Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə320/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   316   317   318   319   320   321   322   323   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
269 
vəziyyətində qoyulur. Mərkəzi qaldırıcı qollu maşının bəndinə yaxınlaşdırılır və birləşdirilirş. Barmaqla 
məhdudlaşdırılır. 
ANTİOKSİDANT FERMENTLƏRİN FİZİKİ YÜKLƏNMƏNİN ADAPTASIYASINDA İŞTİRAKI 
 
Zamanlı R.Q. 
Naxçıvan Dövlət Universiteti
 
E-mail: 
nadirzamanli872@gamil.com 
 
İntensiv əzələ fəaliyyəti ilə əlaqədar hüceyrə və toxumaların antioksidant müdafiə sisteminin vəzifələri 
araşdırılmışdır, müntəzəm məşq fiziki yüklənmələri nəticəsində bu sistemin fermentlərinin adaptiv 
dəyişmələri əsaslandırılmışdır.
Həm qeyri-ferment, həm də ferment antioksidant müdafiə ilə bağlı olan qlütationreduktaza fermentinin 
aktivliyinin əzələ, qaraciyər toxumalarında uzunmüddətli məşq yükləmələri prosesində dəyişməsi təcrübə 
heyvanları üzərində öyrənilmişdir, stabil məşq səviyyəsində birdəfəlik fiziki yüklənməyə qarşı reaksiyası 
tədqiq edilmişdir.
Qlütationreduktaza fermentinin aktivliyinin məşq yüklərinin təsirinə adaptasiyasının xarakterinin 
əzələnin sürət tipindən asılılığı göstərilmişdir. Yavaş tipli qırmızı əzələdə adaptasiyanı əsasən antioksidant 
sistemin özü şərəfləndirirsə, sürət tipli ağ əzələdə bu, başlıca olaraq qlikolitik fermentlərin təsiri ilə bağlıdır. 
Qlütationreduktaza fermenti toxumalarda həm qeyri-ferment antioksidantı olan qlütationun, həm də 
antioksidant ferment 
qlütationperoksidozanın fəaliyyətini tənzimləyir, ona görə də müntəzəm məşq 
yüklərinin təsiri nəticəsində əzələ toxumalarında bu fermentin adaptiv dəyişməsi bütövlükdə antioksidant 
sistemin dəyişməsini əks etdirir.
Antioksidant sistemin fiziki yüklənmə ilə bağlı oksidativ proseslərin xarakterinə uyğunlaşması əzələ 
fəaliyyətində funksional əhəmiyyətli menbranların-plazmatik, mitoxondri və digər membranların funksional 
tamlığının qorunmasına və onların daha səmərəli işlənməsinə zəmin yaradır.
Müəyyən edilmişdir ki, uzunmüddətli məşq yüklərinin təsirindən qaraciyər toxumasında sakitlik 
halında qlütationreduktaza fermentinin aktivliyinin qeyri-stabil məşq səviyyələrində kontrala nisbətən aşağı 
düşməsi, məşq səviyyəsi stabilləşdikdən sonra isə məşq etməyən orqanizmin aktivliyi səviyyəsində 
stabilləşməsi baş verir.
Müntəzəm məşq yüklərin təsiri altında qaraciyər, ağ və qırmızı əzələlərdə aktioksidant ferment 
qlütationreduktazanın aktivliyinin adaptiv dəyişilmələri müəyyən edilmişdir. Stabil məşqlilik dərəcisində 
sakitlik halında əzələ toxumlarında qlütationreduktazanın aktivliyi məşqsiz orqanizmə nisbətən aşağı 
səviyyədə olur, lakin onun aktioksidant tutum yüksəlir.
Beləliklə, əzələ toxumalarında antioksidant fermentlərin fiziki yüklənməyə qarşı adaptiv 
dəyişikliklərinin baş verməsi, həm yeni zülalların sintezi, həm də artıq hazır zülalların aktivliklərinin 
tənzimlənməsi yolu ilə baş verir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə