|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
453
Aparılan araşdırmaların təhlili göstərir ki, 2002-2010-ci illərdə şəhərlərdə atmosferə atılna zərərli
qrışıqların karbon oksidin, azot oksidinin birləşmələrinin havada daha geniş yayılmasına səbəb isti
vaxtlardan nəqliyyat vasitəlrindən çıxan müxtəlif zərəli qarışıqlardır. Təxmini 70-75% -ə yaxın çirklənm
avronəqliyyat hesabına yaranır. Tədqiqatlrın müqayisəsi göstərir ki, 2001-ci iləd Bakı ərazisində atmosferə 3
min ton avtonəqliyyat çirkabı yayılmışdır, 2010 cu ildə artıq bu rəqəm 4 mini keçib. Atmosfer havasının
çirklənməsini əsasən üç səviyyə üzrə müəyyən edirlər: orta, mülayim, zəif.
Orta səviyyədə çirkləmə Bakı şəhərinin atmosfer havası üçün səciyyəvidir; Mülayim səviyyədəd
çirklənmə Mingəçevir, Sumqayıt, Gəncə, Şəkidə müşahidə edilir; Zəif səviyyədə çirklənmə respublikamızın
digər şəhərlərinə qeydə alınıb.
GÜNƏŞLİ YATAĞININ MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİNİN
SEKVENS-STRATİQRAFİK TƏHLİLİ
Yusubova Y.E.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:cosmetics97@mail.ru
Məlumdur ki, Azərbaycanda neft, qaz və qaz-kondenst hasilatının əsas hissəsi Erkən Pliosenin
Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Bu baxımdan Məhsuldar qat (MQ) çöküntülərinin və onların
yaranma şəraitinin ətraflı araşdırılması xüsusi bir dəyər qazanır. Bunun üçün son illər yeni, yüksək məlumat
verən analiz vasitələrindən geniş istifadə edirik: seysmik və sekvens-stratiqrafiya.
Seysmik stratiqrafiya çökmə örtüyünü sedimentasiya komplekslərinə (SK) bölməyimizə imkan verir.
Bu sedimentasiya komplekslərin sərhədləri bəzi yerlərdə uyğunsuzluq səthlərinə çevrilən xronostratiqrafik
(akustik) sərhədlərdir. Sonuncular, müxtəlif yaşdakı çökmə vahidlərinin korrelyasiyasını həyata keçirməyə
imkan verən çöküntü örtüyünün stratiqrafik çərçivəsini yaradır. Sekvens-stratiqrafiya sedimentasiya
kompleksləri və onların tərkib hissələrini çöküntü traktların ardıcıllığı şəklində təsvir edir.
Sekvens-stratiqrafiya üsulu bir vasitə olaraq parasekvens daxilində perspektivli karbohidrogenlərlə
doymuş horizontların ayrılması və bir sıra stratiqrafik tələlərin müəyyənləşdirilməsi məqsədi ilə karotaj
diaqramlarına əsasən daha dəqiq xronostratiqrafik bölgüsü həyata keçirməyə imkan verir. Sekvens-
stratiqrafiya analiz vahidləri parasekvensləri və onların tərkibində olan system traktları müəyyən etməklə
dəniz səviyyəsinnin nisbi dəyişməsi ilə əmələ gələn tsiklikliyi əks etdirir. Bu, fasiyaların paylanmasını
proqnozlaşdırmağa imkan verir və detal korrelyasiyanı asanlaşdırır. Sekvens-stratiqrafik tədqiqatlar zamanı
çökmə prosesi və mühit nəzərə alınır. Sekvens-stratiqrafiya üç əməliyyatı nəzərdə tutur: əsas uyğunsuzluq
səthlərinin və uyğunluq sərhədlərinin aşkar edilməsi (seysmik-stratiqrafik analizlə), QGT məıumatlarına görə
litolofasial analiz və biostratiqrafik analiz. Bu iş sekvens-stratiqrafiya üsulu ilə erkən pliosenin məhsuldar
qatın üst şöbəsinin litolofasial xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir. Bu işin hədəfi
Günəşli yatağıdır.
Məqsəd xronostratikrafik sərhədlər daxilində genetik olaraq əlaqəli fasiyaları ortaya
çıxarmaq, əlaqələndirmək vəsinxronizasiya etməkdir. Tədqiqat hədəfi, bu ərazilərin neftliliyi ilə əlaqəli olan
Fasilə lay dəstəsi, Balaxani lay dəstəsi X, IX, VIII və VII harizontlarıdır.
Günəşli yatağı Abşeron arxipelaqının cənub-şərq hissəsində, Neft Daşları sahəsindən 12 km və
Bakıdan 120 km məsafədə yerləşir. Günəşli adlı antiklinal qalxımı 1958-1963-cü illərdə seysmik tədqiqat
nəticəsində aşkar edilmişdir. Bu ərazidə kəşfiyyat qazma işlərinə 1977-ci ildə başlanılmışdır.
Qiymətləndirmə işlərinə 1979-cu ildə, sınaq işlərinə isə 1980-ci ildə başlamışdır.
Məhsuldar qat çöküntüləri 1300-4300 m dərinlikdə açılmış və nisbətən yaxşı öyrənilmişdir. Məhsuldar
qat qalınlığı 55 m olan Sarmat çöküntülərinin aşınmış səthini örtür.
Günəşli strukturunda karbohidrogenin varlığı MQ çöküntüləri ilə əlaqədardır. Bunu X saylı quyuda
sınaqların həyata keçirilməsi sübut etdi. X saylı quyudan ilk dəfə Balaxanı lay dəstəsindən gündə 230 ton
neft çıxarıldı. Daha sonra XX saylı quyunun Balaxanı lay dəstəsindən gündə 320 ton neft hasil edildi.
Sənaye əhəmiyyətli neft və qaz-kondensat yığımları Günəşli yatağının aşağıdakı horizontlarda və lay
dəstələrində aşkar edilmişdir: Qald3, QA, QÜQ, Fasilə lay dəstələrində və Balaxanı lay dəstəsinin X, IX, VI,
V horizontlarında. Neft və qaz-kondensat yataqların tektonik ekaranlaşdırılmış növlərinə aiddir.
|
|
|