Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə314/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   310   311   312   313   314   315   316   317   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
263 
karbohidratları ayırmaq üçün çöküntünü 250ml su ilə yuyuruq. Yuduqdan sonra kolbanın dibində və filtrdə 
qalan maddələri 500 ml-lik konusvarı kolbaya keçirmişik. Sonra alınmış məhlulun üzərinə 25ml HCl əlavə 
etmişik. 
İlkin analiz aparılması üçün nümunə kələm təvəzlərinin Ağbaş kələm sortundan götürülmüşdür. 
Tərəfimizdən tədqiqat işinin analizi 3 paralel istiqamətdə aparılaraq aşağıdakı nəticələrə nail olunmuşdur: I 
- mərhələ Ağbaş kələmində nişastanın miqdarı – 0,40%; II – mərhələdə nişastanın miqdarı – 0,38%; III – 
mərhələdə nişastanın miqdarı – 0,38%; 
Beləliklə, Ağbaş kələmi üzərində 3 paralel mərhələdə aparılan qiymətləndirmənin nəticəsində məlum 
oldu ki, bu kələm növündə nişastanın miqdarı orta hesabla 0,38% olmuşdur.
Sonra analiz üçün nümunə kələm tərəvəzlərinin digər bir sortu olan Gül kələmindən götürülmüşdür.
Analiz 3 paralel mərhələdə aparılaraq aşağıdakı nəticələrə nail olunmuşdur: I - mərhələ bu kələmdə 
nişastanın miqdarı – 0,42%; II – mərhələdə nişastanın miqdarı – 0,41%; III – mərhələdə nişastanın miqdarı 
– 0,40%; 
Beləliklə, Gül kələminin üzərində 3 paralel mərhələdə aparılan qiymətləndirmənin nəticəsindən 
məlum oldu ki, kələmin bu sortunda nişastanın orta hesabla miqdarı – 0,41% olmuşdur. 
KƏLƏM TƏRƏVƏZLƏRİNİN KEYFİYYƏTİNİN FORMALAŞMASINA ONUN BECƏRİLMƏ
VƏ SAXLANMA ŞƏRAİTİNİN TƏSİRİNİN TƏDQİQİ 
 
Talıblı M.X. 
Azərbaycan Dövlət İqtisad Universiteti
E-mail: 
mehribantalibli1@gmail.ru 
 
Tərəvəz bitkilərinin, o cümlədən kələm tərəvəzlərinin tərkibində digər qida məhsullarında olmayan və 
ya çox az miqdarda təsadüf edilən karbohidratlar, zülallar, az miqdarda yağlar, müxtəlif duzlar, üzvü 
turşular, fermentlər, sellüloza və insan orqanizmi üçün zəruri olan vitaminlər (A, B, C, B
2
, PP) vardır.
Hazırda tərəvəz bitkilərinin arasında kələm tərəvəzləri xüsusi kəmiyyət kəsb edir. Kələm tərəvəzlərinə 
qarşı təlabatın yüksək olması onların kimyəvi tərkib və qidalılıq dəyərliyi ilə əlaqədardır.
Kələm tərəvəzlərinin keyfiyyətinin formalaşmasına bir sıra amillər təsir edir ki, məhz bu amillər 
arasında kələm tərəvəzlərin becərilmə də saxlanma şəraitidir. 
Açıq torpaqlarda becərilən tərəvəz bitkiləri içərisində ağbaş kələmi ən böyük sahə tutur. Ağbaş kələmi 
insanın qidalanmasında və yeyinti sənayesində ən böyük əhəmiyyətə malikdir. O, yeməkdə həm təzə, həm də 
turşuya qoyulmuş halda istifadə olunur. Həmçinin C vitamini və karbohidratlarla zəngindir. 
Gül kələm istifadə olunma dərəcəsinə görə ikinci yerdə durur. Digər kələmlər az istifadə olunur. Gül 
kələmi inkişaf etməmiş və şəkilini dəyişmiş zoğları ilə birlikdə çiçək qrupu – ağ başcıqlar almaq məqsədilə 
becərilir.
Kələmlərin hamısı soyuğa davamlıdır, onların toxumları +3° C temperaturda cücərir, lakin 18-20°C-də 
daha tez cücərir.
Qırmızıbaş və Gül kələmin yaşıl bitkiləri - Z°C-ə qədər şaxtaya davam gətirə bilir. 
Kələm üçün optimal (orta) temperatur 14-18°C-dir. Kələmlərin hamısı nəmliyə tələbkardır. Havanın 
nisbi rütubətliliyi 60-80% olduqda onların inkişafı daha yaxşı gedir. Kələm təkcə böyük yarpaq səthinə malik 
olduğuna görə deyil, həm də ağızcıqların yarpağın hər iki tərəfində yerləşdiyindən, həmçinin də gecə və 
gündüz açıq olduğundan çoxlu miqdarda su buxarlandırır.
Kələm bitkiləri işığa tələbkardır, gölkələnmiş yerlərdə pis inkişaf edir. Növbəli əkində xiyar, soğan, 
paxlalılar kələm üçün ən yaxşı sələf bitkilərdir. Faraş kələm ikinci bitki kimi, adətən xiyarda sonra təzə 
kübrələnmiş sahələrdə yaxşı inkişaf edir.
Kələm bitkiləri qida elementlərilə zəngin yüngül killicə torpaqlarda daha yaxşı böyüyür. Azotun 
artıqlığı gül kələmində başcıqların keyfiyyətini pisləşdirir. Turş torpaqlarda kələm yer xəstəliyinə tutulur.
Torpağı becərməyə üzləmədən başlayır, bunun ardınca ön kotancıqlı kotanlarla dərin dondurma şum 
aparılır. Kələmi geç yığılan bitkilərdən sonar yerləşdirdikdə dondurma şum aparmaq lazımdır. 
Kələm bitkisinə qulluq suvarmadan, torpağın yumşaldılmasından, dib doldurandan, bitkiləri əlavə 
gübrələmədən və alaqlara, ziyanvericilərə, xəstəliklərə qarşı mübarizədən ibarətdir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə