Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə546/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   542   543   544   545   546   547   548   549   ...   579
magistr2021 3 2

NAXÇIVAN BƏSTƏKARLIQ SƏNƏTİ 
 
Əsgərov N.T. 
Naxçıvan Dövlət Universiteti 
E-mail:
 
naskerov77@gmail.com 
Naxçıvan musiqi mədəniyyətinin inkişafında peşəkar bəstəkarların və ifaçıların fəaliyyəti böyük 
əhəmiyyətə malikdir. 
Azərbaycan musiqi mədəniyyətinin, eləcə də onun bir qolu kimi Naxçıvan musiqi mədəniyyətinin 
inkişafında Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Şəmsəddin Qasımovun, Rəşid Məmmədovun, Kamal 
Əhmədovun, Yaşar Xəlilovun, Nazim Quliyevin, Ceyhun Allahverdiyevin, Vasif Allahverdiyevin, Nazim 
Mirişlinin, Yusif Mirişlinin, Mehriban Əhmədovanın və başqa bəstəkarların əhəmiyyətli rolunu qeyd 
etməliyik. 
N.Məmmədovun “Humay” baletinin yaranması Azərbaycan balet sənətinin inkişafı ilə şərtlənmişdir. 
Qeyd etmək lazımdır ki, 1980-cı illərə kimi Azərbaycanda balet janrının inkişafı böyük inkişaf mərhələsi 
keçmişdir, bu sahədə Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin 
“Yeddi gözəl” və “İldırımlı yollarla”, Fikrət Əmirovun “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami”, Arif 
Məlikovun “Məhəbbət əfsanəsi”, Aqşin Əlizadənin “Babək”, Tofiq Bakıxanovun “Xəzər ballası” və s. 
baletlər yaranmış və böyük müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur. Nəriman Məmmədov balet janrının 
klassik ənənələrinə əsaslanaraq, onları davam etdirmişdir.
Beləliklə, “Humay” baletində ictimai-siyasi mübarizə zəminində insanların xoşbəxtlik arzuları, lirik 
məhəbbət hisslərinin gözəlliyi əsas mövzuya çevrilmişdir. Bəstəkarın milli rəqsin xüsusiyyətlərini yaxşı 
bilməsi, müasirliyi incəliklə duyması ona parlaq və rəngarəng balet partiturası yaratmağa imkan vermişdir.
Naxçıvanda yaşayıb-yaradan bəstəkar Yaşar Xəlilovun yaradıcılığında “Əshabi-kəhf” baleti (libretto - 
müəllifdir) mühüm yer tutur. Bu əsər 2009-cu ildə yaranmış, lakin tamaşaya qoyulmamışdır. Baletdən bir 
neçə epizod 2012-ci ildə Naxçıvan Dövlət Filarmoniyasında ifa olunmuşdur. Balet Naxçıvanda yerləşən dini-
tarixi məkanlardan biri olan “Əshabi-Kəhf”ə həsr olunmuşdur. Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” 
haqqında əfsanə müqəddəs kitabın 18-ci surəsi olan “Kəhf” surəsində öz əksini tapmışdır. Bəstəkar baletin 
librettosunu “Kəhf” surəsinin əsasında yazmışdır. 
Naxçıvanda fəaliyyət göstərən bəstəkarların yaradıcılığında yerli teatrların səhnəsi üçün yazılmış 
musiqi xüsusi yer tutur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrının, Naxçıvan Kukla 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   542   543   544   545   546   547   548   549   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə