Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə315/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   311   312   313   314   315   316   317   318   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
264 
Ağbaş kələmin faraş sortlarında 1 hektardan məhsul 400 S-ə qədər, orta və gec yetişənlərdə 600 S-ə 
qədər və daha çox, gül kələmdə 120 S-ə qədər olur. Kələm tərəvəzlərinin keyfiyyətini formalaşmasına təsir 
edən amillərdən biri də onun saxlanma şəraitidir.
Kələm tərəvəzlərinin saxlanması üçün əlverişli temperatur şəraiti -1°C-dir. Bu temperatur kələm 
tərəvəzlərinin boşlarının zədələnməsinin qarşısını almaqla yanaşı, onları fitopatogen mikroorqanizmlərin 
fəaliyyəti nəticəsində əmələ xəstəliklərdən qoruyur. Bu temperatur ərzaq məqsədilə saxlanılan kələm 
tərəvəzləri üçün ən əlverişli şərait hesab olunur. 
Lakin qeyd etmək lazımdır ki, bəzən kələm tərəvəzlərini -1,5°S-dən aşağı temperaturda kələmi uzun 
müddət saxlanılması yol verilməzdir. Çünki belə şəraitdə kələm tərəvəzləri saxlanılarsa, bu zaman onların 
iylənməsinə səbəb olacaqdır. Həmçinin kələm tərəvəzlərini 0°S-dən yuxarı saxlanılması da məqsədə uyğun 
deyildir. Çünki bu zaman kələm tərəvəzlərində boz kif xəstəliyinin yaranması üçün əlverişli şərait yaranır.
Beləliklə, kələm tərəvəzləri soyuğa davamlı bitki olub, onun saxlanması üçün əlverişli şərait -1°C 
temperatur və nisbi rütubət isə 90-95%-dir. 
QLÜKOZA – 6 – FOSFAT DEHİDROGENAZA ENZİM DEFİSİTİ OLAN 
YENİDOĞULMUŞLARDA XƏSTƏLİYİN MOLEKULYAR – GENETİK TƏDQİQİ 
 
Quliyeva E.K. 
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu 
E-mail: kquliyevaelvira@gmail.com 
 
Sarılıq xəstəliyi Azərbaycan Respublikası üçün olduqca aktualdır. Xəstəliyin yaranma səbəbinə və 
gedişinə görə xəstəliyin üç tipi ayırd edilir. Bunlar hemolitik, mexaniki və parenximoz sarılıqdır. Xəstəliyin 
əsas göstəricisi bilirubinin qanda kəskin artmasıdır. Adətən qanda bilirubinin miqdarı 34,2 mkmol/l–dən 
artıq olduqda dəri örtükləri və selikli qişalar saralır. Məlumdur ki, sərbəst bilirubin toksiki maddədir və onun 
qanda artması zamanı hepotositlərin funksiyasının pozulması müşahidə edilir.
Yenidoğulmuşların sarılığı, adətən, doğuşdan sonrakı 2-3-cü günlərdə sarılıq üzə çıxır və müalicə 
üçün qan dəyişmə edilməsinə səbəb ola bilər. Hətta müalicə olunmazsa kernikterusa yol aça biləcək qədər 
ağır dərəcədə sarılığa rast gəlinə bilər.
Sarılıq zamanı adətən anemiya görülmür və ya yüngül dərəcəli olur. Hemoliz, dərmanlar və ya naftalin 
kimi oksidant agentlərə məruz qalındıqda daha aydın müşahidə olunabilir. Hiperbilirubinemiya səbəbinin 
qaraciyər mənşəli olduğu düşünülməkdədir. 
Hemolitik sarılıq zamanı sidikdə bilirubinə rast gəlinmir. Sarılığın bu növü hemolizlə əlaqədar 
olduğuna görə hemolitik sarılıq adlanır. Belə hallarda qan serumunda sərbəst bilirubinin miqdarı artır, 
bilirubinin sərbəst forması serum albumini ilə kompleks şəklində olduğundan böyrək yumaqcıqlarından 
filtrasiya edilmir və buna görə də sidiyin tərkibinə keçə bilmir. Yəni hemolitik sarılıq hiperbilirubinemiya ilə 
müşahidə edilsə də, bilirubinuriya törətmir. Lakin bu zaman ödün tərkibində sekresiya edilən bilirubinin və 
buna müvafiq olaraq, nəcisdə və sidikdə sterkobilinogenin miqdarı artır. Hemolitik sarılıq üçün qanda sərbəst 
bilirubinin və sidikdə urobilinogenin artması xarakterikdir.
Eritrositlərin hemolizi ilə əlaqəli hiperbilirubinemiyanın, yəni hemolitik sarılığın səbəbləri müxtəlif 
ola bilər. Hemolitik sarılığın səbəbləri sırasında, eritrositlərin membranının struktur və ferment anomiliyası 
(Minkovski-Şoffar mikrosferositar anemiyası, qlükoza-6-fosfatdehidrogenaza fermentinin (Q6FD) defisiti), 
eritrositar antigenlərə görə ana və uşağın qan uyğunsuzluğu–yenidoğulmuşların hemolitik xəstəliyi
hemoqlobinin quruluşunun və sintezinin qüsuru (alfa və beta talessemiya), dərman preparatlarının toksiki 
təsiri, törədiciləri və toksinləri hemolizedici xüsusiyyətə malik olan infeksion xəstəliklər göstərilə bilər.
Yenidoğulmuşların hemolitik xəstəliyi üç əsas formada aşkar olunur. Bunlar sarılıqlı, anemik və 
ödemli formalardır. Sarılıqlı forma izoantitellərin müəyyən miqdarda yetkin dölə təsiri nəticəsində inkişaf 
edir. Xəstəliyin ilkin diaqnozu qanda Q6FD fermentinin defisitinin aşkarlanmasıdır.
Qlükoza-6-fosfat dehidrogenaza enzim defisiti ən çox rast gəlinən eritrositar enzim defisitidir və X 
ilişikli ressesiv irsilik göstərir. Görülmə tezliyi Ağ dəniz ölkələri, Afrika və Çində çox olmaqla birlikdə 
bütün etnik qruplarda öyrənilmişdir. 
Azərbaycan Respublikasının Oğuz və Masallı rayonlarında aparılan tədqiqatlar zamanı Q6FD 
fermentinin defisiti olan xəstələrdə dünya ədəbiyyatında şərh edilməmiş üç yeni forması aşkarlanmışdır.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə