hesablanması və sonrakı şaxlarının sıxlığı
və hündürlüyünün
vəziyyətinin müəyyənləşdirilməsi çox mühümdür.Yaxşı standart toxum materialı əldə etməkdən ötrü
basdırmanı elə sıxlaşdırırlar ki, 1 m
2
-a 6 , 100m
2
-600 yumrubasdırırlar.
Torpağın əkindən qabaqki işlənməsi və bitkilərə qulluq həm kolun , həm də kök sisteminin xüsusən
vegetasiyanın birinci dövründə tez inkişaf etməsindən ötrü şərait yaratmalıdır. Buna yumruların mütləq
cücərdilməsi, yaxud qızdırılması, 4sm dərinliyə xırda basdırma, cücərtilər çıxanda
yüksək dibdoldurma və
23-25sm hündürlüyündə və əsasında eni 75sm olan şırımların (daraqların) formalaşdırılmasına kömək edir.
Hollandiya texnologiyasında şırım yaratdıqdan sonra cərgə arası torpağın işlənməsi nəzərdə
tutulmur.Lakin əgər alaqlar əleyhinə herbisidlər işlədilmirsə , onda bizim kartof əkinlərimizdə cərgə arası
yumşaltmasız və şırımsız keçinmək olmaz.Bu zaman toxalama cox ehtiyatla aparılmalıdır ki, bitkilərin kök
sistemi zədələnməsin və kök atmış şaxlar yerindən tərpədilməsin.
Cərgə arasının eni də böyük əhəmiyyət kəsb edir. Hollandiya fermerləri kartofu cərgə arası 75sm
olmaqla basdırırlar.Təəsüf ki, torpağa qənaət edilməsi səbəbindən bizim əkinlərdə dar (40-50sm)
cərgə
aralarına da rast gəlmək olur. Bu, yumşaq torpaq ilə dibdoldurmanı çətinləşdirir, inkişaf etməkdə olan köklər
kəsilir.Nəticədə bitkilər böyümədən və inkişafdan qalırlar.Holland kartof əkinlərində bütün bitkilərin 3-4 gün
ərzində məhv eləyən, fitoftoroz əleyhinə preparatlardan mütləq istifadə edilməlidir.
Kartof sahələrinin xəstəliyin inkişaf dərəcəsi nəzərə alınmaqla 5-6 dəfə və daha artıq ciddi ardıcıllıqla
preperatlarla işlənməsi aparılmalıdır.Təəssüf ki, gətirilmiş holland seleksiyalı kartof sortları fitoftoroza
davamlılıq
cəhətdən ümidləri doğrultmur,çünki ona gözlədiyi kimi immunitet əsasında yox, bitkilərin
çoxsaylı kimyəvi işlənməsi nəticəsində nail olunur.
Dostları ilə paylaş: