Ministry of education of azerbaijan republic sumgayit state university


DÜNYA ÖLKƏLƏRİNDƏ KARTOF İSTEHSALI VƏ SƏPİN TEXNOLOGİYALARI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə318/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   314   315   316   317   318   319   320   321   ...   579
magistr2021 3 2

DÜNYA ÖLKƏLƏRİNDƏ KARTOF İSTEHSALI VƏ SƏPİN TEXNOLOGİYALARI 
 
Xəlilova N.N. 
Azərbaycan Dövlət Aqrar Universitet
 
E-mail: 
xelilovanubar22@gmail.com"@gmail.com 
 
Tarixi məlumatlara əsasən kartof bitkisi Cənubi Amerikada 8 min il bundan əvvəl becərilmişdir. 
Azərbaycanda ilk dəfə 19-cu əsrin birinci yarısında Gədəbəyin Hacılılar kəndində bir pud (16 kq) toxumluq 
kartof gətirilmiş və sonralar kartof ölkəmizin başqa regionlarına yayılmışdır.Taxıldan sonra ikinci mühüm 
ərzaq sayılan kartof yumrularının tərkibində nişasta, sulu karbonlar, qlükoza, saxaroza, fruktoza, pektin 
birləşmələri, protein, küll elementləri və D, E, K, A, B6 vitaminləri də vardır.Ərzaq kartofunun 100 qramı 
94 kaloriyə malikdir. Kartofun tərkibində 30-dan artıq makro və mikro elementlər mövcuddur ki, bu da 
qidalanma zamanı xüsusilə vacibdir. Ölkəmizdə adambaşına kartofun fizioloji qida norması ildə 50 kq-
dır.Yüksək aqrotexniki şəraitdə və intensiv sortlardan istifadə etməklə hər hektara 50-60 ton kartof məhsulu 
almaq mümkündür. 
2019-сu ildə Azərbaycandan dünyanın 8 ölkəsinə kartof ixrac olunmuşdur.


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
267 
Dövlət statistikasının məlumatlarına görə Rusiya fedrasiyasına 55,786 min ton, Gürcustana 2,821 min 
ton, Ukraniyaya 2,483 min ton, Moldovaya 199,3 min ton, Belarus Respublikasına 120,3, Qazaxıstana 
59ton,Türkmənistana 32 ton, İraqa 23, 3 ton kartof ixrac olunmuşdur. Lakin idxal olunan məhsulun miqdarı 
ixrac olunan məhsulun miqdarını üstələyir. Belə ki, Azərbaycan Rusiyadan 43,176 min ton, Irandan 35,466 
min ton, Pakistandan 8,352min ton, Almaniyadan 440ton, Hollandiyadan 388,9 ton, Ukraniyadan 181,5 ton, 
Fransadan 0,6 ton. 2019-cu ildə Azərbaycan ümumilikdə 91,830 min ton kartof ixrac etmişdir və bu da 
23,976 milyon dollar dəyarindədir.
Kartofun becərilməsini holland texnologiyasının əsasını aqrotexniki üsullar kompleksi təşkil edir. 
Torpağın şumlanmasında fəal işçi orqanları olan frez alətlərindən istifadə edirlər, torpaq çox yumuşaq olur. 
Alaqlar əleyhinə mütləq herbisidlər tətbiq edirlər. Həmişə texnoloji intizama riayət edirlər,yəni aqrotexnika 
ilə nəzərdə tutulmuş bütün üsulları vaxtında və keyfiyyətlə yerinə yetirirlər. Holland texnologiyasının 
fərqləndirici xüsusiyyətləri əkinlərə qulluq zamanı mexaniki işlənmələrin miqdarının minimuma qədər 
ixtisar edilməsədir .Əkin materialının keyfiyyəti holland texnologiyasında başlıca məqsəddir. Azərbaycanda 
kartofəkənlər buna xüsusi diqqət yetirməlidirlər. Holland fermerləri yalnız virus infeksiyasından və digər 
xəstəliklərdən sağlamlaşdırılmış, sertifikatlaşdırılmış (yüksək keyfiyyətli)məhsuldar sortların toxumluq 
kartofunu əkirlər. O,standart normativlərinə cavab verməlidir:yumrular 30-50mm diametrində, sort təmizliyi 
və çıxımı 100% olmalıdır. Bunlar məhsuldarlığın başlıca amilləridir. Onlar ikinci reproduksiyadan aşağı 
kartof sortunu toxum məqsədlərindən ötrü istifadə etmirlər. 
Kartofun basdırılma sıxlığının düzgün hesablanması və sonrakı şaxlarının sıxlığı və hündürlüyünün 
vəziyyətinin müəyyənləşdirilməsi çox mühümdür.Yaxşı standart toxum materialı əldə etməkdən ötrü
basdırmanı elə sıxlaşdırırlar ki, 1 m
2
-a 6 , 100m
2
-600 yumrubasdırırlar. 
Torpağın əkindən qabaqki işlənməsi və bitkilərə qulluq həm kolun , həm də kök sisteminin xüsusən 
vegetasiyanın birinci dövründə tez inkişaf etməsindən ötrü şərait yaratmalıdır. Buna yumruların mütləq 
cücərdilməsi, yaxud qızdırılması, 4sm dərinliyə xırda basdırma, cücərtilər çıxanda yüksək dibdoldurma və 
23-25sm hündürlüyündə və əsasında eni 75sm olan şırımların (daraqların) formalaşdırılmasına kömək edir. 
Hollandiya texnologiyasında şırım yaratdıqdan sonra cərgə arası torpağın işlənməsi nəzərdə 
tutulmur.Lakin əgər alaqlar əleyhinə herbisidlər işlədilmirsə , onda bizim kartof əkinlərimizdə cərgə arası 
yumşaltmasız və şırımsız keçinmək olmaz.Bu zaman toxalama cox ehtiyatla aparılmalıdır ki, bitkilərin kök 
sistemi zədələnməsin və kök atmış şaxlar yerindən tərpədilməsin. 
Cərgə arasının eni də böyük əhəmiyyət kəsb edir. Hollandiya fermerləri kartofu cərgə arası 75sm 
olmaqla basdırırlar.Təəsüf ki, torpağa qənaət edilməsi səbəbindən bizim əkinlərdə dar (40-50sm) cərgə 
aralarına da rast gəlmək olur. Bu, yumşaq torpaq ilə dibdoldurmanı çətinləşdirir, inkişaf etməkdə olan köklər 
kəsilir.Nəticədə bitkilər böyümədən və inkişafdan qalırlar.Holland kartof əkinlərində bütün bitkilərin 3-4 gün 
ərzində məhv eləyən, fitoftoroz əleyhinə preparatlardan mütləq istifadə edilməlidir. 
Kartof sahələrinin xəstəliyin inkişaf dərəcəsi nəzərə alınmaqla 5-6 dəfə və daha artıq ciddi ardıcıllıqla 
preperatlarla işlənməsi aparılmalıdır.Təəssüf ki, gətirilmiş holland seleksiyalı kartof sortları fitoftoroza 
davamlılıq cəhətdən ümidləri doğrultmur,çünki ona gözlədiyi kimi immunitet əsasında yox, bitkilərin 
çoxsaylı kimyəvi işlənməsi nəticəsində nail olunur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə