Ministry of education of azerbaijan republic sumgayit state university


NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINA DAXİL OLAN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə312/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   308   309   310   311   312   313   314   315   ...   579
magistr2021 3 2

NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINA DAXİL OLAN
VERBASCUM L. CİNSİNİN NADİR NÖVLƏRİ 
 
Talıblı M.İ. 
Naxçıvan Dövlət Universiteti 
E-mail: mesme.talibli1997@gmail.com 
 
Təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik, bütün yaşayış mühitlərində canlı 
orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə 
törədən mənfi amillərin sayı artmışdır, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir 
çox bitki cinsləri və növləri məhv olmuş və ya onların sayı kəskin dərəcədə azalmış və nəsli kəsilmək 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
261 
təhlükəsi altında qalmışdır. Naxçıvan Muxtar Respublikası florasında Sığırquyruğu (keçiqulağı) cinsinin bəzi 
növlərin populyasiyaları azaldığından ərazi florasının “Qırmızı Kitab”ına daxil edilmişdir.
Sığırquyruğu
 
(
Verbascum
L.) cinsinə daxil olan bitkilər Naxçıvan Muxtar Respublikasında aşağı 
dağlıq ərazilərdən başlayaraq yuxarı dağ qurşağınadək yayılmışdır. Bu cinsə daxil olan növlər qədim bitkilər 
olmaqla ərazi florasının formalaşmasında mühüm rol oynayır. 
Verbascum
L.- Keçiqulağı (Sığırquyruğu) cinsinin Avroasiyada (Şimaldan başqa), Atlantik okeanının 
sahillərindən başlayaraq Çinə qədər, Şimali Amerikada yayılmış 250 növündən Qafqazda 40, Azərbaycanda 
25, o cümlədən Naxçıvan Muxtar Respublikasında 22 növü yayılmışdır. Muxtar Respublika florasına daxil 
olan növlərin əksəriyyəti dekorativ və tibbi xüsusiyyətlərinə görə əhəmiyyətli bitkilər hesab edilir. Buna görə 
də bitkilər antropogen və ekoloji təsirlərə məruz qalaraq populyasiyaları azalır. 
Ərazidə yayılan 
Verbascum
L. cinsinin bənövşəyi keçiqulağı - 
Verbascum Phoeniceum
L. növü 
təbiətdəki müasir vəziyyətinə görə Naxçıvan Muxtar Respublikası florasının “Qırmızı Kitab”ına aşağıdakı 
statuslarla daxil edilmişdir. 
Statusu: Near Threatened – NT 
Yayılması: Yuxarı dağ qurşağında, Aracıq dağı (Xəzinədərə), Küküdağ (Dərəboğaz) və Batabat 
sahələrində rast gəlinir. 
Bitdiyi yer: Otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlardır.
Təbii ehtiyatı: Yayıldığı ərazilər və populyasiya sayı məhdud olduğundan təbii ehtiyatı azdır. 
Çoxalması: Toxumladır. 
Bioloji xüsusiyyətləri: İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60 (100) sm hündürlükdədir. 
Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq 
ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya neştərşəkilli, sivri; 
aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. 
Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı – bənövşəyi, 
25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qədər uzundur. Bitki 
aprel-may 
aylarında çiçəkləyir, may-iyun aylarında isə meyvə əmələ gətirir. Toxumla 
çoxalır. 
Mezokserofitdir
. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast 
gəlinir. Dekorativ bitkidir. 
Təbii ehtiyatının dəyişilmə tipləri: Yaşayış yerlərinin dağılması, növ sayının, populyasiyalarının azlığı 
və ekoloji amillərin məhdudlaşdırıcı təsiridir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul edilmiş qorunma tədbirləri: Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabına yeni daxil 
edildiyindən, xüsusi mühafizə tədbirləri hazırlanmamışdır. 
Zəruri qorunma tədbirləri: Arealı get-gedə qısalan, biologiyası zəif öyrənilmiş, təhlükəyə yaxın növ 
kimi akad. Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində bitdiyi əsas yerlərdə populyasiyasının 
mühafizəsi gücləndirilməli, bioloji xüsusiyyətləri öyrənilməlidir. 
Beləliklə, aparılan tədqiqatlar nəticəsində və ədəbiyyat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, 
ərazi florasında 
Verbascum
L.-Sığırquyruğu (Keçiqulağı) cinsinə daxil olan bənövşəyi keçiqulağı - 
Verbascum Phoeniceum
L. növü Near Threatend – NT qorunma statusu ilə Naxçıvan Muxtar 
Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir. Növün məhv olmasının qarşısını almaq üçün bitdiyi 
ərazilərdə populyasiyasının mühafizəsini gücləndirməli, həmin ərazilərin otlaq kimi istifadəsinin qarşısının 
alınması məqsədə uyğundur. Həmçinin bənövşəyi keçiqulağı - 
Verbascum Phoeniceum
L. növünün 
toxumlarının otlaq sahələrinə əkilməsi bitkinin ehtiyatının artmasına müsbət təsir edə bilər.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə