Ministry of education of azerbaijan republic sumgayit state university


İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞ AZƏRBAYCANLI BƏSTƏKARLAR



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə544/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   540   541   542   543   544   545   546   547   ...   579
magistr2021 3 2

İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞ AZƏRBAYCANLI BƏSTƏKARLAR 
 
Əliyeva İ.A. 
Naxçıvan Dövlət Universiteti 
 
Böyük Vətən müharibəsi cəbhələrinə gedən sənətkarlar arasında azərbaycanlı bəstəkarlar da vardı. 
Görkəmli musiqi sənətinin simaları, bəstəkarlar, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan 
Hacıbəyov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Əfrasiyab Bədəlbəyli, Məmməd İsrafilzadə, Hacağa 
Nemətov, Ərtoğrol Cavid xalqın vətənpərvərlik hisslərinin inkişafına əvəzsiz töhfə verdilər. Bir çox 
musiqiçilər və bəstəkarlar ordu sıralarında olarkən əsərlərini yaratdılar. Onlardan üçünün adını xüsusilə qeyd 
etmək istərdim. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
456 
Onların üçü də istedadlı idi, böyük yaradıcılıq həyatına hazırlaşırdı. Hərəsi öz vətəninə, öz xalqına 
olan məhəbbətini incəsənətdə dərin hisslərlə ifadə edirdi. Bu dahi, adları ölməz sənətkarlar – Məmməd 
İsrafilzadə, Hacağa Nemətov, Ərtoğrol Cavid idi. 
Məmməd İsrafilzadə
- Anası Bibixanım bədbəxt hadisə nəticəsində həlak olanda Məmmədin 2 yaşı 
vardı. Bibixanımın 3 qızı və 5 oğlu qalmışdı. İsrafilovlar ailəsi musiqini çox sevirdi. Onların mənzilindən 
həmişə musiqi səsi gəlirdi. Atanın rəhbərliyi altında uşaqlar mahnı oxuyur, müxtəlif alətlərdə çalırdılar. 
İsrafilovların rahat adamı məftun edən Azərbaycan melodiyaları ifa edilirdi. Məmməd də ailə xorunda çıxış 
etmək, xalq çalğı alətlərinin birində çalmaq imkanını əldə etmişdir. 10 yaşında yaşında ikən Məmməd 
İsrafilzadə musiqi məktəbinə daxil oldu. Onun gözəl səsi var idi. Müəllimi N. Qosoper - Livinenko təzə 
şagirdinin musiqi istedadını yüksək qiymətləndirirdi. Məmməd oxumağa da suallarla cavab verirdi. Belə 
“cavablar” məzəli görünsə də, mahiyyətcə onların qeyri – adi istedada malik olduğunu sübut edirdi.
Musiqi məktəbində Məmməd Burşteynin sinfində təhsil alırdı, tədricən bəstəkarlığa ciddi meyl 
göstərməyə başladı. Kiçik formalı musiqi əsərlərinin ardınca o, 4 hissəli süita, simfonik orkestr üçün “Sovet 
şahini” adlı poema 4 violonçel üçün 2 kvartet, simli trio üçün elegiya bəstələmişdir.
1940 – cı ildə gənc musiqiçi ilk dəfə olaraq Bakı radiosunun böyük simfonik orkestrinə dirijorluq etdi. 
Orkestrin ifa etdiyi əsərlər arasında onun süitası da vardı. Müvəffəqiyyət gənc musiqiçini yeni əsərlər 
yazmağa ruhlandırırdı. 1941 – ci ilin iyun ayında müharibə başlananda komsomolçu İsrafilzadə hərbi 
kommissarlığa müraciət edib, könüllü olaraq birincilər sırasında ön cəbhədə getdi. O, cəbhədən nikbinliklə, 
qələbəyə inamla dolu çoxlu məktub göndərirdi. Məmməd düşmənə qarşı axıradək vuruşmağa hazır idi. 
Bacısına yazdığı məktublardan birində necə yaşayıb – işləmək barədə ona məsləhətlər verirdi.
Həmçinin o, dahi bəstəkar Üzeyir Hacıbəyliyə də məktub yazmışdır: “Çox hörmətli Üzeyir əmi! 
Dünən bizim cəbhəyə bir qəzet gətirdilər. Birdən orda mən sizin “Bəstəkarların yaradıcılığı” adlı məqalənizi 
gördüm. İki il bundan qabaq o mənim doğma sənətim idi. Indi mən cəbhədəyəm. Plemyot bölməsinin 
kamandiri, leytenant. Gərgin döyüşlərin getdiyi bir vaxtda öz doğma torpağın haqqında nəsə oxumaq necə də 
xoşdur. 24.10.1942 – ci il tarixdə çap olunmuş “Pravda” qəzetinin 1 səhifəsi bizim doğma torpağa həsr 
olunub. Burda nəsə yazmağa musiqi ilə məşğul olmağa imkan olmur. Amma faşistləri məhv etmək üçün 
vaxtımız var. İndi almanlar öz səngərlərindən çıxmağa belə qorxurlar. Bizdə alman faşistlərini məhv etmiş 
snayperlərimiz çoxdur.
Əziz Üzeyir əmi siz yəqin ki Fikrət Əmirovdan, Rauf Hacıyevdən də məktublar alırsınız. Mən fəxrlə 
deyə bilərəm ki, sizin rəhbərlik etdiyiniz Azərbaycan Bəstəkarlar İttifaqının gənc bəstəkarları Fikrət Əmirov, 
Rauf Hacıyev və Məmməd İsrafilzadə - Bəstəkarlar İttifaqının, Azərbaycan xalqının ehtimadını laqiyincə 
doğruldurlar. Biz daha böyük əzmlə, güclə düşməni məhv edəcəyik. Ön cəbhədəki döyüşçülər, kamandirlər 
sizə atəşli salamlar göndərirlər. Son damla qanımıza qədər vuruşacağıq. Ata – analarımız, arxa cəbhədəki 
dostlarımız qoy bizimlə fəxr etsinlər. Yalnız irəli, yalnız qələbəyə doğru! Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü, gənc bəstəkar – leytenant Mamməd İsrafilzadə. 29.10 1942”
Amma döyüşçü öz gözəl arzularını həyata keçirə bilmədi. Müharibə qələbə ilə başa çatsa da, 
döyüşlərin birində Məmməd qəhrəmancasına həlak oldu. Ağır yaralanmış Məmməd hərbi xəstəxanaya 
aparılarkən yolda can vermişdi. Cəbhə dostu Uzaq Sibirdən bəstəkarın ailəsinə göndərdiyi telegramda cəbhə 
dostunun qəhrəmancasına həlak olduğu xəbərini bildirdi. 1943 – cü ildə baş vermiş bu faciə bəstəkarı 
tanıyan hər bir kəsi sarsıtmışdı. O zaman Məmməd İsrafilzadənin 21 yaşı var idi. 
Dahi bəstəkar Fikrət Əmirov şəhid olmuş qəhrəman – bəstəkar Məmməd İsrafilzadəyə “Simfonik şeir” 
adlı operasını həsr etmişdir. 
Gənc bəstəkar – döyüşçü Voronej yaxınlığındakı Lisiçansk rayonunun xutorlarından birində dəfn 
edilmişdir. Yoldan keçən adamlar obeliskdə həkk olunan yazıları oxuyanda təzim edir və Azərbaycan 
xalqının istedadlı oğlu komsomolçu Məmməd İsrafilzadənin yaşayıb – yaratdığı diyarı yada salırlar.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə