Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə545/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   541   542   543   544   545   546   547   548   ...   579
magistr2021 3 2

Hacağa Nemətov
– kiçik ikən valideynlərini itirmişdi. Neft mühəndisi olan atası 1933 – cü ildə qəza 
nəticəsində həlak olmuşdur. Hacağa musiqiyə uşaqlığından həvəs göstərmişdir. Atasından qarmonu müstəqil 
ifa etməyi öyrənmişdi, məktəb orkestrində truba, Əli Bayramov adına klubun orkestrində klarnet çalırdı. 
Sonra fortepianoya maraq göstərməyə başlamışdı.
Qardaşı Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim idi.
Müharibəyə 2 il qalmış Hacağa ümumtəhsil məktəbini əla qiymətlərlə bitirib, musiqi məktəbinin 
bəstəkarlıq şöbəsinə daxil oldu. O, təhsildə elə müvəffəqiyyətlər qazanmışdı ki, həmin il Bakı 
Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil oldu. H. Nemətov süita, variasiya, elegiya, prelüd, mahnı və 
romanslar bəstələyir, simfonik və vokal instrumental janrlara maraq göstərirdi. Ən uğurlu əsəri skripka və 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
457 
fortepiano üçün rəqs süitası idi. Həmin əsər indi də geniş tanınır. H.Nemətovun C.Cabbarlının sözlərinə 
yazdığı “Yadıma düşdü” romansı təravətli melodiyası ilə fərqlənir. Lakin müharibənin ilk illərində 
bəstələdiyi “Döyüşçünün andı” vətənpərvərlik mahnısı daha çox şöhrət qazanmışdı. Cəbhədə və arxada 
sürətlə yayılan bu mahnı 1942 – ci ildə nəşr edilmişdir.
Gənc bəstəkarın bütün əsərləri Azərbaycan xalq yaradıcılığının motivləri ilə aşılanmışdır. Yorulmadan 
yeni ifadə vasitələri tapmağa çalışan H.Nemətov milli musiqi koloritini də qayğı ilə qoruyurdu. 
Konservatoriyada H.Nemətovla birlikdə təhsil almış dostlarının – F.Əmirovun, C.Hacıbəyovun 
Ə.Abbasovun dediklərinə görə o, perspektivli musiqiçi, mehriban insan, cəsarətli dost idi. Həyat göstərdi ki, 
o, həm də əsl vətənpərvər imiş..
Hacağa Nemətov cəbhədə əvvəlcə Finlərə qarşı vuruşurdu, sonra isə tərəddüd etmədən Böyük Vətən 
müharibəsi cəbhələrinə yollanmışdır. Fədakar döyüşçü, həmçinin imtizamlı və cəsurluğu ilə fərqlənirdi. 1942 
– ci ilin dumanlı – çiskinli oktyabr günündə ağır döyüşdə bir neçə yara almış Hacağa 23 yaşında 
qəhrəmancasına həlak oldu. 
Hacağa Nemətovun yaratdığı əsərlərindən bir neçəsi bu gün ifaçılıq repertuarında yaşayır, onlardan 
“Gül açdı” mahnısı, skripka üçün “Rəqs süitası” çox populyardır.
H.Nemətovun konsert zallarında tez – tez ifa olunan əsərlərindən biri də Fortepiano üçün altı pyes 
silsiləsidir. Bu silsilə A. Zeynallının Uşaq süitasından sonra sonra yazılan ikinci silsilə olub, Azərbaycan 
fortepiano ədəbiyyatında pedaqoji əhəmiyyətə malik əsərlərdən hesab olunur. Həmin əsər 1973 – cü ildə nəşr 
olunmuşdur.
Döyüşçü – bəstəkarın fotoşəkillərinə baxarkən hiss edilir ki, onun necə də ağıllı çöhrəsi vardır. Onun 
təbəssümündə, baxışlarında o qədər nikbinlik həyatilik vardır ki, bu adamın ölümünə inanmaq olmur.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   541   542   543   544   545   546   547   548   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə