Ministry of education of azerbaijan republic sumgayit state university


KARTOFƏKƏN MAŞININ TEXNOLOJİ PROSESİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə319/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   315   316   317   318   319   320   321   322   ...   579
magistr2021 3 2

KARTOFƏKƏN MAŞININ TEXNOLOJİ PROSESİ 
 
Xəlilova N.N. 
Azərbaycan Dövlət Aqrar Universiteti
 
E-mail: Xelilovanubar22@gmail.com 
Kartof bitkisi digər kökümeyvəlilərdən fərqli olaraq toxumlu yumru ilə çoxaldılır.Yəni kartof 
toxumluq yumruların aqrotexniki tələblər əsasında müəyyən dərinliyə basdırılmaqla yetişdirilir. Bu 
məqsədlə kartof basdıran maşınlardan istifadə olunur. 
Kartofçuluq ölkə ərazisində ən çox inkişaf etmiş sahələrdən biridir və dağlıq və dağətəyi bölgələrdə 
becərilir. Qidalılıq dərəcəsina görə daha çox tələb edilən sort Gədəbəy kartofu hesab edilir. Kartof bitkisi 
cərgəarası becərilən bitkidir və adətən 2 və 4 cərgəli kartof basdıran maşınlarla əkilir. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
268 
Əkin üçün nəzərdə tutulmuş kartof yumrularının ölçüsü 50-80 qram arasında olur və bu yumrular əkindən 
əvvəl nisbətən cücərdilməlirdir .Bəzən kartof yumruları əkin üçün gecikdirildikdə cücərtilər həddindən cox 
uzanır və buda səpin zamanı cücərtilərin qırılmasına səbəb olur .
CAЯ-4 yarımasma avtomat kartofəkən maşını cərgəarası 70 sm və cərgələrdə kartof yumruları 
arasındakı məsafə 25-30 sm hüdudunda olan maşınlarda dənəvərləşdirilmiş mineral gübrələr verməklə eyni 
vaxtda yarovizasiya edilmiş kartofu cərgəvi üsulla basdırmaq üçün nəzərdə tutulmuşdur. 
Şırıma atılmış kartof yumrularının üstü, bundan əvvəlki kartofbasdıran maşınlarda olduğu kimi, tirə 
və yaxud hamar üsulu ilə örtülür. Kartofəkən maşın yarovizasiya edilməmiş kartofun basdırılmasında da 
istifadə ola bilər.
Əkin materialı olaraq yaşıl cücərtilərin boyu 2 sm olan 50-100 q ağırlığında kartof yumrularından 
istifadə edirlər. Akumulyator batareyaları və çıxış rozetkaları olan Belarus, ДТ-75 və T-74 traktorları ilə 
aqreqatlaşdırılır. Maşın traktorun GAV-dan hərəkətə gətirilir. 
CAЯ-4 kartofəkən maşının texnoloji prosesin sxemi: 1-gübrəsəpən aparat, 2-yırğalanan təknə, 3-yaylı 
tullayıcı ,4-basdırıcı aparat, 5-qidalandırıcı çalov, 6-bunker, 7-yumşaldıcı, 8-hərəkət təkəri, 9-rezin fartuk, 
10-malacıq, 11-şırımörtən disk, 12-cığıraçan, 13- kartofəkən maşının dayaq təkəri 
Kartofəkən maşın çərçivədən, iki bunkerdən (6), dörd qidalandırıcı çalovdan (5), dörd basdırıcı 
aparatdan (4), uyğunlaşdırıcı təkərlərlə birlikdə dörd cığıraçandan (12), dörd şırımörtən diskli orqandan (11), 
dörd gübrəsəpən aparatdan (1), iki dayaq (13) və iki hərəkət (8) təkərlərindən , iki təkər izi yumşaldıcısından 
(7), qoşqu qurğusundan , markerlərdən, ayaqaltılardan, intiqal mexanizmindən, hidravlik və elektrik 
sistemlərindən ibarətdir. Dayaq konsturuksiyaları çərçivə dörd düzbucaqlı seksiyadan ibarətdir. Bunker (6) 
yeşik formsındadır. Bunkerlərin dibi iki rezinləşdirilmiş konveyerlərdir ; bunlar basdırıcı aparatların aparılan 
valındakı elektromaqnit muftasını qoşmaqla hərəkətə gətirilir. Bunkerlərdə çıxış pəncəsi yaylı qapaqlarla 
örtülmüşdür. Qidalandırıcı çalovun (6) dibində elektromaqnit muftasının elektrik dövrəsini qapayan və 
yaxud açan kontakt verici bərkidilmişdir . Qaşıq tipli konveyerin basdırıcı aparatları oymaqlı-diyircəkli 
zəncirin birləşdirici bəndlərinə şahmat qaydasında qaynaq edilmiş ştamplanmış qaşıqlardan ibarətdir. 
Basdırıcı aparatın bir qolu qidalandırıcı çalovun içindən keçir, bölüşdürücü onu lövhəşəkilli tulllayıcı 
yaylarla (3) hissələrə bölmüşdür; həmin yaylar qaşıqlardakı atıq kartof yumrularını götürür ; aparatın ikinci 
qolu çıxış pəncəsi cığıraçanın üstündə yerləşdirilmiş ötürücü yönləndiriciləri arasındadır. Kartofəkən maşın 
iki tipdə bölüşdürücü ilə komplektləşdirilmişdir. Xırda (30-60 q ağırlığında) kartof yumruları üçün isə yaysız 
nazik bölüşdürücülər qoyurlar, iri (60-100 q ağırlığında) kartof yumruları üçün isə yaysız nazik 
bölüşdürücülər qoyurlar. Cığıraçanların üstü torpaqlayan işçi orqanların quruluşu və nizamlanması CП-4Ъ 
kartofəkən maşınında olan kimidir. 
Kartof əkinindən əvvəl toxum materialı və əkin sahəsi hazırlanır. Sahəni hazırladıqda sürümlərin hər 
iki başında nəzarət şırımı ilə 10 metr enində dönmə zolağı ayrılır. Toxum materialı və sahə hazırlandıqdan 
sonra toxumsəpən aqreqat tərtib olunur və işə hazırlanır. 
Kartofəkən maşının aqreqatlaşacağı traktor arxa hərəkətlə kartof basdırana elə yaxınlaşdırılır ki, 
traktorun 3 nöqtəli asma mexanizmi kartofbasdıranın asma bəndlərinə tuş gəlsin. Lazım gəldikdə asma 
mexanizminin köməyi ilə qollar lazım olan hündürlüyə gətirilir. Bu zaman traktorçuya 1 nəfər mexanik 
kömək edir. Əvvəlcə kartofbasdıran növbə ilə aşağı sağ və sol asılma barmaqları uyğun qaldırıcı qollara 
birləşdirilir ,sancaq keçirilir. Sonra maşının asma qurğusunun orta bəndi traktorun asma mexanizminin 
mərkəzi qoluna birləşdirilir. Bunun üçün hidravlik asma sisteminin hidravlik paylayıcısı endirmə 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə