Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə541/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   537   538   539   540   541   542   543   544   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
453 
Aparılan araşdırmaların təhlili göstərir ki, 2002-2010-ci illərdə şəhərlərdə atmosferə atılna zərərli 
qrışıqların karbon oksidin, azot oksidinin birləşmələrinin havada daha geniş yayılmasına səbəb isti 
vaxtlardan nəqliyyat vasitəlrindən çıxan müxtəlif zərəli qarışıqlardır. Təxmini 70-75% -ə yaxın çirklənm 
avronəqliyyat hesabına yaranır. Tədqiqatlrın müqayisəsi göstərir ki, 2001-ci iləd Bakı ərazisində atmosferə 3 
min ton avtonəqliyyat çirkabı yayılmışdır, 2010 cu ildə artıq bu rəqəm 4 mini keçib. Atmosfer havasının 
çirklənməsini əsasən üç səviyyə üzrə müəyyən edirlər: orta, mülayim, zəif. 
Orta səviyyədə çirkləmə Bakı şəhərinin atmosfer havası üçün səciyyəvidir; Mülayim səviyyədəd 
çirklənmə Mingəçevir, Sumqayıt, Gəncə, Şəkidə müşahidə edilir; Zəif səviyyədə çirklənmə respublikamızın
digər şəhərlərinə qeydə alınıb. 
GÜNƏŞLİ YATAĞININ MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİNİN
SEKVENS-STRATİQRAFİK TƏHLİLİ 
 
Yusubova Y.E. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:cosmetics97@mail.ru 
Məlumdur ki, Azərbaycanda neft, qaz və qaz-kondenst hasilatının əsas hissəsi Erkən Pliosenin 
Məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Bu baxımdan Məhsuldar qat (MQ) çöküntülərinin və onların 
yaranma şəraitinin ətraflı araşdırılması xüsusi bir dəyər qazanır. Bunun üçün son illər yeni, yüksək məlumat 
verən analiz vasitələrindən geniş istifadə edirik: seysmik və sekvens-stratiqrafiya. 
Seysmik stratiqrafiya çökmə örtüyünü sedimentasiya komplekslərinə (SK) bölməyimizə imkan verir. 
Bu sedimentasiya komplekslərin sərhədləri bəzi yerlərdə uyğunsuzluq səthlərinə çevrilən xronostratiqrafik 
(akustik) sərhədlərdir. Sonuncular, müxtəlif yaşdakı çökmə vahidlərinin korrelyasiyasını həyata keçirməyə 
imkan verən çöküntü örtüyünün stratiqrafik çərçivəsini yaradır. Sekvens-stratiqrafiya sedimentasiya 
kompleksləri və onların tərkib hissələrini çöküntü traktların ardıcıllığı şəklində təsvir edir.
Sekvens-stratiqrafiya üsulu bir vasitə olaraq parasekvens daxilində perspektivli karbohidrogenlərlə 
doymuş horizontların ayrılması və bir sıra stratiqrafik tələlərin müəyyənləşdirilməsi məqsədi ilə karotaj 
diaqramlarına əsasən daha dəqiq xronostratiqrafik bölgüsü həyata keçirməyə imkan verir. Sekvens-
stratiqrafiya analiz vahidləri parasekvensləri və onların tərkibində olan system traktları müəyyən etməklə 
dəniz səviyyəsinnin nisbi dəyişməsi ilə əmələ gələn tsiklikliyi əks etdirir. Bu, fasiyaların paylanmasını 
proqnozlaşdırmağa imkan verir və detal korrelyasiyanı asanlaşdırır. Sekvens-stratiqrafik tədqiqatlar zamanı 
çökmə prosesi və mühit nəzərə alınır. Sekvens-stratiqrafiya üç əməliyyatı nəzərdə tutur: əsas uyğunsuzluq 
səthlərinin və uyğunluq sərhədlərinin aşkar edilməsi (seysmik-stratiqrafik analizlə), QGT məıumatlarına görə 
litolofasial analiz və biostratiqrafik analiz. Bu iş sekvens-stratiqrafiya üsulu ilə erkən pliosenin məhsuldar 
qatın üst şöbəsinin litolofasial xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir. Bu işin hədəfi 
Günəşli yatağıdır.
Məqsəd xronostratikrafik sərhədlər daxilində genetik olaraq əlaqəli fasiyaları ortaya 
çıxarmaq, əlaqələndirmək vəsinxronizasiya etməkdir. Tədqiqat hədəfi, bu ərazilərin neftliliyi ilə əlaqəli olan 
Fasilə lay dəstəsi, Balaxani lay dəstəsi X, IX, VIII və VII harizontlarıdır. 
Günəşli yatağı Abşeron arxipelaqının cənub-şərq hissəsində, Neft Daşları sahəsindən 12 km və 
Bakıdan 120 km məsafədə yerləşir. Günəşli adlı antiklinal qalxımı 1958-1963-cü illərdə seysmik tədqiqat 
nəticəsində aşkar edilmişdir. Bu ərazidə kəşfiyyat qazma işlərinə 1977-ci ildə başlanılmışdır. 
Qiymətləndirmə işlərinə 1979-cu ildə, sınaq işlərinə isə 1980-ci ildə başlamışdır. 
Məhsuldar qat çöküntüləri 1300-4300 m dərinlikdə açılmış və nisbətən yaxşı öyrənilmişdir. Məhsuldar 
qat qalınlığı 55 m olan Sarmat çöküntülərinin aşınmış səthini örtür. 
Günəşli strukturunda karbohidrogenin varlığı MQ çöküntüləri ilə əlaqədardır. Bunu X saylı quyuda 
sınaqların həyata keçirilməsi sübut etdi. X saylı quyudan ilk dəfə Balaxanı lay dəstəsindən gündə 230 ton 
neft çıxarıldı. Daha sonra XX saylı quyunun Balaxanı lay dəstəsindən gündə 320 ton neft hasil edildi.
Sənaye əhəmiyyətli neft və qaz-kondensat yığımları Günəşli yatağının aşağıdakı horizontlarda və lay 
dəstələrində aşkar edilmişdir: Qald3, QA, QÜQ, Fasilə lay dəstələrində və Balaxanı lay dəstəsinin X, IX, VI, 
V horizontlarında. Neft və qaz-kondensat yataqların tektonik ekaranlaşdırılmış növlərinə aiddir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   537   538   539   540   541   542   543   544   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə